Məhkəmə qərarları › İş №2(107)-105/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-105/2020

27.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-105/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, X5 X3nin nümayəndəsi X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-75/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X5 X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz meşəbəyliyinin Xaçmaz sahəsinin 02 saylı dolayının 42-ci kvartalının 03-cü bölməsində cavabdeh tərəfindən zəbt olunmuş 4,66 hektar meşə fondu torpağının boşaldılması, əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Oğuz meşəbəyliyinin Xaçmaz sahəsinin 02 saylı dolayının 42-ci kvartalının 03-cü bölməsində cavabdeh tərəfindən zəbt olunmuş 4,66 hektar meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-75/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş Oğuz meşəbəyliyinin Xaçmaz sahəsinin 02 saylı dolayının 42-ci kvartalının 03-cü bölməsində Cavabdeh tərəfindən zəbt olunmuş 4,30 hektardan ibarət, torpaq sahəsinin yerləşmə sxeminə uyğun olaraq 1-26 döngə nöqtələri arasında X – Y koordinatları üzrə (1 nöqtəsi X - 719588,2184, Y - 4549932,1269; 2 nöqtəsi X - 719577,3012, Y - 4549963,2305; 3 nöqtəsi X - 719579,0571, Y - 4549965,4188; 4 nöqtəsi X - 719560,6460, Y 4550013,3455; 5 nöqtəsi X - 719621,0034, Y - 4550021,3853; 6 nöqtəsi X - 719652,1846, Y4550046,8313; 7 nöqtəsi X - 719682,4670, Y - 4550029,3123; 8 nöqtəsi X - 719745,7955, Y - 4549933,5404 ; 9 nöqtəsi X - 719761,1012, Y - 4549641,5064; 10 nöqtəsi X - ********** , Y - 4549727,5990; 11 nöqtəsi X - 719781,3397, Y - 4549719,8538; 12 nöqtəsi X 719781,8136, Y - 4549715,6200; 13 nöqtəsi X - 719774,6532, Y - 4549714,2622; 14 nöqtəsi X - 719740,4651, Y - 4549634,7014; 15 nöqtəsi X - 719736,7261, Y - 4549631,4657; 16 nöqtəsi X - 719725,6706, Y - 4549603,1912; 17 nöqtəsi X - 719716,3585, Y - 4549603,1912; 18 nöqtəsi X - 719703,7571, Y - 4549657,6636; 19 nöqtəsi X - 719708,0181 Y - 4549684,6980; 20 nöqtəsi X - 719691,0498, Y - 4549722,1571; 21 nöqtəsi X - 719689,4523, Y 4549731,6821; 22 nöqtəsi X - 719693,5873, Y - 4549750,2550; 23 nöqtəsi X - 719678,8789, Y - 4549766,0780; 24 nöqtəsi X - 719865,6497, Y - 4549766,6072; 25 nöqtəsi X - 719647,5194 , Y - 4549826,1645; 26 nöqtəsi X - 719637,9926, Y - 4549890,0643) yerləşən meşə fondu torpağı boşaldılması, həmin torpaq sahəsində olan bütün tikili və qurğular Cavabdeh vəsaiti hesabına sökülməsi, ərazi X5 X3nə təhvil verilməsi, məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 (on) manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi və iş üzrə müayinə və tədqiqat xərci olan cəmi 233 (iki yüz otuz üç) manat 30 (otuz) qəpik məbləğ Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (Kapital Bankın 1 saylı Xətai filialı; Kod : 200071; VÖEN (bank) **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT AİİBAZ2X; VÖEN **********; hesab № AZ23AİİB********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o sözügedən ərazini zəbt etməmişdir. Onun iddiaçı ilə razılığı və icarə müqaviləsi olmuşdur. Həmin tikililər 10 il öncə iddiaçının razılığı ilə həmin ərazidə tikilmişdir. İddiaçı onun sahibkarlıq fəaliyyətinə qarşı qərəzli mövqe tutmuşdur. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almamışdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-75/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməldir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 X3nin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh vəkili X4 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq xx xxxxxx 2020-ci il saat 09:30-da X8 Məhkəməsində başqa bir şəxsin hüquqlarını müdafiə edəcəyini bildirərək xx xxxxxx 2020-ci il saat 11:00da keçiriləcək məhkəmə kollegiyası iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərə alaraq 11:45-dək fasilə elan etmişdir. Lakin Cavabdeh vəkili X4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-75/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin Dövlət meşə fondu torpaqlarına aid ərazidə yerləşdiyi iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. Həmin ərazinin xüsusi mülkiyyətdə olduğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, qeyd olunan torpaq sahəsindən cavabdehin icarə müqaviləsi və ya digər hər hansı qanuni əsaslarla istifadə etməsi halları da müəyyən edilməmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsi Dövlət meşə fondu torpaqlarına aid olmasına baxmayaraq cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “d” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsinə görə maddi məsuliyyət daşıyırlar. “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması” Qaydalarının 2-ci maddəsinə əsasən lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı vəziyyətə salınması işlərinin dəyəri miqdarında ödəyirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Mübahisə predmetinə aid olan torpaq sahəsinin Dövlət meşə fondu torpaqlarına aid ərazidə yerləşdiyi iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Oğuz rayonu Xaçmaz kəndində yerləşən, Cavabdeh tərəfindən zəbt olunduğu qeyd edilən torpaq sahəsi naturada faktiki olaraq 4 , 30 hektar təşkil edir və dövlət mülkiyyətinə aiddir. Qeyd edilən torpaq sahəsi Dövlət meşə fondu torpaqlarına aid ərazidə yerləşir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan ərazi 4.33 ha olmaqla Dövlət Meşə Fondu torpaqlarına aiddir. Bundan əlavə həmin ərazinin xüsusi mülkiyyətdə olduğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, qeyd olunan torpaq sahəsindən cavabdehin icarə müqaviləsi və ya digər hər hansı qanuni əsaslarla istifadə etməsi halları da müəyyən edilməmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsi Dövlət meşə fondu torpaqlarına aid olmasına baxmayaraq cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-75/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-75/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar