Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1069/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atabalayev Faiq Gülağa oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il 2(039)-788/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmş 22 fevral 2022-ci il tarixli **********66 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Yevlax rayonu, Balçılı kəndi ərazisində mülkiyyətində 2.9547 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Yevlax rayonu, Balçılı kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmş 22 fevral 2022-ci il tarixli **********66 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı 2.9547 ha zəbt etdiyi torpaq sahəsindən çıxarılması, hüquqi yardım üçün ödənilən 300 manat məbləğində pulun, həmçinin 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun Yevlax rayonu, Balçılı kəndində 2.9547 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən hal-hazırda Cavabdeh qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh torpaqdan çıxmaqdan imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X6 iddia tələbini müdafiə edərək izah etdi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmş 22 fevral 2022-ci il tarixli **********66 reyestr nömrəli çıxarışa əsasən iddiaçının Yevlax rayonu, Balçılı kəndində 2.9547 ha kənd təsərrfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpağı cavabdeh zəbt edərək istifadə edir. İddiaçı dəfələrlə cavabdehin torpaqdan çıxmasını tələb etsə də, cavabdeh torpaqdan çıxmaqdan imtina etmişdir. İddiaçı vəkili X6 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, həmin torpaq sahəsini atası 2010-cu ildə İldırım adlı şəxsə pul verməklə almışdır. Həmin vaxtdan da torpaq onların istifadəsindədir. Hazırda torpaq İddiaçı satılmış və sonuncu mülkiyyətçi İddiaçıdur. Həmin torpağı atası pul ödəyərək aldığı üçün istifadə edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmş 22 fevral 2022-ci il tarixli **********66 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Balçılı kəndi ərazisində mülkiyyətində 2.9547 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 2.9547 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Cavabdeh hüquqi yardım üçün ödənilmiş 300 manat pul və 100 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il 2(039)-788/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin olunmuş, İddiaçı məxsus olan Yevlax rayonu, Balçılı kəndində yerləşən 2.9547 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh hüquqi yardım üçün ödənilmiş 300 manat pul və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 mart 2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmş 22 fevral 2022-ci il tarixli **********66 reyestr nömrəli çıxarışın surətindən məlum olur ki, İddiaçı Yevlax rayonu, Balçılı kəndi ərazisində mülkiyyətində 2.9547 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 fevral 2022-ci il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, X4 rayonu, Balçılı kəndi ərazisində mülkiyyətində olan 2.9547 hektar torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 mart 2022-ci il tarixli BPM**********37 saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı hüquqi yardım üçün Yevlax şəhər vəkil bürosuna 300 manat rüsum ödəmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı ona qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldıraraq bu barədə müvafiq çıxarışa istinad etsə də, məhkəmə nəzərə almamışdır ki, həmin torpaq sahəsi iddiaçıdan əvvəl onların mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı həmin torpaq sahəsini X3 almışdır. Lakin həmin torpaq sahəsi ’JN-198 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, X16, X7 və X8 xüsusi mülkyyətində olmuşdur. 14 aprel 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi Aşa Hüseynov, Mürşüd Hüseynov və Atamoğlan Hüseynov tərəfindən onun atası X1. Müqavilə həmin şəxslər, həmçinin X11 tərəfindən imzalanmışdır. Şikayətə əlavə olunan Yevlax rayon Balçılı Bələdiyyəsinin 02 mart 2022-ci il tarixli arayışından görünür ki, hər il həmin torpaq sahəsinə dair bələdiyyə vergisini Cavabdeh ödəmişdir. Həmçinin şikayətə əlavə olunan 3 ədəd tədiyyə bildirişi ilə də bu hal təsdiq olunur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilk öncə onun atasına satılmışdır və hazırda ona məxsusdur. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il 2(039)-788/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il 2(039)-788/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində 14 aprel 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsinin Aşa Hüseynov, Mürşüd Hüseynov və Atamoğlan Hüseynov tərəfindən onun atası X2, müqavilənin həmin şəxslər, həmçinin X11 tərəfindən imzalanması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarının 31-ci vərəqində yer alan 14 aprel 2010-cu il tarixli müqavilə mövcud olsa da, həmin müqavilə sadə yazılı formada bağlanmış və imzalanmışdır. Notarial qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Beləliklə, məhkəmə kolelgiyası qeyd edir ki, cavabdehin istinad etdiyi 14 aprel 2010cu il tarixli müqavilə qanunvericiliklə müəyyən edilmiş müqavilənin bağlanması forması ilə bağlı tələblərə riayət edilmədən bağlandığından hüquqi nəticələr doğurmayan aktdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il 2(039)-788/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il 2(039)-788/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan
Məhkəmə qərarları › İş №2(107)-1069/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1069/2022
07.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver