Məhkəmə qərarları › İş №2(107)-1071/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1071/2021

14.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1071/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Ağsu raron Təhsil Şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Ağsu raron Təhsil Şöbəsinin 14.02.2020- ci il tarixli k-150 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma və bülletendə olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddiа təmin edilmiş, Ağsu rayonu Gəgəli kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsinə 03 fevral 2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K-150 saylı əmrinin etibarsız hesab edilməsi, Cavabdeh1 çalışmanın yaş həddinə çatmış Ağsu rayonu Gəgəli kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsinə 14.02.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə dair 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmrinin etibarsız hesab edilməsi, İddiaçı Ağsu rayonu Gəgəli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, işdən çıxarıldığı və müalicə olunduğu günlərdən işə bərpa olunduğu günə qədər İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı - Cavabdeh1 14.02.2020-ci il tarixli 16/1 saylı əmrinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.01.2020-ci il tarixli k-150 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma və bülletendə olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1979-cu ildən müəllim vəzifəsində işləmişdir. 2012-ci tədris ilindən 2020-ci il fevral ayının 14-nə kimi Ağsu rayonu, S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. Rəhbərliyi dövründə bütün tədris illərində müxtəlif ali məktəblərə yüksək ballarla məzunları qəbul olunmuşdur.Təkcə 2018-2019-cu tədris ilində Xİ sinifi bitirən 10 nəfər məzun müxtəlif ali məktəblərə, 5 nəfər məzun isə orta ixtisas-ixtisas məktəblərinə qəbul olmuşdur. Hətta rayon üzrə ən yüksək bal yığan 13 nəfər məzundan bır nəfər məktəblərinin məzunu olmuşdur. 2019-2020-ci tədris ilində rayon üzrə zona olimpiada turuna vəsiqə qazanan cəmi 17 şagirddən iki nəfəri də məktəblərinin şagirdi olmuşdur. Həm bır müəllim kimi, həm də bir məktəb direktoru vəzifəsində çahşarkan rəhbərlik tərəfindən heç bır cəza və tənbeh almamışdır. Əksinə Cavabdeh1 tərəfindən Dövlət təhsil siyasətinin həyata keçirilməsində fərqlənməyə gorə “Fəxri fərmanla” təltif olunmuşdur. Hətta 2018-2019-cu tədris ilində nailiyyətlərı nəzərə alınaraq Cavabdeh1 tərəfidən Təhsil Nazirliyinə ona "Tərəqqi medalı” verilməsi üçün təqdimat göndərilmişdir. Amma medal ona deyil, başqa şəxsə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyi 4 saylı Ərazi Vergilər idarəsi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. 25 dekabr 2019-cu il tarixdən 13 fevral 2020-ci il tarixə kimi 87 saylı X1 53 saylı məntəqə seçki komissiyasının sədri olduğu üçün Cavabdeh1 103/1 nömrəli 25.12.2019-cu ıl tarixli əmri ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq iş yeri və əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edildiyi halda seçkidə olmağı nəzərə alınmadan 01.02.2020-ci iltarixdə Ağsu rayon Təhsı Şöbəsi çalışmanın yaş həddinə çatmağı ilə əlaqədar təqdimat yazmış və onun 03.02.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 30.01.2020-ci il tarixdə K-150 nömrəli əmr verilib və icra edilməsi üçün Ağsu Təhsil Şöbəsinə gödərilmişdir(seçki ərəfəsində).Seçki günü, yəni 09 fevral 2020-ci il tarixdə səhhətində yaranan ciddi problemlə əlaqədar 10 fevral 2020-ci il tarixdə Ağsu rayon xəstəxanasına daxıl olmuş, xəstəliyi ciddi olduğu uçün isə 14.02.2020-ci il Ağsu rayon xəstəxanasının göndərişinə əsasən Bakı şəhərinə göndərilmiş və 14.02.2020-ci il tarixdə Baku CİTY hospitalda 13.03.2020-ci il tarixə kimi stasionar müalicə almışdır. Xəstə olmağı barədə Ağsu Təhsil şöbəsinin sabiq müdiri Səftər Əlabbasova və onun müavininə səxsən dəfələrlə zəng edərək xəbər vermişdur.Sonra müalicəni həkimlərin məsləhəti ilə ev şəraitində fasiləsiz 06.06.2020-ciil tarixə kimi davam etdirmişdir. Cavabdeh1 sabiq müdiri Səftər Əlabbasov isə Ağsu rayon xəstəxanasından nə məqsədləsə belə bir arayış alır ki, o 10.02.2020-ciil tarixdən 14.02.2020-ci il tarixə kimi ambulator müalicə almış və bunuda əsas götürərək14.02.2020-ci il tarixdə stasionar şəraitdə müalicə aldığı zaman əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olaraq xitam vermişdir. Xəstəlik vərəqələrini Təhsil şöbəsinin mühasibatlığına təqdim ediyi ( hətta xəstəlik vərəqələrini həmkarlar təşkilatıda təsdiq etmişdir) halda onlar 10.02.2020-ciil tarixdən 14.02.2020-ci il tarixə kimi olan xəstəlik vərəqəsini qəbul etdilər. 5gun üçün əmək haqqınıda ödədilər. Soruşanda ki, bəs qalan xəstəlik vərəqələri əsasında niyə əmək haqqı ödəmirsiniz, ona bildirdilər ki, barəmdə verilmiş xitam ləğv edilməlidir.Bu barədə Təhsil Nazirliyinə yazılı məlumat vermiş, bunun araşdırılması ilə bağlı Təhsil Nazirliyi Ağsu Təhsil Şöbəsindən bu məsələyə aydınlıq gətirilməsi ilə bağlı məktub göndərmişdir (surətini də ona göndərmişdir). Bu məktuba cavab olaraq 07.05.2020-ci il tarixli Cavabdeh1 Təhsil Nazirliyinə göndərdiyi 116 saylı məktubunda onun barəsində yanlışlığa yol verirmişdir. Belə ki, 13.03.2020-ci il tarixə kimi “Baku CİTY” hospitalında stasionar müalicədə olduğu halda məktubda qeyd edilir guya 05.05.2020-ciil tarixdə stasionar müalicədə ola-ola Təhsil Şöbəsinə xəstəlik vərəqələrini şəxsən özü təqdim etmişdir. Halbuki, 05.05.2020-ciil tarixdə ambulator müalicədə olmuşdur. Bunlar ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdə öz əksini tapıb (Məktubu ərizəyə əlavə edir). Hətta xəstə olduğu müddətlər üçün əmək haqqı ödəmirlər. Bu barədə Təhsil Nazirliyinə dəfələrlə müraciət etsədə heç bir nəticə olmamışdır. Şeçkidə və xəstə olduğu halda işçinin əmək müqaviləsinə xitam verilməsi necə ola bilər, bu ona uzun müddət rəhbər işçi kimi aydın deyil. Vətəndaş hüquqlarının bərpa edilməsində ona köməklik edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, 06 iyun 2020-ci il tarixə kimi müalicə almışdır. 10 fevralda xəstələnmiş, 14 fevralda Ağsu RMX-nin göndərişi ilə Bakı şəhərində yerləşən xəstəxanaya göndərilmişdir. 14 fevraldan 13 mart 2020-ci il tarixə kimi stasionar müalicədə olmuşdur. Daha sonra isə ambulator müalicə almışdır. Barəsində işdən çıxma barədə əmri 01 fevral 2020-ci il tarixdə Təhsil Nazirliyi, 14 fevral 2020-ci il tarixdə isə Ağsu Təhsil Şöbəsi vermişdir. Qeyd etdiklərinin nəzərə alınaraq tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci bəndinə istinad edərək qeyd etmişdir ki, “əmək qabiliyyətini müvəqqəti itirən işçilərin və.s.” şəxslərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hesab edir ki, məhkəmə bu maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermiş və nəticədə formal əsaslarla qətnamə qəbul etmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 29.0.13-cü maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin rəhbərləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 mart tarixli 03 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci bəndinə əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, diğər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Təhsil Nazirliyinin əsas funksiyalarından biridir. Təcrübədə həmin şəxslər barəsində olan əmrlər formal olaraq yerli Təhsil Şöbələri tərəfindən də təkrar olaraq verilir. Eyni zamanda bildiririk ki, Təhsil Şöbələrinin təhsil müəssisəsinin direktorlarının vəzifəyə təyin etmə və vəzifədən azad etmə səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səlahiyyət bilavasitə təhsil nazirinin funksiyasına aid edilmişdir. Təhsil şöbəsinin əmrinin hüquqi nəticəsi olmadığından onun mübahisələndirilməsi əsassızdır. Təcrübədə həmin şəxslər barəsində olan əmrlər formal olaraq yerli Təhsil Şöbələri tərəfindən də təkrar olaraq verilir. Eyni zamanda bildirir ki, Təhsil Şöbələrinin təhsil müəssisəsinin direktorlarının vəzifəyə təyin etmə və vəzifədən azad etmə səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səlahiyyət bilavasitə təhsil nazirinin funksiyasına aid edilmişdir. Təhsil şöbəsinin əmrinin hüquqi nəticəsi olmadığından onun mübahisələndirilməsi əsassızdır. Ağsu Rayon Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə bu məsələyə ümumiyyətlə münasibət bildirməyib. Məhkəmə yalnız RTŞ-nin əmrinə hüquqi qiymət verməklə iddia tələbini təmin etmişdir. Beləliklə qeyd olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi hazırki mülki işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində pozuntu hallarına yol vermiş, eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallara hüquqi qiymət verməmişdir. Digər tərəfdən işə baxan məhkəmə TN-nin əmrini etibarsız hesab etmiş və iddia tələbini təmin etmişdir.Hesab edirik ki, məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsinin hüquqi əsası yoxdur. Təhsil Nazirliyinin mübahisələndirilən əmrinin hansı əsasla etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsində heç bir əsaslandırma mövcud deyildir. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 217 və 218-ci maddələrinin tələblərini pozaraq sübutlara düzgün, obyektiv qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşıllıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Ağsu Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(016)- 50/2021 saylı qətnaməsi MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar, yəni maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmalıdır. Ona görə də, Ağsu rayonu, S.Mütəllimov adına Gəğəli kənd tam orta məktəbinin sabiq direktoru İddiaçı Təhsil Nazirliyinə qarşı “30.01,2020-ci il tarixli, K-150 saylı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya və büllitendə olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə” iddia tələbinin təmin edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)- 50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Cavabdeh1 25 dekabr 2019-cu il tarixli, 103/1 saylı “iş yerinin və əmək haqqının saxlanılması və seçkiyə cəlb olunması barədə” əmrlə İddiaçı və 16 nəfər digər məktəb direktorları 87 saylı X1 Məntəqə seçki komissiyasının sədri təyin edildikləri üçün 25.12.2019-cu il tarixdən 13.02.2020-ci il tarixədək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iş yeri və əmək haqqı saxlanılmaqla məktəb direktoru vəzifəsindən azad edilmişlər. İşdə olan Azərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K- 150 saylı əmri ilə çalışmanın yaş həddinə çatmış Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 03 fevral 2020-ci il tarixdə xitam verilmişdir. İşdə olan Cavabdeh1 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmrindən görünür ki, çalışmanın yaş həddinə çatmış Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə 14.02.2020-ci il tarixdən (seçki məntəqəsinin sədri və sonradan 14.02.2020ci il tarixə kimi xəstəliklə əlaqədar bülletendə olduğu üçün) Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İşdə olan BAKU SİTY Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı 14.02.2020-ci il tarixdə hospitalın stasionar şöbəsinə “kəskin beyin qan dövranı pozğunluğu, hipertonik kriz işemik insult, hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə daxil olmaqla 13.03.2020-ci il tarixdə evə yazılmışdır. İşdə olan Ş.T.Quliyev adına “Ağsu rayon Mərkəzi Xəstəxanası “X9” tərəfindən 05.03.3030-ci il tarixdə Cavabdeh1 müdirinin sorğusuna əsasən verilən 300 saylı məktubla Gəgəli kənd orta məktəbinin direktoru İddiaçı 10.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixə kimi RMX-da “Hipertoniya xəstəliyi İİ st” diaqnozla ambulator müalicədə olması qeyd edilmişdir. İşdə olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətlərindən görünür ki, İddiaçı 10 fevral 2020-ci il tarixdən 06 iyun 2020-ci il tarixə kimi müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxa bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə və 300-cü maddəsinin 1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Diqqətə alınmalıdır ki, qanunverici, bu normanı müəyyən edərkən əmək qabiliyyətini müvəqqəti itirən şəxslərin sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi və əmək qabiliyyətinin bərpasının daha qısa müddətdə və səmərəli qaydada təmin edilməsi mövqeyindən çıxış etmişdir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsibarədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 müdirinin 25 dekabr 2019-cu il tarixli, 103/1 saylı “iş yerinin və əmək haqqının saxlanılması və seçkiyə cəlb olunması barədə” əmri ilə digər məktəb direktorları kimi İddiaçı 87 saylı X1 Məntəqə seçki komissiyasının sədri təyin edildiyi üçün 25.12.2019-cu il tarixdən 13.02.2020-ci il tarixədək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iş yeri və əmək haqqı saxlanılmaqla məktəb direktoru vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K-150 saylı əmri ilə çalışmanın yaş həddinə çatmış iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 03 fevral 2020-ci il tarixdə xitam verilmişdir. Sonradan Cavabdeh1 müdirinin 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmri ilə çalışmanın yaş həddinə çatmış Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə 14.02.2020-ci il tarixdən (seçki məntəqəsinin sədri və sonradan 14.02.2020-ci il tarixə kimi xəstəliklə əlaqədar bülletendə olduğu üçün) Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan ərizədə qeyd edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 29.0.13-cü maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin rəhbərləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur.Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 mart tarixli 03 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci bəndinə əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, diğər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədəin azad edilməsi Təhsil Nazirliyinin əsas funksiyalarından biridir.Təcrübədə həmin şəxslər barəsində olan əmrlər formal olaraq yerli Təhsil Şöbələri tərəfindən də təkrar olaraq verilir. Eyni zamanda bildirilir ki, Təhsil Şöbələrinin təhsil müəssisəsinin direktorlarının vəzifəyə təyin etmə və vəzifədən azad etmə səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səlahiyyət bilavasitə təhsil nazirinin funksiyasına aid edilmişdir. Təhsil şöbəsinin əmrinin hüquqi nəticəsi olmadığından onun mübahisələndirilməsi əsassızdır. Qeyd edildiyi kimi Gəgəli kənd tam orta məktəbin direktoru İddiaçı eyni əsasla işdən çıxarılması barədəAzərbaycan Respublikasının Təhsil Nazirinin 30 yanvar 2020-ci il tarixli, K-150 saylı və Cavabdeh1 müdirinin 14 fevral 2020-ci il tarixli, 16/1 saylı əmrləri vardır. Baxmayaraq ki, İddiaçıCavabdeh1 müdirinin 25 dekabr 2019-cu il tarixli, 103/1 saylı əmri ilə 87 saylı X1 Məntəqə seçki komissiyasının sədri təyin edildiyi üçün 25.12.2019-cu il tarixdən 13.02.2020-ci il tarixədək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iş yeri və əmək haqqı saxlanılmaqla məktəb direktoru vəzifəsindən azad edilmişdir. Eyni zamanda Cavabdeh1 müdirinin işdən azad edilmə barədə verdiyi 14 fevral 2020-ci il tarixə kimi (10 fevral 2020-ci il tarixdən) “Ağsu rayon Mərkəzi Xəstəxanası “X9”ndə ambulator müalicədə olmuş, həmin tarixdə isə Bakı şəhər X7 stasionar müalicəyə göndərilmişdir. BAKU SİTY Hospital tərəfindən verilmiş epikrizlə İddiaçı 14.02.2020-ci il tarixdə hospitalın stasionar şöbəsinə “kəskin beyin qan dövranı pozğunluğu, hipertonik kriz işemik insult, hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə daxil olmaqla 13.03.2020ci il tarixdə evə yazıldığı, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının 10 fevral 2020-ci il tarixdən 06 iyun 2020-ci il tarixə kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işə çıxa bilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsi nəzərə alınmadan işçinin işdən azad edilməsi həmin əmrin qanunsuz sayılması və ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisəli əmrlər ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə işdən çıxarıldığı və xəstə olduğu müddət üçün əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində Təhsil Nazirliyi əmrini etibarsız hesab etdiyinə görə məhkəmə tərəfindən əmrin etibarsız hesab edilməsinin hüquqi əsası olmaması ilə baglı dəliləri iləə razılaşmayaraq münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən mülki iş üzrə qətnamə qəbul etdikdən sonra Təhsil Nazirlik tərəfindən qeyd olunan əmr etibarsız hesab edilmişdir.Belə olan halda kollegiya hesab edir ki, məhk əmə RTŞ-nin əmrinə düzgün hüquqi qiymət vermişdir..Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(016)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar