Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1058/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı və cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci iltarixli 2(051)-869/2022 saylı qətnaməsindən cavabdeh Ələmdar Quliyev adına Mingəçevir şəhəri Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində xx.xx.2000-ci il tarixdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və İddiaçı müddətli əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə həmin məktəbə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə isə müqavilənin müddətinin bitməsi əsası ilə Mingəçevir Peşə Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək, xx.xx.2021-ci il tarixdə məktəbdə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə isə Mingəçevir Peşə Məktəbinin 08 saylı əmrinə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 21 yanvar 2022-ci il tarixli, 08 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 1989-cu ildə Bakı Sənaye Pedoqoji Texnikumunun İstehsalat təlimi ixtisasını bitirmişdir. xx.xx.1989– cu il tarixdə Mingəçevir Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, daha sonra həmin vəzifə ixtisara salındığından 1999-cu ilin avqust ayında həmin peşə məktəbində müəllim vəzifəsinə təyin edilmişdir. Sonradan müxtəlif vəzifələr üzrə həmin peşə məktəbində işləmişdir. Son dövrdə isə məktəbin istehsalat təlimi ustası vəzifəsində işləmişdir. Sonradan isə onunla müddətli əməkmüqaviləsi bağlanmışdır. Buna razı olmadığı təqdirdə onu işdən azad edəcəkdilər. Daha sonra isə məktəbin direktoru onun işdən azad olunduğunu bildirmiş və ona xx.xx.2019-cu il tarixli, 122 nömrəli əmr təqdim etmişdir. Həmin əmrdən narazı olduğu üçün bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə, AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən o, xx.xx.2021-ci il tarixdə məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı ödənilməklə işə bərpa olunmuşdur. Bundan iki gün sonra isə direktor qərəzlə onu yenidən işdən azad edəcəyini və ona ixtisar haqqında məlumatı imzalamağını bildirmişdir. Etiraz etdikdə isə onun etirazına baxmayacağını və onu məhkəməyə verməklə təhdid etmişdir. Onun işdən qeyri-qanuni çıxarıldığı müddətdə onun işləmiş olduğu həm fənn müəllimi, həm də istehsalat təlimi ustası vəzifəsi üzrə yeni işçilər işə götürülmüşdür. İxtisar edərkən ona heç bir iş təşkil olunmamışdır. O, həmin məktəbdə ilk təyinatla elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası, sonrakı illərdə isə həmin ixtisasda fənn müəllimi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda həmin ixtisas məktəbdə var və qeyd edilən vəzifə üzrə yeni işçi qəbul olunmuşdur. Nəticədə məktəbin direktoru məhkəmə qərarlarını pozaraq, onu ikinci dəfə işdən azad etmişdir. O, həmin əmrə iradını bildirmiş, onunla yeni müqavilə bağlanmasını tələb etmiş, lakin direktor imtina etmişdir. Hesab edir ki, məktəbin direktorunun ona qarşı qərəzli münasibəti vardır və qeyd edilən əmr qanunsuz, əsassızdır. Odur ki, iddiasının təmin olunması, Mingəçevir Peşə Məktəbinin 21 yanvar 2022-ci il tarixli, 08 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X6 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktoru X14 təmsil etdiyi qurumun adından iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2220/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2021- ci il tarixdə Mingəçevir Peşə Məktəbinin 122 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı məktəbin istehsalat təlimi ustası işinə bərpa edilmiş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilərkən ƏM-in 71-ci maddəsinin 1-ci bəndinin tələbinə uyğun müəyyən edilmiş işəgötürən tərəfindən yerinə yetirilməli tədbirlər görülmüşdür. Eyni zamanda iddiaçının əmək müqaviləsi ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə əməl edilərək, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. Bundan başqa iddiaçı onun əmək hüquqlarının pozulması barədə X13 Xidmətinə müraciət etmiş və Xidmət tərəfindən müraciətin araşdırılması üçün xx.xx.2022-ci il tarixdə **********7 saylı məktubla məktəbə müraciət edilmişdir. Tərəfimizdən xx.xx.2022-ci il tarixdə 04 saylı məktubla 24 adda təsdiqedici sənədlər Xidmətə göndərilmişdir. X13 Xidməti araşdırma nəticəsində müraciətin əsaslı olmadığı və bütün hüquq normalarına riayət edildiyi haqda iddiaçıya məktub ünvanlamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin Həmkarlar Təşkilatının sədri X12 izahatında göstərdi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi barədə məlumatı vardır. Belə ki, məktəbin direktoru tərəfindən təqdimat məktubu daxil olmuş, iclas keçirilmişdir. 5 komitə üzvü iclasda iştirak etmişdir. İddiaçı iclasa dəvət edilməmişdir. İşə bərpa olunan zaman ştat YOX idi. Sonradan isə ixtisasına uyğun ştatın olmaması səbəbilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi haqda direktorun təqdimatı daxil olmuşdur. İddiaçı diaqnostikadan elektrik qaynaqçısı kimi keçmişdir. Hal-hazırda belə qrup YOXdur, ona görə də ştat YOXdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Mingəçevir Peşə Məktəbində elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası vəzifəsinə, xx.xx.1999-cu il tarixdə istehsalat təlimi ustası vəzifəsi ixtisar edildiyindən, məktəbdə həmin ixtisasda fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə yenidən istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və İddiaçı müddətli əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə həmin məktəbə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə isə müqavilənin müddətinin bitməsi əsası ilə Mingəçevir Peşə Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək, xx.xx.2021-ci il tarixdə məktəbdə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə isə Mingəçevir Peşə Məktəbinin 08 saylı əmrinə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır X8 adına Mingəçevir Peşə Məktəbi İddiaçı ixtisasına uyğun “Elektrik qaz qaynağı” peşəsi üzrə məktəbin qəbul planına tələbə qəbulunun nəzərdə tutulmamasını və həmin ixtisas üzrə qruplarının olmamasını qeyd edərək, məktəbin istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam versə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamışdır. Belə ki, İddiaçı mexanik-texnoloq, istehsalat təlimi ustası vəzifəsi üzrə ixtisası bitirmişdir. Yəni cavabdehin qeyd etdiyi ixtisasın İddiaçı ixtisası ilə eyni olması əsaslandırılmamışdır. Bununla bağlı olaraq İddiaçı ixtisası və həmin ixtisas üzrə Mingəçevir Peşə Məktəbində tədris qruplarının olmaması barədə əsaslandırıcı sənədlər X3 təqdim edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı məktəbdə işlədiyi illərdə elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası və ya ixtisas fənn müəllimi kimi fəaliyyət göstərmiş və hazırda da məktəbdə həmin ixtisas üzrə tədris həyata keçirilir. Belə ki, məktəbdə 2021- 2022-ci tədris ilində elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisası üzrə tələbələr məktəbə qəbul edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh müəssisədə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü olan şəxslər barəsində də araşdırma aparmamışdır. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixdə məktəbə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa olunduqdan 1 gün sonra məktəbdə onun ixtisasına uyğun tədris həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçının ixtisasına uyğun qrupun olmamasına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsinə razılıq verilməsi barədə müəssisədə fəaliyyət göstərən X3 təqdimat məktubu ünvanlamaqla iddiaçıya qarşı qərəzli mövqe tutduğunu nümayiş etdirmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı ilə Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Ona görə də iddiaçının işdən azad edilməsinə dair Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi direktorunun 08 saylı, xx.xx.2022-ci il tarixli əmri ləğv edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “b” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamış, həmin faktı təsdiq edən sənədləri X3 təqdim etməmiş, lakin qeyd edilən təşkilatın formal razılıq məktubunu alaraq əmək müqaviləsinə xitam vermişdir. Nəticədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci iltarixli 2(051)-869/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktorunun İddiaçı işdən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli 08 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən xx.xx.2022–ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 76, 78, 80 və 300-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 mart 2022-ci il tarixli, 347/15620 nömrəli arayışdan görünür ki, həmin arayış Mingəçevir Peşə Məktəbinin direktoru X7, İddiaçı tərəfindən təsvir edildiyi kimi, işə bərpa mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə 154 nömrəli əmrə əsasən Mingəçevir şəhər 69 saylı texnikipeşə məktəbində istehsalat təlimi ustası vəzifəsinə, xx.xx.1999-cu il tarixdə istehsalat təlimi ustası vəzifəsi ixtisar edildiyindən, məktəbdə ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2000ci il tarixdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, İddiaçı istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2022- ci il tarixdə 08 saylı əmrə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2220/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilmiş, Mingəçevir Peşə Məktəbi direktorunun 122 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Mingəçevir Peşə Məktəbinə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5832/2020 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-471/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə qaytarılmışdır İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 74 saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Mingəçevir Peşə Məktəbi direktorunun122 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı Mingəçevir Peşə Məktəbinə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmiş, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin Həmkarlar Təşkilatının sədri X4 ünvanlanmış 11 noyabr 2021-ci il tarixli işçilərin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə təqdimatdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli F-462/1 saylı əmri ilə təsdiq edilmiş peşə təhsili üzrə 2021/2022-ci tədris ilində tələbə qəbul planında İddiaçı ixtisasına uyğun qrup nəzərdə tutulmadığına görə və məktəbin xx.xx.2021-ci il tarixli ştat cədvəlinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilməsi barədə münasibət bildirilməsi xahiş edilmişdir. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən 19 noyabr 2021-ci il tarixli işçilərinin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə xəbərdarlıqdan görünür ki, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektrik qaz qaynağı” peşəsi üzrə 2019/2020-ci tədris ilindən məktəbin qəbul planına tələbə qəbulu nəzərdə tutulmadığından, hal-hazırda həmin ixtisas üzrə qruplarının olmaması və madditexniki bazası olmadığı üçün gələcək tədris illərində də olması proqnozlaşdırılmadığı üçün ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (xx.xx.2021-ci il tarixli 74/1 saylı əmrlə) İddiaçı xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi barədə xəbərdar edilmişdir. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 08 saylı, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, məktəbin istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixdən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X9 Lisey tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli, 33 saylı arayışdan görünür ki, X1 həmin Liseyin altıncı sinfində oxuyur. İş materiallarına əlavə edilmiş Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 05 yanvar 2022-ci il tarixli məktəbdə tədris olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahısından görünür ki, məktəbdə 2021-2022-ci tədris ilində dərzi, tikiş avadanlıqlarının operatoru, tikişçi, çilingər-santexnik, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisasları üzrə tədris həyata keçirilir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Mingəçevir şəhəri Peşə Məktəbi аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Mingəçevir şəhəri Peşə Məktəbi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birincisi, cavabdeh əmək qanunvericiliyinin bu iş üzrə bütün zəruri tələblərinə (Əmək Məcəlləsinin 71 və 81-ci maddələri) əməl etməklə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Lakin məhkəmə heç bir əsas olmadan həmin maddələrin pozulması qənaətinə gəlmişdir. İkincisi, məhkəmə prosesində müəyyən olunmuşdur ki, iddiaçı X11 öz hüquqlarının pozulması ilə bağlı müraciət etsə də, X13 bu işlə bağlı cavabdeh, yəni Cavabdeh tərəfindən əmək hüququ norma və qaydaların; əməl olnduğunu və iddiaçının şikayətinin əsassız olması haqqında qərar qəbul etmişdir. Lakin işə baxan məhkəmə bu halı da nəzərə almamış, bu işin belə bir əhəmiyyətli faktiki halı ilə bağlı heç bir münasibət bildirməmişdir. Halbuki, qətnamədə bu hal öz təsdiqini tapmışdır. Üçüncüsü, məhkəmə ştatın (və ya qrupun) olmaması məsələsini aydınlaşdırmamışdır. Belə ki, AR Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli F-462/1 saylı əmrində 2021/2022-ci tədris ili üçün tələbə qəbulu planında iddiaçının ixtisasına uyğun qrup nəzərdə tutulmamışdır. Bundan əlavə, iş üzrə şahid qismində ifadə vermiş Abbasov Mirpaşa da ifadəsində qeyd etmişdir ki, iddiaçının ixtisasına uyğun elektrik qaynaqçısı qrupu hazırda YOXdur. Dördüncüsü, işə əlavə olunmuş xx.xx.2022-ci il İxtisaslar üzrə tələbələrin siyahısından da görünür ki, iddiaçının ixtisasına uyğun olan elektrik qaz qaynağı və ya buna oxşar ixtisas YOXdur. Lakin məhkəmə öz qətnaməsində bu sənədə sübut qiyməti versə də, həmin sənədə istinad etməmiş, onu nəzərə almamışdır. Beşincisi, məhkəmə prosesində müəyyən edilir ki, iddiaçı işə bərpa olunan zaman artıq onun ixtisasına uyğun “elektrik qaz qaynağı" peşəsi üzrə qrup və ştat YOX idi. Bu hal məhkəməyə əlavə olunan sənədlər və şahid ifadəsi ilə də təsdiq olunsa da, nədənsə məhkəmə bu halı nəzərə almamışdır. Altıncısı, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ixtisasına uyğun tədris qruplarının olmaması barədə əsaslandırıcı sənədlər X3 təqdim edilməmişdir. Halbuki, məhkəmə bununla bağlı məhkəməyə zəruri sənəd təqdim olunmuş, hətta şahid Abbasov Mirpaşa da ifadəsində bütün zəruri sənədlərin X3 təqdim olunduğunu bildirmişdir. Yeddincisi, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlir ki, cavabdeh işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçiriləndə işdə saxlanmağa üstünlüyü olan şəxslər barədə araşdırma aparmamışdır. Hesab edirik ki, məhkəməni bu yanaşması tamamilə yanlışdır, belə ki, həmin ixtisas üzrə ştat YOXdursa, kiminsə işdə saxlanması məsələsi də absurddur. Səkkizincisi, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-də məktəbdə iddiaçının ixtisasına uyğun tədris həyata keçirilmişdir. Məhkəmə heç bir fakta və ya sübuta əsaslanmadan, sadəcə özünün yanlış mülahizəsinə əsasən cavabdehin iddiaçıya qarşı qərəzli mövqedə dayandığını müəyyən etmişdir. Halbuki, bu halı təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Əksinə, işə əlavə edilmiş Təhsil Nazirliyinin əmrindən görünür ki, iddiaçı işə bərpa ediləndən, yəni xx.xx.2021-dən 2 ay əvvəl, yəni xx.xx.2021-ci il tarixdə iddiaçının ixtisasına uyğun tədris dayandırılmışdır. İddiaçının ixtisasına uyğun ştatın mövcud olması; 2. İddiaçının ixtisasına uyğun ştat üzrə tədrisin aparılması; 3. Tədris qruplarının olmaması barədə Həmkarlar İttifaqına sənəd təqdim edilməməsi kimi hallar sübuta yetirilmir. Bununla belə, məhkəmə həmin halların mövcudluğunu təsdiq etmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli mövqedə olması ilə bağlı məhkəmənin mövqeyi heç bir sübutla əsaslandırılmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci iltarixli 2(051)- 869/2022 saylı qətnaməsinin ləğv edilməsini və mübahisə ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci iltarixli 2(051)-869/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin maddənin«d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər 71–ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71–ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70–ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 80–ci maddəsinin 1–ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi YOXdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə YOXladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi YOXladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə YOXlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci iltarixli 2(051)-869/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam YOXlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Mingəçevir Peşə Məktəbində elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası vəzifəsinə, xx.xx.1999-cu il tarixdə istehsalat təlimi ustası vəzifəsi ixtisar edildiyindən, məktəbdə həmin ixtisasda fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə yenidən istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və İddiaçı müddətli əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə həmin məktəbə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə isə müqavilənin müddətinin bitməsi əsası ilə Mingəçevir Peşə Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiası təmin edilərək, xx.xx.2021-ci il tarixdə məktəbdə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə isə Mingəçevir Peşə Məktəbinin 08 saylı əmrinə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X8 adına Mingəçevir Peşə Məktəbi İddiaçı ixtisasına uyğun “Elektrik qaz qaynağı” peşəsi üzrə məktəbin qəbul planına tələbə qəbulunun nəzərdə tutulmamasını və həmin ixtisas üzrə qruplarının olmamasını qeyd edərək, məktəbin istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam versə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamışdır. Belə ki, İddiaçı mexanik-texnoloq, istehsalat təlimi ustası vəzifəsi üzrə ixtisası bitirmişdir. Yəni cavabdehin qeyd etdiyi ixtisasın İddiaçı ixtisası ilə eyni olması əsaslandırılmamışdır. Bununla bağlı olaraq İddiaçı ixtisası və həmin ixtisas üzrə Mingəçevir Peşə Məktəbində tədris qruplarının olmaması barədə əsaslandırıcı sənədlər X3 təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məktəbdə işlədiyi illərdə elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası və ya ixtisas fənn müəllimi kimi fəaliyyət göstərmiş və hazırda da məktəbdə həmin ixtisas üzrə tədris həyata keçirilir. Belə ki, məktəbdə 2021- 2022-ci tədris ilində elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisası üzrə tələbələr məktəbə qəbul edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh müəssisədə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü olan şəxslər barəsində də araşdırma aparmamışdır. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixdə məktəbə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa olunduqdan 1 gün sonra məktəbdə onun ixtisasına uyğun tədris həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçının ixtisasına uyğun qrupun olmamasına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsinə razılıq verilməsi barədə müəssisədə fəaliyyət göstərən X3 təqdimat məktubu ünvanlamaqla iddiaçıya qarşı ədalətli olmayan mövqe tutduğunu nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini aşağıdakı qaydada onunla əsaslandırmaqda haqlı olmuşdur: Cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “b” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamış, həmin faktı təsdiq edən sənədləri X3 təqdim etməmiş, lakin qeyd edilən təşkilatın formal razılıq məktubunu alaraq əmək müqaviləsinə xitam vermişdir. Nəticədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Bütün hallarda cavabdehin apellyasiya şikayətində səkkiz bənd üzrə qeyd etdiyi dəlillərin hər birinə gəlincə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 17 sentyabr 2018-ci ildə müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş qərar və ondan sonrakı ötən müddət ərzində cavabdeh tərəfindən iddiaçıya münasibətdə atılmış addımlar hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə 21 yanvar 2022-ci il tarixli əmrin ləğv edilməsini labüd etmişdir. İşçinin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi onun Konstitusion hüququdur və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Qətnamə icra edildikdən sonra işçini bilərəkdən yenidən çıxılmaz vəziyyətə salmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirmək təəssüfündən çıxış edərək işə baxan birinci instansiya məhkəməsi bu halı diqqətlə YOXlamış və düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Mingəçevir şəhəri Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(051)-869/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir şəhəri Peşə Məktəbi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci iltarixli 2(051)-869/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1058/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1058/2022
28.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver