Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1056/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh3 və X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusuna qarşı miras əmlaka payın müəyyən edilməsi və əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, evə köçürülmə tələbinə dair ilk iddiası və Cavabdeh1, Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onu qəbul etmiş vərəsələr arasında vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Açar sözlər: (Miras əmlakda payın müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X21 və X22 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cababdeh Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X6 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3 və X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18 qarşı miras əmlaka payın müəyyən edilməsi və əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, evə köçürülmə tələbinə dair ilk iddiası və Cavabdeh1, Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onu qəbul etmiş vərəsələr arasında vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(019)-510/2025 nömrəli qətnaməsindən iddiaçı-qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və ilk iddia üzrə cavabdeh X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18 qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi, o cümlədən, cavabdehlər X32 və Cavabdeh3 mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və o həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, anası X33 09 yanvar 2016-cı il tarixdə ölmüşdür. Mərhum anası X19 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evi miras qalmışdır. Mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evi üzərində sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(019)-1/2022 iş nömrəli qətnaməsindən də göründüyü kimi, mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı və 0,12 ha həyətyanı torpaq sahəslərinin mərhuma düşən hissəsinin 1/3 hissəsi üzərində payı müəyyən edilmişdir. Lakin, həmin vaxtı fərdi yaşayış evi mübahisə predmeti olmadığından evə münasibətdə payı müəyyən edilmədən qalmışdır. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən iş üzrə cavabdeh X47 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət olunmuş, lakin, miras şərikləri arasında mübahisə olması əsası ilə notariat ofisinin xüsusi notariusu şəhadətnamənin verilməsindən imtina etmişdir. Bununla yanaşı, iş üzrə cavabdehlər X32 və Cavabdeh3 mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m olan fərdi yaşayış evindən sahiblik və istifadə etmək hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Bu səbəbdən də istəyir ki, miras əmlaka payı müəyyən olunmaqla yanaşı iş üzrə cavabdehlər X32 və Cavabdeh3 mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun və o həmin fərdi yaşayış evinə köçürülsün. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X25) qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş mərhum X19 qalmış miras əmlakın-daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********38-10301 nömrə ilə qeydiyyata alınmış Balakən rayonu, Talalar kəndində 0.123 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 113.8 m2 olan fərdi yaşayış evinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə İddiaçıun miras payının müəyyən edilməsi və miras əmlakın bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18 qarşı mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi, o cümlədən, cavabdehlər X32 və Cavabdeh3 mərhum anası X19 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113.8 m2 olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, iddiaçı və cavabdeh tərəfin valideynləri X7 və X29 26 yanvar 1957ci il tarixdə rəsmi nikah bağlamış, onların nikahı Balakən rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. X4 Təravət Yaqub qızını övladlığa götürmüşdür. X7 29 oktyabr 2006-cı il tarixdə, X33 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. JN 1414F nömrəli, KOD 40113018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X33 və Omarova Fəraqət (Təravət) Yaqub qızının mülkiyyətinə Balakən rayonu Talalar kəndindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.12 ha həyətyanı torpaq sahəsində 1963-cü ildə ümumi sahəsi 75 kvm-dən ibarət fərdi yaşayış evi inşa edilmişdir. xx.xx.1992-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat Kontorunda qeydə alınmış mərhum X33 ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 60 kvm yaşayış, 15 kvm köməkçi sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Hazırda mübahisələndirilən evdə mərhum X23 ölümündən sonra da oğlu Cavabdeh3 Məhəmərəsul oğlu yaşayır. Mərhumun ölümündən sonra həmin fərdi yaşayış evini 113.80 kvm həcmində artırmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 1/2022 saylı qətnaməsinə əsasən Balakən rayonu Talalar kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X19 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-Cavabdeh3, Cavabdeh1 və İddiaçı payları müəyyən edilməsi, X23 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X23 mirasını təşkil edən 1/2 hissəsindən Cavabdeh1 1/3 hissə miras payı, Cavabdeh3 1/3 hissə miras payı və İddiaçı 1/3 hissə miras payı müəyyən edilsin; X23 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Cavabdeh1, 1/6 hissə Cavabdeh3 və 1/6 hissə İddiaçı payları müəyyən edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 0.123 ha həyətyanı torpaq sahəsinin 4/6 hissəsinə Cavabdeh1, torpaq sahəsinin 1/6 hissəsinə Cavabdeh3, torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********38-10301 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə mərhum X23 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “Asan xidmət" mərkəzində notariat ofisinə Cavabdeh3 və İddiaçı müraciət etmişlər. İddiaçı miras əmlakın qanun üzrə vərəsəlik qaydasında, Cavabdeh3 isə vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi xahiş etmişlər. X41 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov arayış təqdim edərək göstərmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında ixtilaflar olduğuna görə mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Qeyd edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 1/2022 saylı qətnaməsinə əsasən Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X19 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrinCavabdeh3, Cavabdeh1 və İddiaçı hər birinin 1/3 hissə payları müəyyən edildiyindən, xx.xx.1992-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat Kontorunda qeydə alınmış mərhum X33 ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 60 kvm yaşayış, 15 kvm köməkçi sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etdiyindən mərhum X26 məxsus olmuş fərdi yaşayış evindən ibarət miras əmlak vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməklə 113.80 kvm fərdi yaşayış evinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə isə İddiaçı miras payı tanınmalı və miras əmlaklar bu qaydada bölüşdürülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X11 və X8 torpaq sahəsindən onlara pay verilmədiyini bildirmiş, lakin yaşayış evinə məcburi paylarının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X25, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38 və X43 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişlər. Məhkəmə bildirişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(019)-510/2025 nömrəli qətnaməsi ilə (hakim A.Cəfərova) ilk iddianın qismən təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X26 məxsus Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evində İddiaçı 1/14 hissədə payının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və onun həmin fərdi yaşayış evinə köçürülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X26 məxsus Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evində Cavabdeh3 1/14 hissədə, Cavabdeh1 12/14 hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X33 xx.xx.2016cı il tarixdə Balakən rayonunda vəfat etmişdir. Onun əri X7 xx.xx.2006-cı ildə ölmüşdür. Miras qoyanın uşaqları-1. İddiaçı, 2. Cavabdeh3, 3. X5, 4. X11, 5. X8, 6. X12r, 7. Cavabdeh1 övladlığa götürmüşdür. X20 xx.xx.2019-cu ildə ölmüş, onun hüquqi varisləri X38 və X35. Miras qoyan X19 miras qalmış əmlak Balakən rayonu Talalar kəndi ərazisində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evindən ibarətdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsinin X23 mirasını təşkil edən 1/2 hissəsində mirası qəbul etmiş 3 vərəsənin, yəni Cavabdeh1, Cavabdeh3 və İddiaçı hər birinin 1/3 hissə miras payı müəyyən edilmişdir. Beləliklə, X23 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Cavabdeh1, 1/6 hissə Cavabdeh3 və 1/6 hissə İddiaçı payları müəyyən edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
12. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mərhum X19 qalmış mirası onun üç vərəsəsi: Cavabdeh3, Cavabdeh1 və İddiaçı qəbul etmişlər. Digər vərəsələr X8, X5, X20, X11 və ölmüş X9 hüquqi varisləri X38 və Omarov Asif X2 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etməmişlər. Bu fakt qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsi ilə təsdiq olunur. Odur ki, fərdi yaşayış evində 3 vərəsənin, yəni Cavabdeh1, Cavabdeh3 və İddiaçı payı müəyyən edilməlidir.
13. Miras qoyan X33 həmin yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən X23 uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Miras qoyanın məcburi pay hüququ olan 7 vərəsədən 3 vərəsə Cavabdeh1, Cavabdeh3 və İddiaçı mirası qəbul etmişdir. Bu pay isə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Odur ki, Cavabdeh3 və İddiaçı hər birinin məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın, yəni 1/7 hissə payın yarısını təşkil etməlidir. Beləliklə Cavabdeh3 1/14 hissə və İddiaçı da 1/14 hissə payı müəyyən edilməlidir.
14. Miras əmlak olan fərdi yaşayış evi Cavabdeh1 vəsiyyət edildiyindən, miras qoyanın məcburi pay hüququ olan digər uşaqları mirası qəbul etmədiyindən Cavabdeh1 12/14 payı müəyyən edilməlidir.
15. İddiaçı həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı fərdi yaşayış evində 1/14 hissə payı müəyyən edildiyindən o, həmin tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
16. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X26 məxsus Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evində İddiaçı 1/14 hissədə payı müəyyən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalı və o, həmin fərdi yaşayış evinə köçürülməli, ilk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin olunmalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X26 məxsus Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evində Cavabdeh3 1/14 hissədə, Cavabdeh1 12/14 hissədə payı müəyyən edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 164.1, 165.2, 213.1, 213.2, 215.4, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.2, 1166, 1193, 1196, 1202.1, 1202.2, 1243.2, 1246, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayətinin dəlilləri ilk iddia ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, vərəsəliyin predmeti olan fərdi yaşayış evi mərhum atası X3 ilə birgə nikah dövründə əldə olunmuşdur. Yəni qeyd olunan əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş ümumi əmlakdır. Bununla belə, Balakən Rayon Məhkəməsi fərdi yaşayış evində mərhum atasına düşən payı nəzərə almamışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən, ərarvadın ümumi gəlirləri hesabına əldə olunmuş əmlaklar onların ümumi birgə mülkiyyəti hesab edilə bilər.
20. Balakən Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
21. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhəkəməsin 08 avqust 2025-ci il tarixli, e-2(019)-510/2025 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(019)-510/2025 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətinin təmin olunmamasını və Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(019)-510/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, şikayətinin təmin olunmamasını və Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(019)-510/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 İddiaçı apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini göstərmiş, həmçinin qətnamə qəbul edilərkən onunda payının müəyyən edilməsini xahiş etmişdir.
27. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 İddiaçı apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini göstərmiş, həmçinin qətnamə qəbul edilərkən onunda payının müəyyən edilməsini xahiş etmişdir. 28 Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, X41 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38, X43 və X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 3 0 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 213.1. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.2 Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “19 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli Qərarı.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyator Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, e-2(019)- 510/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayət qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli e-2(019)-510/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumlar X7 ilə X33 26 yanvar 1957-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdiməklə ailə qurmuşlar. Miras qoyan X33 xx.xx.2016-cı il tarixdə Balakən rayonunda vəfat etmişdir. Onun əri X7 xx.xx.2006-cı ildə vəfat etmişdir. Miras qoyanın birinci növbə vərəsələri onun uşaqları- İddiaçı, Cavabdeh3, X5, X11, X8, X12r, Cavabdeh1 isə övladlığa götürülmüşdür. X20 xx.xx.2019-cu ildə ölmüş, onun hüquqi varisləri X38 və X35. Miras qoyan X19 miras qalmış əmlak Balakən rayonu Talalar kəndi ərazisində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evindən ibarətdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsinə əsasən X19 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 063 ha kənd təsərrüfatı təyinatlı və 012 ha həyətyanı torpaq sahələrinin mərhuma düşən 1/2 hissəsində mirası qəbul etmiş 3 vərəsənin, yəni Cavabdeh1, Cavabdeh3 və İddiaçı hər birinin 1/3 hissə miras payı müəyyən edilmişdir. Beləliklə, X23 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Cavabdeh1, 1/6 hissə Cavabdeh3 və 1/6 hissə İddiaçı payları müəyyən edilmişdir. Balakən rayonu Talalar kəndi ərazisində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evi 28 aprel 1986-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X14 X23 mülkiyyətinə keçmiş və həmin fərdi yaşayış evinə dair X30 tərəfindən Zaqatala rayonu 1 saylı dövlət notariat ofisində 02 aprel 1992-ci il tarixdə Cavabdeh1 vəsiyyətnamə verilmişdir.
41. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddiaları qismən təmin edərək X19 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evindən İddiaçı payını 1/14 hissədə, Cavabdeh3 payını 1/14 hissədə, Cavabdeh1 payının 12/14 hissədə müəyyən edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, miras qoyan X33 həmin yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən X23 uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Miras qoyanın məcburi pay hüququ olan 7 vərəsədən 3 vərəsə Cavabdeh1, Cavabdeh3 və İddiaçı mirası qəbul etmişdir. Bu pay isə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Odur ki, Cavabdeh3 və İddiaçı hər birinin məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın, yəni 1/7 hissə payın yarısını təşkil etməlidir. Beləliklə Cavabdeh3 1/14 hissə və İddiaçı da 1/14 hissə payı müəyyən edilməlidir. Miras əmlak olan fərdi yaşayış evi Cavabdeh1 vəsiyyət edildiyindən, miras qoyanın məcburi pay hüququ olan digər uşaqları mirası qəbul etmədiyindən Cavabdeh1 12/14 payı müəyyən edilməlidir. 42.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. 43.Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, mərhum X19 qalmış mirası onun üç vərəsəsi: Cavabdeh3, Cavabdeh1 və İddiaçı qəbul etmişlər. Digər vərəsələr X8, X5, X20, X11 və ölmüş X9 hüquqi varisləri X38 və Omarov Asif X2 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etməmişlər. Bu fakt qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsi ilə təsdiq olunur.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
45. Hazırkı işdən görünür ki, mərhum X19 qalmış mirası onun üç vərəsəsi: Cavabdeh3, Cavabdeh1 və İddiaçı qəbul etmişlər və hazırkı vəziyyətdə əgər vəsiyyətnamə olmasaydı miras qoyanın digər vərəsələri tərəfindən miras qəbul edilmədiyindən miras almağa çağırıla biləcək qanun üzrə vərəsələr Cavabdeh3, Cavabdeh1 və İddiaçı olmuşlar.
46. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mirasdan iddiaçının məcburi payını müəyyən olunarkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vərəsəliyin predmeti olan fərdi yaşayış evinin mərhum atası X3 ilə birgə nikah dövründə əldə olunması, yəni qeyd olunan əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş ümumi əmlak olması, bununla belə, Balakən Rayon Məhkəməsinin fərdi yaşayış evində mərhum atasına düşən payı nəzərə almamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan 28 aprel 1986-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25 oktyabr 1985-ci ildə ölmüş vətəndaş X15 əmlakının vərəsələrinin hər biri - Balakən rayonu Talalar kəndində yaşayan onun bacısı X33 bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir: Balakən rayonun Talalar kəndində yerləşən iki otaqlı, daşdan tikilmiş 45 m2 yaşayış sahəsi 15 m2 yardımçı sahəsi olan 3524 manat sığorta dəyərində yaşayış evindən ibarətdir.
48. İşdə olan Zaqatala rayonu 1 saylı dövlət notariat ofisində 02 aprel 1992-ci il tarixdə 1C-114 reyestr nömrəsi ilə təsdiq edilmiş X30 tərəfindən yazılan vəsiyyətnamədən görünür ki, o, aşağıdakı məzmunda vəsiyyət sərəncamı vermişdir: “Mənə məxsus olan Balakən rayon Talalar kəndində yerləşən iki otaqlı daşdan tikilinin 60 kv metr yaşayış sahəsi və 15 kv metr sahəsi olan 12 sotluq torpaqda yerləşən evimi oğul nəvəm Cavabdeh1 vəsiyyət edirəm”.
49. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi miras qoyan X26 bacısı X14 vərəsəlik qaydasında keçmişdir. 50.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
51. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evi X26 vərəsəlik qaydasında keçdiyindən mərhum X1 birgə nikahları dövründə əldə edilmiş əmlak kimi ½ hissə mülkiyyət payı yaranmamışdır.
52. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-510/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1, Cavabdeh3 və X41 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X18 qarşı miras əmlaka payın müəyyən edilməsi və əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, evə köçürülmə tələbinə dair ilk iddiası və Cavabdeh1, Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onu qəbul etmiş vərəsələr arasında vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X26 məxsus Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 1/6 hissədə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 4/6 hissədə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 1/6 hissədə payları müəyyən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalı, və o, həmin fərdi yaşayış evinə köçürülməli, ilk və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməməli, ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı fərdi yaşayış evində 1/6 hissə payı müəyyən edildiyindən o, həmin tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. 54.Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin miras əmlakın bölüşdürülməsinə aid hissəsində qeyd edir ki, əmlakın bölüşdürülməsi məsələsinə paylar müəyyən olunaraq tərəflərin əmlak hüquqları daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatda alındıqdan sonra baxıla bilər.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-510/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. X19 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən 113.8 m2 fərdi yaşayış evindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 1/6 hissədə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 1/6 hissədə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 4/6 hissədə payları müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşayiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun və o, həmin fərdi yaşayış evinə köçürülsün. İlk və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.