Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1053/2023 04.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, ləğv, qaytar) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(075)-1333/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-ci il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(075)-1333/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iş üzrə İddiaçıının şikаyəti 01 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2(075)-1333/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(075)- 1333/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023- cü il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsini xahiş etsə də, cavabdeh Şəki-Regional Təhsil İdarəsinə qarşı tələb yönəltməmiş, iddiasında ondan nəyi tələb etməsini qeyd etməmişdir. Belə ki, o, iddia tələbində İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi trəfindən verilmiş əmrin ləğv edilməsini istəsə də, Şəki-Regional Təhsil İdarəsinə qarşı hansı tələbin yönəldiyini qeyd etməmişdir. Bununla da o, MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyul 2023cü il tarixli 2(075)-1333/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. İş materialalrından görünür ki, Şəki Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, İddiaçıının həmin qərardaddan şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(107)-747/2023 nömrəli qərardadı qəbul edilmiş və Şəki Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli, 2(075)-1333/2023 saylı qərardadı ləğv edilməklə, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Kollegiya qeyd edir ki, həmin qərardadla hazırki iddia ərizəsinin geri qaytarılması qanunsuz hesab edildiyindən birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməklə baxmalı olduğu halda, yenidən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göründüyü kimi, hazırki işdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər birinci instansiya məhkəməsi tərəfindən icra edilməmişdir. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(075)-1333/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2(075)-1333/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları sonrakı hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1053/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1053/2023
04.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver