Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1049/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-358/2020 saylı qətnaməsindən iddiaçı «xxxx» ASC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Niyazi qızının Şəki şəhəri, Mahmud Əliyev küçəsi 55 saylı evdən məcburi çıxarılması, onun istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən alınaraq «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Niyazi qızı birinci instansiya məhkəməsinə vəsatət göndərərək, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-451/2020 saylı iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək e-2(075)-358/2020 saylı iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-358/2020 saylı qərardadı ilə (hakim Pərviz Hacıyev) Şəki Rayon Məhkəməsinin icraatında olan iddiаçı Cavabdeh Niyazi qızının cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh Niyazi qızı,“ xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları üzrə 2(075)451/2020 saylı mülki işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı «xxxx» ASC-nin Cavabdeh Niyazi qızına qarşı «əmlakın boşaldılması» tələbinə dair e-2(075)-358/2020 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı «xxxx» ASC Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 358/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 saylı qərardadına əsasən iddiaçı «xxxx» ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-358/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-358/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin şəxsin hüquqi varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün müəyyən edilənədək iş üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (iddiaçılar X7, Cavabdeh Niyazi qızının və X4 cavabdehlər İddiaçı ASC, “xxxx” MMC, üçüncü şəxslər Şəki rayon İcra şöbəsi, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(103)- 9445/2018 saylı qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-1224/2019 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə mübahisənin predmeti xx xxxxxx 2015-ci il tarixli 05/02 saylı hərracın yekun protokolunun etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin seriya RX N2 ******* çıxarışın ləğv edilməsi olmuşdur. Hazırda Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-451/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh Niyazi qızı eyni protokolun etibarsız hesab edilməsini və eyni çıxarışın ləğv edilməsinə dair təkrarən məhkəmədə iddia qaldırmışdır. Hazırki işin materiallarından həmçinin görünür ki, hərrac təşkilatçısı “xxxx” MMC olduğu halda, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-451/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh Həmidova cavabdeh qismində işə heç bir aidiyyəti olmayan “X3” MMC-ni əsassız cəlb etməklə tərəflərin tərkibini dəyişmişdir. Göründüyü kimi, həmin iddia Cavabdeh tərəfindənformal və əsassız olaraq verilmişdir. Çünki, məhkəmə qərarları ilə xx xxxxxx 2015-ci il tarixli 05/02 saylı hərracın yekun protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməmiş və həmin qərarlar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Hazırkı vəziyyətdə mülki iş üzrə icraatının dayandırılması üçün Konstitusiya Məhkəməsinin Plenumunun sözü gedən qərarında göstərilən hallar yoxdur. Belə olan halda, hazırkı mülki işin Şəki Rayon Məhkəməsinin icraatında olaniddiаçı Cavabdeh Niyazi qızının cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh Niyazi qızı,“ xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(075)- 451/2020 saylı mülki işdən аsılığının olması və həmin asılılığın hazırkı işə baxılmasının qeyri-mümkün etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Beləliklə, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-358/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-358/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-1049/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1049/2020
12.05.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver