Məhkəmə qərarları › İş №2(107)-1030/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1030/2024

22.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1030/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperativinə qarşı Maraqlı şəxs Kooperatvinin sədri olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperativinə qarşı Maraqlı şəxs Kooperatvinin sədri olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İş üzrə iddiaçı Ərizəçi şikayət verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1721/2024 qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yekun qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərаrdаdındаn iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs Kooperatvinin üzvlərinin ümumi yığıncağının protokolundan 14 dekabr 1993-cü il tarixli çıxarışdan görünür ki, həmin kooperatvin qərarı ilə Ərizəçi Maraqlı şəxs Kooperatvinə sədr seçilmiş və iddiaçının həmin kooperativin sədri olması faktı artıq müəyyəndir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-255/2024 saylı qərardadından görünür ki, Ərizəçi maraqlı şəxslər (həmin iş üzrə) Maraqlı şəxs Kooperativinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (ərizəçinin) 18 aprel 1991-ci il tarixli iclas protokolu ilə Maraqlı şəxs Kooperativinin sədri olması faktının təsdiq edilməsini xahiş etmiş, həmin qərardadla mülki iş üzrə icraata Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən xitam verilmiş və ərizəçiyə maraqlı şəxslər Maraqlı şəxs Kooperativinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi X3 İdarəsinə qarşı müvafiq tələblə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materillarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)- 1831/2024 saylı qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperatvinə qarşı «maraqlı tərəfə təqdim etmək üçün onun xx.xx.1991-ci il tarixli protkolu ilə Maraqlı şəxs kooperatvinin sədri olması faktının müəyyən edilməsi və Maraqlı şəxs Kooperatvinin sədri olması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3ı İdarəsində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddası mümkün sayılmamışdır. Həmin qərardaddan görünür ki, tələbin 2-ci hissəsi iddianın 1-ci hissəsi ilə birbaşa bağlı və asılı olduğundan, məhkəmə iddiaçıya göstərilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə nail olduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3ı İdarəsinə qeydiyyata alınması ilə bağlı müraciət edə biləcəyini izah etmiş, bu səbəblə iddia tələbinə ona inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, göstərilənlərə 5 gün müddətində münasibət bildirməsi iddiaçıya təklif olunmuş, lakin həmin müddət ərzində məhkəmənin hüquqi yardım məktubunda qeyd olunanlara iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o Maraqlı şəxs Kooperativinin sədri olması vəzifəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3ı İdarəsinə müraciət etməli, həmin İdarə tərəfindən imtina edildiyi halda isə Maraqlı şəxs Kooperatvinin sədri olması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3ı İdarəsində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(039)-1721/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar