Məhkəmə qərarları › İş №2(107)-1038/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1038/2024

23.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1038/2024 23.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, cavabdehlərin mümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-74/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli, **********51 reystr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2012 qeydiyyat Tarixli Çıxarış ilə Qəbələ şəhəri ərazisində 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X3, X4 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbi barədə iddia qaldıraraq AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisində cəmi 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-63 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş plan əsasında təhkim edilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinin ərazisindən 0,09 ha satılmış və 1,3725 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********51) yenidən qeydiyyata alınmışdır. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə olunmuş və hər il taxıl əkilmişdir. 2023-cü ildə AR İN ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsindən islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərində kiçilmə olması barədə məlumat aldıqdan sonra torpaq sahəsinin ərazisinə daxil olan və qurunt sularının toplanması məqsədilə istifadə olunan xəndəyin doldurularaq Qəbələ bələdiyyəsi tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həyətyanı torpaq sahəsi kimi satıldığını öyrənmişdir. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia qaldırılmışdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli «Torpaqların alqısatqısına dair» Aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır.

5. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan AA 014466 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AE ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1763 saylı ekspert Rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililəri müvafiq hissələrdə öz hesablarına sökməli və ərazini azad edərək qanuni sahibin öz əmlakından istifadəsinə törədilən maneçiliyi aradan qaldırmalıdır.

6. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-74/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin olunmuş, İddiaçı məxsus olan AA 014466 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AE ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/1763 saylı ekspert Rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililərin (əhəng daşından inşa edilmiş hasar) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin hesabına müvafiq gələn hissələrdə sökülərək həmin torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 144, 152, 238 və 337-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 111-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı xx.xx.2008-ci il tarixli «Torpaqların alqı-satqısına dair» Akt AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi

9. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh3 izahatında qeyd etmişdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödəilərək alqı satqı aktı əsasında satılmışdır. Həmin topraq sahəsi Qəbələ bələdiyyəsinin və AR DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim edilmiş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış vəətrafı daş hasarla bağlanmışdır. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Cavabdeh1 oğlu izahatında qeyd etmişdir ki, 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alq satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmış və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. İddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alq satqı aktı əsasında X9 oğluna satılmışdır. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmışdır. İddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsi ilə üst üstə düşə bilməzdi. Bundan əlavə Elvin Rizvanova ayrılmış 0.04 ha torpaq sahəsinə dair AR DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdehlərin ümumiyyətlə ekspertiza təyin edilməsindən, ekspertizanın aparılmasından məlumatları olmamışdır. Ekspetiza onların iştirakları olmadan keçirilmişdir. Ekspert tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi əldə edilməmişdir. Ümumiyyətlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi ekspetriza təyin edilən zaman və ölçü işləri aparılan zaman iştirakı təmin edilməmişdir. Ona görə də hesab edir ki, təkrar tikinti texniki ekspetizası təyin edilməli, ekspertiza keçirilən zaman tərəflərin iştirakları təmin edilməli və ekspertiza keçirilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir.

11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)- 74/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin mümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər onlara Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahələrini dövlət reyestrində qeyddiyata aldırmaq üçün müraciət etmiş, onlara dürüstləşdirmə işlərinin aparılması səbəbindən mülkiyyət sənədi verilmədiyi izah edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-74/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını təşkil edir. 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdehlər Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)- 74/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə X9 oğlu adlı şəxs tərəf deyildir. Cavabdehlər nə özlərinin mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən, nə X9 oğluna məxsus heç bir mülkiyyət sənədi təqdim etməmiş, nə də sonuncunun hazırki işə aidiyyatı ilə bağlı heç bir dəlil göstərməmişlər. Hazırki iş üzrə iddiaçının adına hal-hazırda qüvvədə olan mülkiyyət sənədi mövcuddur ki, həmin mülkiyyət sənədi ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində dəqiq göstərilmişdir) cavabdehlər tərəfindən zəbt edildiyi AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz.

22. Cavabdehlərin apellyasiya şikayətinin məhkəmə ekspertizası keçirilməsi ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, mülki işin materiallarında AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi mövcuddur ki, həmin rəylə xüsusi bilik tələb olunan suallara cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən mütəxəssis rəyinin götürülməsi ilə bağlı hissədə isə kollegiya qeyd edir ki, mülki işin materiallarında 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli məktubu mövcuddur ki, həmin məktubda göstərilmişdir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş **********51 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü1 sənədinə əsasən xüsusi mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. Qeyd: Bununla əlaqədar olaraq bildiririk ki, bu kimi problemlərin həlli məqsədilə ‘ Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016- cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların eektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Qəbələ rayonu Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə layihələr tərtib olunmuş və hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdə və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır.” Halbuki, mütəxəssisin rəy verməməsinə baxmayaraq, ekspert tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilərək, müvafiq ölçü işləri aparılmaqla rəy verilərək xüsusi bilik tələb olunan suallar izah edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(107)-1038/2024 nömrəli qərardadı ilə məhkəmə ekspertizası keçirilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin mümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, cavabdehlər onlara Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahələrini dövlət reyestrində qeyddiyata aldırmaq üçün müraciət etmiş, onlara dürüstləşdirmə işlərinin aparılması səbəbindən mülkiyyət sənədi verilmədiyi izah edilmişdir. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi rəsmi olaraq qüvvədə olan mülkiyyət sənədinə əsasən iddiaçının mülkiyyətində olmaqla cavabdehlər tərəfindən istifadə edildiyi təsdiq olunur. Belə bir halda, dürüstləşdirmə işlərinin qeyri-müəyyən vaxtda tamamlanmasından asılı edilməklə mülkiyyət sənədləri təqdim edilmədən iddiaçının mülkiyyətində olan cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin cavabdehlərə bələdiyyə qərarı ilə verildiyi iddia edilən torpaq sahələri ilə üst-üstə düşməsi ehtimalına görə iddiaçının hazırki vəziyyətdə sübutlarla təsdiq edilməklə müəyyən olan hüquqları pozula bilməz.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-74/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-74/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar