Məhkəmə qərarları › İş №2(107)-1039/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1039/2025

09.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1039/2025 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi, ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2 iştirakı ilə, birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 tərəfindən cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı birlikdə verilmiş “torpaq sahəsindən cavabdehlərin çıxarılması, çəkilmiş çəpərlərin sökülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları: Birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 ## ####### 2024-cü ildə cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “torpaq sahəsindən cavabdehlərin çıxarılması, çəkilmiş çəpərlərin sökülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Ismayıllı Rayon Məhkəməsinə müraciət edərək, Ismayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən və JN-106, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçıların birgə mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş çəpərin cavabdehlərin hesabına sökülüb götürülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ölkədə torpaq islahatı aparılan zaman Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə onun, yəni iddiaçı5 ailə başçısı olmaqla, arvadı iddiaçı2 və övladları X8, X11 və X12 birgə mülkiyyətinə 1,92 hektar kənd təsərrüfatı məhsulların istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Artıq qeyd olunan torpaq sahəsi 26 ildir onların mülkiyyətindədir və cavabdehlər müxtəlif bəhanələrlə mülkiyyətində olan həmin torpaq sahəsini qanunsuz zəbt edərək istifadəsinə maneəçiliklər törədirlər. Onun tərəfindən dəfələrlə əlaqədar qurumlara müraciət edilmiş və mütəxəssislər yerində ölçmə işləri aparmış, cavabdehlərə izah olunmuşdur ki, zəbt etdikləri torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, iddiaçıların birgə mülkiyyətindədir və onların istifadəsinə maneəçiliklər yaratmasınlar. Amma nədənsə cavabdehlər birgə iddiaçıların mülkiyyət hüquqlarına qəsd edərək, torpaq sahəsini zəbt ediblər və boşaltmaq istəmirlər. iddiaçı5 2024-ci ilin aprel ayında mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması, mülkiyyət sənədi olan Çıxarışın verilməsi üçün “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinə müraciət etmiş və oradan ona bildirmişlər ki, torpaq sahəsi başqa şəxslərin istifadəsində olduğu üçün müvafiq ölçmə işləri aparmaq mümkün deyil və ərazinin boşaldılması üçün məhkəməyə müraciət olunmalıdır. O, dəfələrlə cavabdehlərdən zəbt etdikləri torpaq sahəsinin boşaldılmasını, torpaq sahəsinin ətrafına çəkdikləri çəpəri söküb-götürmələrini istəsə də, onlar qəti olaraq bundan imtina etmişlər. Beləliklə, cavabdehlər mülkiyyət hüququ ilə onlara məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz çəpərləyərək onların mülkiyyət hüquqlarına maneəçiliklər törədirlər və onları mülkiyyətlərindən məhrum etmişlər.

2. Birinci instansiya məhkəməsində icraat: Ismayıllı Rayon Məhkəməsinin (hakim Ilqar Hüseynov) ## ##### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 tərəfindən cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı birlikdə verilmiş “torpaq sahəsindən cavabdehlərin çıxarılması, çəkilmiş çəpərlərin sökülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“ Iddia tələbi qismən təmin edilsin. Ismayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehlər cavabdeh2 və cavabdeh3, 0,468 hektar hissəsindən isə cavabdeh cavabdeh1 çıxarılsın. Torpaq sahəsinin ətrafına çəkilmiş çəpər cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 hesabına sökülüb götürülsün və iddiaçıların mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulsun. Iddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı iddiaçı5 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada Ismayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan: - JN-106 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı5, iddiaçı2, X8, X11 və X12 birgə mülkiyyətinə Ismayıllı rayonu Xankənd kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. - JN-034F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X5 və X9 birgə mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - JN-059F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə cavabdeh3 mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - JN-064F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X3, X6, X7 və X4 birgə mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - “xxxx” publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin iddiaçı5 ünvanladığı ## ##### 2024-cü il tarixli, ***-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. - “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, Ismayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirməklə, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN-034F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 və digərinin mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin, JN-064F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin və JN-059F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh3 mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X22 X19 əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X1, 0,44 hektar hissəsi X3 və cavabdeh3, 0,468 hektar hissəsi isə cavabdeh1 tərəfindən istifadə olunur. - ## ####### 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı5 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-106 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı5, iddiaçı2, X8, X11 və X12 birgə mülkiyyətinə Ismayıllı rayonu Xankənd kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. JN-034F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X5 və X9 birgə mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-059F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə cavabdeh3 mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-064F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X3, X6, X7 və X4 birgə mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “xxxx” publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin iddiaçı5 ünvanladığı ## ##### 2024-cü il tarixli, *-**-*-**/*****/**** nömrəli məktubda qeyd edilir ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, Ismayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirməklə, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN- 034F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 və digərinin mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin, JN-064F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin və JN-059F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh3 mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X22 X19 əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X1, 0,44 hektar hissəsi X3 və cavabdeh3, 0,468 hektar hissəsi isə cavabdeh1 tərəfindən istifadə olunur. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin çəpərlənərək iddiaçıların razılığı olmadan cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 istifadə etməsi iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Məhkəmə iddia tələbinin cavabdeh cavabdeh2 münasibətdə qeyd edir ki, hazırki iş üzrə cavabdeh cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsini zəbt etməsi ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və həmin fakt mütəxəssis rəyində də öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, Ismayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehlər cavabdeh2 və cavabdeh3, 0,468 hektar hissəsindən isə cavabdeh cavabdeh1 çıxarılmalı, torpaq sahəsinin ətrafına çəkilmiş çəpər cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 hesabına sökülüb götürülməli və iddiaçıların mülkiyyət hüquqlarına olan maneəçiliklərə son qoyulmalıdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2 və 239.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.3, 217.4, 218.1 və 218.3-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Iş üzrə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər (ayrı-ayrılıqda verilmiş həmin apellyasiya şikayətlərinin hər birini cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2 imzalamışdır). 1). Cavabdeh cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh cavabdeh2 münasibətdə sübutun kifayət qədər olmamasına dair yekdil qənaətə gəlsə də, lakin qərar hissəsində öz mövqeyinə zidd nəticəyə gəlməklə, maddi və prosessual qanunun tələblərinə riayət etməmişdir. Aşağıdakılara əsasən qətnamə əsassız və qanunsuz hesab edilir: məhkəmə qətnaməsindən görünür ki, məhkəmə araşdırması zamanı JN-106 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı5, iddiaçı2, X8, X11 və X12 birgə mülkiyyətinə Ismayıllı rayonu Xankənd kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verildiyi müəyyən olunmuşdur. Bununla yanaşı, JN-064F KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X3, X6, X7 və X4 birgə mülkiyyətinə Ismayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər: - “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin iddiaçı5 ünvanladığı ## ##### 2024-cü il tarixli, 3-21-3-42/2- ****/**** nömrəli məktubda qeyd edilir ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, 3- **-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyinə əsasən, Ismayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilərkən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-064F KOD 40728028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X22 X19 əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X3 və cavabdeh3 tərəfindən istifadə olunur. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin çəpərlənərək iddiaçıların razılığı olmadan cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 istifadə etməsi iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Çünki, Ismayıllı rayon Xankəndi kəndi Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitabındakı bu şəxslər barəsindəki qeydlər torpaq islahatı keçirilənədək mövcud olmuş faktiki torpaqdan istifadə vəziyyətlərini özündə ifadə edir. Ismayıllı rayon Aqrar Islahat Komissiyası islahat apararkən isə artıq oturuşmuş vəziyyətdə olan həyətyanı torpaq sahəsindən faktiki istifadə şəratini nəzərə almalı olduğu halda, heç bir əsası olmadan bunu dəyişməklə yeni bir mübahisə ocağı yaratmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinə görə X22 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki şəxslərin qanuni istifadəsindəki həyətyanı sahələrin yerləşdiyi torpaqlarda – hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Torpaq Məcəlləsinin 43-cü maddəsinin 3-cü bəndinə əsasən yerquruluşu işləri həm də torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini nəzərdə tutur. Məhkəmə iddia tələbinin cavabdeh cavabdeh2 münasibətdə qeyd edir ki, hazırki iş üzrə cavabdeh cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsini zəbt etməsi ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və həmin fakt mütəxəssis rəyində də öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməlidir. Qətnamənin əsaslandırma hissəsində məhkəmə cavabdeh cavabdeh2 münasibətdə sübutların olmaması səbəbindən ona qarşı verilmiş iddia tələbinin təmin olunmaması qənaətinə gəldiyi halda, qərara alınacaq hissəsində isə tamamilə əksinə mövqe tutur. Əgər məhkəmə iş üzrə cavabdeh cavabdeh2 təqsirini sübuta yetirən hər hansı xüsusatı müəyyən etməyibsə, bəs onda aşağıdakı qərara hansı əsasla gəlmiş olur. Məhkəmə öz qətnaməsində daha sonra göstərir: “Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, Ismayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehlər cavabdeh2 və cavabdeh3, 0,468 hektar hissəsindən isə cavabdeh cavabdeh1 çıxarılmalı, torpaq sahəsinin ətrafına çəkilmiş çəpər cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 hesabına sökülüb götürülməli və iddiaçıların mülkiyyət hüquqlarına olan maneəçiliklərə son qoyulmalıdır.” Ismayıllı Rayon Məhkəməsinin bu mövqeyi heç bir hüquqa və məntiqə sığmır. Bir halda ki, məhkəmə cavabdeh cavabdeh2 təqsirinin sübuta yetirilməsinə dair sübutların olmaması nəticəsinə gəldiyi halda, yekunda öz mövqeyinin əksinə qərar qəbul etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, qətnamədə ziddiyyətli hallar kifayət qədərdir. Xüsusən də cavabdeh cavabdeh2 münasibətdə məhkəmənin qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun deyildir. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçıların fikirlərini və “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssis rəyini əsas götürərək, cavabdeh cavabdeh2 münasibətdə qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində müəyyən olunan mövqedən görünür ki, məhkəmə yalnız iddiaçıların tələbində göstərdiyi hallara istinad etmişdir. Məhkəmə iddiaçıların torpaq islahatı qanunvericiliyin tələbinə əməl etməməsi və kadastrlaşma tədbirləri üzrə ölkə rəhbərinin müəyyən etdiyi ədalətli tələblərə dair məsuliyyəti öz üzərlərindən atmağa yönəlmiş mövqedən çıxış etməsinə də tənqidi münasibət bildirməyərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsində cavabdeh cavabdeh2 təqsirli olmasına dair iddiaçıların hər hansı sübut təqdim etməmələrinə əhəmiyyət verilməyərək, yalnız subyektiv mülahizələrə əsaslanaraq iddia tələbinin ona aid hissədə təmin olmasına dair səhv nəticəyə gəlinmişdir. 2). Cavabdeh cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona münasibətdə sübutun kifayət qədər olmamasına əhəmiyyət verməyərək, qərar hissəsində öz mövqeyini iddiaçıların subyektiv hüququnu təsdiq edən sübutun mövcud olmaması halı ilə ziddiyyət təşkil edən nəticəyə gəlməklə maddi və prosessual qanunun tələblərinə riayət etməmişdir. Aşağıdakılara əsasən qətnamə əsassız və qanunsuzdur: Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə araşdırması zamanı JN- 106 KOD******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı5, iddiaçı2, X8, X11 və X12 birgə mülkiyyətinə Ismayıllı rayonu Xankəndi kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilməsi müəyyən olunmuşdur. Lakin, məhkəməyə təqdim olunmuş sübutlarda bunu təsdiq edən hər hansı sübut müəyyən olunmur. Iddiaçılar cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılmaya dair iddia tələbi irəli sürməmişdən əvvəl mübahisəli torpaq sahəsinə özlərinin hüquqlarının olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməli idilər. Məhkəmə isə bu hala heç bir əhəmiyyət verməmişdir. Bununla yanaşı, “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində JN-106 KOD40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunsa da, lakin bunu təsdiq edən sübut iş materiallarında müəyyən olunmamışdır. “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin iddiaçı5 ünvanladığı ##.##.2024cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilir ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21- *-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, Ismayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilərkən JN-106 KOD40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-064F KOD40728028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X22 X19 əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X3 və cavabdeh3 tərəfindən istifadə olunur. Məhkəmənin mübahisə predmeti olan torpaq sahəsinin iddiaçılara məxsus olmasını təsdiq edən sübut təqdim olunmadığı halda, “iddiaçıların razılığı olmadan torpaq sahəsinin çəpərlənərək cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tərəfindən istifadə edilməsi iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir” kimi nəticəyə gəlməsi tam əsassız olmuşdur. Buna görə də məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Çünki Ismayıllı rayon Xankəndi kəndi Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitabındakı bu şəxslər barəsindəki qeydlər torpaq islahatı keçirilənədək mövcud olmuş faktiki torpaqdan istifadə vəziyyətlərini özündə ifadə edir. Ismayıllı rayon Aqrar Islahat Komissiyası islahat apararkən isə artıq oturuşmuş vəziyyətdə olan həyətyanı torpaq sahəsindən faktiki istifadə şəratini nəzərə almalı olduğu halda, heç bir əsası olmadan bunu dəyişməklə yeni bir mübahisə ocağı yaratmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinə görə X22 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki şəxslərin qanuni istifadəsindəki həyətyanı sahələrin yerləşdiyi torpaqlarda – hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Torpaq Məcəlləsinin 43-cü maddəsinin 3-cü bəndinə əsasən, yerquruluşu işləri həm də torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini nəzərdə tutur. Məhkəmə iddia tələbinin cavabdeh3 münasibətdə olan hissəsində qeyd edir ki, hazırki iş üzrə cavabdeh cavabdeh3 mübahisə predmeti olan torpaq sahəsini zəbt etməyi ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmin fakt mütəxəssis rəyində öz əksini tapsa da, həmin rəyin əsaslandığı sübut mənbəyi iş materiallarında müəyyən olunmur. Ona görə də iddia tələbi cavabdeh3 aid hissədə təmin edilməməlidir. Ismayıllı Rayon Məhkəməsinin bu mövqeyi heç bir subyektiv hüquqa və məntiqə sığmır. Bir halda ki, məhkəmə cavabdeh3 təqsirinin sübuta yetirilməsinə dair sübutların olmaması nəticəsinə gəldiyi halda, öz mövqeyinin əksinə qərar qəbul edir. Qeyd olunanlardan da göründüyü kimi, qətnamədə ziddiyyətli hallar kifayət qədərdir. Xüsusən də, cavabdeh3 münasibətdə məhkəmənin qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun deyildir. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbi üzrə yalnız iddiaçıların fikirlərini və “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssis rəyini əsas götürərək, cavabdeh cavabdeh3 münasibətdə qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində müəyyən olunan mövqedən görünür ki, məhkəmə yalnız iddiaçıların tələbində göstərdiyi hallara istinad etmişdir. Məhkəmə iddiaçıların torpaq islahatı qanunvericiliyinin tələbinə əməl etməməsi və kadastrlaşma tədbirləri üzrə ölkə rəhbərinin müəyyən etdiyi ədalətli tələblərə dair məsuliyyəti öz üzərlərindən atmağa yönəlmiş mövqedən çıxış etməsinə də tənqidi münasibət bildirməyərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsində cavabdeh3 təqsirli olmağına dair iddiaçıların hər hansı sübut təqdim etməmələrinə əhəmiyyət verilməyərək, məhkəmə yalnız subyektiv mülahizələrə əsaslanaraq iddia tələbinin cavabdeh3 aid hissədə təmin olmasına dair səhv nəticəyə gəlmişdir. 3). Cavabdeh cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona münasibətdə sübutun kifayət qədər olmamasına əhəmiyyət verməyərək, qərar hissəsində öz mövqeyini iddiaçıların subyektiv hüququnu təsdiq edən sübutun mövcud olmaması halı ilə ziddiyyət təşkil edən nəticəyə gəlməklə maddi və prosessual qanunun tələblərinə riayət etməmişdir. Aşağıdakılara əsasən qətnamə əsassız və qanunsuz hesab edilir: Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə araşdırması zamanı JN-106 KOD******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ismayıllı rayon Aqrar Islahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı5, iddiaçı2, X8, X11 və X12 birgə mülkiyyətinə Ismayıllı rayonu Xankəndi kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilməsi müəyyən olunmuşdur. Lakin məhkəməyə təqdim olunmuş sübutlarda bunu təsdiq edən hər hansı sübut müəyyən olunmur. Iddiaçılar cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılmaya dair iddia tələbi irəli sürməmişdən əvvəl mübahisəli torpaq sahəsinə özlərinin hüquqlarının olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməli idilər. Məhkəmə isə bu hala heç bir əhəmiyyət verməmişdir. Bununla yanaşı, “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində JN-106 KOD40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunsa da, lakin bunu təsdiq edən sübut iş materiallarında müəyyən olunmamışdır. “xxxx” publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin iddiaçı5 ünvanladığı ## ##### 2024-cü il tarixli, 3-21-3-42/2- ****/**** nömrəli məktubda qeyd edilir ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, 32-1-3- **/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilərkən JN-106 KOD40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-064F KOD40728028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X22 X19 əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X3 və cavabdeh3 tərəfindən istifadə olunur. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçılara məxsus olmasını təsdiq edən sübut təqdim olunmadığı halda, məhkəmənin “iddiaçıların razılığı olmadan torpaq sahəsinin çəpərlənərək cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 tərəfindən istifadə edilməsi iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir” kimi nəticəyə gəlməsi tam əsassız olmuşdur. Buna görə də, məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Çünki, Ismayıllı rayon Xankəndi kəndi Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitabındakı bu şəxslər barəsindəki qeydlər torpaq islahatı keçirilənədək mövcud olmuş faktiki torpaqdan istifadə vəziyyətlərini özündə ifadə edir. Ismayıllı rayon Aqrar Islahat Komissiyası islahat apararkən isə artıq oturuşmuş vəziyyətdə olan həyətyanı torpaq sahəsindən faktiki istifadə şəratini nəzərə almalı olduğu halda, heç bir əsası olmadan bunu dəyişməklə yeni bir mübahisə ocağı yaratmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinə görə X22 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadast xəritəsinin tərtib edilməsi zamanı fiziki şəxslərin qanuni istifadəsindəki həyətyanı sahələrin yerləşdiyi torpaqlarda – hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmalıdır. Torpaq Məcəlləsinin 43-cü maddəsinin 3-cü bəndinə əsasən yerquruluşu işləri həm də torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin məlumat dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini nəzərdə tutur. Məhkəmə iddia tələbinin ona münasibətdə qeyd edir ki, hazırki iş üzrə cavabdeh mənim mübahisə predmeti olan torpaq sahəsini zəbt etməyim ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmin fakt mütəxəssis rəyində öz əksini tapsa da həmin rəyin əsaslandığı sübut mənbəyi iş materiallarında müəyyən olunmur. Ona görə də, iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Ismayıllı Rayon Məhkəməsinin bu mövqeyi heç bir subyektiv hüquqa və məntiqə sığmır. Bir halda məhkəmə onun təqsirinin sübuta yetirilməsinə dair sübutların olmaması nəticəsinə gəldiyi halda, öz mövqeyinin əksinə qərar qəbul etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, qətnamədə ziddiyyətli hallar kifayət qədərdir. Xüsusən də ona münasibətdə məhkəmənin qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun deyildir. Lakin, məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçıların fikirlərini və “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssis rəyini əsas götürərək cavabdeh1 münasibətdə qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində müəyyən olunan mövqedən görünür ki, məhkəmə yalnız iddiaçıların tələbində göstərdiyi hallara istinad etmişdir. Məhkəmə iddiaçıların torpaq islahatı qanunvericiliyinin tələbinə əməl etməməsi və kadastrlaşma tədbirləri üzrə ölkə rəhbərinin müəyyən etdiyi ədalətli tələblərə dair məsuliyyəti öz üzərlərindən atmağa yönəlmiş mövqedən çıxış etməsinə də tənqidi münasibət bildirməyərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsində cavabdeh1 təqsirli olmağına dair iddiaçıların hər hansı sübut təqdim etməmələrinə əhəmiyyət verilməyərək, yalnız subyektiv mülahizələrə əsaslanaraq iddia tələbinin ona aid hissədə təmin olmasına dair səhv nəticəyə gəlmişdir.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına ayrı-ayrılıqda apellyasiya şikayətini vermiş cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 və cavabdeh cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh cavabdeh4 və birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2 Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin hər birini müdafiə edib, apellyasiya şikayətlərində yazılanlara uyğun izahat verərək, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya icraatı zamanı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılması ilə əlaqədar aparılan araşdırma zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərtib edilərək, ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəydə göstərilmişdir ki: - “1). X22 X19 (TEKUIS) əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN- 106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsi (DWG) üzrə yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. 2). JN-034F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh1 və digərlərinin mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsi X22 X23 öz əksini tapmamışdır. JN-034F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh1 və digərlərinin mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsi (DWG) üzrə yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. 3). JN-064F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Abışov Şöhrət Mürvət oğlu və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsi X22 X23 (TEKUIS) öz əksini tapmamışdır. JN-064F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Abışov Şöhrət Mürvət oğlu və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin torpaq islahatına dair yerquruluşu xəritəsi (DWG) üzrə yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. 4). JN-059F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh3 mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsini X22 X23 (TEKUIS) öz əksini tapmamışdır. JN-059F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən cavabdeh3 mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsininin islahat xəritəsi üzrə yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. 5). Torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən cavabdehlərə məxsus JN-034F, KOD ******** nömrəli, JN-064F, KOD ******** nömrəli və JN-059F, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə nəzərdə tutulan torpaq sahələri və yaxud, həmin torpaq sahələrinin hər hansı bir hissəsi iddiaçı tərəfə məxsus JN-106, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında nəzərdə tutulan torpaq sahəsinin hər hansı bir hissəsi ilə üst-üstə düşmür. 6). X22 X19 əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı5 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X1, 0,44 hektar hissəsi X3 və cavabdeh3, 0,468 hektar hissəsi isə cavabdeh1 tərəfindən istifadə olunur.”

- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş hazırkı apellyasiya şikayətlərində “Ismayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri):

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində birgə iddiaçıların iddia tələbinin dəlillərinə, cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə birgə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 tərəfindən cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı birlikdə verilmiş “torpaq sahəsindən cavabdehlərin çıxarılması, çəkilmiş çəpərlərin sökülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması” barədə iddia tələbi qismən təmin edilərək, “Ismayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1 və iddiaçı4 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehlər cavabdeh2 və cavabdeh3, 0,468 hektar hissəsindən isə cavabdeh cavabdeh1 çıxarılması və torpaq sahəsinin ətrafına çəkilmiş çəpərin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 hesabına sökülüb götürülməsi və iddiaçıların mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması” qət edilmişdir. Həmin qətnamədən ayrı-ayrılıqda verilmiş hazırkı apellyasiya şikayətləri üzrə aparılan məhkəmə araşdırması nəticəsində isə birinci instansiya məhkəməsinin məlum iddia tələbini qismən təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyasında aparılan hazırkı araşdırma zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” X2 * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərtib edilərək, ## #### 2026-cı il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəylə də müəyyən edilmişdir ki, “X22 Uçotu Informasiya” Sisteminə əsasən Ismayıllı rayonu Xankəndi kəndində yerləşən JN- 106 KOD 40728018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçı5 və digər ailə üzvlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X1, 0,44 hektar hissəsi X3 və cavabdeh3, 0,468 hektar hissəsi isə cavabdeh1 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi olaraq iddiaçı tərəfin Azərbaycan Respublikasının Konstitusiyası, Mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. Hazırkı mübahisənin bütün halları nəzərə alınmaqla, qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan, digər şəxslər tərəfindən istifadə etməsi - mülkiyyət sahibinin öz torpağından təyinatı üzrə istədiyi kimi istifadə, sahiblik və sərəncam hüquqlarını, yəni mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bundan əlavə, hazırkı apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar qeyd etmək lazımdır ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarət olduğundan, eyni zamanda mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan (Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsi), kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri və mülkiyyətçinin iradə ifadəsi nəzərə alınmadan, “torpaq sahəsinin qanuni əsaslarla hüququ olmayan şəxslər tərəfindən istifadə edilməsi” halı əsas götürülməklə hazırkı iddia tələbi ilə əlaqədar mübahisənin həll edilməsi - mülki işlər üzrə məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilməli olan ədalət mühakiməsinin mahiyyətinə zidd olardı. Halbuki, müəyyən xarakterli iddialar, o cümlədən də hazırkı iş üzrə baxılan iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar iddia tələbi - qanunvericiliyin tələblərinə uyğun qeydə alınmaqla, mülki dövriyyənin obyekti (predmeti) olan daşınmaz əmlakın hüquqi vəziyyəti nəzərə alınmaqla həll edilməlidir. Insan Hüquqlarının və X20 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot Isveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyrisabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və Insan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayətləri təmin edilməyərək, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyasiya şikayətini vermiş cavabdehlərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar