Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1063/2022 08.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulmasına dair mülki iş üzrə (Açar sözlər: Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Birinci instansiya məhkəməsinin icraatı zamanı əldə edilmiş DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 mart 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə materialın araşdırılması DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X1 həvalə edilmişdir. Toplanmış materiallarla müəyyən olunmuşdur ki, Niyazi Muxtarovun idarə etdiyi avtobus qarşısında tormoz edən naməlum «VAZ» markalı avtomobillə toqquşmamışdır. Bundan əlavə, Cavabdeh göstərilən tarixdə və vaxtda yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə oian Daewoo BS090 markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusu içərisində 24 nəfər sərnişin Bakı-Quba-Dağıstan sərhədi yolu ilə Bakı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 40-50 km/saat sürətlə hərəkət etdirərkən Xırdalan qəbiristanlığı yanında ondan solda eyni istiqamətdə orta zolaqda 40-50 km\saat sürətlə hərəkətdə olan X2 idarə etdiyi Ford Transit markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil ondan solda hərəkətdə olan Niyazi Muxtarovun idarə etdiyi İsuzu markalı H029237 dövlət qeydiyyat nişanlı avtobusun sağa ona doğru manevr etdirdiyini görüb Əhliman Qasımov idarə etdiyi Ford Transit markalı avtomobilin Niyazi Muxtarovun idarə etdiyi İsuzu markalı H029237 dövlət qeydiyyat nişanlı avtobusla toqquşmasının qarşısını almaq məqsədi ilə avtomobili sağa doğru manevr etdirmiş və həmin vaxt Cavabdeh idarə etdiyi Daewoo BS090 nlarkalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət zolağına çıxmışdır. Həmin vaxt Daewoo BS090 markalı avtobusun qabaq hissəsi ilə Ford yük markalı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermişdir. Bundan sonra Daewoo BS090 markalı avtobus gedərək su arxına düşdükdən sonra yola çıxaraq dayanmış vəziyyətdə olan İsuzu markalı avtobusun arxa hissəsinə dəymişdir. Material üzrə təyin edilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/344 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İsuzu markalı, H 029237 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ford Transit markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Daewoo BS090 avtobus markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Toplanmış materila əsasən belə nəticəyə gəlmək olar ki, Ford Transit markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 baş vermiş YNH-i ilə əlaqədar verdiyi izahatlarda səmimi olmamışdır. Ona görə ki, o ilkin izahatında avtomobili yolun sağ zolağı ilə hərəkət etdirdiyini, təkrar izahat verərkən isə orta zolaqla hərəkət etdirdiyini bildirmişdir. Eyni zamanda digər sürücülərin izahatlarından görünür ki, həmin YNH-i baş verməzdən əvvəl yolun sol zolağı ilə hərəkətdə olan İsuzu markalı, H 029237 dövlət qeydiyyat nişanlı avtobusu sürücü X6 özündən qabaqda eyni zolaqla hərəkətdə olan naməlum VAZ markalı avtomobilin sürücüsünün avtomobilə tormuz etdiyini görüb idarə etdiyi avtobusu sağa manevr etdirmişdir. Əgər sürücü X6 idarə etdiyi İsuzu markalı avtobusu sağa manevr edirib avtobusu yolun orta zolağına çıxardırsa, onda həmin vaxt orta zolaqda hərəkətdə olan Əhliman Qasımovun idarə etdiyi Ford Transit markalı avtomobil həmin İsuzu markalı avtobusla toqquşmasın deyə sağa manevr etmiş və Cavabdeh idarə etdiyi Daewoo BS090 markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtobusun hərəkət zolağına çıxmışdır və həmin vaxt Daewoo BS090 markalı avtobusla Ford Transit markalı avtomobil arasında toqquşma baş vermişdir. Bundan əlavə, baş vermiş YNH-nə səbəbkar “İsuzu Visigo” markalı, H 029237 dövlət qeydiyyat nişanlı avtobusun sürücü X6 olmuşdur. Çünkü o özündən qabaqda hərəkətdə olan naməlum VAZ markalı avtomobillə ara məsafəsi saxlasa idi, həmin avtomobilin sürücüsü avtomobilə tormuz edən zaman avtobusu sağa manevr etdirmək əvəzinə tormuz edib saxlamalı idi. X9 “İsuzu Visigo”markalı avtobusu sağa manevr etdirib orta zolağa çıxarması Ford Transit markalı avtomobillə Daewoo BS090 markalı avtobusun toqquşmasına və sonra özünün idarə etdiyi İsuzu markalı avtobusun gedib yolun sağ kənarındakı su arxına düşməsinə səbəb olmuşdur. İsuzu markalı avtobusun su kanalına düşməsi həmin avtobusun əsas ehtiyat hissələrinin zədələnməsinə səbəb olmuşdur. Yəni Daewoo BS090 markalı avtobusun İsuzu markalı H 029237 dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsi ilə toqquşması zamanı İsuzu markalı avtobusun yalnız arxa panelinin zədələnməsi baş vermişdir. Digər qeyd edilən hissələrin zədələnməsi İsuzu markalı avtobusun Daewoo BS090 markalı avtobusla toqquşmasından əvvəl su arxına düşməsi və metal lyuka dəyməsi nəticəsində baş vermişdir. Bu fakt İsuzu markalı avtobusun sürücüsü Niyazi Muxtarovun öz izahatı və hadisənin iştrakçıları olan digər sürücülərin və şahidlərin izahatları ilə də öz təsdiqini tapmışdır. Toplanmış materiala əsasən “İsuzu Visigo”markalı avtobusun su arxına düşməsində və Ford Transit markalı avtomobillə Daewoo BS090 markalı avtobusun toqquşmasında da səbəbkar sürücü Niyazi Muxtarovdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 avqust 2019- cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobil BakıQuba yolunun 11-ci km-liyi ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Baş İstintaq və Tədqiqat idarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 04 sentyabr 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobilə 72.181.85 manat maddi zərər dəymişdir. MİC ********** saylı sığorta şəhadətnaməsinə və AKS 200180 saylı 25 noyabr 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 71.756.85 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 3.525.20 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Odur ki, Cavabdeh 68.231.65 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 68.261.65 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, 08 avqust 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobillə “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolunun 11-ci kilometrliyində toqquşaraq yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 3(105)- 525/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı ləğv edilmişdir. Bundan başqa iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2019-cu il tarixli qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədovun 31 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin iş üzrə təkrarən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2020-ci il tarixli qərarda onun əməlində inzibati xəta olması müəyyən edilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən sığorta ödənişi edilməsinə baxmayaraq ödənilmiş süğorta ödənişinin subroqasiya qaydasında tələb etməsi üçün, yəni iş üzrə cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsində göstərilən hal hazırda mövcud deyildir, yəni cavabdehin məsuliyyət daşımasını təsdiq edən qərarlar ləğv edilmişdir, buna görə də iddia rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci və 936.2-ci maddələrinə, Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1, 25.1.1, 25.1.2 və 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 04 oktyabr 2021-ci il tarixli, 2(014)- 1298/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 05 aprel 2022-ci il tarixli, 2(107)- 422/2022 nömrəli qərardadı ilə iddiaçı «Meqa Sığorta” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 05 aprel 2022-ci il tarixli, 2(107)- 422/2022 nömrəli qərardadından iddiaçı "xxxx" ASC və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(102)-3955/2020 nömrəli qərarı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 422/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilmiş, mülki iş məhkəmə aidiyyatı məsələsinin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. iş materiallarında olan ekspert rəyi yetərincə sübut qismində dəyərləndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası növündə keçirdiyi ekspertiza nəticəsində gəldiyi qənaətin əks olunduğu 21632 nömrəli 30 avqust 2019-cu il tarixli rəyin nəticəsində qeyd olunur ki, “Daewoo markalı BS 090” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bütün bunlar bir daha sübut etmiş olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmuşdur. Yuxarıda qeyd olunan ekspert rəyindən aydın olur ki, 08 avqust 2019-cu il tarixdə Bakı-Quba yolunun 11-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf məhz Cavabdehdur. Ağdaş Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarı digər sübutların fonunda tutarlı sübutlar kimi qiymətləndirmiş və onların olmadığı üçün Cavabdeh təqsirinin olmadığı qənaətinə gəlmişdir. Lakin inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. Cavabdehin mülki-hüquqi məsuliyyət daşıması həmçinin tərəflərindən iddia ərizəsinə əlavə edilən cinayət işinin rədd edilməsi haqqında qərarda və yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışda (Forma 4) da öz təsbitini tapır. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1298/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, 68231,65 (altmış səkkiz min iki yüz otuz bir manat, altmış beş qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 68261,65 (altmış səkkiz min iki yüz altmış bir manat, altmış beş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 saylı qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sığorta ödənişi edilməsinə baxmayaraq ödənilmiş süğorta ödənişinin subroqasiya qaydasında tələb etməsi üçün, yəni iş üzrə cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsində göstərilən hal hazırda mövcud deyildir, yəni cavabdehin məsuliyyət daşımasını təsdiq edən qərarlar ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, cavabdehin mülki-hüquqi məsuliyyət daşıması həmçinin tərəfilərindən iddia ərizəsinə əlavə edilən cinayət işinin rədd edilməsi haqqında qərarda və yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışda (Forma 4) da öz təsbitini tapır. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1298/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, 68231,65 (altmış səkkiz min iki yüz otuz bir manat, altmış beş qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 68261,65 (altmış səkkiz min iki yüz altmış bir manat, altmış beş qəpik) manat pulun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtobucun mülkiyyətçisi X7r, Cavabdeh həmin avtobusu fiziki şəxs Salamov Rövşən tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yol vərəqəsinə əsasən idarə etmiş yolda hərəkət edərkən onun təqsiri olmadan yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(102)-3955/2020 nömrəli qərarının göstərişlərinə əsasən aidiyyat məsələsi bir daha araşdıraraq qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Göründüyü kimi Plenium qərarın 13-cü maddəsi aydın şəkildə göstərir ki, hazırki iş üzrə mübahisənin ən az iki qarşı tərəfindən həyata keçirilən fəaliyyətində irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələb aiddir. Lakın hazırki iş üzrə tərəflər arasında heç bir kommersiya münasibətlərindən irəli gələn öhdəlik mövcud olmadığından vurulmuş zərər də həmin öhdəliyin yerinə yetirlməsi nəticəsində baş verməmişdir. Mübahisə yol hərəkəti təhlükəsisliyi və nəqliyyat vasitələrinin istismar münasibətlərindən doğan vəzifələrin yerinə yetirlməsi nəticəsində yaranmış zərərin əmələ gəlməsi yol hərəkəti qayadalarına riayət edilməməsi nəticəsində baş vermiş olur və nəticədə mülk (delikt) törədilmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, delikt yol hərəkəti qaydaların yerinə yetirilməsi təqsirindən zərər vurulduqda zəririn əvəzini tələb edilməsinə dair işə ümumi məhkəmələrdə mülki icraat qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası işə apellyasiya baxışının hədlərini baxılma mahiyyəti üzrə baxaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 sentyabr 2019-cu il qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi olmadığında material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində seçilmiş İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh götürülmüşdür. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarınan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 3(105)-525/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı ləğv edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Göründüyü kimi Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi olmadığından cinayət və inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilmiş, bunula da vururlmuş zərər onun təqsirindən baş verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı cavabdehin hərəkətlərinin nəticələrinin sığortalanana və ona zərər vurulmasını bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 saylı qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(014)-1298/2021 qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1063/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1063/2022
08.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver