Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1059/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellayasiya şikayətinin qeyri-mümkünlüyü, şikayətin 1 ay müddət gözləmədən göndərilməsi, vəkil orderi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)-330/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)-330/2024 saylı qətnаməsi ilə İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, iş materiallarında olan (səh. 116) poçt xəbərnamələrə əsasən İddiaçı həmin xəbərnaməni “şəxsən” qrafasında imzalayaraq 17 iyul 2024-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)- 330/2024 saylı qətnаməsini almışdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, İddiaçı tərəfindən elektron imza ilə imzalanaraq “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)-330/2024 saylı qətnaməsindən 19 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti mülki işlə birlikdə 6 avqust 2024-cü il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)- 330/2024 saylı qətnаməsindən İddiaçı münasibətdə apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyəm edilmiş 1 (bir) ay müddəti 17 avqust 2024-cü il tarixdə bitməsinə baxmayaraq, Ağdaş Rayon Məhkəməsi həmin müddəti gözləmədən 6 avqust 2024-cü il tarixli müşayiət məktubu ilə apellyasiya şikayəti mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə riayət etməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini apellyasiya şikayətinin verilməsi üçün prosessual qanunvericiliklə müyyən edilmiş 1 (bir) ay müddətinin bitib-bitməməsinə diqqət yetirmədən vaxtından əvvəl mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 360-cı mаddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin verilməsi üçün prosessual qanunvericiliklə müyyən edilmiş 1 (bir) ay müddətinin bitib-bitməməsinə diqqət yetirmədən vaxtından əvvəl mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadının 49-cü bəndinə əsasən, tərəflərin hər birinə şikayət verməklə bağlı bərabər imkanların yaradılması baxımından əhəmiyyətli olan şikayət daxil olduqdan sonra işin yuxarı instansiya məhkəməsinə göndərilməsi müddətlərinə dair MPM-in 364 və 409-cu maddələrinin tələblərinə riayət edilməlidir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələri şikayətin MPM-in aidiyyəti üzrə 361 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra ilk daxil olan şikayəti yuxarı instansiya məhkəməsinə mütləq şəkildə işdə iştirak edən bütün şəxslərə münasibətdə şikayət vermə müddətini gözlədikdən sonra göndərməlidir. Bu qaydaya riayət edilmədiyi halda yuxarı instansiya məhkəməsi həmin müddətin gözlənilməsi ilə bağlı prosessual tələblərə riayət edilməsinin təmin edilməsi üçün işi icraata qəbul etmədən müvafiq aşağı instansiya məhkəməsinə geri qaytarmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, apellyasiya şikayəti İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən elektron imza ilə imzalanaraq “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. İş materiallarına İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə vəkil orderi və onun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilsə də, İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən Şəki Apellyasiya Məhkəməsinin adına vəkil orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 69.1-1 maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, cavabdehin nümayəndəsi, həmçinin vəkili tərəfindən elektron imza ilə imzalanaraq “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətinə vəkil orderinin əlavə olunub-olunmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1.-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)-330/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hazırda аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməli və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(014)-330/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş prosessual müddətə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. İddiaçı bu qərardadın surəti rəsmi qaydada təqdim edilməsindən sonra 10 günlük müddət ərzində apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilir. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1059/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1059/2024
15.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver