Məhkəmə qərarları › İş №2(107)-1061/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1061/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1061/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, öhdəlik üzrə vəzifələri yerinə yetirməmək) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "Avtoservis-K.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. İddiaçı MMC cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq, cavabdehin "xxxx" MMC-də əmək fəaliyyətini davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq, 20 oktyabr 2023-cü il tarixində "xxxx" MMC-yə əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim: Z.Tahirov) 11 iyun 2024-cü il tarixli, 2(019)- 405/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 2000 (iki min) manat məbləğində dəbbə pulunun, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərcinin və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün Cavabdeh müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinə əməl etməmiş, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlamış, lakin 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, 20 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə iddiaçını müqavilə üzrə ümid etməyə çatanlardan məhrum etmiş və iddiaçıya bu xüsusda ziyan vurmuşdur. İddiaçı məhkəmədən kənar qaydada Cavabdeh ona vurulan ziyanın ödənilməsi ilə bağlı müraciət etmiş, ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və bununla bağlı qanunda nəzərdə tutulmuş qaydada yaranacaq xərclərin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, lakin Cavabdeh tərəfindən həmin ziyan iddiaçıya ödənilməmişdir. İddiaçı hazırki iddianın qaldırılması ilə bağlı vəkilə 400 manat hüquqi yardım xərci və Azərbaycan Respublikasının Dövlət büdcəsinə 40 manat dövlət rüsumu ödəmişdir. İddiaçı 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh məhkəmədə verdiyi izahatında və iddiaya yazılı etirazında iddia tələbinin əsaslandırıldığı hallar kimi "xxxx" MMC ilə onun arasında əmək müqaviləsi bağlanarkən ona Təlim keçirilməsi ilə bağlı heç nə deyilmədiyini, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamadığını, şirkət tərəfindən ona təlim keçirilmədiyini, "xxxx" MMC tərəfindən ona peşə öyrədilmədiyini, müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtlərin konkret göstərilmədiyini, təlim almadığı halda ondan əvəzsiz olaraq 2000 manat tələb edilməsinin əsassız olduğunu bildirsə də, bu halların mövcudluğunu və əsaslılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin predmeti, şərtləri, tərəflərin üzərinə götürdüyü öhdəliklərlə tanış olmaqla həmin müqavilənin mahiyyətini anlamış və müqaviləni imzalamış, bu zaman ona hər hansı psixi və fiziki təsir edilməmiş və digər qanunsuz hərəkətlər edilməmiş, yəni həmin müqavilə onun iradə ifadəsinin nəticəsi olaraq bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə müqavilənin predmeti, şərtləri, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri konkret göstərilmiş, həmin müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə üzərində düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının cavabdehə qarşı yönəltdiyi tələb də 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında mülki müqavilədən irəli gəlmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə mülki müqavilə olmaqla onun bağlanması, predmeti, əsas şərtləri və ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin müqavilə tərəflər arasında əmək münasibətlərindən yaranan müqavilə deyildir və ona görə də məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət olunması ilə şərtləndirilə bilməz. Yəni hazırki tələblə bağlı məhkəməyə müraciət olunmazdan əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1, 27-29-cu maddələrinə əsasən mediasiyanın tətbiqi mütləq olaraq qəbul oluna bilməz. Cavabdeh iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. İşdəki sübutlardan görünür ki, tərəflər arasında mülki qaydada bağlanmış 01 fevral 2022ci il tarixli müqavilədən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı cavabdeh qarşısında öhdəliklərini icra etməmiş, cavabdeh isə iddiaçı qarşısında həmin müqavilədən yaranan öhdəliklərini icra etməmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin faktoloji hallarına və qanun normalarına istinadən hesab etmişdir ki, məhkəmədə iddianın qaldırılması, bunun üçün müvafiq sənədlərin toplanması və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən 400 manat məbləğ ağlabatan və ədalətlidir və bu xüsusda həmin 400 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 389.3, 390.1, 390.2, 390.6, 390.7, 399.1, 399.3, 399.4, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 406.3, 407.2, 425.1, 425.2, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1, 465.2, 21.1, 21.2, 463.1, 462.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1, 124.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 yanvar 2022-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq operator vəzifəsi üzrə işə qəbul edilmişdir. 2023-cü ilin avqust ayında İddiaçı MMC-nin rəhbərliyinin tələbi əsasında ərizə verərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və həmin Şirkət rəhbərliyinin istəyi əsasında 29 avqust 2023-cü il tarixdən "xxxx" MMC-yə məxsus avtoservisdə operator vəzifəsi üzrə işə qəbul edilmişdir. İşin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. 01 fevral 2022-ci il tarixdə "xxxx" MMC ilə təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, Şirkətə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün ona müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq şirkət öhdəliyini yerinə yetirməmiş, operator vəzifəsi üzrə ilkin əmək vərdişlərini öyrətmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə "xxxx" MMC-yə müraciət etmiş və 27 noyabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam iddia edərək verildikdən sonra "xxxx" MMC 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozulduğunu iddia edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci ondan tutularaq Şirkətə ödənilməsi haqqında qətnamə çıxarılması barədə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi göndərmişdir. Balakən Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-405/2024 saylı qətnaməsi əsassız və qanunsuzdur. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, müqaviləni "xxxx" MMC ilə bağlamışdır. Lakin iddia İddiaçı MMC tərəfindən qaldırılmışdır. Hesab edir ki, İddiaçı MMC iddiaçı kimi çıxış etməyə subyektiv hüququ yoxdur. Subyektiv hüquq subyektin hər hansı bir davranış forması üçün tanınmış tələbdir və subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. "xxxx" MMC-dən əmək müqaviləsini dəfələrlə tələb etsə də, müqaviləni əldə edə bilməmişdir. Balakən Rayon Məhkəməsi həmin əmək müqaviləsi olmadan və müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını tədqiq etmədən iddiaçının mülahizələrinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki əmək funksiyalarına baxılması mümkün olardısa, operator vəzifəsinin peşə olmadığı və xüsusi biliklər tələb etmədiyi görünərdi. Əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə, ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu halda işdən çıxdığı üçün dəbbə pulunun tələb edilməsi isə əsassızdır. Digər tərəfdən, məhkəmə Qətnamənin 5-ci səhifəsində qeyd edir: “Cavabdeh iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür.” Məhkəmə sübutetmə yükünün cavabdehin üzərinə qoyulmasına dair mövqeyini əsaslandırmalıdır. Digər tərəfdən, olmayan bir şeyin sübut edilməsini tələb etmək məntiqsizdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili X3 apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.1-ci maddəsinə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 463.1-ci dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 fveral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün Cavabdeh müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız İddiaçı MMCyə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinə əməl etməmiş, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlamış, lakin 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, 20 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə iddiaçını müqavilə üzrə ümid etməyə çatanlardan məhrum etmiş və iddiaçıya bu xüsusda ziyan vurmuşdur. Şikayətin ilk dəlili ondan ibarətdir ki, şirkət öhdəliyini yerinə yetirməmiş, operator vəzifəsi üzrə ilkin əmək vərdişlərini öyrətmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə "xxxx" MMC-yə müraciət etmiş və 27 noyabr 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra "xxxx" MMC 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozulduğunu iddia edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci ondan tutularaq Şirkətə ödənilməsi haqqında qətnamə çıxarılması barədə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi göndərmişdir. Balakən Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-405/2024 saylı saylı qətnaməsi əsassız və qanunsuzdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC ("xxxx") ilə Cavabdeh (“Təlim alan”) arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan” "xxxx" tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx"lə əmək müqaviləsi bağlayaraq "xxxx"in avtoservisində işləməyi, "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən "xxxx" tərəfindən müəyyən ediləcək. “Təlim alan” hazırkı müqaviləyə əsasən götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə hazırkı müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu "xxxx"ə ödəməyi öhdəsinə götürür. "xxxx"dən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququna malikdir. Təlim alanın vəzifələri: "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində yalnız "xxxx"in avtoservisində işçi kimi işləmək. "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində "xxxx"in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə, 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx"ə ödəmək. Şirkətin hüquqları: “Təlim alan”dan müqavilə öhdəliklərini icra etməyi tələb etmək. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, "xxxx"in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək. "xxxx" “Təlim alan” dan, onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququna malikdir. Lakin Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinə əməl etməmiş, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlamış, lakin 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, 20 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə iddiaçını müqavilə üzrə ümid etməyə çatanlardan məhrum etmiş və iddiaçıya bu xüsusda ziyan vurmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, müqaviləni "xxxx" MMC ilə bağlamışdır. Lakin iddia İddiaçı MMC tərəfindən qaldırılmışdır. Hesab edir ki, İddiaçı MMC iddiaçı kimi çıxış etməyə subyektiv hüququ yoxdur. Subyektiv hüquq subyektin hər hansı bir davranış forması üçün tanınmış tələbdir və subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin predmeti, şərtləri, tərəflərin üzərinə götürdüyü öhdəliklərlə tanış olmaqla həmin müqavilənin mahiyyətini anlamış və müqaviləni imzalamış, bu zaman ona hər hansı psixi və fiziki təsir edilməmiş və digər qanunsuz hərəkətlər edilməmiş, yəni həmin müqavilə onun iradə ifadəsinin nəticəsi olaraq bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə müqavilənin predmeti, şərtləri, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri konkret göstərilmiş, həmin müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Cavabdeh isə müqavilə üzrə üzərində düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının cavabdehə qarşı yönəltdiyi tələb də 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında mülki müqavilədən irəli gəlmişdir. İş materiallarında olan 5 fevral 2019-cu il tarixli "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış Birgə əməkdaşlıq müqaviləsindən gürünür ki, Bakı şəhəri, Yasamal rayonu. H.ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (bundan sonra qeyri-yaşayış sahəsi) tərəflərin sahibkarlıq fəaliyyətini icra etmək üçün istifadə etdikləri ümumi sahə olmasını, tərəflərin rəhbər, idarəetmə və texniki işləri icra edən əməkdaşlarının eyni ünvanda yerləşməsi və işləməsini, idarəetmənin tərəflərin rəhbər və idarəetmə funksiyalarını icra edən əməkdaşlar tərəfindən birgə və məsləhətləşərək təşkil və təmin edilməsi, tərəflərin əsas fəaliyyətinin nəqliyyat vasitələrinin təmiri, nəqliyyat vasitələri və onlar üçiin ehtiyat hissələrinin satışı olmasın nəzərə alaraq tərəflər müqvilədəkilərlə məsələlərlə bağlı birgə fəaliyyət göstərməyi və əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC ilə təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlamışdır. Yəni iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Şikayətin üçüncü dəlili ondan ibarətdir ki, "xxxx" MMC-dən əmək müqaviləsini dəfələrlə tələb etsə də, müqaviləni əldə edə bilməmişdir. Balakən Rayon Məhkəməsi həmin əmək müqaviləsi olmadan və müqavilədə nəzərdə tutulmuş əmək funksiyalarını tədqiq etmədən iddiaçının mülahizələrinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki əmək funksiyalarına baxılması mümkün olardısa, operator vəzifənin peşə olmadığı və xüsusi biliklər tələb etmədiyi görünərdi. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə mülki müqavilə olmaqla onun bağlanması, predmeti, əsas şərtləri və ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin müqavilə tərəflər arasında əmək münasibətlərindən yaranan müqavilə deyildir. İşdəki sübutlardan görünür ki, tərəflər arasında mülki qaydada bağlanmış 01 fevral 2022ci il tarixli müqavilədən yaranan öhdəliklər mövcud olmuş, cavabdeh isə iddiaçı qarşısında həmin müqavilədən yaranan öhdəliklərini icra etməmişdir. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Şikayətin dördüncü dəlili ondan ibarətdir ki, əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə, ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu halda işdən çıxdığı üçün dəbbə pulunun tələb edilməsi isə əsassızdır. İlk növbədə kollegiya qeyd etməyi lazım bilir ki, əgər iddiaçı tərəf müqavilə üzrə öhtəliklərini yerinə yetirməmişdirsə, cavabdeh iddiaçıdan müqavilə üzrə öhtəliklərin yerinə yetirilməsini tələb edə, əks təqdirdə tərəflər arasında bağlanmış müqavilədən bir tərəfli qaydada imtina edəcəyi barədə iddiaçını xəbərdar etməli idi. İş materiallarında isə cavabdehin iddiaçıya müqavilə üzrə hər hansı bir etirazı və tələbi olması barədə hər hansı bir sübut növü aşkar edilməmişdir. Bundan başqa iş materiallarında olan 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC ("xxxx") ilə Cavabdeh (“Təlim alan”) arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan” "xxxx" tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx"lə əmək müqaviləsi bağlayaraq "xxxx"in avtoservisində işləməyi, "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən "xxxx" tərəfindən müəyyən ediləcək. “Təlim alan” hazırkı müqaviləyə əsasən götürüdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə hazırkı müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu "xxxx"ə ödəməyi öhdəsinə götürür. "xxxx"dən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququna malikdir. Təlim alanın vəzifələri: "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində yalnız "xxxx"in avtoservisində işçi kimi işləmək. "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində "xxxx"in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx"ə ödəmək. Şirkətin hüquqları: “Təlim alan”dan müqavilə öhdəliklərini icra etməyi tələb etmək. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, "xxxx"in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək. "xxxx" “Təlim alan” dan, onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququna malikdir. Şirkətin vəzifələri: "xxxx" hazırkı müqavilə imzalandıqdan sonra “Təlim alan” şəxslə əmək müqaviləsi bağlamağı və onu işə götürməyi öhdəsinə götürür. “Təlim alan” müqavilə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə tam həcmdə məsuliyyət daşıyır. “Təlim alan”nın Azərbaycan Respublikasında olduğu və yaşadığı müddətdə “Şirkətin” yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və işləməsi faktı müəyyən edildikdə "xxxx" “Təlim alan”na nəzəri və təcrübi dərslərin keçirilməsi üçün xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunun ona ödənilməsini “Təlim alan”dan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(019)-405/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar