Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1035/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa, əvəzçilik) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "Şəki Rayon Mərkəzi Xəsləxanasi" publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)- 843/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Şəki Rayon Mərkəzi Xəsləxanasi" publik hüquqi şəxsin onun işdən azad olunması barədə verdiyi 08 sentyabr 2022-ci il tarixli 1724 saylı əmrin və 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdehn 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin ştat vahidinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixli 143 saylı əmrlə Şəki MRX-yə həkim uroloq vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. Həmin işdə də heç bir nöqsana yol verməmişdir. 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Lakin Şəki RMX-da rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermişdir. O, məzuniyyətdə olduğu müddətdə 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrlə onun işinə xitam verilmişdir. O, aidiyyəti olaraq əmək müfəttişliyinə müraciət edərək pozuntular haqqında tədbirlər görülməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan əlavə cavabdehin ona olan qərəzli mövqeyi bitməmiş, ona 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrlə ona heç bir hüquqi əsas olmadan şiddətli töhmət elan edilmişdir. Sözügedən əmrlərlə razılaşmadığı üçün məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına da müraciət etmiş, lakin mediasiya mərhələsində barışıq əldə edilmədiyi üçün prosesə xitam verilməsi barədə arayış verilmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, həqiqətən də xəstəni muayinə etmiş, lakin xəstədən pul almamış, onun cibinə pul qoymasından da xəbəri olmamışdır. Məlumatı olan da isə pulu qaytarmışdır. Onun işdən azad olunması da tam əsassızdır, çünki əmr onun məzuniyyətdə olduğu vaxt verilmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, mübahisəli əmrlər qərəzli olaraq verilmişdir. Belə ki, 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmr iddiaçı məzuniyyətdə olan zaman verilmişdir. İddiaçıya töhmət verilməsinə səbəb olmuş puldan isə onun xəbəri olmamışdır. Bu barədə iddiaçıdan şikayətçi olmuş şəxs də izahatında sonradan bildirmişdir. Hesab edir ki, bu əmələ görə iddiaçıya töhmət deyil, xəbərdarlıq da edilə bilərdi. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsin nümayəndəsi X7 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə 36 saat işi vardır. Əvəzçiliklə bağlı ona əlavə 0.5 ştat vahidi iş verilmişdir. Belə olan halda onun həftəlik iş saatı 50 saatdan artıq olur. Sonradan həmin vəzifəyə başqa həkim təyin olunduğuna görə iddiaçı və ondan başqa 10 nəfər həkimə verilmiş 0.5 ştat vahidi iş ləğv edilmişdir. 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmr iddiaçı əmək məzunuyyətində olarkən verilsə də, həmin əmrdə, əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidinin kəsilməsinin onun məzuniyyət müddətindən sonra icra olunması qeyd edilmişdir. Bundan başqa, iddiaçının həyat yoldaçı USM həkimidir. İddiaçı, buna səlahiyyəti olmadan həyat yoldaşının USM aparatından istifadə edərək xəstəni müəyinə etmiş, xəstəyə müalicə yazaraq bunun müqabilində ondan 20 manat pul almışdır. Həmçinin xəstəyə cərrahiyyə əməliyyatı olunmalı olmasını bildirmişdir. Daha sonra xəstə həkimin ondan pul alması barədə şikayət etmiş, sonra isə həmkarlar komitəsinin iclasında həmin halları inkar edərək, həkimin xəbəri olmadan onun cibinə pul qoyduğunu bildirmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)-843/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı Şəki Rayon Mərkəzi Xəstəxanasi publik hüquqi şəxsin 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, onun həmin ştat vahidinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı, 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasına həkim uroloq vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı işindən əlavə xəstəxananın Hemodializ şöbəsində 0.5 ştat vahidi həkim nefroloq işləməsi məqsədəuyğun hesab edilmədiyindən və Şəki Rayon Mərkəzi X8 şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə İddiaçı əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 08 sentyabr 2022ci il tarixdən kəsilmişdir. Əmr verilərkən İddiaçı, əmək məzuniyyətində olduğundan sözügedən əmr, iddiaçı əmək məzuniyyətindən qayıtdıqdan sonra icra edilmişdir.
10. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı, xəstə X4 müayinə etdikdən sonra ondan pul tələb etmiş və xəstə ona 20 manat pul vermişdir. Daha sonra xəstə X5 həkimin ondan əsassız pul tələb etməsi barədə xəstəxananın rəhbərliyinə şikayət etmişdir. İddiaçının bu hərəkəti araşdırılmış və Şəki Rayon Mərkəzi X8 şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri ilə İddiaçı əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı bu qeyd edilən əmrləri əsassız hesab edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq, ilk növbədə iddia tələbinin Şəki Rayon Mərkəzi X8 şəxsin 08 sentyabr 2022-ci il tarixli 1724 saylı əmrinin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir: Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir.
12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, Şəki Rayon Mərkəzi X8 şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri verilərək iddiaçının xəstəxananın Hemodializ şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidinin kəsilməsinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubu əsas olmuşdur. Yəni həmin əmrin verilməsi İddiaçı iddia tələbində, onun nümayəndəsinin isə məhkəmə iclasında qeyd etdikləri kimi xəstəxana rəhbərliyinin qərəzli mövqeyindən irəli gəlməmişdir. Başqa sözlə desək mübahisəli əmrin verilməsi Şəki Rayon Mərkəzi X8 şəxsdən deyil, həmin qurumun tabe olduğu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdən asılı olmuşdur. İddiaçı əvəçiliklə işləməsi zamanı həftəlik iş saatı 40 saatdan artıq olduğundan qanunvericiliyin tələbinə görə işəgötürənin razılığı olmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı xəstəxananın Hemodializ şöbəsində əvəzçilik üzrə 0.5 ştat vahidinin kəsilməsi barədə 08 sentyabr 2022- ci il tarixli, 1624 nömrəli əmrinin verilərək o, növbəti əmək məzuniyyətində olsa da, həmin əmrin icra edilməsi iddiaçının işə qayıtdığı vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən həyata keçirilmişdir. Qeyd edilən hallar iddiaçının müraciəti əsasında X10 Xidmətinin Şəki regional ərazi şöbəsində də araşdırılmış və yekunda həmin əmrin verilməsində hər hansı qanun pozuntusu aşkarlanmamışdır.
14. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin ləğv edilməsi, iddiaçının həmin ştat vahidinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilə bilməz.
15. Bundan başqa məhkəmə, iddia tələbinin 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrlərin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir:
16. İş materiallarından göründüyü kimi iddiaçı xəstəni müayinə etdikdən sonra xəstə iddiaçıya 20 manat pul vermişdir. Daha sonra xəstə həkimin, yəni iddiaçının bu hərəkəti barədə xəstəxananın rəhbərliyinə şikayət ərizəsi yazaraq öz narazılığını bildirmişdir. Bütün bu hallar xəstəxana daxilində, həmçinin həmkarlar komitəsinin iclasında müzakirə edilmiş və yekunda Şəki Rayon Mərkəzi X8 şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
17. Qeyd edilən hallardan sonra iddiaçının və şikayətçi olan xəstənin Şəki Rayon Mərkəzi X8 şəxsin direktoruna verdikləri izahatlarında yuxarıda qeyd edilən halların baş verməməsini bildirmələrinə məhkəmə şübhə ilə yanaşır və hesab edir ki, şikayətçi X2 28 dekabr 2022-ci il tarixdə şikayət ərizəsində qeyd etdiyi halları sonradan təkzib etməsinə baxmayaraq, iddiaçının ümumiyyətlə səlahiyyəti olmadan USM aparatından istifadə etməsi özüözülüyündə pozuntudur. İddiaçı hüquqlarından sui-istifadə etməklə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir.
18. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Şəki Rayon Mərkəzi X8 şəxsin 10 yanvar 2023-cü il tarixli, 70 nömrəli əmri əsaslı olduğundan, həmin əmrin ləğv edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir.
19. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı Şəki Rayon Mərkəzi Xəstəxanasi publik hüquqi şəxsin 0.5 ştat vahidi əvəzçilikdən azad edilmə haqqında 08 sentyabr 2022- ci il tarixli 1624 saylı əmrinin ləğv edilməsi, onun həmin ştat vahidinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 10 yanvar 2023-cü il tarixli 70 saylı əmrin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2, 3, 68, 70, 89.3, 58.1, 58.2, 58.3, 58.4, 82, 79, 186-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 119.1-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qаydаlаrа əməl оlunmаdаn əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsinin xitam edilməsinin zəruriliyi əsaslandırılmamışdır.
23. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin də tələbinə əməl olunmamasına baxmayaraq məhkəmə bu hallara nəzər yetirməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir.
24. O, xx.xx.2022-ciil tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətində olduğu halda işəgötürən qanunun qeyd olunan tələblərinə əhəmiyyət vermədən onun işinə xitam verilməsi barədə əmr vermişdir. Məhkəmə isə bu hala əhəmiyyət verməmiş, əksinə əmrdə göstərilən işdən azad müddətinin o, məzuniyyətdən qayıtdıqdan sonrakı dövrə aid olması ilə əsaslı esab etmişdir. Halbuki qanunvericilikdə belə əmrin hər hansı şərtlə verilməsinin mümkün edəcək norma nəzərdə tutulmamışdır.
25. Nəzərə almaq lazımdır ki, Şəki RMX tərəfindən işçilərin kütləvi işdən kənarlaşdırılması halları geniş vüsət alıb və məhkəmələr də onların belə qanunsuz əmrlərini görməzdən gələrək heç bir qanun pozuntusuna yol vermədiyi qənaətinə gəlir. Bu da işəgötürənin məhkəmələrdə uğurlu nəticələr ədə etməsindən sonra daha da çox işçinin işdən çıxarılması kimi hallara yol verməsinə şərait yaradır.
26. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar sübut baxımından mötəbər olmasa da məhkəmə həmin halları məqbul hesab etmişdir.
27. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
28. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.
29. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra e d ə r ə k heç bir mötəbər dəlilə əsaslanmamışdır.
30. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası işin hallarının tam və hərtərəfli araşdırılması idi. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı məzuniyyətdə olduğu halda onun barəsində işdən azad edilmə əmri qəbul edilmişdir. Həmçinin onun barəsində verilən şiddətli töhmətlə də bağlı məhkəmə yalnız cavabdehin dəlillərini əsaslı hesab etmiş, guya onun qanunsuz olaraq USM aparatından istifadə etməyini pozuntu kimi qiymətlədirməsini və şiddətli töhmət verməsini qanuni hesab etmişdir. Halbuki şiddətli töhmətin mahiyyəti X2 heç bir əsas olmadan onu yalnış anlayaraq etdiyi şikayət olmuşdur ki, həmin məsələ ilə bağlı Y.Əhmədov Şəki RMX-nın rəhbəri Məcid Əliyevin qəbulunda olarkən bunları təsdiq etdiyini şikayətçi olmadığını qeyd etmiş və yazılı surətdə ərizə də təqdim etmişdir. Nədənsə onun şikayəti qeydə alınmış, şikayətinin olmaması barədə ərizəsi qeydə alınmamışdır.
31. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir.
32. Yuxarıda göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin e-2(075)-843/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ona intizam tənbehinin verilməsi barədə 10 yanvar 2023-cü il tarixli, 70 saylı əmrin ləğv edilməsi hissəsində iddiadan imtina etmiş, iddia tələbinin qalan hissəsi üzrə isə apellyasiya şikayətini müdafiə etmiş, işdən azad edilməsi barədə əmrin ləğvi və işə bərpa edilməsi hissəsində iddianın təmin edilməsini xahiş etmişdir.
35. Cavabdeh "Şəki Rayon Mərkəzi Xəsləxanasi" publik hüquqi şəxsin nümayəndəsi X7 iddiaçıya intizam tənbehinin verilməsi barədə 10 yanvar 2023-cü il tarixli, 70 saylı əmrin ləğv edilməsi hissəsində iddiaçının iddiadan imtina etməsinə etiraz etməmiş, qalan hissədə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
36. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə (6-cı yarımbəndinin) görə, “məzuniyyətdə olan işçilərin” əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 58-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 58-ci maddəsinin 4-cü bəndinə görə əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. 58-ci maddəsinin 5-ci bəndinə görə əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. 58-ci maddəsinin 6-cı bəndinə görə yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
84-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddəsinin 3-cü bəndinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 01 may 2023cü il tarixli, e-2(075)-843/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(107)-1035/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)-843/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının intizam tənbehinin verilməsi barədə 10 yanvar 2023-cü il tarixli, 70 saylı əmrinin ləğv edilməsi hissəsində iddiadan imtinası qəbul edilmiş, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiasının intizam tənbehinin verilməsi barədə 10 yanvar 2023-cü il tarixli, 70 saylı əmrin ləğv edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)-843/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı iddianın rədd edilmiş “işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə qismən təmin edilməlidir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı, 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasına həkim uroloq vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, Şəki Rayon Mərkəzi X8 şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə İddiaçı əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 08 sentyabr 2022-ci il tarixdən kəsilmişdir. Yəni iddiaçı həmin tarixdən əvəzçilik üzrə işindən azad edilmişdir. Əmrdə İddiaçı münasibətdə əmrin İddiaçı məzuniyyət müddətindən sonra icrası nəzərdə tutulmuşdur.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
46. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək məzuniyyətində olduğu halda işəgötürənin onun işinə xitam verilməsi barədə əmr verməsinə məhkəmənin əhəmiyyət verməməsinə, qanunvericilikdə belə əmrin hər hansı şərtlə verilməsini mümkün edəcək normanın nəzərdə tutulmamasına, əmək müqaviləsinə xitam verilməsi zəruriliyinin əsaslandırılmamasına, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin də tələbinə əməl olunmamasına məhkəmənin nəzər yetirməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh təşkilatın iddiaçının işdən azad edilməsi barədə əmrinin iddiaçının növbəti əmək məzuniyyətində olduğu dövrdə verilməsini, əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə riayət edilməməsini nəzərə almamışdır.
47. Belə ki, iş materiallarından görünür ki, İddiaçı, 30 dekabr 2002-ci il tarixli 143 saylı əmrlə Şəki Mərkəzi Rayon Xəstəxanasına həkim uroloq vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra əvəzçiliklə bağlı ona əlavə 0.5 ştat vahidi iş verilmiş və o 24 sentyabr 2021-ci il tarixli 1764 saylı əmrlə Hemodializ şöbəsinə 0.5 ştat vahidi həkim-nefroloq vəzifəsinə təyin edilmişdir. 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır.
48. Eyni zamanda mülki iş materiallarından görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı işindən əlavə xəstəxananın Hemodializ şöbəsində 0.5 ştat vahidi həkim nefroloq işləməsi məqsədəuyğun hesab edilmədiyindən Şəki Rayon Mərkəzi X8 şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə İddiaçı əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi 08 sentyabr 2022-ci il tarixdən kəsilmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrdə iddiaçının işdən azad edilməsinin əsası kimi Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin hər hansı bir normasına, hər hansı bir normada nəzərdə tutulmuş tələblərin pozulmasına deyil, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli məktubuna istinad edilmişdir ki, bununla da işəgötürən müəssisə tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur.
50. Əmək Məcəlləsinin 58-ci maddəsinin 4-cü bəndinin tələbindən də göründüyü kimi əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından Əmək Məcəlləsinin 58-ci maddəsinin 5 və 6-cı bəndlərində nəzərdə tutulmuş istisnaların İddiaçı aid edilməli olması halları müəyyən edilməmişdir.
52. Mülki iş materiallarından görünür ki, İddiaçı 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. İddiaçı həmin tarixlərdə əmək məzuniyyətində olmasına baxmayaraq, o, Şəki Rayon Mərkəzi X8 şəxsinin 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmri ilə əvəzçilik üzrə işlədiyi 0.5 ştat vahidi işindən azad edilmişdir.
53. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə görə, “məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində” işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
54. Göründüyü İddiaçı 01 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılmış və onun işə başlamalı olduğu tarixin xx.xx.2022-ci il olması müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən azad edilmə barədə əmrin sonradan icra edilməsi qərarlaşdırılsa da Əmək Məcəlləsinin 79-cu maddəsi onun nə vaxt icra edilməsindən asılı olmayaraq, məzuniyyətdə olan şəxslə əmək münasibətlərinə xitam verilməsini istisna etmişdir. Həmçinin mübahisələndirilən əmr verilərkən iddiaçı ilə aralarında olan əmək münasibətlərinə xitam verilməsi zərurətinin nədən ibarət olmasına cavabdeh təşkilat tərəfindən aydınlıq gətirilməmiş, əmək münasibətlərinə xitam verilməsi üçün əsas olan Əmək Məcəlləsinin hər hansı bir normasına istinad edilməmişdir.
55. Beləliklə, yuxarıda qeyd olunduğu kimi cavabdeh təşkilat Əmək Məcəlləsinin bir sıra normalarının imperativ tələblərini pozmaqla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа, əmrin tərtib edilmə tələblərinə əməl оlunmаdаn həmin müqaviləyə xitam vermişdir.
56. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsində əmək qanunvericiliyin tələblərinin pozulması ilə razılaşsa da, iş materialından 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin yalnız iddiaçı barəsində deyil, iddiaçıdan əlavə olaraq daha 9 nəfər şəxsə də aid olması müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan, həmçinin məhkəmə iclasında verdiyi izahatından əmrin yalnız ona aid hissəsinin iddiaçının hüquqlarını pozması, digər 9 nəfərin adından çıxış etməsi üçün isə hər hansı bir səlahiyyətə malik olmaması müəyyən edilmişdir.
57. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
58. Göründüyü kimi iddiaçı 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin özünə aid hissəsi istisna olmaqla digərlərinə aid hissəsinin də ləğvini tələb etməkdə subyektiv hüququ olmamamışdır.
59. Məhkəmə kollegiyası iddia tələbini 08 sentyabr 2022-ci il tarixli, 1624 nömrəli əmrin yalnız iddiaçıya aid hissədə ləğv edilməsində əsaslı hesab etsə də iddiaçı tərəfindən vəkilə 250 manat vəsaitin ödənilməsinə dair hər hansı bir sənədin təqdim edilməməsini nəzərə alaraq iddia tələbini cavabdehdən iddiaçının xeyrinə 250 manat vəkil xərcinin tutulması hissəsində əsaslı hesab etmir.
60. Şərh edilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, e-2(075)-843/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı iddianın rədd edilmiş “işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1724 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin cavabdehdən tutulması” hissəsində yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsə qarşı işdən çıxma barədə əmrin ləğvi və işə bərpaya dair iddiası qismən təmin edilsin. Cavabdeh Şəki Rayon Mərkəzi X8 şəxsin 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmri İddiaçı işdən azad olunması hissəsində ləğv edilsin. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi X8 şəxsin Hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilsin. İddia tələbi işdən azad olunma barədə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmrin qalan hissəsinin ləğv edilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat xərcin tutulması hissəsində təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.