Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1042/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-216/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 216/2020 nömrəli qətnaməsi iləİddiaçı Cavabdeh qarşı “borc” tələbinə dairiddiаsı təmin edilərək Cavabdeh 1050 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) onun əvəzinə “xxxx” QSC BOKT-nə ödədiyi 1050 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, iş üzrə Cavabdeh onun qonşusudur. O, Cavabdeh və X5 ilə “xxxx” QSC BOKT-nın Şəki filialı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli birgə boclular qrupu müqaviləsinə əsasən “xxxx” QSC BOKT-nın Şəki filialı tərəfindən onların hər birinə 1500 manat olmaqla, cəmi 4500 manat məbləğində kredit verilmişdir. Birgə borcluluq müqaviləsi üzrə yaranmış öhdəklərin təminatı kimi “xxxx” QSC BOKT-nın Şəki filialı tərəfindən onlara verilmiş 4500 manat məbləğin ödənilməsi üçün hər üçü öz üzərlərinə birgə məsuliyyət götürmüşlər. “xxxx” QSC BOKT-nın Şəki filialı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək onlara 4500 manat məbləğində kredit vermişdir. O və X5 özlərinin aldıqları 1500 manatı faizi ilə birlikdə «xxxx” QSC BOKT-nın Şəki filialına ödəsələr də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, banka olan kredit borcunu ödəməmişdir. Buna görə də “xxxx” QSC BOKT-nın Şəki filialı tərəfindən digər banklarla onun müqavilə münasibətlərindən yaranan və ona düşən kompensasiya məbləğindən 1050 manat pulun tutulması hesabına Cavabdeh borcu ödənilmişdir. Belə ki, onun “xxxx” QSC BOKT-dən başqa digər banklara da kredit şəklində borcu olmuş və borcunu ödəmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən digər banklarla bağlı ona kompensasiya hesablanmışdır. Məhz, həmin kompensasiya məbləğindən 1050 manat pulun tutulması hesabına Cavabdeh borcu ödənilmişdir. O, cavabdehlə görüşərək və telefon vasitəsi ilə əlaqə saxlayaraq borcunu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onun borcunu bu günədək qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı iddiası ilə tanış olmuşdur. İddianı qəbul etmir. Çünki, o, “xxxx” QSC BOKT ilə aralarında bağlanmış kredit müqaviləsinin icrası üzrə “xxxx” QSC BOKT-nə ayda 103 manat ödəniş etmişdir. Öz hesabı ilə onun “xxxx” QSC BOKT-nə cəmi 700 manat borcu qalmışdır. Həmin borcu da İddiaçı deyil, “xxxx” QSC BOKT-nə ödəməlidir. Onun “xxxx” QSC BOKT-nə olan borcunun isə İddiaçı heç bir aidiyyəti yoxdur. Buna görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-216/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, mülki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatında tədqiq edilmiş sübutlar iddianın təmin edilməsi üçün kifayət etməsə də, məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-216/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-216/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxxx 2012-ci il tarixli 324M nömrəli birgə borclularla kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında «xxxx» QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə qaytarılması şərti ilə İddiaçı 1500 manat, Cavabdeh 1500 manat və X4 1500 manat olmaqla, ümumilikdə onlara 4500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri əsasında kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyinin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2 (075)-949/2015 nömrəli məhkəmə əmrindən görünür ki, həmin əmrə əsasən borclular İddiaçı, Cavabdeh və X1 müştərək qaydada 1325 manat əsas borc və 97 manat faiz borcu olmaqla, cəmi 1422 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq “xxxx” QSC BOKT-nin xeyrinə verilməsi qərara alınmışdır. «xxxx» QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 37 nömrəli məktubda göstərilmişdir ki, «xxxx» QSC Bank olmayan Kredit Təşkilatı ilə 287 saylı birgə borclular qrupunun rəhbəri İddiaçı, qrupun üzvüləri Cavabdeh və X5 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 324M nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən qrup üzvlərinin hər birinə 1500 manat olmaqla, cəmi 4500 manat məbləğində kredit verilmiş, həmin kredit üzrə İddiaçı və X3 borc öhdəlikləri qətnamə məbləği üzrə bağlansa da, Cavabdeh zaminlik öhdəlikləri qalmışdır. O, cümlədən qrup olduğu üçün qrupun ümumi borcu X6 çıxarışda onun adında qeyd edilmişdir. Bu səbəbdən də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı İddiaçı digər bank və ya kredit təşkilatlarında xarici valyutada olan problemli kreditlərinə hesablanmış 1050 manat kompensasiya məbləği də rəhbəri olduğu qrupun vaxtı keçmiş kredit borcunun ödənişinə yönəldilmişdir. “xxxx” QSC BOKT tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı düşən kompensasiyadan “xxxx” QSC BOKT-nin hesabına 1050 manat ödənilmişdir. İşin halı ondan ibarətdir ki, «xxxx» QSC Bank olmayan Kredit Təşkilatı ilə İddiaçı, Cavabdeh və X5 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 324M nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə qaytarılması şərti ilə İddiaçı 1500 manat, Cavabdeh 1500 manat və X4 1500 manat olmaqla, ümumilikdə onlara 4500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri əsasında kredit verən birgə borclular Cavabdeh, X5 və İddiaçıa onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit verilməsini, Cavabdeh, X5 və İddiaçı hər biri də alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyinin tam icrasında iştirak etməyə və həmin borcun tam şəkildə ödənilməsini öz öhdələrinə götürmüşlər. Bununla da «xxxx» QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən üzərinə düşən öhdəlik icra olunmuşdur. Birgə borclular qrupunun üzvləri X5 və İddiaçı aldıqları krediti bağlamış, Cavabdeh aldığı kredit üzrə isə 1050 manat vaxtı keçmiş borc yaranmışdır. Bu səbəbdən də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı İddiaçı digər bank və ya kredit təşkilatlarında xarici valyutada olan problemli kreditlərinə hesablanmış 1050 manat kompensasiya məbləği də İddiaçı rəhbəri olduğu qrupun vaxtı keçmiş kredit borcunun ödənişinə yönəldilmişdir. İddiaçı da hazırkı tələblə məhkəməyə müraciət etmiş və cavabdehin borcunun ödənilməsi ilə əlaqədar "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı onun digər bank və ya kredit təşkilatlarında xarici valyutada olan problemli kreditlərinə hesablanmış pulun hesabına tutulmuş 1050 manatın cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə onun «xxxx» QSC Bank olmayan Kredit Təşkilatına cəmi 700 manat borcunun olduğunu və həmin borcunun iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirərək iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, göründüyu kimi xx xxxxxx 2012-ci il tarixli 324M nömrəli birgə borclular qrupu müqaviləsi üzrə Cavabdeh «xxxx” QSC BOKTnın Şəki filialına ödəməli olduğu borcun 1050 manat məbləğində hissəsi onunla birgə kredit götürmüş iş üzrə İddiaçı digər bank və ya kredit təşkilatlarında xarici valyutada olan problemli kreditlərinə hesablanmış kompensasiya məbləğindən tutulmalar yolu ilə ödənilmişdir. Beləliklə də, «xxxx” QSC BOKT-nın Şəki filialının öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə, yəni 1050 manat məbləğində Cavabdeh öhdəliyini icra etmiş zamini olan İddiaçı keçmişdir. Həmçinin, Cavabdeh iddiaya etiraz kimi onun xx xxxxxx 2012-ci il tarixli, 324M nömrəli birgə boclular qrupu müqaviləsi üzrə «xxxx” QSC BOKT-nə 700 manat borcunun qaldığını bildirsə də, o, etirazının əsaslı olduğunu, yəni xx xxxxxx 2012-ci il tarixli, 324M nömrəli birgə boclular qrupu müqaviləsi üzrə «xxxx” QSC BOKT-dən aldığı kreditin 700 manatdan artıq hissəsini ödəməsini və onun xx xxxxxx 2012-ci il tarixli, 324M nömrəli birgə boclular qrupu müqaviləsi üzrə «xxxx” QSC BOKT-nə 700 manat borcunun qaldığını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı Cavabdeh 1050 manat məbləğdə pulu tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X8 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X8 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-216/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-216/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1042/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1042/2020
07.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver