Məhkəmə qərarları › İş №2(107)-1038/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1038/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1038/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022ci il tarixli 2(051)-602/2022 saylı qətnaməsindən iddiaçı “X3 Azərbaycan” QSC–nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Cavabdeh2 və "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli 213/2013 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə bank arasında xx.xx.2013-cü il tarixli 213/2013 saylı tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 Əlihüseyin oğlu arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 Əlihüseyin oğluna məxsus “X2” minik markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi ilə 45976.02 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada alınıb "xxxx" QSC-nin hesabına ödənilməsi, borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 Əlihüseyin oğluna məxsus, **-FJ-*** dövlət qeydiyyat nişanlı, "X2" markalı minik avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 banka olan borcunun ödənilməsi, girov predmetinin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qalan hissədə Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 ümumi qaydada tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 16.50 manat poçt xidmət haqqının cavabdehlərdən tutulub "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)- 889/2019 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi “Cavabdeh2 Əlihüseyin oğluna məxsus, **-FJ-*** dövlət qeydiyyat nişanlı, "X2" markalı minik avtomobilinin ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilərək, avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 83000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını - bir sözlə qətnamənin icra edilməsini "xxxx" MMC yə sifariş etmişdir. İddiaçı tərəfindən "xxxx" MMC -yə 11723,88 (on bir min yeddi yüz iyirmi üç manat 88 qəpik) manat məbləğində xidmət haqqı ödənildiyi iddia olunur və həmin məbləğ cavabdehlərdən tələb olunur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “X3 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 11723.88 manat məbləğində maddi zərərin və 125.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli 213/2013 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə bank arasında xx.xx.2013-cü il tarixli 213/2013 saylı tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2013-cü i tarixli 213/2013 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 Əlihüseyin oğlu arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 Əlihüseyin oğluna məxsus “X2” minik markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019 cu il tarixli 2(107)-889/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada cəmi 44460,13 ABŞ dolları borc pulun və 46,50 manat digər xərclərin iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 Əlihüseyin oğluna məxsus "X2" minik markalı **-FJ-*** dövlət nömrə nişanlı minik markalı avtomobilə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 manat müəyyən edərək acıq hərracdan satılmasını, satışdan əldə olunmuş pul vəsaitilə "xxxx" QSC-ə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Xətai rayon İcra və Probasiya şöbəsinə və Mingəçevir İcra və Probasiya şöbəsinə yönəlmişdir. İddiaçı "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını bir sözlə qətnamənin icra edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 Əlihüseyin oğluna məxsus “X2” minik marka **-FJ-*** dövlət nömrə nişanlı avtomobilinin yerini aşkar etmiş və həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verərək duracağa yerləşdirmişdir. Qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən, iddiaçı tərəf "xxxx" MMCyə Cavabdeh2 Əlihüseyin oğlunun mülkiyyətində olan “X2” minik markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin cərimə meydançasına yerləşdilməsi ilə əlaqədar qətnamə üzrə 78159,23 AZN borcun xidmət haqqının 15%-i olaraq 11723,88 (on bir min yeddi yüz iyirmi üç manat 88 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. Odur ki, cavabdehlərdən müştərək qaydada 11723.88 manat məbləğində maddi zərərin və 125.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlər müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə təmsil etdiyi hüquqi şəxs "xxxx" MMC ilə hüquqi xidmət haqqında müqavilə bağlamış və icra sənədinin icra olunması üçün "xxxx" MMC-nin hesabına 11723.88 manat məbləğində vəsait ödəmişdir. Göründüyü kimi təmsil etdiyi hüquqi şəxs cavabdehlərin təqsirli hərəkətləri nəticəsində maddi zərərə məruz qalmışdır. Hesab edi ki, həmin maddi zərər cavabdehlər tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Əlihüseyin oğlu məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, iddiaçı tərəf və ya icra məmuru avtomobilin təhvil verilməsi barədə heç bir məlumat vermədən avtomobili DNPB-nin vasitəsilə saxlatdıraraq duracağa yerləşdirmişdir. "xxxx" MMC-nin xidmət haqqı kimi ödədiyi 11723,88 manat məbləğində pulu tələb etsə də, lakin gördüyü işi təsdiq edən sübutlar təqdim etməmişdir. Sözügedən avtomobil axtarışda olmayıb, nə də ki, avtomobilin iddiaçı tərəfə təhvil verilməsi barədə nə şifahi, nə də rəsmi qaydada xəbərdar edilməmişdir. Həmin avtomobilin saxlanmasında və duracağa yerləşdirilməsində "xxxx" MMC-nin heç bir fəaliyyəti olmamışdır. Mübahisəli avtomobil icra məmurunun məktubu əsasında DNPB-nin əməkdaşları tərəfindən saxlanmış və duracağa yerləşdirilmişdir. Ondan sonra icra məmurunun sifarişi əsasında hərrac keçirilmiş və satılmışdır. Həmin əməliyyatların aparılması səlahiyyətli dövlət orqanları və hərrac komissiyası tərəfindən həyata keçirilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı Cavabdeh2 Əlihüseyin oğlu ilə eyni məzmunlu izahat verdi və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı “X3 Azərbaycan” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi ilə 45976.02 ABŞ dollarə məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada alınıb "xxxx" QSC-nin hesabına ödənilməsi, borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 Əlihüseyin oğluna məxsus, **-FJ-*** dövlət qeydiyyat nişanlı, "X2" markalı minik avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 banka olan borcunun ödənilməsi, girov predmetinin satışından əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qalan hissədə Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 ümumi qaydada tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 16.50 manat poçt xidmət haqqının cavabdehlərdən tutulub "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)- 889/2019 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-16/2018 nömrəli qətnaməsi “Cavabdeh2 Əlihüseyin oğluna məxsus, **-FJ-*** dövlət qeydiyyat nişanlı, "X2" markalı minik avtomobilinin ilkin satış qiymətinin 80000 ABŞ dolları müəyyən edilməsi” hissəsində dəyişdirilərək, avtomobilin açıq hərracdan ilkin satış qiymətinin 83000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, avtomobil saxlanılaraq cərimə meydançasına yerləşdirilmiş, daha sonra keçirilmiş ilkin və təkrar hərracda avtomobil satılmadığından, avtomobil 52912.50 manat qiymətlə ipoteka saxlayan- «X3 Azərbaycan» QSC-yə təklif olunmuş, tələbkar təklifi qəbul etmişdir. Daha sonra iddiaçı «X3 Azərbaycan» QSC, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilənin 5.5-ci bəndini və "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.2- ci bəndini rəhbər tutaraq hazırki iş üzrə cavabdehlərdən iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş xidmət haqqının əvəzini ödəməyi tələb etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçı «X3 Azərbaycan» QSC-nin tələbini əsaslandırdığı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5.5-ci bəndi və həmin bənddə iddiaçı üçün müəyyən edilmiş hüququ rəhbər tutaraq iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilə hazırki iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, istinad olunan kredit müqaviləsinin 5.5-ci bəndində qeyd olunur ki, “bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə (güzəşt edilə) bilər. Bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi “Borcverən” tərəfindən üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və\və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaq. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi “Borcverən”- hazırki iş üzrə iddiaçı X3 Azərbaycan» QSC cavabdehlərlə bağladığı müqavilələr üzrə tələb hüquqlarını hər hansı şəxsə güzəşt etməmiş, onlardan alacaqlarını özü tələb etmişdir Kredit müqaviləsinin 5.5-ci bəndinin 2-ci cümləsində isə “Borcverən” tərəfindən “kredit borcunun qaytarılması və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi”nin üçüncü şəxslərə tapşırıla biləcəyi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş qətnamələrin surətindən isə görünür ki, iddiaçının cavabdehlərə qarşı “kredit borcunun qaytarılması və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi” tələbinə dair qaldırdığı iddia Bank tərəfindən verilmiş, həmin işlərdə bankı öz işçiləri olan nümayəndələri təmsil etmiş, nəticədə iddia təmin edilərək icraya yönəldilmişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 2-ci hissəsində göstərilir ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və ya təminatı avtomobil, nəqliyyat vasitələri və.s. olan kreditləri, kredit kartları və ya kredt kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Həmin müqavilənin 4-cü hissəsinin 6-cı abzasında isə qeyd olunur ki, Bank, başlanılmış və ya başlanılacaq məhkəmə işlərini Büroya verib verməməkdə sərbəstdir. Göründüyü kimi, iddiaçının cavadehlərə qarşı məhkəmə işlərini aparmağı "xxxx" MMC-yə həvalə etməmiş, məhkəmə araşdırmasında "xxxx" MMC hər hansı şəkildə iştirak etməmişdir. Müvafiq məhkəmələrdə aparılmış mülki iş üzrə icraatın nəticəsində cavabdehlər Cavabdeh2 Əlihüseyin oğlundan və Cavabdeh1 müştərək qaydada cəmi 45976.02 ABŞ dolları borc pul və 46,50 manat digər xərclər iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 Əlihüseyin oğluna məxsus "X2" markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı markalı minik avtomobilinə yönəldilməsi qət edilmişdir Bundan başqa məhkəmə iddia ərizəsində qeyd edildiyi ki, "xxxx" MMC-nin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus “X2” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yerini aşkar edərək, həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Xətai rayon İcra və Probasiya şöbəsinə təhvil verərək duracağa yerləşdirməsi iddiası ilə inandırıcı olmadığına görə razılaşmır. Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi isə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətinə aiddir. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş avtomobilin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi və icra məmuruna təhvil verilməsi yol patrul xidmətinin əməkdaşları tərəfindən, icra məmurunun qərarı əsasında baş verə bilərdi. İddia ərizəsinə isə "xxxx" MMC-nin bu cür səlahiyyətə - xüsusi mülkiyyət hüququ ilə başqasına məxsus olan əmlakı mülkiyyətçinin iradəsi əleyhinə ondan alaraq, başqa bir dövlət orqanına təhvil verməsi- malik olmasına dair hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür səlahiyyətə malik olmadan - xüsusi mülkiyyət hüququ ilə başqasına məxsus olan avtomobilin mülkiyyətçinin iradəsi əleyhinə ondan alınaraq, icra qurumuna təhvil verilməsi bu səlahiyyətə malik dövlət orqanının səlahiyyətlərinin mənimsənilməsinə gətirib çıxarardı. Buna görə də Məhkəmə "xxxx" MMC-nin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus “X2” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini aşkar edərək saxlanmasını təşkil etməsi və icra məmuruna təhvil verməsi öz-özlüyündə özbaşınalığı ehtiva etməklə, ağlabatan deyil. Bundan başqa, qətnamənin icrası ilə bağlı icra orqanları ilə yazışmalardan da görünür ki, bu yazışmalarda «X3 Azərbaycan» QSC-nin adından öz işçiləri olan nümayəndələri iştirak etmişlər. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ nə məhkəmə xərclərinə, nə maddi zərərə aid deyildir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, "xxxx" MMC iddiaçı bankı nə məhkəmədə, nə də icra sənədi üzrə icraatda təmsil etməmişdir. Belə olan halda iddiaçının "xxxx" MMC-nin hesabına ödədiyi 11723,88 manat məbləğdə pul məhkəmə xərcləri kimi qəbul edilib maddi zərər kimi cavabdehlərdən tələb edilə bilməz. Göründüyü kimi işə baxılması ilə əlaqədar məsrəflərin, yəni məhkəmə xərclərinin dairəsi qanunverici tərəfindən konkret şəkildə müəyyən edilmiş, lakin hazırkı iş üzrə iddiaçının tələb etdiyi pul məbləği məhkəmə xərclərinin dairəsinə daxil deyildir. Belə ki, həm məhkəmə mübahisəsi zamanı, həm də qətnamənin icrası ilə əlaqədar aparılan prosessual hərkətlərdə iddiaçının öz işçiləri təmsil etmişdir. Belə olan halda iddiaçının tələb etdiyi məbləğdə maddi zərərə məruz qalması, işin həqiqi hallarına uyğun deyildir. İşin müəyyən olunmuş hallarından da görünür ki, tələbin ipoteka ilə yüklü edilmiş avtomaşına yönəldilməsinə dair məhkəmə qətnaməsi icra olunmuş, yəni ipoteka predmeti açıq hərracda bağlanmış alqı–satqı müqaviləsi əsasında iddiaçı bankın balansına keçmiş və cavabdehin kredit müqaviləsi üzrə iddiaçı banka olan əsas və faiz borcu tam şəkildə ipoteka predmetinin dəyərindən ödənilmişdir. İddiaçı bank kredit müqaviləsi üzrə məhkəmə qətnaməsində göstərilən borc məbləğinin əvəzinə ipoteka predmeti olan avtomaşını əldə etmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini icra etmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən həmin müqaviləyə istinad edərək cavabdehdən məhkəmə xərci, əldən çıxmış fayda və yaxud real zərər tələb etməsi, açıq–aşkar hüquqdan sui–istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh tərəf kreditin təminatı olaraq minik avtomobilini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş minik avtomobilinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Bu da onu deməyə əsas verir ki, ipoteka ilə yüklü edilmiş əmlakın iddiaçı bank tərərfindən əldə edilməsi ilə bağlı ləngimələr və sair pozuntular nəticəsində iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-602/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd olunmuş, iddiaçı X3 Azərbaycan QSCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 11723.88 manat məbləğində maddi zərərin və 125.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh2 36 ay müddətinə illlik 16 faiz dərəcəsi ilə 64000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə onunla zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 məxsus “X2” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilədən görünür ki, məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını bir sözlə qətnamənin icra edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 məxsus “X2” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin saxlanca yerləşdirilməsi ilə əlaqədar qətnamə üzrə 78159.23 manat borcun xidmət haqqının 15 faiz avansı olaraq 11723.88 manat icra edilərək "xxxx" QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. İşdə olan Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən AR DİN BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “X2” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi və sözügedən avtomobilin "xxxx" QSC-nin adına sənədləşdirilməsinə etiraz etməmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “X3 Azərbaycan” QSC–nin nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı “X3 Azərbaycan” QSC–nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq öz üzərinə öhdəlik götürmüşdür ki, Bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət ilə bağlı xərcləri də ödəyəcəkdir. Başqa sözlə desək, cavabdehə məlum idi ki, məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləği könüllü surətdə ödəməyəcəyi təqdirdə, Bank borcun məcburi tutulması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məruz qalacağı xərclər də ondan tutulacaqdır və bu xərcləri ödəməyi öhdəsinə götürmüşdü. Həmin nəticəyə gələrkən məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbinin əsasını məhkəmə aktının bilavasitə «Lider Leqal»" MMC tərəfindən icra edilməsi deyil, həmin aktın icrasının təmin edilməsi ilə bağlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir. Bu işlərin görülməsini müqavilə (və müvafiq qaydada verilmiş etibarnamə) əsasında başqa şəxsə tapşıran Bankın həmin işləri yerinə yetirən şəxsə xidmət haqqı ödəməsi və bu xərclərin əvəzini cavabdehlə bağladığı müqavilə şərtlərinə uyğun olaraq ondan tələb etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə aktının qəbul edilməsindən sonra iddiaçının (tələbkarın) çəkdiyi xərclərin "məhkəmə xərcləri"-nə aid olmadığı barədə gəldiyi nəticə həmçinin aşağıdakı əsaslara görə də düzgün hesab edilə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında, o cümlədən Səfərova Azərbaycana qarşı işi üzrə 14 oktyabr 2010-cu il tarixli qərarında (ərizə N° 35507/07) qeyd etdi ki, ".hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsisayılmalıdır". Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)- 602/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-602/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1–ci maddəsində qeyri–qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui–istifadə kimi müəyyən edilmişdir 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449–cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM–in 449.1–ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-602/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını məhkəmə aktının bilavasitə «Lider Leqal»" MMC tərəfindən icra edilməsi deyil, həmin aktın icrasının təmin edilməsi ilə baqlı tələbkarın səlahiyyətli nümayəndəsi kimi göstərdiyi hüquqi xidmətlərin əvəzinin ödənilməsi təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavadehlərə qarşı məhkəmə işlərini aparmağı "xxxx" MMC-yə həvalə etməmiş, məhkəmə araşdırmasında "xxxx" MMC hər hansı şəkildə iştirak etməmişdir. İddia Bank tərəfindən verilmiş, həmin işlərdə bankı öz işçiləri olan nümayəndələri təmsil etmişdir. Bundan başqa, qətnamənin icrası ilə bağlı icra orqanları ilə yazışmalarda da «X3 Azərbaycan» QSC-nin adından öz işçiləri olan nümayəndələri iştirak etmişlər. İddiaçı apelyasiya şikayətində həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə aktının qəbul edilməsindən sonra iddiaçının (tələbkarın) çəkdiyi xərclərin "məhkəmə xərcləri"-nə aid olmadığı barədə gəldiyi nəticə həmçinin aşağıdakı əsaslara görə də düzgün hesab edilə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında, o cümlədən Səfərova Azərbaycana qarşı işi üzrə 14 oktyabr 2010-cu il tarixli qərarında (ərizə N° 35507/07) qeyd etdi ki, ".hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsi sayılmalıdır". Məhkəmə kollegiyası bu hissədə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-889/2019 saylı qətnaməsinin icra edilməsi Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, qətnamənin icrası üzrə hərəkətlər Xətai rayon İcra və Probasiya şöbəsi və AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətinə aiddir. Qeyd edilənlərdən göründüyü kimi, məhkəmə tərəfindən çıxarılmış qərarın icrası məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi sayılmaqla bərabər, məhkəmə qərarlarının icrası səlahiyyətlərinin verildiyi müvafiq orqanlar mövcuddur və hazırkı mübahisənin hallarından da göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(107)- 889/2019 saylı qətnaməsinin icrası həmin orqanlar tərəfindən həyata keçirilmişdir. Bu baxımdan da, iddiaçı bankın qətnamənin icrası ilə bağlı hər hansı hərəkətləri yerinə yetirməsi üçün öz təşəbbüsü ilə hansısa hüquqi xidmət şirkəti ilə müqavilə bağlaması məhkəmə qərarının icrası prosesinin tərkib hissəsi hesab edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “X3 Azərbaycan” QSC–nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)- 602/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC–nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(051)-602/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar