Məhkəmə qərarları › İş №2(107)-1063/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1063/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1063/2024 08.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilə üzrə cərimə tələbi, öhdəliklərin qarşılıqlı icrası vəzifəsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X9, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)-253/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 21 dekabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə İddiaçı MMC-yə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə cavabdehin tələbi əsasında AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh İddiaçı MMC ilə əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində İddiaçı MMC-nin yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbayan Respublikası ərazisində başqa, avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə 3000 (üç min) manat məbləğində dəbbə pulunu İddiaçı MMCyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu İddiaçı MMC-yə ödəməmişdir. Hesab edir ki, qeyd edilən hərəkətləri ilə cavabdeh 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini və İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi verərək Cavabdeh ilə bağlanmış 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə 3000 manat dəbbə pulunun və ödənilmiş 50 manat dövlət rüsumunun ondan alınmasını xahiş etmişdir. İddianı qəbul etmir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Təəssüf ki, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamamışdır. Həmin müqavilə və 3 gün sonra onunla bağlanmış əmək müqaviləsini dəfələrlə tələb etsə də ona təqdim edilməmişdir. Şirkət tərəfindən ona təlim keçirilməmişdir. Belə ki, 21 avqust 2023-cü il tarixdən faktiki olaraq işə başlamışdır. 3 gün ərzində 24 avqust 2023-cü il tarixədək hər gün saat 09:00-dan 12:00-dək iş haqqında ilkin məlumatların öyrədilməsi üçün iş yerinə gəlmişdir. Saat 12-dən saat 18-dək faktiki olaraq işləmişdir. 24 avqust 2023-cü il tarixdən onunla əmək müqaviləsi bağlanmış və İddiaçı MMC-yə məxsus avtoservisdə satış üzrə operator işləmişdir. Təlim dedikləri-hər gün saat 09:00-dan saat 12:00-dək iş yerində şirkətin əməkdaşına təhkim olunmuşdur. Həmin şəxs iş fəaliyyətinə nəzarət edib. İşə başlamamışdan əvvəl avtomobillərin ehtiyyat hissələri haqqında məlumat olan kitab verilmişdir. Həmin kitabda avtomobilin təkəri, nakladka, mühərrik, sürətlər qutusunun və s. yağı, nasos, çən, idarə etmə sistemi haqqında məlumatlar əks olunmuşdur. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermişdir. Ancaq bu müddət ərizində tam iş gün əmək funksiyasını yerinə yetirmişdir. Hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. İddiaçı MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə İddiaçı MMC müqavilə üzrə Cavabdeh nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, bu məqsədlə mütəxəssislər cəlb etməyi, “təlim alanı” yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. İddiaçı MMC “təlim alana” peşə öyrətməyi öhdəsinə götürür. Ancaq belə bir peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürür, ancaq müqavilə bağlandıqdan 3 gün sonra əmək müqaviləsi bağlanmış və o Cavabdeh ehtiyyat hissələrinin satışı üzrə operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Yəni əmək müqaviləsi üzrə işə başlaması “təlim” in nəticəsi ilə bağlı deyil. Ehtiyyat hissələrinin satışı üzrə operator pesə hesab oluna bilməz. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq göstərilməli idi: tədrisin qaydaları, tədrisin tarixi və vaxtı, imtahan qaydaları, tədrisin nəticəsi, istehsalata və ya işə buraxılması qaydası. Bildirir ki, müəyyən vaxtdan bir 10 sualdan ibarət test imtahanına cəlb edilmişdir. Lakin, test imtahanı təlimin nəticəsi ilə bağlı olmayıb. Çünki, 24 avqust 2023-cü il tarixdə işə başlamışdır. İmtahan mövzusu hər işçinin öz işi ilə bağlı olub. Şirkət rəhbərliyi bildirmişdir ki, imtahandan zəif bal toplayanın əmək haqqısı azaldılacaq. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. 21 avqust 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə İddiaçı Maddi Məsuliyyətli Cəmiyyəti sonradan əmək müaviləsi üzrə işəgötürən, Cavabdeh işçi olmuşdur. Cavabdeh təlim almadığı halda ondan əvəzsiz olaraq 3000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və Cavabdeh üçün zərərlidir. İddiaçı Maddi Məsuliyyətli Cəmiyyəti iddiaçı olaraq iddia tələbini sübut etməlidir. Təlimin nədən ibarət olması, təlimin strukturu, tədrisin qaydaları, təlim üçün nəzərdə tutulmuş müddət və vaxt, tədrisin nəticəsi, imtahan qaydaları, istehsalata və ya iş yerinə buraxılış və kimi digər amilləri sübut etməlidir. Göstərdiklərinə əsasən Məhkəmədən İddiaçı ona qarşı 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun ödənilməsinə dair iddia ərizəninin təmin edilməməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, onların işi avtonəqliyyat sektorunda nəqliyyat vasitələrinin satışı, təmir xidmətlərinin göstərilməsindən ibarətdir. Şirkət uzun müddətdir fəaliyyət göstərir. Ölkə rəhbərliyinin cəmiyyət qarşısında qoyduğu tələblərə əsasən onlar potensial kadrların hazırlanması ilə bağlı bir proqram həyata keçirirlər. Proqram çərçivəsində institutu yeni bitirmiş gənc kadrların, hansı ki, müsabiqə elan edərək onların arasında bilik bacarığı olanlar və onlarla işləmək istəyənlər seçilir. Bundan sonra onların həm kənardan cəlb etdikləri, həm də müəssisəsinin uzun müddətli təcrübəsi olan əməkdaşların iştirakı ilə ayrılmış dərs otağı vardır. Hansı ki, həmin otaq avadanlıqlarla təchiz olunmuşdur. Orada onlar nəqliyyat vasitəsinin sıfırdan vəziyyəti, o cümlədən xidmət hansı şəkildə təşkil olunur, ehtiyyat hissələri, proqramlar necə təşkil olunur, bunların hamısı barədə müxtəlif işçiləri və kənardan cəlb etdikləri mütəxəssislər tərəfindən onlara dərs keçiilir. Hazırki iş üzrə cavabdeh də həmin proqramda iştirak edən tələbələrdən biri olub, yəni gəlib müraciət edib, onlar da onun əməkdaşlıq etmək istəyini nəzərə alaraq onunla hazırki iddia tələbində göstərilən müqaviləni bağlamışlar. Cavabdeh müqavilənin şərtləri ilə oxuyub tanış olmuş, həmdə burada hansı tələblər var cavabdehə izah olunubdur. Yəni həm müqavilə bağlamamışdan əvvəl, həmdə sonra onunla söhbət aparılmış, yəni bu məsələlər kifayət qədər hamısı müzakirə olunmuşdur ki, hansı şərtlər altında onlar bu müqaviləni bağlayırlar və nə üçün onu seçirlər. Çünki onlar uzunmüddətli mütəxəssis hazırlanması proqramını həyata keçirirlər ki, həmin şəxslərə əziyyət çəkirlər, oxudurlar, hazırlayırlar. Günün yarısı onlara təlim keçirlər, digər yarısını isə digər işçilər servisdə təcrübi məşğələləri keçirlər. Yəni keçirilən dərsləri əyani şəkildə orada göstərirlər. Onlar müqavilə bağlamaq istəyənlərə əvvəlcədən demişlər ki, əgər qalıb işləməyəcəklərsə, onların vaxtını boş yerə sərf etməsinlər. Çünki, onlara əmək sərf edirlər, vaxtlarını sərf edirlər. Onları yetişdirmək üçün enerji sərf edirlər. Kənardan işçi götürərək xidmət müqaviləsi bağlayaraq, aylıq müəyyən qədər pul ödəyirlər ki, onları yetişdirib ortaya çıxarsınlar. Əgər çıxıb gedəcəklərsə onlarla işləməsinlər, gedib özlərinə başqa iş tapsınlar. Onlar isə, cavabdeh də daxil olmaqla işləmək istədiklərini bildirimşlər. Dərsi keçmiş, müqavilədə götürdükləri öhdəlikləri yerinə yetirmiş, onlarla əmək müqaviləsi bağlayaraq işə götürmüş, nəqliyyat vasitələrindən anlayışı olmasa da onlarla əmək müqaviləsi bağlayaraq əmək haqqı ödəmişlər. Onlar kifayət qədər əllərindən gələni etmişlər. Cavabdeh deyir ki, işləmək istəmir. Bu da onların hüquqlarını pozur. Cavabdeh etirazında göstərmişdir ki, onlara dərs keçilməyib. Dərs jurnalını əyani şəkildə məhkəməyə təqdim edir. Belə ki, onlara dərs keçilmiş və dərslərdə iştirak edən şəxslər jurnala imza etmişlər. Cavabdeh başqa yerdə işləyir. Bununla bağlı əmək müfəttişliyinə müraciət etmiş, lakin şəxsi sirr olduğu üçün imtina etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh işdən özündən asılı olmayan səbəblərdən çıxmışdır. Belə ki, Ayşəm ərə getmiş, evində problemlər yaranmış, qaynanası yataq xəstəsidir. Onun qızı işləyən zaman ona 400 manat əmək haqqı verilmişdir. O, iddiaçıya bir manat belə təzminat ödəmək fikrində deyil. İddiaçı demişdir ki, təlim keçəcəklər. Onun uşağı işə gedəndən təlim görməmişdir. Saat 9-dan 12-yə qədər işləmişdir. Bayram günləri evdə olmamışdır. İddianı qəbul etmir.

6. Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)-253/2024 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) iddianın əsassız olduğundan rədd edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi tələbi”nə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 5 (beş) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Bu zaman işçiyə işəgötürən tərəfindən nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsi iş materiallarından görünmür. İlk növbədə işəgötürən üzərinə düşən vəzifəni icra etməlidir ki, hazırda da cavabdehdən dəbbə pulu tələb etsin. Hansı ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında, habelə, verdiyi etiraz ərizəsində bunu ifadə edərək göstərmişdir ki, ona hər hansı peşə təlimi keçirilməmişdir. Bu kimi hallar iddiaçının ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etmək vəzifəsini icra etmədiyini göstərir. Bu barədə (keçirilən təlim proqramları, təlimə cəlb olunan mütəxəssislərlə əmək müqaviləsinin bağlanması, onlara hansı qaydada əmək haqlarının ödənilməsi və s.) iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə diqqətə çatdırmışdır ki, əgər müqavilə üzrə öhdəliklərdən yaranan pul tələb edilirsə ilk növbədə tələb edənin özünün bu öhdəliklərə riayət etməsi, daha sonra isə qarşı tərəfdən öhdəliyin icrasını tələb etməsi qanunamüvafiqdir. Mövcud mübahisə üzrə işəgötürən olaraq iddiaçı tərəfindən cavabdehə peşə hazırlığının keçirilməsi, bu hazırlığın nədən ibarət olması, bunun üçün hansı sahənin mütəxəssisinin cəlb edilməsi barədə məhkəməyə təqdim edilən subutlar iddianın təmin edilməsi baxımından yetərsiz olmuşdur. Bu halda cavabdehdən işdən çıxdığı üçün dəbbə pulun tələb edilməsi isə əsassızdır. Əks yanaşma əmək münasibətlərinə davam etməyə məcbur edilmə kimi qiymətləndirilə bilər.

9. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.4, 7.5, 14-cü maddələrinə, BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə, Məcburi əməyin qadağan edilməsi barədə BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsinə, Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarına, «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermişdir

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, 3000 (üç min) manat məbləğində dəbbə pulu və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi haqqında iddianın təmin edilməməsi barədə Qax rayon məhkəməsinin e-2(024)-253/2024 № li iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə əsassız və qeyri-qanunidir.

13. Belə ki, məhkəmə tərəflər arasında olan mülki hüquqi münasibətlərini əmək münasibətləri ilə qarışdırmış və iddianın rədd edilməsi ilə bağlı əmək münasibətləri ilə bağlı məsələri tənzimləyən bir çox normalara istinad etmiş və bunu cavabdehin sərbəst şəkildə əmək müqaviləsi bağlamaq, iş yeri seçmək və sairə hüquqlarının olması ilə əlaqələndirmişdir. Hesab edirlər ki, məhkəmənin bu istinadı tamamilə əsassızdır. Belə ki, onların cavabdehi əmək müqaviləsi bağlamağa məcbur etmək kimi bir niyyətləri olmamışdır və yoxdur. Hazırda da bununla bağlı heç bir tələbləri yoxdur. Məhkəmənin diqqətinə çatdırırlar ki, onların tələbi cavabdehin mülki hüquqi müqavilə üzrə öhdəliyini icra etməməsi ilə əlaqədar olaraq dəbbə pulunun cavabdehdən alınmasıdır. Belə ki dəbbə pulu mülki hüquq münasibətləri üzrə tərəflərin götürdüyü öhdəliklərin icrasının təmin edilməsi üsullarında biri olmaqla AR MM-nin 24-cü fəslinin 2-ci paraqrafı ilə tənzimlənir. Həmçinin bir daha bildirirlər ki, “İdeal Motors" MMC-nin tələbi cavabdehin əmək müqaviləsi üzrə öhdəliklərini icra edib-etməməsi və əmək münasibətlərini davam etdirib-etdirməməsi ilə bağlı deyil. Belə ki, aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən başqa yerdə işləməməyi öhdəsinə götürmüşdür. Məhkəmə isə işləmək anlayışını əmək müqaviləsi ilə bağlayaraq həmin əsasla iddianı təmin etməmişdir. Belə ki, başqa yerdə işləməmək anlayışı təkcə əmək münasibətləri baxımından qiymətləndirilməməlidir. Hər hansı bir yerədə işləmək xidmət müqaviləsi və ya hər hansı digər müqavilə əsasında da icra edə bilər. Cavabdehlə əmək müqaviləsinin bağlanması onun öhdəliklərini icra etməsinin onların tərəfindən təmin edilməsi üçün mövcud olan üsullarından sadəcə biridir. Çünki cavabdehin müqavilə üzrə öhdəliklərini İddiaçı MMC-də icra etməsinin rəsmiləşdirilməsi üçün ən asan və münasib olan variant əmək müqavilənin bağlanması idi. Buna görə də İddiaçı MMC cavabdehlə əmək müqaviləsi bağlayaraq götürdüyü öhdəliyi tam şəildə icra etmişdir. Lakin bu cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməli olması mənasını vermir. Yəni, ya cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməli ya da razılaşdırılmış dəbbə pulunu İddiaçı MMC-yə ödəməlidir. Buna görə də məhkəmənin iddianı təmin etməməsi ilə bağlı mövqeyini əsassız və qeyri-qanuni hesab edirlər. Beləliklə göründüyü kimi hazırkı halda iddianın predmeti cavabdehdən dəbbə pulunun alınmasıdır ki, bu da mülki hüquq münasibətidir. İddianın əsası isə tərəflər arasında bağlanmış müqavilədir.

14. Bundan başqa məhkəmə qətnamədə İddiaçı MMC-nin cavabdehlə bağladığı müqavilə üzrə öhdəliklərini icra etmədiyinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsinin səbəbi onlara aydın deyil. Belə ki, cavabdehə keçirilmiş təlimlər, həmin təlimlərin mövzusu və həmin təlimlərdə cavabdehin iştirakını təsdiq edən jurnal, həmçinin cavabdehdən götürülmüş imtahanlar və imtahanların nəticələrini əks etdirən zəruri sənədlər var. Belə olan halda məhkəməinn İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərini icra etməməsinə isıinad etməsini anlamaq mümkün deyil. Məhkəmə qətnamədə cavabdehə keçirilən təlimlər üçün İddiaçı MMC tərəfindən hər hasnı ödənişin edilməməsinə istinad etmişdir. Məhkəmənin qənaətindən belə bir nəticəyə gəlmək olar sanki İddiaçı MMCcavabdehdən onun təhsili üçün çəkilmiş hər hansı bir pul məbləğini tələb edir. Halbuki onların tələbi cavabdehə təlim keçmək üçün çəkilmiş xərc deyil cavabdehin öhdəliyini icra etməməsinə görə tələb olunan dəbbə puludur. Buna görə də məhkəmənin qətnamədə İddiaçı MMC-nin öhdəliyini icra etməməsi ilə bağlı istinadı və həmin hala əsaslanması tamamilə əsassız və qeyri-qanunidir.

15. Ümumiyyətlə məhkəmə işi tamamilə birtərəfli qaydada araşdıraraq sübutlara məcmu halda qiymət verməmiş və cavabdehin vəkili qismində çıxış edərək təqdim etdikləri sübutlara nə əhəmiyyət nə də qiymət verməmişdir. Belə ki, məhkəmə prossesi zamanı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər tərəflərindən keçirilən təlimlərdə cavabdehin iştirak etməsini öz imzası ilə təsdiq etdiyi jurnalı sübut qismində məhkəmə təqdim edilmiş və hətta cavabdehin orada olan imzası eyniləşdirilməsi üçün cavabdehin atası olan nümayəndəsi X8 təqdim edilmişdir. Bu laktları məhkəmə prossesinin audiovideo görüntülərinə baxmaqla rahat görmək olar. Amma nədənsə məhkəmə bu faktı gizlətmiş, qətnamədə həmin sübuta istinad etməmiş və həmin sübuta qiymət verməmişdir.

16. Cavabdeh iddiaya etirazında ona hər hansı bir təlimin keçilmədiyinə istinad etsə də test imtahanlarına cəlb edildiyini, lakin keçirilən testlərin təlimin nəticəsi ilə bağlı olmadığını bildirmişdir. Əgər xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər tərəflərindən keçirilən təlimlərin mövzusunun əks olunduğu və cavabdehin həmin təlimlərlə iştirak etməsini öz imzası ilə təsdiq etdiyi jurnala və keçirilən test imtahanlarına diqqət yetirilsə açıq-aşkar surətdə görünər ki, testlərdə olan suallar bilavasitə həmin dörv ərzində keçilmiş təlimlərdə olan mövzularla bağlıdır. Bu da bir daha cavabdehin etirazının tamamilə əsassız olması və məhkəmənin işə qeyri-obyektiv yanaşmasım sübutudur.

17. Məhkəmə qətnamədə təlim keçilməsi ilə bağlı iş materialında heç bir sübutun olmamasına istinad edərək iddianı təmin etməmişdir. Halbuki onlar cavabdehin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər tərəflərindən təlimlərlə iştirak etməsini öz imzası ilə təsdiq etdiyi jurnalı məhkəməyə təqdim etmişlər. Həmçinin cavabdeh iddiaya etirazında test imtahanlarına cəlb edildiyini təsdiq etməklə də faktiki olaraq ona təlimin keçirilməsini təsdiq etmişdir. Əgər təlim keçilməmişdisə necə və nə haqqında test imtahanı keçirilir. Belə ki, hamıya yaxşı məlumdur ki, imtahan hər hansı bir informasiyanın onu qəbul edən şəxs tərəfindən necə mənimsənilməsinin müəyyən edilməsi üçün keçirilir.

18. Lakin onlara məlum olmayan səbəblərdən məhkəmə təqdim etdikləri bütün sübutlara gözlərini yumaraq yuxarıda qeyd etdilən məsələlərə düzgün qiymət və əhəmiyyət vermədiyi və diqqət yetirmədiyi üçün tamamilə əsassız və qeyri-qanuni qətnamə çıxarmışdır.

19. AR MM-nin 24-cü fəslinin İddia tələbinin predmeti öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun tələb edilməsi olsa da 2-ci paraqrafı məhkəmə iddianı rədd etməklə qeyd edilən maddənin tələblərini pozmuşdur. Belə ki, dəbbə pulu mülki hüquq münasibətləri üzrə tərəflərin götürdüyü öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir və bununla bağlı münasibətlər AR MM-nin 24-cü fəslinin 2-ci paraqrafına əsasən tənzimlənir. Lakin onlar cavabdehdən dəbbə pulu tələb etmələrinə baxmayaraq məhkəmə həm tərəflər arasında münasibətlərin əmək münasibəti olmasına həm də onların müqavilə üzrə öhdəliklərini icra etməmələrinə istinad edərək iddianı rədd etmişdir. Bununla da məhkəmə MM-nin qeyd edilən paraqrafının tələblərini pozmuşdur.

20. Məhkəmə əmək münasibətlərini tənzimləyən hüquq normalarını tərəflər arasında olan mülki hüquq münasibətlərinə tətbiq etməklə səhvə yol vermişdir. Eyni zamanda məhkəmə tərəflər arasında bağlanmış müqavilədə nəzərədə tutulmuş dəbbə pulu ilə bağlı tələbə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

21. Məhkəmə işi hərtəfəli, tam və obyektiv şəkildə araşdımarmışdır. Belə ki, məhkəmə tərəflərindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və iş üzrə sübutları düzgün qiymətləndirməmişdir. Buna görə də səhv nəticəyə gələrək tamamilə qeyri-qanui və əsassız qətnamə çıxarmışdır.

22. Məhkəmə qətnamədə İddiaçı MMC-nin müqavilə üzrə cavabdeh qarşısında götürdüyü öhdəliyi icra etməməsinə istinad etsə də həmin halı sübut edəcək hər hansı bir sübut iş materiallarında yoxdur. Belə ki, aralarında bağlanmış müqavilə üzrə götürülmüş bütün öhdəliklər tərəflərindən tam şəkildə icra edildiyi halda məhkəmə həmin öhdəliklərin icra edilməsinə istinad etmişdir. Halbuki işdə olan bütün materiallar onu sübut edir ki, müqavilə üzrə götürdükləri bütün öhdəliklər tərəflərindən tam və lazımi şəkildə icra edilmişdir. Əksinə cavabdeh öz öhdəliklərini pozaraq müqaviləyə vaxtından əvvəl xitam vermişdir. Məhkəmə isə həmin halların sübut edilməməsinə baxmayaraq həmin halları sübut edilmiş kimi qəbul edərək iddianı rədd etmişdir.

23. Cavabdeh iddiaya qarşı verdiyi etirazda onlara hər hansı bir təlimin keçilmədiyini qeyd etmişdir. Halbuki cavabdehin iştirak etdiyi təlim üzrə bütün təlim mövzuları, onları keçən şəxslər, təlim vaxtı, təlim iştirakçıları və sairə barəsində kifayət qədər məlumatları özündə əks etdirən jurnal mövcuddur. Cavabdeh özü həmin jurnalda imza etməklə təlimdə iştirakını təsdiq etmişdir. Onlar həmin sübutu məhkəmə təqdim edərək səhifələrinin həddindən artıq olması səbəbindən onun müəyyən hissələrinin çıxarılaraq iş materiallarına əlavə edilməsi və ya kitabın ümumiyyətlə iş materialına əlavə edilməsini təklif etsələr də məhkəmə buna zərurət olmadığını bildirmişdir. Həmin sübutu səhifələrinin sayı həddindən artıq çox olduğu üçün birbaşa məhkəməyə təqdim edəcəklər. Həmçinin qeyd edilən kitab cavabdehin təlimlərdə iştirakını təsdiq etdiyi üçün prosessual qənaətlilik baxımından cavabdehin iştirak etdiyi test imtahanın nəticələrini sübut qismində məhkəməyə təqdim etməmişlər. Hazırda həmin sübutun da məhkəməyə təqdim edilməsi zərurəti yaranmışdır.

24. Odur ki, Qax rayon məhkəməsinin e-2(024)-253/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsi və Qax rayon məhkəməsinin e-2(024)-253/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmənin kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)-253/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmaması, Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e- 2(024)-253/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

31. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyator Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)-253/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsini bağlamağı, Cavabdeh isə “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi və başqa yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və ya lazımi şəkildə icra etməyi, həmçinin “Şirkət”lə əmək müqaviləsi bağlandığı gündən 5 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyibişləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 3000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəməyi öhdələrinə götürmüşlər. Bundan 3 gün sonra, yəni 24 avqust 2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında 6 aylıq müddətə, yəni 23 fevral 2024-cü il tarixədək əmək müqaviləsi imzalanmış, həmin müqavilə əsasında Cavabdeh İddiaçı MMC-də aylıq əmək haqqısı 400 manat müəyyən edilməklə operator vəzifəsinə işə qəbul edilmişdir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh təşəbbüsünə əsasən 22 yanvar 2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləsinin şərtlərinin pozulmasını əsas gətirən İddiaçı MMC Cavabdeh 3000 manat cərimənin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.

40. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin tərəflər arasında olan mülki hüquqi münasibətlərini əmək münasibətləri ilə qarışdırmasına, məhkəmənin əmək münasibətlərini tənzimləyən hüquq normalarını tərəflər arasında olan mülki hüquq münasibətlərinə tətbiq etməklə səhvə yol verməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləsindən görünür ki, İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsini bağlamağı, Cavabdeh isə “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi və başqa yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və ya lazımi şəkildə icra etməyi, həmçinin “Şirkət”lə əmək müqaviləsi bağlandığı gündən 5 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyibişləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə 3000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəməyi öhdələrinə götürmüşlər.

41. İşdə olan 24 avqust 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı MMC-də operator vəzifəsində işə qəbul edilmiş, əmək haqqının məbləği 400 manat, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə 23 fevral 2024-cü il olaraq müəyyənləşdirilmişdir.

42. İşdə olan 22 yanvar 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 avqust 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən xitam verilmişdir.

43. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilədə cavabdehin əmək müqaviləsi bağlandığı gündən 5 il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyində olduğu halda 3000 manat məbləğində dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmaqla yanaşı, tərəflər arasında həmçinin 24 avqust 2023-cü il tarixli əmək müqaviləsi imzalanmışdır. Hansı ki, tərəflər arasındakı mübahisənin yaranması da məhz Cavabdeh işdən azad edilməsi təşəbbüsündə olması ilə bağlıdır. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin müvafiq normalarına istinad etməkdə doğru mövqedən çıxış etmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onların cavabdehin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər tərəflərindən təlimlərlə iştirak etməsini öz imzası ilə təsdiq etdiyi jurnalı məhkəməyə təqdim etmələri, cavabdehin iştirak etdiyi təlim üzrə bütün təlim mövzuları, onları keçən şəxslər, təlim vaxtı, təlim iştirakçıları və sairə barəsində kifayət qədər məlumatları özündə əks etdirən jurnalın mövcud olması, cavabdehin özünün həmin jurnalda imza etməklə təlimdə iştirakını təsdiq etməsi, cavabdehdən götürülmüş imtahanlar və imtahanların nəticələrini əks etdirən zəruri sənədlərin olması, məhkəmə prossesi zamanı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər tərəflərindən keçirilən təlimlərdə cavabdehin iştirak etməsini öz imzası ilə təsdiq etdiyi jurnalın sübut qismində məhkəməyə təqdim edilməsi, məhkəmənin sübutlara məcmu halda qiymət verməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

46. Kollegiya qeyd edir ki, Qax Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Hansı ki, iş materiallarından da göründüyü kimi İddiaçı MMC tərəfindən iddia ərizəsi birinci instansiya məhkəməsinə elektron qaydada verilmişdir.

47. İddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş hər hansı bir sənəd, sübut qəbul edilməmişdirsə belə həmin sənəd və sübutun elektron qaydada göndərilməsi imkanı da istisna edilməmişdir. Baxmayaraq ki, iddiaçı yazılı sübutlarını məhkəməyə məhz elektron qaydada təqdim etmək vəzifəsini daşımışdır. Lakin iş materiallarına 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliklərin icrası olaraq İddiaçı MMC-nə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsi, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsi, “Təlim alan”ın müvafiq peşəyə yiyələnməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

48. Həmçinin iddiaçı apellyasiya şikayətində buna dair sənədlərin təqdim ediləcəyini qeyd etsə də, həmin sübutların təqdim edilməsi təmin edilməməklə yanaşı apellyasiya şikayətinə əlavə edilmiş 6 səhifəlik test nümunələrində yalnız Ayşəm Kazımlı adı qeyd edilməklə həmin test nümunələri qarşılıqlı şəkildə imzalanmamış sual və cavablardan ibarət olmaqla onların məhz cavabdehə aid olmasını müəyyənləşdirmək mümkünsüzdür.

49. İddiaçı tərəfindən təlimkeçmə və əməkdaşlıq haqqında 21 avqust 2023-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin aralarında bağlanmış müqavilə üzrə götürülmüş bütün öhdəliklərin tərəflərindən tam şəkildə icra edilməsinə dair dəlili özü-özlüyündə əsassızdır.

50. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

51. 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaya etirazında test imtahanlarına cəlb edildiyini təsdiq etməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, tərəflər arasında iki müqavilənin bağlanması nəzərə alınaraq cavabdehin test imtahanına cəlb edilməsi, digər sübutlarla təsdiq edilmədiyi halda özü-özlüyündə iddiaçı tərəfindən müqavilə öhdəliklərinin icrası kimi şərh edilə bilməz.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş dəbbə pulu ilə bağlı tələbə maddi hüquq normalarını düzgün tətbiq etməməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, tərəflər arasında həm mülki həm də əmək qanunvericiliyinin müvafiq normalarının tələblərinin tətbiq edilməli olduğu iki ayrı-ayrı müqavilələr imzalanmışdır. Hansı ki, yekunda, 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə cavabdehin iddiaçı qarşısında cərimə öhdəliyinin yaranması məhz cavabdehin əmək müqaviləsinə onun bağlandığı gündən 5 ildən əvvəl xitam verilməsi təşəbbüsündə olacağı halla əlaqələndirilmişdir. Yəni 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilədə cavabdeh tərəfindən cərimənin ödənilməsi imkanı digər bir müqavilənin, yəni əmək müqavilə öhdəliklərinin icrası ilə əlaqələndirilmişdir. Tərəflər müqavilə üzrə üzərlərinə qarşılıqlı öhdəliklər götürdüklərindən, iddiaçı tərəfindən isə üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasına dair sübut təqdim edilmədiyi halda qarşı tərəfdən müqavilə üzrə cərimənin tələb edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz.

54. Əlavə olaraq kollegiya qeyd edir ki, 21 avqust 2023-cü il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilədə cavabdehin əmək müqaviləsi bağlandığı gündən 5 il müddətində əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istədiyi halda 3000 manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəmək vəzifəsinin olması, “Təlim alan”ın yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin edilməsi, onunla əmək müqaviləsini bağlanılması nəzərdə tutulmasına baxmayaraq, bundan sonrakı 3 gün ərzində cavabdehin hansı peşəyə yiyələnməsinə aydınlıq gətirilməməklə yanaşı, 24 avqust 2023-cü il tarixli əmək müqaviləsində onun 5 il müddətinə deyil, 23 fevral 2024-cü il tarixədək bağlanması müəyyənləşdirilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

56. Məhkəmə kollegiyаsı hesаb edir ki, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)-253/2024 nömrəli qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

57. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)-253/2024 nömrəli qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar