Məhkəmə qərarları › İş №2(107)-1042/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1042/2023

07.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1042/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məlikzadə Firuzə Murad qızının katibliyi ilə, İddiaçı və onun vəkili, həmçinin nümayəndəsi Vəkil, Cavabdeh Qəbələ Regional X14 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-865/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X14 xx.xx.2023-cü il tarixli 038/K saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X25 X6 meşəbəyliyinin 08 saylı meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X22ndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh Qəbələ Regional X22 ilə bağlanmış əmək müqaviləsi əsasında Daşağıl meşəbəyliyinin 08 saylı meşə dolayında meşə gözətçisi işləmişdir. 28 fevral 2023-cü il tarixində onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdehin 28 fevral 2023-cü il tarixli 038/K saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Bildirmək istəyir ki, onun işdən çıxarılmağı tamamilə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq cavabdeh ondan qanunsuz meşə qırmalarına imkan vermədiyi bir neçə şəxsin əsassız şikayətlərinə əsasən belə qanunsuz əmr vermişdir. Belə ki, gözətçisi olduğu 08 saylı dolayda dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına rəsmi müraciətlər etmişdir. Lakin hər dəfə müxtəlif yollarla həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta gözətçisi olduğu 08 saylı dolayda qanunsuz qırıntı edən şəxslərin cavabdehlə əlaqəli işlədiklərini və onların qanunsuz meşə qırmalarından xəbərdar olduqlarını təsdiq edən kifayət qədər sübutları var. Onlar hal hazırda yenə də qanunsuz meşə qırmaqla məşğul olurlar, cavabdeh isə həmin şəxslərin özlərinin kəsdikləri ağaclara görə ona yazılmış qanunsuz aktlara əsasən əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir. Əmrin məzmunda onun gözətçi olduğu 08 saylı dolayda meşə fonduna 2020-ci il ərzində dörd akta əsasən 1982,74 manat, 2021-ci il ərzində bir akta əsasən 537,29 manat və 2022-ci il ərzində iki akta əsasən 5276,99 manat ziyan dəydiyi qeyd edilir. Qeyd edilən aktlarda ağacların kimin tərəfindən kəsildiyinə, onun verdiyi məlumatlara və təqdim olunan sübutlara əhəmiyyət verilməmişdir. Əmri imzalayan Əkrəm Babayev 17 yanvar 2023cü il tarixdə direktor təyin edildikdən dərhal sonra qadın meşə gözətçisi ilə işləməcəyini bildirmiş və qısa müddətdən sonra ona qarşı meşə qıran şəxslər tərəfindən böhtan kampaniyası başlanmışdır. X3, qaynatası X4, qaynanası X9, qaynı X11 və digər qohumlarına qanunsuz meşə qırmalarına və kömür basdırmalarına imkan vermədiyi üçün onu işdən azad etdirəcəklərini dəfələrlə bildirmişlər. Onlar barəsində görülmüş tədbirlər, verilmiş məlumatlar, edilmiş müraciətlər və digər sübutları məhkəməyə təqdim edir. Təqdim edilən sübutların siyahısı: 1. Qəbələ Regional X17 verilmiş yazılı məlumatlar, 2. Polis Şöbəsinə verilmiş məlumatlar və qəbul olunmuş qərarlar, 3. ETSN-nə müraciətlər, 4. Video çəkilişlər olan disk,

5. Fotoşəkillər, 6. Xidməti məruzə , 7. Şahidlərin ifadələri. Əmrdə yenə qeyd edilir ki, guya bu kəsilən ağaclar barəsində o, cavabdeh inzibati orqana heç bir məlumat verməmişdir. Cavabdehin rəhbərliyi həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərisələrini) görməzdən gələrək, açıq aydın yanlış məlumatlara əsaslanaraq qanunsuz əmr verərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdən (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən kəsildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə tərəfindən dəfələrlə yazılı məlumatlar verilmişdir. Bu durum göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilər ilə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Ondan da xilas olmaq və öz işlərini daha da rahat icra edə bilmək üçün əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilmişdir. Mübahisələndirilən əmrdə deyilir ki, guya o, öz vəzifəni lazımı qaydada icra etməmişdir. Lakin bu lazımı qaydada icra etmək dedikdə nəyin nəzərdə tutulduğu aydınlaşdırılmır. Cavabdeh və bütün kənd camaatı da bilir ki, o öz vəzifəsini həmişə yüksək peşəkarlıq ilə icra etmişdir. Uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir. Heç kimə qanunsuz meşə qırmağa imkan verməmişdir. Meşəni qıran cavabdehin rəhbərliyi olsa belə. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Onu heç bir əsas olmadan, qanunsuz meşə qıran şəxslərin sifarişi ilə, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad ediblər. Ona görə də işə bərpa olunmağı barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bunun üçün ilk öncə Mediasiya Təşkilatına müraciət etmişdir. 17 aprel 2023- cü il tarixində keçirilən mediasiya iclasında bu mübahisə cavabdehin rəhbərliyinin dekonstruktiv yanaşması səbəbi həll olunmadı bu səbəblə məhkəməyə müraciət etmək zərurəti əmələ gəldi. Hüquqi əsasları: 1. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə, İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72- ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 2. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3 bəndinə görə, “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. Cavabdeh onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamışdır. 3. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, “Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun”. Məlum olduğu kimi, ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilə bilməyi üçün bu şərtlər tələb olunur: 1) o, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmalı, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; 2) Bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məlum olduğu kimi, hər iki şərtin mövcud olduğunu İşəgötürən sübut etməlidir. Lakin belə bir sübut təqdim olunmayıb. 4. Əmək Məcəlləsinin 186-cu maddəsinin 2-ci bəndinə görə, “İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə, İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşə götürən onunla olan “əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edərək intizam tənbehini verərkən onun izahatını belə qanuna uyğun olaraq tələb etməyib. Bununla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndi pozmuşdur. Yəni o, hələ də bilmir ki, nə üçün işdən azad ediblər. Özünü müdafiə etməyinə imkan da yaratmayıblar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh Qəbələ Regional X14 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı X25 X7 meşəbəyiliyinin 8 saylı dolayında meşə gözətçisi işləmiş və işlədiyi müddət ərzində öz əmək funksiyasını layiqincə yerinə yetirməmiş, nəticədə onun səhlənkarlığı və ya qərəzçiliyi üzündən X17 2020-2023-cü illərdə 9596,73 manat ziyan vurulmuşdur. Bununla əlaqədar olaraq onun gözətçi işlədiyi dolayda dəfələrlə yoxlama aparılmış və aşkar edilmişdir ki, dolayda çoxlu qırıntı olmuş və bu barədə akt tərtib edilərək inzibati orqanlara göndərilmişdir. Ondan qırıntının səbəbini soruşduqda bildirmişdir ki, guya həmin qırıntını vətəndaşlar etmiş və bu səbəbdən meşə təsərrüfatına ziyan dəymişdir. Lakin iddiaçı inzibati orqanlarda qırıntının vətəndaşlar tərəfindən aparıldığını sübut edə bilməmiş və nəticədə məlum olmuşdur ki, ağaclar onun səhlənkarlığı və vəzifəsinə peşəkar yanaşmadığına görə baş vermişdir. Bütün bunları nəzərə alaraq o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmışdır. Hesab edir ki, onun barəsində Əmək Məcəlləsinin “Ç” bəndi düzgün tətbiq edilmiş və haqlı olaraq onunla əmək müqaviləsinə xitam verilmişdir. Ümumiyyətlə, iddiaçı iddia ərizəsinə heç bir sübutedici sənəd təqdim edə bilməmişdir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, e-2(025)-865/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ Regional X14 11 mart 2021-ci il tarixli 43/Ü nömrəli “intizam tənbehi verilməsi barədə” əmri ilə meşə dolaylarının mühafizəsini lazımı səviyyədə təşkil etmədiyinə və qanunsuz (özbaşına) qırıntıya yol verdiklərinə görə X25 X7 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası ƏməkMəcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmişdir. Lakin işində dönüş etmədiyi və yol verdiyi pozuntuları aradan qaldırmadığına görə Qəbələ RMTM-nin X5 27 fevral 2023 cü il tarix də keçirilən iclasında və Qəbələ Regional X14 direktorunun 23 fevral 2023-cü il tarixli 3-14- 27/-2/2-0052/2023 saylı təqdimatının müzakirəsi keçirilmiş və 3 saylı protokol tərtib edilmişdir. Qəbələ RMTM-nin X5 27 fevral 2023 cü il tarix də keçirilən iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Bundan sonra Qəbələ Regional X14 28 fevral 2023-cü il tarixli 038/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmr imzalanmışdır və 03.03. 2023-cü il tarixdən X25 X7 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı iiə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

9. Məhkəmə qeyd etmişdir ki, Qəbələ RMTM-nin X5 27 fevral 2023 cü il tarix də keçirilən iclasında Qəbələ Regional X14 direktorunun 23 fevral 2023-cü il tarixli 3-14- 27/-2/2- 0052/2023 saylı təqdimatının müzakirəsi keçirilməklə, X25 X7 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı iiə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə xitam verilməsinə dair Qəbələ Regional X14 28 fevral 2023-cü il tarixli 038/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq imzalandığına görə İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir.

10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdeh tərəfindən onun qanunsuz olaraq və əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən çıxarıldığına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

11. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 44.3, 68, 70, 71, 72, 83, 84, 87, 186, 300 maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217,218-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunan zaman tam və hərtərəfli araşdırma aparılmadığı və təqdim etdiyi çox sayda sübutlar və dəlillər nəzərə alınmadığı üçün həmin qətnamədən narazıdır.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.3-cü, 71-ci, 72- ci, 83-cü, 84cü, 87-ci, 186-cı və 300-cü maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, əvvəla həmin maddələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələri olsa da məhkəmə tərəfindən Mülki Məcəllənin maddələri kimi qeyd edilmiş, digər tərəfdən həmin maddələr işçinin (iddiaçının) hüquq və mənafeyinin müdafiəsini nəzərdə tutsa da, məhkəmə həmin normaları işəgötürənin (cavabdehin) mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Hazırki halda iddiaçı tərəfindən ağaclarının kimin tərəfindən kəsilməsi barədə kifayət qədər sübut təqdim edilməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamış və iddianı təmin etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş dəlil və sübutların heç birinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.

16. Mülki Prosessual Məcəllənin 88-ci, 106.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci, 106.1-ci maddələrini tətbiq etməklə iddiaçının hazırki iddianı verərkən sübutlar təqdin etmədiyi barədə səhv qənaətə gəlir. Eyni zamanda məhkəmə kifayət qədər dəlil və sübutlar təqdim edilməsinə baxmayaraq qətnamədə iddianın təmin olunmamasını əsaslandırmağa çalışmış, iddianın sübut edilmədiyini və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığını qeyd edir. İş materiallarında olan 50-dən çox sübutdan heç birinə məhkəmə hətta münasibət belə bildirməmişdir. Məhkəmə Qəbələ RMTM-in 11 mart 2021-ci il tarixli 43/ü saylı əmrinə istinad etməklə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbini pozmuşdur.

17. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(025)-865/2023 nömrəli Qətnaməsi ümumiyyətlə cavabdehin nümayəndəsinin mülahizələri (etiraz ərizəsi) ilə əsaslandırılmışdır. Bir səhifəlik bir yazıda cavabdehin nümayəndəsi cavabdehin adını, iddiaçının soyadını səhv yazmaqla yanaşı kifayət qədər anlaşılmayan ifadələr işlətmiş, MPMin 154-cü maddəsinə istinad etsə də həmin maddənin tələbinə əməl etməmişdir. Məhkəmə isə bütün bu halları görməzdən gələrək cavabdehin etirazına və səhv fikirlərinə münasibət bildirməmişdir. Məhkəmə hansı səbəbdənsə meşə qanunvericiliyinə ümumiyyətlə istinad etməmiş, xüsusilə də Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının hazırki işdə tətbiqinin qanunsuz və əsassız olmasına hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə 6 saylı regional ekologiya idarəsinə verilmiş vəkil sorğusuna cavab verilməməsinə hüquqi qiymət verməmiş və vəsatət verməklərinə baxmayaraq sorğu göndərməmişdir.

18. Həmçinin bildirmişdir ki, onun məhkəməyə təqdim etmək üçün kifayət qədər dəlil və sübutu olsa da onların böyük bir hissəsini qətnamə qəbul olunanadək təqdim etmək imkanı olmadığı üçün təqdim edə bilməmişdir. Tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş sübutlardan heç birinə münasibət bildirməyən məhkəmə hansı səbəbdənsə mübahisələndirilən əmrin verilməsinə əsas olmuş aktlara və həmin aktların tərtib olunmasına səbəb olmuş məlumatlara da diqqət yetirməmişdir. Onun müraciəti əsasında tərtib olunmuş aktlarda göstərilən ziyanlıqların da onun adına yazılmasının qanunsuz və əsassız olmasına məhkəmə hüquqi qiymət verməmişdir. Ağacları kəsən şəxslərin barəsində yüzdən çox müraciətini, təqdim etdiyi fotoları, videoları, Polis Şöbəsinin qərarlarını, mərkəzə və Nazirliyə etdiyi rəsmi müraciətləri nəzərə almayan məhkəmə istinad etdiyi heç bir dəlili əsaslandırmamışdır və qeyd etdiyi həmin hallar sübut edilməmişdir. Cavabdehin və 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sübutları gizlətməsinə, sorguya cavab verməməsinə məhkəmə hüquqi qiymət verməmişdir. Lakin onun hazırda apellyasiya şikayətinə əlavə etdiyi dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır.

19. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız cavabdehin formal mülahizələri ilə əsaslandırılır.

20. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənmiş, onun əlavə dəlil və sübutlarını təqdim etməyi üçün şərait yaratmamış, tez-tez sözünü kəsmiş, cavabdehin nümayəndəsinə sual verməyə və məhkəmədə çəkişmə prinsipinin həyata keçirilməsinə imkan verməmişdir. Məhkəmə tələsərək verilmiş sorğunun cavabını gözləmədən, vəsatət vermələrinə baxmayaraq özü də sorğu vermədən qanunsuz, əsassız və son dərəcə ədalətsiz bir qərar qəbul etmişdir. Bütün kənd əhalisi və Nazirlik əməkdaşları da bilir o, meşə qıran və meşə qırdıran olmamışdır. Sadəcə olaraq cavabdeh meşə qıranlarla əlbirdir və adlarını iddia ərizəsində qeyd etdiyi həmin şəxslərin tələbi ilə onu işdən azad etmişdir. Təqdim etdiyi çox sayda sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamış və qiymətləndirilməmişdır. Eyni zamanda məhkəmə şahidlərin dəvət olunması üçün də şərait yaratmamışdır.

21. Yuxarıda göstərilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, e- 2(025)-865/2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh Qəbələ Regional X22 apellyasiya şikayətinə yazılı etirazında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-865/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-865/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, onun cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili, həmçinin nümayəndəsi Vəkil İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-865/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qəbələ Regional X14 nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-865/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin ç) nəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

27.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)-865/2023 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh təşkilatla aralarında bağlanmış 25 iyun 2019-cu il tarixli əmək müqaviləsi əsasında X25 X7 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. Lakin İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X14 28 fevral 2023-cü il tarixli, 038/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin tələbləri əsas götürülməklə işdən azad edilmişdir.

34. Belə ki, iş materiallarından görünür ki, İddiaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X14 28 fevral 2023-cü il tarixli, 038/k nömrəli əmri iddiaçının xidməti ərazisinə aid edilmiş meşə sahəsində 2020-2021-2022-ci il tarixlərdə aparılmış qəfləti yoxlamalar zamanı 395 ədəd, 165,916 m3 həcmində müxtəlif cinsdə və diametrdə ağacların qanunsuz kəsilməsinə görə meşə fonduna 7797,02 manat dəyərində ziyan dəyməsi ilə əsaslandırılmışdır.

35. Eyni zamanda həmin əmrdən görünür ki, əmrin verilməsi üçün əsas olmuş iddiaçının xidməti ərazisinə aid edilmiş meşə sahəsində sonuncu yoxlamanın nəticəsi üzrə xx.xx.2022ci il tarixli, 66680 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçının xidməti ərazisinə aid edilmiş meşə sahəsində 79 ədəd, 33 331 m3 həcmində ağacın kəsildiyi, meşə fonduna 2910,68 manat dəyərində (ödəniləcək məbləğ 2792,06 manat) ziyan dəydiyi müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.

37. İddiaçının işdən azad edilməsinə dair əmrin verilməsi müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə bağlı olmamış və İddiaçı işdən azad edilməsi barədə əmr ona istinad edilən intizam xətasının törədildiyi gündən altı aylıq müddət keçdikdən sonra verilmişdir.

38. Belə ki, iş materiallarında olan iddiaçının işdən azad edilməsinə dair 28 fevral 2023-cü il tarixli, 038/k nömrəli əmrin məzmunundan göründüyü kimi meşə fonduna dəymiş ziyanla bağlı akt 14 iyun 2022-ci il tarixdə tərtib edilsə də, İddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixli əmrlə 03 mart 2023-cü il tarixdən, yəni intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra Əmək Məcəlləsinin 70-ci mаddəsinin «ç» bəndinə əsаsən хitаm vеrilmişdir.

39. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən İddiaçı işdən azad edilməsinə dair əmr Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbləri diqqətə alınmadan verilmişdir.

40. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin meşə qanunvericiliyinə ümumiyyətlə istinad etməməsi, Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının hazırki işdə tətbiqinin qanunsuz və əsassız olmasına hüquqi qiymət verməməsi, 6 saylı regional ekologiya idarəsinə verilmiş vəkil sorğusuna cavab verilməməsinə hüquqi qiymət verilməməsi, vəsatət vermələrinə baxmayaraq sorğu göndərməməsi, cavabdehin və 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sübutları gizlətməsi, sorguya cavab verməməsinə məhkəmənin hüquqi qiymət verməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər hazırkı işin nəticəsinə təsir göstərəcək dəlillər deyildirlər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

43. Qeyd edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il, e-2(025)-865/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X14 28 fevral 2023-cü il tarixli, 038/k nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 X7 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi vəzifəsinə bərpa edilməlidir.

44. Şərh edilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(025)-865/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional X14 28 fevral 2023-cü il tarixli, 038/k nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 X7 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi vəzifəsinə bərpa edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar