Məhkəmə qərarları › İş №2(107)-1047/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1047/2022

05.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1047/2022 05.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın onun mülkiyyətinə verilməsi tələbi" və X1 cavabdehlər X6, X7, İddiaçı və Cavabdeh qarşı “mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakdan payın onun mülkiyyətinə verilməsi, mirasın faktiki qəbul edilməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payın onun mülkiyyətinə verilməsi tələbi" və X1 cavabdehlər X6, X7, İddiaçı və Cavabdeh qarşı “mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum atası X5 mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı topaq sahəsinin onun mülkiyyətinə aid 14 hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə və qeyd olunan Çıxarışa əsasən mərhum anası X2 mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsinə, **********5156 və **********57 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0,7827 ha və 0,2039 ha torpaq sahələrinin mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin ¼ vərəsəliyin açılması, mirasın qəbulu müddətinin uzadılması və miras əmlakdan ona düşən payın onun mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evi və X5, İddiaçı Musa oğlunun, X8 və X2 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5, İddiaçı Musa oğlunun, X8 və X2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin X5 payına düşən ¼ hissəsi və X2 payına düşən ¼ hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5, İddiaçı Musa oğlunun, X8 və X2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.2039 ha torpaq sahəsinin X5 payına düşən ¼ hissəsi və X2 payına düşən ¼ hissəsindən ibarət miras əmlakların X4 tərəfindən qəbul edilməsi faktının tanınması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evi və X5, İddiaçı Musa oğlunun, X8 və X2 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5, İddiaçı Musa oğlunun, X8 və X2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin X5 payına düşən ¼ hissəsi və X2 payına düşən ¼ hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X5, İddiaçı Musa oğlunun, X8 və X2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.2039 ha torpaq sahəsinin X5 payma düşən ¼ hissəsi və X2 payına düşən ¼ hissəsindən ibarət miras əmlakların iddiaçı X3 mülkiyyətinə verilməsi, İddiaçı Musa oğlunun iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən оlunmuşdur ki, apellyasiya şikayəti Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 2 saylı əlavəyə uyğun tərtib olunmasını yoxlamadan apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllədinin 363.1.1-1.-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar