Məhkəmə qərarları › İş №2(107)-1028/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1028/2022

30.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1028/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X9 Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı "xxxx" X9 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" X9 Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(075)-901/2022 saylı qətnaməsindən iddiaçı ASC Xalq Bank tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli **********01914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görəillik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan Kərimov Tofiq Xaliq oğlu arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli, **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Kərimov Tofiq Xaliq oğluna mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********01914 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14647,71 ABŞ dolları məbləğində əsas borcun, 7085,79 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 21759,66 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, faiz borcunun məbləği 6128 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqısatqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın yekunları barədə YP 168 nömrəli protokol və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında 17 dekabr 2021 il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilmiş, lakin bank tərəfindən 15937 manata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı "xxxx" X9 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, **********01914 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" X9 Cəmiyyətinə olan 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları, 01 sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 7085,79 (yeddi min səksən beş ABŞ dolları, 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 2686,31 (iki min altı yüz səksən altı ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən penya, cəmi 15366,91 (on beş min üç yüz altmış altı ABŞ dolları 91 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 169 (bir yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********01914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görəillik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan Kərimov Tofiq Xaliq oğlu arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli, **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 29 aprel 2019-cu il tarixli 2(075)- 35/2019 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il tarixli **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Kərimov Tofiq Xaliq oğluna mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********01914 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14647,71 ABŞ dolları məbləğində əsas borcun, 7085,79 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 21759,66 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən qətnamədən narazı qalan Cavabdeh Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, faiz borcunun məbləği 6128 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqısatqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın yekunları barədə YP 168 nömrəli protokol və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında 17 dekabr 2021 il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqısatqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilmiş, lakin bank tərəfindən 15937 manata alınmışdır. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borcu və kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək hesablanmış və ödənilməmiş 7085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (34%-19%=15%) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixə qədər hesablanmış bu məbləğ 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil etmişdir. Kreditmüqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********01914 nömrəli kredit müqaviləsinə əsasən ona 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə onun arasında mülkiyyət hüququ ilə ona məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ipoteka qoymuş və bu barədə xx.xx.2014-cü il tarixli, **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 nömrəli qətnaməsi ilə xx.xx.2014- cü il tarixli **********01914/1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ üzrə ona məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********01914 nömrəli Kredit müqaviləsi üzrə onun iddiaçı qarşısında 14647,71 ABŞ dolları məbləğində əsas borcun, 7085,79 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 21759,66 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Sonradan qətnamədən narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 68/2020 nömrəli qətnaməsi ilə onun şikayət qismən təmin təmin edilərək, faiz borcunun məbləği 6128 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmiş və ev bank tərəfindən 15937 manata alınmışdır. Hazırda iddiaçı qalan məbləği ondan tələb etməkdədir. Maddi vəziyyətinin ağır olduğunu bildirmiş buna görə iddia qəbul etməmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 20000 ABŞ dolları kredit verilmişdir. Götürülmüş kredit məbləğinin təminatı kimi cavabdeh mülkiyyətində olan evi iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədiyi üçün iddiaçı yuxarıda göstərilən qaydada məhkəməyə müraciət etmiş və Şəki rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(075)-35/2019 nömrəli qətnaməsi ilə cavabdehə məxsus olan 25000 manata satılması qərara alınmışdır. Cavabdehə məxsus ev hərraca çıxarılmış, ev hərracdan satılmadığı üçün 15937 manat məbləğə hərracla "xxxx" Bank ASC-yə satılmışdır. Evin hərracla 15937 manata satılması ilə əldə edilən məbləğ cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsinə yetərli olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddia tələbinə nəzər sadıqda aydın olur ki, iddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixli, **********01914 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" X9 Cəmiyyətinə olan 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları, 01 sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 7085,79 (yeddi min səksən beş ABŞ dolları, 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 2686,31 (iki min altı yüz səksən altı ABŞ dolları 31 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2022-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən penya, cəmi 15366,91 (on beş min üç yüz altmış altı ABŞ dolları 91 sent) ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 169 (bir yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Göründüyü kimi iddiaçı cavabdehdən 7085,79 ABŞ dolları məbləğində faiz məbləği tələb edir. Halbuki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(107)-68/2020 nömrəli qətnaməsinin məzmunundan aydın olur ki, apellyasiya instansiyası məhkəməsində iş üzrə mühasibatlıq ekspertizası keçirilmiş və eksretizanın rəyi ilə cavabdehin banka olan faiz borcunun 6 128 ABŞ dolları olması müəyyən edilmişdir. Buna görə də məhkəmə faiz borcunun 6 128.00 ABŞ dolları məbləğində olmasını qəbul edir.

9. Məhkəmə həmçinin iddia tələbinin xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % faiz dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinə və xx.xx.2022-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 321,79 ABŞ dolları təşkil edən penya hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 2686,31 ABŞ doları tələb etsə də, əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir.

10. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.

11. Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(075)-901/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh 5273,01 (beş min iki yüz yetmiş üç ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində əsas borc, 6 128,00 (altı min yüz iyirmi səkkiz ABŞ dolları) ABŞ dolları məbləğində faiz borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 169 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nə verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 421, 425, 442, 445, 448, 465, 472 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 iyun 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında "xxxx" Bank ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir.

14. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “X1 Mərkəzi” MMC-nin 17 dekabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində 1 mərtəbəli, 2 otaqlı, ü/s 80 kv.m, 26 A saylı evin ilkin satış qiyməti 25000 manat təşkil edir və 15937 manat məbləğə hərracla "xxxx" Bank ASC-yə satılmışdır.

15. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maaliyyə arayışından görünür ki, Kərimov Tofiq Xaliq oğlunun 24 iyun 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsi üzrə "xxxx" Bank ASC-yə xx.xx.2022-ci il tarixinə 5273,01 ABŞ dolları əsas, 7085,79 ABŞ dolları faiz, 321,79 ABŞ dolları cərimə faizlri üzrə, 2686,31 ABŞ dolları illik 5% faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 15366,91 ABŞ dolları borcu vardır.

16. İşdə olan Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(075)-35/2019 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixli **********01914/1 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manata açıq hərracda satılması, Şəki şəhəri, H.Sarabski küçəsində Kərimov Tofiq Xaliq oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına xx.xx.2014-cü il tarixli **********01914 №-li Kredit müqaviləsi üzrə borc məbləği olan 14 647,71 (on dörd min altı yüz qırx yeddi ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi hesablanmış 7 085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərCavabdeh və Kərimov Tofiq Xaliq oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir

17. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(107)- 68/2020 nömrəli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli qətnaməsi “ipoteka predmeti olan Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hаzırkı real bazar qiymətinin 25.000 manat müəyyən edilməsi” və faiz borcunun məbləği hissələrində dəyişdirilməsi, ipoteka predmeti olan Kərimov Tofiq Xaliq oğluna məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hazırkı likvid qiyməti 25000 manat həddində müəyyən edilməsi, faiz borcunun məbləği 6.128,00 (altı min yuz iyirmi səkkiz) ABŞ dollar müəyyən edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlərdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

18. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanın DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş, 01 fevral 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" Bank ASC-nin adına xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

19. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ASC Xalq Bankın nümayəndəsi X5 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı ASC Xalq Bankın nümayəndəsi X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə zərərə (əldən çıxmış faydaya) münasibətdə Bankın iddiasının rədd edilməli olması qənaətinə gələrkən Qətnamədə qeyd etmişdir ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 2686,31 ABŞ dolları tələb etsə də, əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qətnamədə göstərilən bu hal işin hallarına uyğun deyil. Çünki, Bank tərəfindən "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cii il tarixli Qərarının tələblərinə uyğun olaraq əldən çıxmış faydanın nədən ibarət olması və miqdarı iddia ərizəsinin 3-cü səhifəsinin 1-ci, 2-ci və 3-cii abzaslarında göstərilmiş və əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarından aydın olur ki, "əldən çıxmış faydanın nədən ibarət olması" ilə bağlı Məhkəməyə hər hansı sübutun təqdim olunması tələb edilmir. Belə ki, həmin qərarda zərərin hesablanması qaydası ilə bağlı göstərilmişdir ki, "Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir." Bizim halda da Kredit müqaviləsi üzrə əsas borc məbləği Cavabdeh tərəfindən vaxtında, yəni Kredit müqaviləsində razılaşdırılmış müddətdə qaytarılmış olsa idi, Bank həmin vəsaiti kreditləşməyə cəlb edərək illik minimum 5 % dərəcəsi ilə gəlir əldə edə bilərdi.

21. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)- 901/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və bankın iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" X9 Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. İddiaçı Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(075)-901/2022 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmamış hissəsinin xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dollarına aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

31. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli **********01914 nömrəli kredit müqaviləsi 48 ay müddətində 24 iyun 2018-ci il tarixədək bağlanmış, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmadığı üçün iddiaçı müqavilənin müddətinin bitdiyi tarixə əsas borcun və hesablanmış faizlərin, cərimənin tutulması ilə əlaqədar məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(075)-35/2019 nömrəli qətnaməsi qəbul edilmişdir. Göründüyü kimi, həmin iddiada müqavilənin müddəti bitdikdən sonrakı dövr üçün 5%-lə hesablanmış əldən çıxmış fayda tələb edilməmişdir. Hazırda iddiaçı, digər tələblərlə yanaşı, həmçinin kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün illik 5% hesablanmaqla əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. Hazırki iddia tələbinin həmin hissəsinin əsası pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Yəni, iddia tələbinin həmin hissədə qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Belə ki, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

32. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli 9/6615 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, 24 iyun 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 24 iyun 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il (müqavilə müddəti bitən tarixə, illik faiz dərəcəsi 19%-lə hesablanmaqla) tarixə 21.694,78 manat; • əsas borc üzrə-------------- 14.842,98 ABŞ dolları, • faiz borcu üzrə -------------851,80 ABŞ dolları. xx.xx.2021 -ci il (“X1 Mərkəzi” MMC və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın yekunları barədə YP 168 nömrəli protokolun tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz 5%-lə hesablanmaqla) tarixə 24.279,94 manat; • əsas borc üzrə------------------ 14.842,98 ABŞ dolları, • faiz borcu üzrə ---------------- 9.436,95 ABŞ dolları. xx.xx.2022-ci il (iddia ərizəsinin verildiyi tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz 5%-lə hesablanmaqla) tarixə 15.043,90 manat; • əsas borc üzrə------------------ 5.468,28 ABŞ dolları, • faiz borcu üzrə ---------------- 9.575,62 ABŞ dolları.

33. Məhkəmə kollegiyası bu qətnamənin 32-ci bəndində göstərilmiş ekspert rəyini sübut kimi qəbul etmir. Belə ki, iddiaçı iddia tələbində 5273,01 ABŞ dolları əsas borc tələb etdiyi halda həmin rəydə əsas borc 5.468,28 ABŞ dolları göstərilmişdir. İddiaçı iddia tələbində faiz borcunu 7085,79 ABŞ dolları məbləğində tələb etsə də, məhkəmə kolelgiyası hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunu 6 128,00 ABŞ dolları məbləğində təmin etməkdə haqlı olmuşdur. Göstərilən ekspert rəyində isə faiz borcu müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan borcla birlikdə hesablanmaqla 9.575,62 ABŞ dolları göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər iddia ərizəsində tələb olunmuş 2686,31 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan borc 6 128,00 ABŞ dolları təmin olunmuş faiz borcu ilə toplanarsa cəmi 8.814,31 ABŞ dolları faiz borcu alınar. Göründüyü kimi, ekspert rəyində daha artıq məbləğ göstərildiyindən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, nə əsas, nə də faiz borcuna aid hissədə sözü gedən ekspert rəyi əsas götürülə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin xx.xx.2022- ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 321,79 (üç yüz iyirmi bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edən penyaya aid hissəsinin qanuni əsası müəyyən edilməmişdir.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin edilməmiş hissəsinin xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dollarına aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı ASC Xalq Bank tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(075)-901/2022 saylı qətnaməsi iddianın təmin edilməmiş xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dollarına aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dolları Cavabdeh alınaraq iddiaçı "xxxx" Bank ASC-yə ödənilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmamış illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dolları məbləğində əldən çıxmış fayda və xx.xx.2022- ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 321,79 ABŞ dolları təşkil edən penya, yəni cəmi 3008 ABŞ dolları apellyasiya qaydasında mübahisələndirildiyindən və bu qətnamə ilə təmin olunmuş 2686.31 ABŞ dolları həmin cəmi məbləğin 90%-ni təşkil etdiyindən ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 90%-i, yəni 135 manatı Cavabdeh, qalan 10%-i, yəni 15 manatı isə iddiaçı "xxxx" Bank ASC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE00000000 **********01; Az.MEM, VÖEN1700 326621, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22).

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC Xalq Bank tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(075)-901/2022 saylı qətnaməsi iddianın təmin edilməmiş xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dollarına aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2686,31 ABŞ dolları Cavabdeh alınaraq iddiaçı "xxxx" Bank ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 135 manatı Cavabdeh, 15 manatı isə iddiaçı "xxxx" Bank ASC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE00000000**********01; Az.MEM, VÖEN1700 326621, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar