Məhkəmə qərarları › İş №2(107)-106/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-106/2020

17.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-106/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiаçı İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Balakən Rayon AİK-nın xx xxxx 2001-ci il tarixli 07 nömrəli qərarı ilə cavabdehə və digər üç nəfər ailə üzvülərinə 1.32 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmişdir. Həmçinin AİK-nın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehə və digər üç nəfər ailə üzvülərinə 0.06 ha həyətyanı torpaq sahəsi də verilmişdir. Məhkəmədə iddiaçının mübahisələndirdiyi 0.25 ha torpaq sahəsi ata babasından bəri cavabdehin istifadəsində olmuşdur. Yəni sözügedən torpaq sahəsi torpaq islahatından əvvəl cavabdehin istifadəsində olmuşdur. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Balakən Rayon AİK-nın xx xxxx 2001-ci il tarixli 07 nömrəli qərarı ilə cavabdehə və digər üç nəfər ailə üzvülərinə 1.32 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmişdir. Həmçinin AİK-nın eyni tarixli və eyni nömrəli qərarı ilə cavabdehə və digər üç nəfər ailə üzvülərinə 0.06 ha həyətyanı torpaq sahəsi də verilmişdir. Məhkəmədə iddiaçının mübahisələndirdiyi 0.25 ha torpaq cavabdehin istifadəsində olmuşdur. Yəni sözügedən torpaq sahəsi torpaq islahatından əvvəl cavabdehin istifadəsində olmuşdur. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş ( zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq, hüquqmüəyyənedici sənədlərə, X3 Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmaması müəyyənləşdirilmişdir. Belə ki, Cavabdeh, X2 məlumatları (İslahat DWJ- si) bazasına əsasən Balakən rayon X1 xx xxxx 2001-ci il tarixli 07 saylı qərarı ilə hazırlanan JN-1051 (kod 40102018) saylı Dövlət Aktının 1051 və 1051F planşetində qeyd olunan sahələrlə əhatə olunan, hüdudları məlum olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. İddiaçıya verilən RX seriyalı ******* nömrəli çıxarış və onun 046379 nömrəli plan ölçü sənədində qeyd olunan 0.70 ha torpaq sahəsinin 3-cü və 4-cü koordinatları Cavabdeh məxsus olan torpaq sahəsinin hüdudları daxilinə düşür. Beləliklə məhkəmə kollegiyası xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyi məqsədəmüvaffiq hesab edir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, iş üzrə hərtərəfli ekspertiza aparılmamış, Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəsis rəyi ekspert rəyi kimi məhkəmə kollegiyasına göndərilmişdir. Halbuki mütəxəsis rəyi ekspert rəyini əvəz etmir. İş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyi Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qəbul etməlidir. Ona görə apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)- 559/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı Cavabdeh oğluna qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul İddiaçı tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar