Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1030/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanından cavabdehin çıxarılması tələbinə dаir” mülki iş üzrə Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnаməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Yevlax Rayon Məhkəməsinin 28 iyul 2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X14 ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2008-ci il tarixli 289 saylı nikah qeydi pozulması qət edilmişdir.
2. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh X8 himayəsində olan 23 noyabr 1999-cu il təvəllüdlü X10 ilə hər həftənin şənbə günü saat 18-dən həmin həftənin bazar günü 18-dək olan müddət ərzində ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir.
3. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-206A, kod ********) Yevlax RAİK-nin 17 fevral 2006-cı il tarixli, 10 nömrəli qərarı ilə Yevlax şəhər sakini Cavabdeh mülkiyyətinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 29 may 2009-ci il tarixli çıxarışın təəəsdiq olunmuş surətindən görünür ki, Yevlax şəhəri B.İmanov küçəsində mülkiyyətində olan 0,0498 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 31,29 kv.m yaşayış sahəsindən ibarət 141 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. 10 sentyabr 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (AN-İ № 0516264) təsdiq olunmuş surətindən məlum olur ki, satıcı qismində çıxış edən Cavabdeh ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 31,29 kv.m olan 1 otaqlı fərdi yaşayış evini və evin yerləşdiyi mülkiyyətində olan 0,0498 ha həyətyanı torpaq sahəsini alıcı qismində çıxış edən X1.
6. 17 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı qismində çıxış edən ünvan 3 ünvanında yerləşən 0, 036 ha torpaq sahəsini alıcı qismində iştirak edən İddiaçı satmışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 04 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Dostluq küçəsində yerləşən 83 saylı 0.036 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 27 fevral 2022-ci il tarixli, 3-21-3-35/2-774/2023 saylı bildirişindən görünür ki, Yevlax şəhəri, Dostluq küçəsi ev 83 yerləşən fərdi yaşayış evininin inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Sözügedən bildirişdə həmçinin qeyd edilmişdir ki, yaranmış mübahisə aradan qaldırıldıqdan sonra yenidən 17 saylı Yevlax Ərazi İdarəsinə rəsmi müraciət oluncağı təqdirdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılacaqdır.
II. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə ünvan 4 ünvanında yerləşən mülkiyyətində olan 0,036 ha torpaq sahəsindən və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hazırda mübahisə predmeti olan Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanda yerləşən evdə son 3 ildir ki, cavabdeh qanunsuz və əsassız olaraq yaşayır. Cavabdeh onun sabiq gəlini, o cümlədən oğlu X2 arvadıdır. Oğlu Azərlə cavabdeh arasında nikah 2009-cu ildə pozulduğundan sonuncu onun ailə üzvü sırasından çıxmış və onunla, o cümlədən oğlu Azərlə heç bir ailə bağlılığı qalmamışdır. Cavabdeh iki dəfə onların ailə üzvülərinə qarşı cinayət əməli törətmişdir. Belə ki, o bir dəfə oğlu Azəri bıçaqlayaraq onun böyrəyinin çıxarılması ilə nəticələnən cinayət əməli törətmiş, bir dəfə isə ona qarşı sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Hər iki əməlinə görə cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək, Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanından çıxmasını və həmin daşınmaz əmlakı ona təhvil verməsini tələb etmiş, o, isə onun bu barədə olan tələblərini rədd etmişdir. Cavabdehin Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanında qanunsuz və əsassız olaraq qalması mülkiyyətçi olaraq onun istifadə, sahiblik və sərəncam vermək hüquqlarını pozur.
11. Yevlax Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(039)-184/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur.
12. Yevlax Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək həmin məhkəmənin 30 yanvar 2023-cü il tarixli, 2(039)-184/2023 saylı qiyabi qətnaməsi ləğv olunmuş və işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər.
14. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır.
15. Yevlax Rаyоn Məhkəməsinin (hakim Kamil Əliyev) 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanda yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki,mübahisələndirilən həmin həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmış, iddiaçının oğlu ilə cavabdehin nikah münasibətləri rayon məhkəməsinin 28 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə pozulmuş və iddiaçı ilə cavabdehin qohumluq münasibətlərinə xitam verilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.1, 157.2, 157.8, 158.1.2 və 158.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən, cavabdehi dindirməmiş, 1998-ci ildən bu evdə yaşadığını torpaq sahəsinin onların pulunu verməsini, orada tikintini onların aparmasını, iki uşağının burada doğulmasını, torpağın iddiaçının adına necə keçməsi, DƏDRX-də bu hüququn qeydə alınması aydınlaşdırılmamışdır. Belə ki, qeyd olunan ünvanda 1999-cu ildən yaşayır. O, iddiaçının oğlu X14 ilə 1996cı ildə faktiki xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.1999-cu il təvəllüdlü X10, xx.xx.2001-ci il təvəllüdlü X13 adında övladları dünyaya gəlmişdir. Aralarında olan nikah qeydi pozulmuşdur. Oğlu və qızı bu evdə doğulub. O, qızı ilə bu günə kimi həmin evdə yaşayırlar. Həmin torpağı yoldaşı almışdır. Bu müddət ərzində onlar ər-arvad olaraq orada tikili işləri aparmışlar. 2009-cu il tarixində bilərəkdən onların yaşadığı bu evi iddiaçı neqativ yollarla öz adına sənədləşdirmişdir. Torpaq sənədləşdirilmiş, torpaq üzərindən olan evi isə bu günə kimi sənədləşdirə bilməmişdir. O, iddiaçının onun son üç ildə burada yaşamağı ilə bağlı mövqeyini tamamilə rədd edir. Bu fikirlər onun öyrədilən mövqeyidir. Onların rəsmi nikahları pozulsa da, o, burada yaşamışdır. 1999-cu il tarixdən mənzilə istifadə hüququnu əldə etmişdir. Hesab edir ki, məhkəmə hazırkı qətnaməni qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. O, 1999-cu ildən bu evdə yaşayır. Mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun nizamlanmamışdır. Çünki onun yaşayış hüququ 2000-ci ilin 01 sentyabrından əvvəl yaranmışdır. Bundan başqa məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Ən əvvəl onun iştirakı təmin olunmamışdır. Mövqeyi aydınlaşdırılmamışdır. O, faktiki olaraq evdən çıxarılır. Halbuki, 1999-cu il tarixindən bu günə kimi bu evdə yaşayır. Onun iştirakı olmadan maraqlarına toxunan qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən hüquq münasibətləri yaranan vaxtda qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən göründüyü kimi bu münasibətlər 1999-cu ildə yarandığı halda məhkəmə həmin vaxtda qüvvədə olan prosessual hüquq normalarına istinad etməmişdir. Məhkəmə işin faktiki hallarım birtərəfli araşdırmışdır. Onun 1999-cu üdən orada yaşadığını və yaşamaqla istifadə hüququna əldə etdiyini nəzərə almadı. Bundan başqa onun başqa heç bir yaşayış yerinin olmadığı, azyaşlı qızı ilə yaşadığını qiymətləndirməmişdir. İşdən göründüyü kimi iddiaçının mənzilə dair mülkiyyət sənədləri belə mövcud deyil. Çünki həmin torpaq sənədləri belə özü Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması onun özündə şübhələr yaradır. Çünki torpağı onlar almışlar. İddiaçının adına keçməsi belə ciddi şübhələr varadır. İşdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin əmlaka dair təsdiqli hər hansı bir mövqeyi mövcud deyildir. Məhkəmə əvvəl onun həmin evdə son üç ildə yaşamağı ilə bağlı iddiaçının mövqeyi ilə münasibətini ortaya qoya bilməz. Məhkəmənin çıxarmış olduğu qətnaməsi işin hallarına uyğun deyildir. Qətnamə üzrə o, evdən çıxarılır. Ancaq onun 1999-cu ildən bu evdə yaşamağı onun istifadə hüququnun təminatıdır. Məhkəmə bu halları nəzərə almadan qərar qəbul edib. Birinci instansiya məhkəməsində iştirak etmədiyindən zəruri sübutları təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə torpağa dair verilmiş çıxarışın hüquqi sənəd olub-olmamasını aydınlaşdırmalıdır. Ona görə də qeyd olunanlara əsasən Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X5 hər biri ayrı-ayırlıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişlər.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı göstərmişdir ki, doğrudur cavabdeh onun oğlu Azərlə 1998-ci ildə qeyri-rəsmi evlənmişlər. Lakin cavabdeh mübahisə predmeti olan evə (sözü gedən həmin vaxtı heç inşa olunmamışdır) deyil, onun qaynatasının adına olan Yevlаx şəhəri, Firdоvsi küçəsi 52 ünvаndаkı evə gəlin düşmüşdür. Həmin evdə bir müddət yaşadıqdan sonra oğlu ilə cavabdeh kirayəyə çıxmış və uşaqları ilə birlikdə kirayədə yaşamışlar. Sonradan onlara şəhərin Yevlаx şəhəri, B.İmаnоv küçəsində torpaq sahəsi alınaraq orada ev tikilmiş və həmin evə köçüb uzun müddət orada yaşamışlar. Həmin torpaq sahəsinin alınması və orada evin tikilməsində onun böyük əməyi olmuşdur. Belə ki, Yevlаx şəhəri, B.İmаnоv küçəsi 141 ünvаndаkı evi o, sоnrаdаn tikdirmiş və cаvаbdehi ailəsi ilə həmin evə köçürmüşdür. Cavabdeh boşandıqdan sonra da həmin evdə yaşamış və 2015-ci ildə həmin evi sataraq bir müddət öz anasının evində yaşayıb. Özünün mülkiyyətində olan torpaq sahəsinin və orada tikilmiş mübahisəli evin cavabdehə heç bir aidiyyəti yoxdur. O, mülkiyyətində olan torpaq sahəsini bələdiyyədən satın almış və özü üçün yaşayış evi tikərək orada yaşamışdır. 3 il əvvəl o, Bаkı şəhərində müаlicə оlunаndа cavabdeh evin qıfılını sındırıb oranı zəbt edənə gədər bir gün də olsa, həmin evdə yaşamamışdır. Apellyasiya şikayətində göstərilənlər həqiqətə uyğun deyildir, tamamilə yalandır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayırlıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
29. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (...) 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. İş materialları ilə və tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu Azərlə 1998-ci (1999) ildə qeyri-rəsmi evlənmiş (onların nikahl yalnlz 2008-ci ildə rəsmiləşdirilmişdir), iddiaçının qaynatasının adına olan Yevlаx şəhəri, Firdоvsi küçəsi 52 ünvаndаkı evə gəlin düşmüşdür. Bir müddət yaşadıqdan sonra oğlu ilə cavabdeh həmin evdən çıxaraq uşaqları ilə birlikdə kirayədə yaşamışlar. Sonradan cavabdeh və onun ailəsinə şəhərin Yevlаx şəhəri, B.İmаnоv küçəsində torpaq sahəsi alınaraq orada ev tikilmiş və həmin evə köçüb uzun müddət orada yaşamışlar. Cavabdeh 2009-cu ildə iddiaçının oğlundan boşandıqdan sonra da həmin evdə yaşamış və 2015-ci ildə həmin evi sataraq bir müddət öz anasının evində yaşamışdır. İddiaçı isə Yevlax bələdiyyəsindən satın aldığı torpaq sahəsində özü üçün yaşayış evi tikərək orada yaşamışdır. İddiaçının sözü gedən torpaq sahəsinə və onun üzərində inşa etdiyi evə gözlənilən mülkiyyət hüququ olmuş və sonradan torpaq sahəsinə mülkiyyətinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, yaşayş evinin mülkiyyətinə keçirməsinə isə cavabdeh tərəfindən maneçilik törədilmişdir. Təxminən 3 il əvvəl iddiaçı Bаkı şəhərində müаlicə оlunаrkən cavabdeh evin qıfılını sındıraraq orada yaşamağa başlamış, iddiaçını həmin evə buraxmamışdır. İddiaçı hazırkı iddianı qaldırmış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
49. Apellyasiya şikayətinin başlıca dəlili cavabdehin gəlin köçərək 1998-ci ildən mübahisəli evdə yaşaması, iki uşağının da həmin evdə doğulması və bununla da onun həmin evdə istifadə hüququnun yaranması barədədir.
50. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, iş materialları ilə cavabdehin həmin bəyanı təkzib olunur. Belə ki, 1998-ci ildə ümumiyyətlə mübahisə predmeti olan yaşayış evi inşa edilmədiyindən cavabdeh həmin evə köçə və orada yaşaya bilməzdi.
51. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh 1998-ci ildə iddiaçının oğlu qeyri-rəsmi (sonradan nikahlarını rəsmiləşdirmişlər) ilə ailə qurarkən iddiaçının qaynatasına məxsus evə gəlin köçmüş, sonradan isə şəhərin başqa ərazisində - B.İmanov küçəsində həyətyanı torpaq sahəsi alaraq orada ev tikərək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır.
52. Eyni zamanda, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh Yevlax şəhəri, B.İmanov küçəsi 141 № li evdə yaşayır.
53. İş materiallarında olan etibarnamənin surətindən və elektron sorğu sistemindən çıxarışdan da Cavabdeh ünvan 5 ünvanda qeydiyyatda olduğu məlum olur.
54. İş materialları ilə həmçinin müəyyən edilir ki, mübahisələndirilən həmin həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmış, iddiaçının oğlu ilə cavabdehin nikah münasibətləri məhkəmənin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə pozulmuş və iddiaçı ilə cavabdehin qohumluq münasibətlərinə xitam verilmişdir.
55. Beləliklə də, cavabdehin mübahisəli evi zəbt edənədək həmin evdə heç vaxt yaşamadığı müəyyən olunur. Cavabdeh bunun əksini təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir.
56. Belə olan halda apellyasiya şikayətinin cavabdehin 1999-cu ildən mübahisəli evə istifadə hüququnu əldə etməsi, buna görə də mübahisənin qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun nizamlanmalı olmasına dair dəlilləri əsassızdır.
57. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh Yevlax şəhəri Dostluq küçəsi 83 ünvanda yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
59. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
60. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh və onun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rаyоn Məhkəməsinin 02 iyun 2023-cü il tаrixli, 2(039)-184/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov