Məhkəmə qərarları › İş №2(107)-1030/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1030/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1030/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı, üçüncü şəxs X6 olmaqla, Cavabdeh ilə X6 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının və Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh və Zaqatala rayon 2 saylı Notariat Ofisinə (bundan sonra cavabdeh və ya Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisi) qarşı, üçüncü şəxs X6 olmaqla iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X6 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı tərəfindən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinin tələbi pozulduğundan icarə müqaviləsinin şərtinə uyğun olaraq İddiaçı 300000 (üç yüz min) manat pulun tutularaq ona qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vaxtilə Nurullah Osmanova məxsus olan və 30.07.2015-ci il tarixli icarə müqaviləsilə Cavabdeh müəyyən şərtlərlə icarəyə verilmiş fındıq emalı sexi onun tərəfindən 27.07.2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş müqavilə ilə satın alınmış və müvafiq qaydada dövlət reyestrində onun bu mülkiyyətinin qeydiyyatı aparılmışdır. Bundan sonra adı gedən X14 əvvəlki sahibi Nurullah Osmanov, hazırkı iş üzrə Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, cavabdehlə arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən vaxtında ödənilməmiş 14.972 manat icarə haqqının və istismar xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 2765/2018 saylı 14 may 2018-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2967 manat icarə haqqı borcu, 230 manat maddi zərər, ümumilikdə 3197 manatın tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 2(103)-10875/2018 saylı qətnaməsi ilə adı gedən iddianı vermək üçün subyektiv hüququn yalnız bu mülkün yeni sahibi olan mənə - Fuad Camalova aid olması əsas gətirilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2765/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X8 Abdullayevə qarşı iddiası rədd edilmişdir. (Ali Məhkəmə bu hissədə qətnaməni qüvvədə saxlamışdır). Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin adı gedən qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı N.A.Osmanov ümumiyyətlə “...hazırkı iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır...”. Belə ki, adı gedən mülk hazırda N.A.Osmanova məxsus olmadığından bu hüquq yalnız yeni mülkiyyətçi olan ona aiddir. İddiaçının şikayətilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli 2( 102)- 3694/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 2(103)- 10875/2018-saylı qətnaməsi müqavilənin ləğv edilməsi hissəsində subyektiv hüququn bu mülkün yeni sahibinə: - hazırki iş üzrə İddiaçı aid olması qənaətinə gəlməsini doğru hesab etmiş, bu qətnamə qismən icarə haqqının ödənilməsi hissəsində ləğv edilmiş, iş bu hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, adı gedən məhkəmə aktlarında da qeyd olunduğu kimi, bu müqavilənin ləğv edilməsi üçün müraciət etmək hüququ məhz ona məxsusdur. İlkin məhkəmə aktlarından da göründüyü kimi, cavabdeh bu icarəyə götürdüyü X14 icarəsi üzrə nə onun ilkin mülkiyyətçisinə, nə də sonradan bu mülkün sahibi olan ona hər hansı bir məbləğdə icarə haqqı ödəməmişdir. Cavabdehlə olan ilkin İcarə Müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə illik 3000 manat icarə haqqını verməyi öz öhdəsinə götürür. Tərəflərin qarşılıqlı razılığı ilə hər il icarə haqqının dəyişdirilməsinə baxıla bilər. Adı gedən Müqavilənin 10-cu bəndinə əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş vergilərin ödənilməsini də öz üzərinə götürmüşdür. Bununla belə, hələ o dövr üçün də kəskin ucuz qiymətə götürülmüş 0,1412 ha torpaq sahəsi olan və 702,5 m2 qeyri yaşayış sahəsi olan X14 aylıq icarə haqqı 250 manat olması reallığı əks etdirmədiyindən və vergi orqanları tərəfindən qəbul edilmədiyindən bu İcarə Müqaviləsini vergidə müvafiq qeydiyyatdan keçirmək mümkün olmamışdır. Göründüyü kimi, həm vaxtilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə icarəyə götürülmüş və bu gunədək də bu icarə müqaviləsi üzrə hər hansı bir ödəniş olunmamış icarə predmeti olan X14 mülkiyyətçisi dəyişdiyindən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi də həmin sahə üzrə icarə münasibətlərinə yenidən baxılmasını zəruri etmişdir. Bununla əlaqədar, o, 29 iyul 2019-cu il tarixdə icarə münasibətlərinin Cavabdehlə davam etdirilməsini, müqavilə şərtlərinə yenidən baxılmasını sonuncuya təklif etmiş və 5 gün ərzində bu təklifinə cavab verilməsini xahiş etmişdir. Təklifinə müsbət cavab olmadığı təqdirdə adı gedən icarə müqaviləsinin ləğv edilməsi və icarə münasibətlərinə xitam verilməsi barədə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə bildirilmişdir. Bununla belə, bu günədək cavabdeh adı gedən təklifini almasına baxmayaraq bu təklifinə heç bir reaksiya verməmiş, bu təklifinə məhəl qoymamış, onu cavablandırmamışdır. Məlum olduğu kimi, mülki qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar.Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. O hal da nəzərə alınmalıdır ki, adı çəkilən icarə müqaviləsinin 5-ci bəndinə görə, müqavilə bağlandıqdan ilk 3 ay ərzində icarəçi icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür, bununla belə, nə o vaxt, nə də hal-hazıradək icarəçi bu icarə haqqını ödəməmişdir. Habelə, cavabdeh icarə müqaviləsini bağlamasına baxmayaraq, nəinki illik icarə haqqını ödəməmiş, hətta icarə haqqından tutulmalı olan vergi öhdəliklərini belə yerinə yetirməmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, hazırkı ilk iddianı irəli sürmüş İddiaçı 2017-ci ildə də eyni iddianı irəli sürmüş, həmin iddianın rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmışdır. Qanunvericiliyin tələbinə görə bu iddia tələbi yenidən mübahisələndirilə bilməz. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən icarəyə verən müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda tam icarə müddəti ərzində ödəniləcək icarə haqqının on qat məbləğini icarəyə götürənə qaytarmalıdır. Həmin icarə müqaviləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi 10 il müddətinə bağlanmışdır. Müqavilənin həmin şərtinə əsasən icarə müqaviləsi icarəyə verən İddiaçı tərəfindən vaxtından əvvəl pozularsa, onda İddiaçı tərəfindən ona 300000 manat pul qaytarılmalıdır. Belə ki, illik icarə haqqı 3000 manat, 10 illik icarə haqqı 30000 manat təşkil etdiyindən, 30000 manatın 10 misli 300000 manat təşkil edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(107)- 644/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsi “İddiaçı Cavabdeh, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X6 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının təmin edilməməsi” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X6 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi (fındıq emalı sexinə dair) vaxtından əvvəl ləğv (xitam) edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(107)- 644/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli 2(102)-730/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(107)-644/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, 1-ci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, "AR MM-nin 699.1-ci maddəsinə istinadən, əldə edən kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur". Bununla belə, 1-ci instansiya məhkəməsi özü bu maddəni səhv tövsif etmiş, bu normanı düzgün tətbiq etməmişdir. Belə ki, qanunun həmin normasından göründüyü kimi, bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Halbuki, işə əlavə edilmiş mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışdan da göründüyü kimi, 30.07.2015-ci il tarixli icarə müqaviləsilə Cavabdeh müəyyən şərtlərlə icarəyə verilmiş fındıq emalı sexi onun tərəfindən 27.07.2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş müqavilə ilə satın alınmış və müvafiq qaydada Dövlət Reyestrində onun bu mülkiyyətinin qeydiyyatı aparılmışdır. Göründüyü kimi, adı gedən fındıq emalı sexi MM-nin 699.1-ci maddəsində qeyd edildiyi kimi 6 ay müddətində deyil, 3 ildən artıq müddətdir ki, onun mülkiyyətindədir. Bundan başqa, məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə əhəmiyyət verməmiş, bu normada qeyd olunan əsasları nəinki tətbiq etməmiş, hətta bunun əksini etmişdir. Belə ki, MM-nin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa, məhkəmə öz qətnaməsində yenə də müqavilə üzrə qarşılıqlı öhdəliklərdən söz açsa da, nədənsə icarəçinin adı gedən müqavilə öhdəliklərini yerinə yetirib-yetirməməsi barədə hər hansı bir qeyd etməmişdir. Halbuki, iddia ərizəmizdə cavabdehin - icarəçinin öz müqavilə öhdəliklərini pozmasını, ümumiyyətlə nə adı gedən mülkün əvvəlki mülkiyyətçisinə, nədəki hazırkı mülkiyyətçiyə icarə müddəti ərzində hər hansı bir icarə haqqı ödəmədiyini, icarə müqaviləsində götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, aylıq icarə haqqından başqa hər hansı bir kommunal, elektirik və s. ödənişlərini etmədiyini göstərmişdir. MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqda, buna aid hissədə də maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən müqavilənin birtərəfli ləğvi müqavilənin 11-ci bəndində göstərilən və tərəflərin iradəsinə uyğun olaraq qarşılıqlı iddia ərizəsində göstərilən məbləğin icarəçi tərəfindən tələb edilməsi hüququnu yaradır. 3 ildən artıqdır qarşı tərəfin təqsiri səbəbindən sexdən istifadə edə bilmirlər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X5 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmş apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)- 1038/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 və vəkili X13 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 ədalətli qərar qəbul edilməsini xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ilə bağlı ona hər hansı məbləğdə icarə haqqı ödənişi etməmişdir. Sözügedən daşınmaz əmlakı alqı-satqı müqaviləsi ilə satın alan İddiaçı isə alqı-satqı zamanı həmin icarə müqaviləsindən, yəni satın aldığı daşınmaz əmlakın yüklü olmasından xəbəri olmamışdır. Çünki həmin qeyri-yaşayış sahəsinin alğı-satqısı aparılarkən və ya ondan əvvəl o bu barədə İddiaçı məlumat verməmişdir. Habelə alqı-satqı zamanı sözügedən daşınmaz əmlakın başqasının icarəsində olmasına görə alıcı İddiaçı əmlakın alışına görə hər hansı güzəşt, o cümlədən qiymətdə güzəşt edilməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(102)-730/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(107)-644/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, ümumi sahəsi 702,5 kv metr olan qeyri-yaşayış sahəsini - fındıq emalı sexini Cavabdeh illik 3000 (üç min) manat icarə haqqını ödəmək şərti ilə 10 il müddətinə icarəyə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 702,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə (fındıq sexi) daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 30.07.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Zaqatala Rayon 2 saylı dövlət notariat kontorunda 27 iyul 2016-cı il tarixdə bağlanaraq reyestrdə 4Ə-607 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, satıcı X1 rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 702,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni yerləşdiyi 0,1412 ha torpaq sahəsi ilə birlikdə alıcı İddiaçı 40000 manata satmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 28.07.2019-cu il tarixli təklifin məzmunundan görünür ki, İddiaçı sözügedən əmlaka mülkiyyət hüququ əldə etdiyindən X9 Abdullayev arasında bağlanmış 30.07.2015-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasını və yeni əsaslarla müqavilə bağlanmasını qarşı tərəfə təklif etmişdir. Təklifə beş gün müddətində cavab verilməsi, təklifə cavab müsbət olmadığı halda icarə müqaviləsinin ləğv edilməsi və icarə münasibətlərinə xitam verilməsi barədə tələb ilə tərəflərindən məhkəməyə müraciət ediləcəyi qarşı tərəfə bildirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə ilk iddia tələbi ilə bağlı müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclası zamanı tərəflərin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə əsasən X6 ilə Cavabdeh arasında Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, ümumi sahəsi 702,5 kv metr olan qeyri-yaşayış sahəsinin - X14 illik 3000 (üç min) manat icarə haqqı ödənilməsi şərti ilə 10 il müddətinə icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan təxminən bir il sonra mülkiyyətçi Nurullah Osmanov sözügedən qeyri-yaşayış sahəsini 27 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə, yəni hazırkı iş üzrə İddiaçı satmış, sonuncu da alqı-satqı müqaviləsindən sonra öz adına hüquq müəyyən edici sənəd alaraq əmlaka mülkiyyət hüququ əldə etmişdir. Əmlakı yüklü şəkildə əldə edən İddiaçı məhkəmədən kənar qaydada icarəçiyə təklif göndərməklə yeni əsaslarla icarə müqaviləsi bağlanması, əks halda icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması barədə təklif göndərmiş, lakin icarəyə götürən Cavabdeh təkliflə bağlı öz iradə ifadəsini bildirməmiş, məhkəmə kollegiyasının iclasında isə ümumiyyətlə heç bir təkliflə razı olmadığını bildirmişdir. Bundan sonra ilk iddiaçı mülkiyyətçi kimi öz hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiəsindən istifadə etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3cü maddəsinə görə, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) hesab olunur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, mülkiyyət hüququ ilə yanaşı, daşınmaz əmlaka digər hüquqlar da, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması olan icarə hüququ da dövlət qeydiyyatına alınmalıdır. Lakin hazırda baxılan iddianın predmeti olan 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də kollegiyanın qənaətinə görə mübahisələndirilən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsini qanunvericiliyin tələblərinə tam əməl edilməklə bağlanmış müqavilə hesab etmək mümkün deyildir. Qeyd edilməlidir ki, qanunvericilik yalnız dövlət reyestrində qeydə alınmış hüquqların müdafiəsinə imkan yaradır. Qanunvericiliyin tələbinə görə icarəyə verilmiş əmlakın mülkiyyətçisi dəyişdikdə, əvvəlki mülkiyyətçinin bütün hüquq və vəzifələri yeni mülkiyyətçiyə keçir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, icarəyə verilmiş əmlak icarə verildikdən sonra üçüncü şəxsə, yəni hazırkı iş üzrə iddiaçıya satıldığından, İddiaçı tərəflər arasında icarəyə verəni əvəz edərək kirayə (icarə) hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrin daşıyıcısıdır. Təqdim olunmuş sənədlər məhkəmə kollegiyası tərəfindən əlaqəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, ilk İddiaçı müqavilə üzrə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməklə qarşı tərəfə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı qanunvericiliyə uyğun olaraq təklif göndərmiş, lakin qarşı tərəf bununla razılaşmasına dair öz mövqeyini bildirmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən Cavabdeh göndərilən 28 iyul 2019-cu il tarixli təklifdən bugünədək 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, cavabdeh istər məhkəmə iclaslarında, istərsə də məhkəmə iclaslarından kənar həmin təklifi qəbul etməmiş, hər hansı bir formada kompromisə getmək niyyətini nümayiş edirməmişdir. Bundan başqa X14 əvvəlki sahibi Nurullah Osmanov, hazırkı iş üzrə Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, cavabdehlə arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən vaxtında ödənilməmiş 14.972 manat icarə haqqının və istismar xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2765/2018 saylı, 14 may 2018-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2967 manat icarə haqqı borcu, 230 manat maddi zərər, ümumilikdə 3197 manatın tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(103)-10875/2018-saylı qətnaməsi ilə adı gedən iddianı vermək üçün subyektiv hüququn yalnız bu mülkün yeni sahibi olan İddiaçı aid olması əsas gətirilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2765/2018 saylı 14 may 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Nurullah Osmanovun, Cavabdeh qarşı iddiası rədd edilmişdir. (Bu hissədə Ali Məhkəmə də qətnaməni qüvvədə saxlamışdır). Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin adı gedən qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı Nurullah Osmanov ümumiyyətlə “hazırkı iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır”. Belə ki, adı gedən mülk hazırda Nurullah Osmanova məxsus olmadığından bu hüquq yalnız yeni mülkiyyətçiyə, yəni İddiaçı aiddir. İddiaçının şikayətilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 20.05.2019-cu il tarixli 2( 102)-3694/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(103)-10875/2018 saylı qətnaməsi müqavilənin ləğv edilməsi hissəsində subyektiv hüququn bu mülkün yeni sahibinə aid olması qənaətinə gəlməsini doğru hesab etmiş, bu qətnamə qismən - icarə haqqının ödənilməsi hissəsində ləğv edilmiş, iş bu hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, adı gedən məhkəmə aktlarında da qeyd olunduğu kimi, bu müqavilənin ləğv edilməsi üçün müraciət etmək hüququ məhz İddiaçı məxsusdur. İş üzrə diqqət yetirilməli olan məqamlardan biri də cavabdehin tərəfində iştirak edən üçüncü şəxs Nurullah Osmanovun məhkəmə kollegiyasının iclasında veridiyi ifadədir. Nurullah Osmanov bildirmişdir ki, Cavabdeh 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ilə bağlı ona hər hansı məbləğdə icarə haqqı ödənişi etməmişdir. Sözügedən daşınmaz əmlakı alqı-satqı müqaviləsi ilə satın alan İddiaçı isə alqı-satqı zamanı həmin icarə müqaviləsindən, yəni satın aldığı daşınmaz əmlakın yüklü olmasından xəbəri olmamışdır. Çünki həmin qeyri-yaşayış sahəsinin alğı-satqısı aparılarkən və ya ondan əvvəl o bu barədə İddiaçı məlumat verməmişdir. Habelə alqı-satqı zamanı sözügedən daşınmaz əmlakın icarədə olmasına görə alıcı İddiaçı əmlakın alışına görə hər hansı güzəşt, o cümlədən qiymətdə güzəşt edilməmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin 5-ci maddəsinə əsasən icarəçi icarə haqqını hər icarə ilinin ilk 3 ayı ərzində ödəməyi öhdəsinə götürmüşdür. Belə olduğu təqdirdə icarəçinin heç bir məcburiyyət olmadan 10 illik icarə haqqını qabaqcadan ödəməsi ağlabatan deyildir. Çünki cavabdeh bir sahibkar kimi sərəncamında olan kapitalı təyinatı üzrə əsas prioritet olan sahibkarlıq fəaliyyətinə yatırmadığını, əvəzində isə 10 illik icarə haqqını belə bir öhdəlik olmadan qabaqcadan ödədiyini iddia edir. Bundan əlavə 27 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, üçüncü şəxs Nurullah Osmanov həmin qeyri-yaşayış sahəsini İddiaçı 40.000 manata satmışdır. Deməli Cavabdeh icarə haqqı kimi 10 il qabacaqdan ödədiyini iddia etdiyi 30000 manata müəyyən məbləğ əlavə etməklə və ya etməməklə, həmin qeyri-yaşayış sahəsini və ya bir başqasını alğı-satqı əsasında ömürlük öz mülkiyyətinə keçirə bilərdi. Lakin cavabdeh belə bir fürsəti də dəyərləndirməyərək 10 illik icarə haqqını heç bir öhdəlik olmadan qabaqcadan ödədiyini iddia edir ki, bu da inandırıcı deyildir. Məhkəmə kollegiyası hazırkı işlə əlaqəli olan, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsini tədqiq edərək müəyyən etmişdir ki Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Nurullah Osmanovun arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə görə Cavabdeh Nurullah Osmanova 30000 manat icarə haqqı ödədiyi müəyyən edilməmiş, yalnız icarə haqqının ödənilməməsinin icarə müqaviləsinin etibarsızlığına səbəb olmadığı qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməlindən biri hesab edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. İddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın mülkiyyətçisidir. Mülkiyyətçinin bağlanmasında iştirak etmədiyi, daşınmaz əmlakı əldə edərkən mövcudluğundan xəbəri olmadığı hər hansı müqavilə (o cümlədən iddianın predmeti olan icarə müqaviləsi) nəticəsində qanuni mülkiyyətində olan əmlakından uzun müddət ərzində istifadə edə bilməməsi onun mülkiyyət hüququnun pozulması hesab olunmalıdır. Kollegiyaya görə, belə vəziyyətdə mülkiyyətçinin hüquqlarının qorunmasına üstünlük verilməlidir. Azərbaycan Republikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 704.1-ci maddəsində göstərilir ki, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsində göstərilir ki, icarənin müddəti müqavilə ilə müəyyənləşdirilir. Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Eyni hüquqi mövqe Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrində də təsbit edilib göstərilib. Qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirən kollegiya qeyd edir ki, həmin şikayət qətnamənin mübahisələndirilən hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin olunması üçün əsaslı deyildir. Ona görə ki, qarşılqılı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri, qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil etməklə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz hansı hissədə əsassız olmasını, məhkəmənin qeyd olunan tələblə bağlı nəyi düzgün etmədiyi göstərilməmiş, apellyasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Bundan başqa qarşılıqlı iddiaçı (cavabdeh) tərəfindən verilmiş şikayətin dəlillərinə nəzər saldıqda görünür ki, qarşılıqlı iddiaçı (cavabdeh) heç də müqavilənin ləğv olunmasına dair iddianı deyil, qarşı tərəfdən, yəni İddiaçı tələb etdiyi pula dair iddiasının təmin olunmamasını mübahisələndirir. Buradan da görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) tərəf icarə müqaviləsi üzrə münasibətlərin davam etdirilməsindən daha çox, qarşı tərəfdən pul tələb etməkdə maraqlıdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarını işdə mövcud olan sübutlarla qarşılıqlı tədqiq edərək bu qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs Nurullah Osmanova qarşı Cavabdeh ilə Nurullah Osmanovun arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq ilk iddia təmin edilməli, Cavabdeh ilə Nurullah Osmanovun arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən sаxlаnılmаlıdır. Kollegiyanın qənaətinə görə, İddiaçı apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmiş və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)- 1038/2019 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X6 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq ilk iddia təmin edilməli, Cavabdeh ilə X6 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(033)-1038/2019 nömrəli qətnaməsi “İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı Cavabdeh ilə X2 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk iddiasının təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq ilk iddia tələbi təmin edilsin. X6 ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi (fındıq emalı sexinə dair) vaxtından əvvəl ləğv (xitam) edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar