Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1036/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X6 Azərbaycan»-ın Cavabdeh qarşı ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı «X6 Azərbaycan»-ın Cavabdeh qarşı ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(051)-554/2022 saylı qətnaməsindən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı, «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2013- cü il tarixli, 213/2013 saylı kredit müqaviləsinə əsasən hesablanmış 39873.27 USD məbləğdə əsas borc, 3322.13 USD məbləğdə faiz borcu, 1265.24 USD məbləğdə cərimə pulu olmaqla, cəmi 44460.64 USD, 11 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci, 5.50 manat əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərci və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh məxsus olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı, buraxılışı 2013- cü il, şassi/ban nömrəsi JTMHU09J2D5075603, mühərriki 1GRA771195, rəngi – ağ olan avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ cavabdehlərin «X6 Azərbaycan» QSC-nə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə, qalıq borc məbləğinin cavabdehlərin digər əmlakı hesabına iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-63367/20-23 saylı xx.xx.2020-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41,42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir. İpoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X6 Azərbaycan” QSC-dən alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı «X6 Azərbaycan» Cavabdeh qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün ödənilmiş 2242,06 manat xidmət haqqı, 403,57 manat (ƏDV 18%) cəmi 2645,63 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadəəşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsinin xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən hesablanmış 39873.27 USD məbləğdə əsas borc, 3322.13 USD məbləğdə faiz borcu, 1265.24 USD məbləğdə cərimə pulu olmaqla, cəmi 44460.64 USD, 11 manat bildirişlərin göndərilməsi üzrə poçt xərci, 5.50 manat əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin gömdərilməsi üzrə poçt xərci və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub iddiaçı «X6 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh məxsus olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı, buraxılışı 2013- cü il, şassi/ban nömrəsi JTMHU09J2D5075603, mühərriki 1GRA771195, rəngi – ağ olan avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ cavabdehlərin «X6 Azərbaycan» QSC-nə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə, qalıq borc məbləğinin cavabdehlərin digər əmlakı hesabına iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2013- cü il tarixli, 213/2013 saylı kredit müqaviləsi üzrə 39873.27 USD məbləğdə əsas borc, 6002.75 USD məbləğdə faiz borcu, öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə 100 USD məbləğdə cərimə olmaqla, cəmi 45976.02 USD məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh və Əliyev Müzahim Şakir oğlundan müştərək qaydada alınıb «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh məxsus 99- FJ-045 dövlət qeydiyyat nişanlı, “X5” markalı, buraxılışı 2013-cü il, şassi/ban nömrəsi JTMHU09J2D5075603, mühərriki 1GRA771195, rəngi – ağ olan avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiyməti 80000 USD müəyyən edilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh və Əliyev Müzahim Şakir oğlunun banka olan borcu ödənilməsi, girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh və Əliyev Müzahim Şakir oğlundan ümumi qaydada tutulması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 16.50 manat poçt xidmət haqqının cavabdehlərdən tutulub «X6 Azərbaycan» QSC-nə ödənilməsi qət edilmişdir
5. Həmin qətnamədən narazı qalan iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh Əliyev Müzahim Şakir oğlu apelyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli 2(107)- 970/2018 nömrəli qətnaməsi ilə iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli 2(107)- 970/2018 nömrəli qətnaməsindən narazı qlan iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli 2(102)-108/2018 nömrəli qərarına əsasən iddiaçı «X6 Azərbaycan» QapalıSəhmdar Cəmiyyəti kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli 2(107)-970/2018 nömrəli qətnaməsi Cavabdeh məxsus, ipoteka predmeti olan 99-FJ045 dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni cavabdehlərdən cərimə borcunun tutulması hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
6. Şəki Aplellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi qismən- “Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ- *** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilin açıq hərracda ilkin satış qiyməti 83000 (səksən üç min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-63367/20-23 saylı xx.xx.2020-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41,42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur
8. Hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın yekunları barədə 23 dekabr 2020-ci il tarixli 55/06 nömrəli protokola əsasən alıcı (hazırkı iddia üzrə iddiaçı) “X6 Azərbaycan” QSC “X5” markalı, 99- FJ-045 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 52912,50 manata (əlli iki min doqquz yüz on iki man, əlli qəpik) almışdır.
9. "xxxx" MMC tərəfindən “X6 Azərbaycan” QSC-yə 21 dekabr 2021-ci il 236 nömrəli Hesab-Faktura və xx.xx.2020-ci il tarixli Seriya EBAV 178895 saylı elektron qaimə təqdim edilərək, hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün 2242,06 manat xidmət haqqı, 403,57 manat (ƏDV 18%) tələb edilmişdir
10. “X6 Azərbaycan” QSC tərəfindən xx.xx.2020-ci il tarixdə 2242,06 manat xidmət haqqının, 403,57 manat (ƏDV 18%) cəmi 2645,63 manatın "xxxx" MMC-yə ödənilməsinə dair 1056 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ancaq iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasının xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir.
12. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, göründüyü kimi, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X6 Azərbaycan” QSC-dən alınmışdır.
13. Məhkəmə iş materiallarında olan sübutları və istinad olunun hüquq normalarına istinad edir ki, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkiatçısının xərcləri iddiaçı tərəfindən qarşılandığından həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda hazırki iş üzrə çəkilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
14. Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(051)-554/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün ödənilmiş 2242,06 (iki min iki yüz qırx iki manat altı qəpik) manat xidmət haqqı, 403,57 (dörd yüz üç manat əlli yeddi qəpik) manat (ƏDV 18%) cəmi 2645,63 (iki min altı yüz qırx beş manat altmış üç qəpik) manat məbləğində pulun alınıb iddiaçı “X6 Azərbaycan” QSC-in xeyrinə ödənilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 46,86 (qırx altı manat səksən altı qəpik) manat məbləğində pulun alınıb, iddiaçı “X6 Azərbaycan” QSC-ə verilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4, 47 və 74-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
16. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, nəticədə Mingəçevir Şəhər Məhkəməsinin 04 yanvar 2018ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi qismən- “Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus, ipoteka predmeti olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı avtomobilin açıq hərracda ilkin satış qiyməti 83000 (səksən üç min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır.
17. İşdə olan 21 dekabr 2020-ci il tarixli 236 nömrəli hesab-fakturadan görünür ki, iddiaçı “X6 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 2242,06 manat xidmət haqqı, 403,57 manat (ƏDV 18%) cəmi 2645,63 manat məbləğində xidmət haqqı ödənilmişdir.
18. İşdə olan Mədaxil qəbzinin sürətindən görünür ki, iddiaçı tərəfindən 46,86 manat məbləğində dövlət rüsumum ödənilmişdir.
19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tələbə qarşı məsul olan şəxslərin dairəsini müəyyən etməmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi kimi, Mingəçevir şəhər məhkəməsinin 2(051)-16\2018 saylı, 04.01,2018-ci il tarixli qətnaməsi ilə “X6” QSC-nin cavabdehlər Əliyev Müzahim Şakir oğlu və Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması, tutmanın ipoteka predıuetinə yönəldilməsi və açıq hərracdan satılması tələbi təmin edilmişdir. İş üzrə kredit alan Əliyev Müzahim Şakir oğlu çıxış edir və o, iş üzrə məhkəməyə cavabdeh qismində cəlb edilməmişdir.
21. Cavabdeh ipoteka ilə yüklü edilmiş əmlakının dəyəri həcmində məsuliyyət daşıyır.
22. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(051)- 554/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
25. İddiaçı «X6 Azərbaycan»-ın nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
26. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakı hal da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə. 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsində olan«...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.” X2 Məhkəməsi qeyd etmişdir ki: “Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazılıq pozulmuş olur. Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cı maddəsinin pozulması kimi qiymətləndirilməlidir.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(051)- 554/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
32. Belə ki, bu qətnamənin 26-cı bəndində göstərilmiş maddi hüquq normaları və bu qətnamənin 27-ci bnədində qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq məhkəmə kolelgiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı təmin etməkdə haqlı olmuşdur.
33. İddiaçı “X6 Azərbaycan” QSC tərəfindən məhkəmə təqdim edilmiş xx.xx.2020-ci il tarixli seriya EBAV 178895 saylı elektron qaimə, xx.xx.2020-ci il tarixli 1056 saylı ödəniş tapşırığı və 21 dekabr 2021-ci il 236 nömrəli hesab-faktura sənədləri ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-889/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-63367/20-23 saylı xx.xx.2020-ci il tarixli məktubunun icrasına əsasən "xxxx" MMC tərəfindən keçirilmiş ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərracın təşkilinə dair hərrac təşkilatçısının xərclərinin iş üzrə tələbkar “X6 Azərbaycan” QSC tərəfindən ödənildiyi sübut edilir.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-ci bəndində göstərilmiş arqumentinə münasibət bildirərək qeyd edir ki, Əliyev Müzahim Şakir oğlu kredit alan olmadığından birinci instansiya məhkəməsi onu iş üzrə cavabdeh kimi cəlb etməməkdə haqlı olmuşdur.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(051)-554/2022 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(051)-554/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov