Məhkəmə qərarları › İş №2(107)-104/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-104/2020

26.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-104/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(037)-676/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, X8, X9, Həşimova Könül Ramazan qızı və İddiaçı7 məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsini naturada bölgü aparmaqla birinci iddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan ev və həyətyanı torpaq sahəsini real bölərək, birinci iddiaçının payının ayrılması və ayrıca reyestrdən çıxarışın verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evinin təyinatı dəyişdirilmədən paylara bölünərək həyətə girəndə sağ tərəfdəki 1 otaq, 1 aynabənd və 1 artırmanın İddiaçı1, həmin fərdi yaşayış evinin həyətinə girəndə sol tərəfdəki 1 otaq, 1 aynabəndin Cavabdeh1 mülkiyyətinə verilməsini, X5 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi şəhadətnamədə göstərilən mülkiyyətçilərin paylarına uyğun bölünərək 0.0525 hektar həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı6, X8, X9, İddiaçı3, Həşimova Könül Ramazan qızı, İddiaçı7 və 0.0375 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 mülkiyyətinə verilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(037)-676/2018 saylı qətnaməsi ilə (hakim R.Şirinov) iddia təmin edilmiş, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evi təyinatı dəyişdirilmədən bölünərək həyətə girəndə sağ tərəfdəki 1 otaq, 1 aynabənd və 1 artırma İddiaçı1, sol tərəfdəki 1 otaq, 1 aynabəndin Cavabdeh1 mülkiyyətinə verilməsi və JN- 1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun bölünərək 0.0525 hektar həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı6, X8, X9, İddiaçı3, Həşimova Könül Ramazan qızı, İddiaçı7, 0.0375 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 mülkiyyətinə verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(107)-183/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-676/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı3 iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-4414/2019 nömrəli qərarına əsasən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-183/2019 nömrəli qətnaməsi qismən-mübahisəli torpaq sahəsinin paylara uyğun bölünməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, o, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yaşayır. İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət mübahisəli fərdi yaşayış evinə dair 1963-cü ildə İsmayıllı rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Kadastrı İdarəsi tərəfindən texniki pasport verilmişdir. X5 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə mərhum anası Xanımzadə Həşimovanın və ailə üzvlərinin mülkiyyətinə torpağın mülkiyyət verilməsinə dair JN-1633F KOD 40701004 nömrəli şəhadətnamə əsasında 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin fərdi yaşayış evi anası Xanımzadə Həşimovanın sağlığında vəsiyyətnamə ilə onun və birinci iddiaçının paylı mülkiyyətinə verilmişdir. Mübahisəli həyətdə əlavə olaraq 2 otaqlı ev mövcud olmuş, həmin ev anası tərəfindən şifahi vəsiyyət əsasında birinci iddiaçıya vəsiyyət edilmişdir. O, mübahisəli evin yuxarı hissəsində əlavə olaraq artırma tikmiş və həmin artırma anası tərəfindən ona şifahi vəsiyyət edilmişdir. 2003-cü ildə oğlu Cavabdeh3 ailə həyatı quraraq onun mübahisəli evin yuxarı hissəsində artırma etdiyi evə köçmüş və orada özü üçün şərait qurmuşdur. Cavabdeh3 15 ildən artıq müddətdir ki, onun mübahisəli evin yuxarı hissəsində artırdığı evdə ailəsi ilə birlikdə yaşayır. Ona görə də qeyd olunan hallar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(037)-676/2018 saylı qətnаməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və Cavabdeh3 istisna olmaqla gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. İş üzrə Cavabdeh3 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-4414/2019 nömrəli qərarında işə yenidən baxan məhkəmə üçün müəyyən göstərişlər vermişdir. Eyni zamanda, qeyd edilən qərarda Şəki Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli 2(107)- 183/2019 nömrəli qətnaməsi qismən-mübahisəli torpaq sahəsinin paylara uyğun bölünməsi hissəsində ləğv edildiyindən təkrar apelyasiya instansiyası qeyd edilən hissədə işə baxmışdır. Həmin qərarda qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş mahiyyəti üzrə baxmağa tam hüquqlu məhkəmə olaraq, iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, torpaq sahəsinin paylı mülkiyyətdə olduğunu və həmin torpaq sahəsi üzrə payların naturada ayrılmasının mümkünlüyünü araşdırmamış və bununla bağlı zəruri prosessual hərəkətləri həyata keçirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın ayrılmasına naturada yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən normaların tələblərindən aydın olur ki, apelyasiya instansiyası məhkəməsi ilkin olaraq torpağın naturada ayrılmasının mümkünlüyü məsələsi üzrə araşdırma aparmalı, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan onun naturada ayrılmasının qeyri-mümkün olması müəyyən edildikdən sonra iddia tələbinin torpaq sahəsinin naturada real bölgüsü hissəsinin rədd edilməsi qənaətinə gələ bilərdi. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1999-cu il tarixli notariat qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, İsmayıllı şəhəri oktyabrın 60 illiyi küçəsi ev 2-də yaşayan X4 vəsiyyətnamə yazaraq bildirmişdir ki, vəfat edəcəyi günə qədər ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən İsmayıllı şəhəri, oktyabrın 60 illiyi küçəsi ev 2-də yerləşən yaşayış evinin həyətə girəndə sağ tərəfindəki 1 otaq, 1 aynabənd və 1 artırmanı oğlu İddiaçı1, həmin evin sol tərəfindəki 1 otaq və 1 aynabəndin oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2005-ci il tarixli AZ-İ № 147545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2006-cı il tarixli JN 1633F KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X7 xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə İsmayıllı şəhər sakini X4 və ailə üzvlərinin birgə mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı şəhər İƏD üzrə nümayəndəsinin xx xxx 2018-ci il tarixli 1603 nömrəli arayışından görünür ki, İddiaçı1, İddiaçı6, X8, X9, İddiaçı3, Həşimova Könül Ramazan qızı, İddiaçı7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Həşimova X3 şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X4 xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. X5 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN- 1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən Xanımzadə Həşimova və ailə üzvlərinin mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Valideyinləri vəfat etdikdən sonra birinci iddiaçı və birinci cavabdeh ailə üzvləri ilə birlikdə İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evində yaşamışlar. Xanımzadə Həşimova vəfat etməmişdən əvvəl xx xxxxxx 1999-cu il tarixdə yazılı şəkildə vəsiyyətnamə yazaraq ona məxsus əmlakların nədən və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən İsmayıllı şəhəri, oktyabrın 60 illiyi küçəsi ev 2-də yerləşən fərdi yaşayış evinə həyətə girəndə sağ tərəfdəki 1 otaq ,1 aynabənd və bir artırmanı birinci iddiaçıya və həmin fərdi yaşayış evinin həyətinə girəndə sol tərəfdəki 1 otaq və 1 aynabəndi birinci cavabdehə vəsiyyət etmişdir. İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında 0.09 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 36.8 kv.m yaşayış, 27.5 kv.m aynabənd sahədən ibarət fərdi yaşayış evinin komunal xidmətləri (qaz, işıq və su) birinci iddiaçı və birinci cavabdeh tərəfindən ayrı-ayrılıqda, 0.09 hektar həyətyanı torpaq sahəsinə dair ödənişlər isə müştərək qaydada ödənilir. X5 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN- 1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi şəhadətnamədə göstərilən mülkiyyətçilərin paylarına uyğun bölünərək 0.0525 hektar həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı6, X8, X9, İddiaçı3, Həşimova Könül Ramazan qızı, İddiaçı7 və 0.0375 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Apelyasiya instansiyası məhkəməsində təkrar baxış zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə əsasən iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********98 nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyinin nəticə hissəsindən müəyyən edilir ki, bölünməsi nəzərdə tutulan ərazidə yerləşən fərdi yaşayış evi tərəflər arasında bölünmədiyi üçün torpaq sahəsinin 2 hissəyə bölünməsi mümkün deyildir. Fərdi yaşayış evi şəhərsalma qaydalarına uyğun bölünərək cizgi təqdim edildikdən sonra torpaq sahəsi bölünə bilər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 31457 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********98 nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyində qeyd edilən nəticə təkrarlanmışdır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni torpaq sahəsinin paylara bölünməsi hissəsində həll edərkən iddia tələbini təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, X5 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin naturada bölünməsi qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölünmədiyi üçün mümkün deyildir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları araşdırıb belə qənaətə gəlir ki, iş üzrə mübahisəli torpaq sahəsinin naturada bölünməsi ilə bağlı əldə edilmiş mütəxəssis və ekspert rəyini istisna edə biləcək hər hansı bir sübut mövcud deyildir, bu səbəbdən də qeyd edilən mütəxəssis və ekspert rəyi qeyd edilən mübahisənin həllində əsas və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar mətndə MM): 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə kollegiyası tərəflərə tövsiyə edir ki, yaranmış bu mübahisəni həll etmək üçün mübahisə predmeti olan ev ilkin olaraq həmin evin sahibi X1 vərəsəsi X2 adına qeydə alınmalı, onun adına müvafiq mülkiyyət sənədi aldıqdan sonra miras əmlak vərəsələrin razılıqları əsasında və ya məhkəmə qaydasında bölünə bilər. Eyni zamanda, həmin vaxt torpaq sahəsi də həmin torpaq sahəsində yerləşən evə münasib bölünə bilər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcələnin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin torpaq sahəsinin paylara bölünməsinə aid hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(037)-676/2018 saylı qətnаməsi torpaq sahəsinin paylara bölünməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasına təqdim edilən mütəxəssis rəyində hər hansı bir xərcin tutulması tələb edilməmmişdir. Ona görə də qeyd edilən hal nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(037)-676/2018 saylı qətnaməsi qismən- mübahisəli torpaq sahəsinin paylara uyğun bölünməsi hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. JN-1633F KOD 40701004 saylı şəhadətnaməyə əsasən X4 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 2 ünvanında yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun bölünərək 0.0525 hektar həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı6, X8, X9, İddiaçı3, Həşimova Könül Ramazan qızı, İddiaçı7, 0.0375 hektar həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 mülkiyyətinə verilməsi barədə iddia təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar