Məhkəmə qərarları › İş №2(107)-1032/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1032/2022

15.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1032/2022 15.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, apellyasiya şikayəti vermə müddətinin ötürülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)-30/2021 saylı qərardadından Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,3545 ha torpaq sahəsindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)-30/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Zaqatala rayonu Göyəm kəndində yerləşən İddiaçı tam mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,3545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və Cavabdeh tərəfindən iddiaçının həmin torpaq sahəsindən faktiki istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş istənilən hərəkətləri qanunsuz sayılaraq son qoyulması və onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir Həmin qətnamədən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)-30/2021 saylı qərardadı ilə Cavabdeh Zaqatala rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(033)- 30/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(033)-30/2021 saylı qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)- 30/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini 02 oktyabr 2021-ci ildə Cavabdeh ailə üzvü Məmmədov Laçın xəbərnaməyə imza etməklə almışdır. İş materialalrına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 06 iyun 2022-ci il tarixli M-379 saylı məktubdan görünür ki, Məmmədov X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini 06 iyun 2022-ci il tarixdə imza etməklə almışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin ünvanına göndərilmiş 16 sentyabr 2021-ci il tarixli məhkəmə qətnaməsi xx.xx.2021-ci il tarixdə həmin ünvanda xəbərnamə əsasında sonuncunun oğlu Laçın Məmmədov tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə eyni zamanda onu da qeyd etmək istəyir ki, qətnamə məhkəmə prosesinin yekununda Cavabdeh iştirakı ilə elan edilmişdir. Cavabdeh barəsində olan məhkəmə qətnaməsindən xəbərdar olsa da məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız 06 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin sözügedən qətnaməsini rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, məhkəmə tərəfindən göndərilmiş qətnaməni həmin ünvanda yaşayan oğlu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Cavabdeh əvəzinə məhkəmə sənədlərini imza edərək qəbul etmiş ailə üzvü olan oğlunun məhkəmə sənədlərini ona verməməsinə məhkəmə tənqidi yanaşır və bu hal başqa sübutlarla təkzib olunduğu üçün iş üzrə ərizənin təmin olunması üçün əsas kimi qəbul edilə bilməz. Cavabdehə göndərilmiş məktubların onun qeydiyyatda olduğu ünvana göndərilməsi və həmin ünvanda onun ailə üzvləri tərəfindən qəbul edilməsi işdə olan digər sənədlərlə, o cümlədən mülki işin 169-cu vərəqində olan xəbərnamə ilə təsdiq edilir. Həmin xəbərnamədə apellyasiya şikayətinin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)-30/2021 saylı qərardadının da Cavabdeh qeydiyyatda olduğu ünvan 3 ünvanda yenə Məmmədov Laçın tərəfindən imza edilməklə alınması göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)-30/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)-30/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(033)-30/2021 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar