Məhkəmə qərarları › İş №2(107)-1041/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1041/2024

05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1041/2024 05.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1985-ci ildə inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. X7 Timofeyevna 14 iyun 2006-cı ildə vəfat etdikdən sonra ondan ünvan 1ində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında verilmiş JN- 1096 KOD 40110018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət evi miras qalmışdır. Anasının vəfatından sonra həmin miras əmlaklara sahiblik etməklə həmin mirası faktiki olaraq qəbul etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə miras əmlak olan, ünvan 1ində yerləşən X2 miras qalmış 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun vərəsələri olan X5, Cavabdeh1 və İddiaçı arasında payları bərabər olmaqla bölüşdürülmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə o, xx.xx.2022-ci il tarixdə isə digər vərəsələr ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinə 1/3 hissə olmaqla reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdehlərlə aralarında səngiməyən çox söz-söhbətlər və mübahisələr olduğuna görə qeyd edilən torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasını, cavabdehlərin onun payına uyğun verilmiş ərazidən çıxarılmasını tələb etmişdir. ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 hissə payının naturada ayrılmasının mümkün olub-olmaması ilə bağlı Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-931/2022 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, 16 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən e-2(019)-119/2023 nömrəli mülki iş üzrə 10 mart 2023-cü il tarixli, 3-21-3-47/2- 891/2023 №-li mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********32 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışla 1/3 hissə X4, 1/3 hissə İddiaçı və 1/3 hissə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Gərəkli kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı Nəsərəddin oğluna düşən 1/3 hissəsinin naturada ayrılması həmin torpaq sahəsində yerləşən tikili bölündükdən sonra paylarına düşən 1/3 hissəsinin naturada ayrılmasına baxıla bilər. Qeyd etmək istəyir ki, həmin tikilini 1985-ci ildə tikmişdir. Həmin tikili əsaslı tikili hesab edilmir. Lakin bu tikili paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyindən və tikinti norma və qaydalarına uyğun inşa edilmədiyindən həmin tikiliyə mülkiyyət hüququ əldə etmək mümkün deyildir. Bundan əlavə həmin tikilinin mövcud olması torpaq sahəsinin naturada ayrılmasını mümkünsüz edir. Eyni zamanda həmin qanunsuz tikilidən istifadə ilə bağlı aralarında mübahisələr vardır. Hazırda həmin qanunsuz tikilinin olması onun mülkiyyətindən istifadə etmək hüquqlarının, torpaq sahəsindən payının ayrılması ilə bağlı iddianı mümkünsüz etdiyindən həmin tikilinin sökülməsi qərarına gəlmişdir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsi ilə (hakim: H.Səlimov), İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat dövlət rüsumunun xərci və mütəxəssis rəyinin verilməsi üçün ödənmiş 95 manat xərc iddiaçının özünə aid edilməsi, 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi ünvan 1ində yerləşir, onların mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir və hər birinin 1/3 hissə payı vardır. Torpaq sahəsindən mülkiyyətçilərin payı naturada ayrılmamışdır. Həmin torpaq sahəsində 1985-ci ildə inşa olunmuş, əsaslı tikili hesab edilməyən tikili vardır. İddiaçı həmin tikilinin sökülməsini tələb edir, cavabdehlər isə tikilinin sökülməsinə etiraz edirlər. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi işin hallarını, mübahisəli tikilinin İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini, torpaq sahəsində hər bir mülkiyyətçinin 1/3 hissə paylarının olmasını, torpaq sahəsindən mülkiyyətçilərin payının naturada ayrılmamasını, həmin tikilinin əsaslı tikili olmamaqla torpaq islahatından əvvəl- 1985-ci ildə inşa olunmasını, İddiaçı həmin tikilinin sökülməsini bütün mülkiyyətçilərin mənafeyi üçün deyil, öz mənafeyi üçün tələb etməsini, cavabdehlərin tikilinin sökülməsinə etiraz etmələrini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.3, 213.6, 215.1, 215.2, 215.4, 215.5-ci maddələri, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119.1-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq iddianı rədd etmişdir. Hazırda Balakən rayon məhkəməsinin icraatında e-2(019)- 586/2024 saylı mülki iş vardır. İşə baxan hakim icraatda həmin işin olmasını nəzərə almadan hazırki işə baxıb yekun nəticə vermişdir. Belə olan halda isə Balakən rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda Balakən rayon məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Buna görə də Balakən rayon məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən tikili 1985-ci ildə tikmişdir. Həmin tikili əsaslı tikili hesab edilmir. Lakin bu tikili paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyindən və tikinti norma və qaydalarına uyğun inşa edilmədiyindən həmin tikiliyə mülkiyyət hüququ əldə etmək mümkün deyildir. Bundan əlavə həmin tikilinin mövcud olması torpaq sahəsinin naturada ayrılmasını mümkünsüz edir. Eyni zamanda həmin qanunsuz tikilidən istifadə ilə bağlı aralarında mübahisələr vardır. Hazırda həmin qanunsuz tikilinin olması onun mülkiyyətindən istifadə etmək hüquqlarının, torpaq sahəsindən payının ayrılması ilə bağlı iddianı mümkünsüz etdiyindən həmin tikilinin sökülməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Belə olan halda isə Balakən rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı pozuntulara yol verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, İddiaçı iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 24 iyun 2024cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)- 60/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi ünvan 1ində yerləşir, onların mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir və hər birinin 1/3 hissə payı vardır. Torpaq sahəsindən mülkiyyətçilərin payı naturada ayrılmamışdır. Həmin torpaq sahəsində 1985-ci ildə inşa olunmuş, əsaslı tikili hesab edilməyən tikili vardır. İddiaçı həmin tikilinin sökülməsini tələb edir, cavabdehlər isə tikilinin sökülməsinə etiraz edirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərini pozaraq iddianı rədd etmişdir. Hazırda Balakən Rayon Məhkəməsinin icraatında e-2(019)-586/2024 saylı mülki iş vardır. İşə baxan birinci instansiya məhkəməsi icraatda həmin işin olmasını nəzərə almadan hazırki işə baxıb yekun nəticə vermişdir. Belə olan halda isə Balakən Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, İddiaçı tərəfindən hazırki işin dayandırılması ilə bağlı birinci instansiya məhkəməsinə hər-hansı bir yazılı vəsatət təqdim etməmişdir. Eyni zamanda iddiaçı Balakən Rayon Məhkəməsinin icraatında e-2(019)-586/2024 saylı mülki işin mövcud olmasına dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, Balakən Rayon Məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Buna görə də Balakən rayon məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Şikayətin üçüncü dəlili ondan ibarətdir ki, mübahisəli tikili paylı mülkiyyətdə olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyindən və tikinti norma və qaydalarına uyğun inşa edilmədiyindən həmin tikiliyə mülkiyyət hüququ əldə etmək mümkün deyildir. Bundan əlavə həmin tikilinin mövcud olması torpaq sahəsinin naturada ayrılmasını mümkünsüz edir. Kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 30 dekabr 2023-cü il tarixli 3-1616/2-10/6077 saylı rəydə göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan tikilinin İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mərhum atası X4 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən olunur. xx.xx.2023-cü il tarixli 10/6077 nömrəli ekspert vəsatətində qeyd olunan əlavə material mərkəzə təqdim edilmədiyindən qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-23/2024 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı reyestr nömrəsi **********32 olan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata reyestr nömrəsi **********32 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış ünvan 1ində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus 1/3 hissənin naturada ayrılması tələbi hissəsində eyni tərəflər arasında , eyni predmet barəsində və eyni əsas üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli ,2(019)-12/2020 nömrəli qətnaməsi olduğundan xitam verilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(107)-624/2024 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, mübahisəli tikilinin İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini, torpaq sahəsində hər bir mülkiyyətçinin 1/3 hissə paylarının olmasını, torpaq sahəsindən mülkiyyətçilərin payının naturada ayrılmamasını, həmin tikilinin əsaslı tikili olmamaqla torpaq islahatından əvvəl- 1985-ci ildə inşa olunmasını, İddiaçı həmin tikilinin sökülməsini bütün mülkiyyətçilərin mənafeyi üçün deyil, öz mənafeyi üçün tələb etməsini, cavabdehlərin tikilinin sökülməsinə etiraz etmələrini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(019)-60/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar