Məhkəmə qərarları › İş №2(107)-1058/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1058/2025

17.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(107)-1058/2025 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ərizəçi1 cavabdehlər X4 Xidmət Mərkəzində Notariat Ofisinə və Yevlax Rayon * saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, xitam verilmə) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, maraqlı şəxs1, maraqlı şəxs1 nümayəndə və vəkili vəkil1 iştirakı ilə, İddiaçı ərizəçi1 cavabdehlər X4 Xidmət Mərkəzində Notariat Ofisinə və Yevlax Rayon * saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, maraqlı şəxs X3 nümayəndə və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ərizəçi1 cavabdehlər X4 Xidmət Mərkəzində Notariat Ofisinə və Yevlax Rayon * saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan yaxın qohumu X2 qalan miras əmlakı üzrə adına verilmiş Yevlax rayonu, Xanabad kəndində 0.06 hektar həyatyanı torpaq sahəsində yerləşən ##.##.2008-ci il tarixində vəsiyyətnamə əsasında miras əmlak olan iki otaqlı fərdi yaşayış evini faktiki qəbul olunmasını, həmin miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququnun tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəçi1 ## #### 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Əliyev Kamil) ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, mərhum X2 miras qalmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin bacısı nəvəsi ərizəçi1 tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan maraqlı şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan maraqlı şəxs X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(039)-29/2024 qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 nümayəndə və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(039)-29/2024 qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı ərizəçi1, cavabdehlər X4 Xidmət Mərkəzində Notariat Ofisinin və Yevlax Rayon * saylı Dövlət Notariat Kontorunun nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ərizəçi1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmələrinin səbəb və mümkünsüzlü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ miras qoyanın ölümü ilə vərəsə üçün əlavə tanınma proseduru tələb edilmədən özü-özlüyündə yaranan bir hüquqdur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia icraatı qaydasında mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələb edilmiş, birinci instansiya məhkəməsi isə tələbdən kənara çıxaraq işə xüsusi icraat qaydasında baxaraq, iddianı təmin etmiş və mərhum X2 miras qalmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin bacısı nəvəsi ərizəçi1 tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının tələbi mirasqoyandan miras qalmış mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi olmuş, buna görədə iş üzrə icraata xitam verilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçdiyindən, yəni bu hal qanunvericilik qaydasında müəyyən edildiyindən, iddiaçının yenidən qanun üzrə vərəsə kimi tanınması məsələsinə məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbi baxımından mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında, yəni hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Hüquq haqqında mübahisə olduqda isə ərizə baxılmamış saxlanılmaqla iddiaçının ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə iddia vermək imkanı yaranır. Lakin bu iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olması anlamına gəlmir. Bu halda iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi, notariat orqanının, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayətin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənlər nəzərə alınaraq kollegiya qeyd edir ki, hüquq barəsində mübahisə olduğu hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasının əsası kimi çıxış edə bilməzlər. Bu kimi hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasında yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Bu baxımdan hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbini diqqətə almadan ərizəni icraata qəbul etmişdirsə də belə həmin məhkəmənin sonrakı mərhələdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməsi imkanları da olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi X2 miras qalmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.06 ha həyatyanı sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə qəbul etmişdir. Kollegiya bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın qanun üzrə vərəsə kimi tanınmaları və mirasın qəbul edilmə faktının müəyyən edilməsinin mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Kollegiya qeyd edir ki, hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməyərək, iddia tələbinə mahiyyəti üzrə baxaraq, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X3 apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı ərizəçi1 qaytarılsın. Məhkəmə xətşünaslıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçı ərizəçi1, 100 manatı isə X3 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE000000000000020 88501; Az.MEM, VÖEN1700326621, X7, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar