Məhkəmə qərarları › İş №2(107)-1072/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1072/2024

29.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1072/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı əmlakın fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh məxsus cehiz əşyalarının xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması qeyd edilməsinə baxmayaraq, qətnamənin qət etdi hissəsində qeyd edilən xüsusat göstərilməmişdir. Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində düzəliş edilməsi qərara alınmışdır. İddiaçı Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 127/2024, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus (iddia ərizəsində qeyd olunan) 195 adda cehiz əşyalarının çıxarılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024-saylı, 14 mart 2024-cü il tarixli qərardadı ilə Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması sözləri Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus (iddia ərizəsində qeyd olunan) 195 adda cehiz əşyalarının xx.xx.2024-cü il tarixdən sonra çıxarılması ifadəsi kimi oxunması qərara alınmışdır. İddia ərizəsindən, eləcədə iş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması üçün hər hansı tarix qeyd etməmişdir. Məhkəmə isə hazırda şikayət etdiyi qərardadla əmlakların çıxarılması və evin boşaldılması tarixini qətnaməyə düzəliş etmiş, bununla da MPM-nin 218-ci maddəsinin tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır. Bundan başqa məhkəmə hazırda şikayət etdiyi qərardadla Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024, 14 mart 2024-cü il tarixli qətnaməsinə düzəliş edilməsi adı altında əslində qətnamənin icrasına möhlət verilməsi məsələsini həll etmişdir ki, buda öz növbəsində kobud qanun pozuntusudur. Həmçinin MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Lakin Göyçay rayon məhkəməsinin 2(046)-127/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadı qəbul edilərkən, hakim işdə iştirak edən şəxslərə xəbər verməmiş, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməmiş, işə məhkəmə iclasında baxılması şübhə doğuran qanunsuz qərardad qəbul edilmişdir. İş materiallarında işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə dair heç bir sübut yoxdur. İddiaçı tərəfə ümumiyyətlə qərardad barədə məlumat verilməmiş, qərardad qəbul edildikdən 4 ay sonra həmin qərardadın mövcudluğu barədə icra məmuru tərəfindən iddiaçıya şifahi məlumat verilmiş, bir neçə dəfə müraciət etdikdən sonra qərardadın surəti 15 iyul 2024-cü il tarixdə iddiaçı tərəfindən əldə edilmişdir.Lakin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus (iddia ərizəsində qeyd olunan) 195 adda cehiz əşyalarının çıxarılması sözünün əvvəlinə tarix əlavə edilməsi isə maddi hüquq tələbidir, həmin tarixin əlavə edilməsi məhkəmə aktındakı yanlışlıq kimi qiymətləndirilməsi qanuni sayıla bilməz. Bundan başqa Göyçay rayon Məhkəməsinin 2(046)-127/2024, 14 mart 2024-cü il tarixli qətnaməsinin qət etdi hissəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus (iddia ərizəsində qeyd olunan) 195 adda cehiz əşyalarının xx.xx.2024-cü il tarixdən sonra çıxarılması qeyd olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir. Yəni Cavabdeh cehiz əşyalarının dərhal çıxarılması ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qətnamənin icraatına başlanılmışdır. Qətnamənin icrası məqsədi ilə dəfələrlə icra işi təyin edilmiş, qətnamə icra olunan bir vaxtda qərardad 4 ay sonra qanunsuz olaraq Göyçay rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Qərardaddangörünür ki, qərardad elektron imza ilə deyil, qanunsuz olaraq əl imzası ilə təsdiq edilmişdir. Buna görə də şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadı ilə, Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadından İddiaçı verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)- 127/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi iş materiallarına baxaraq qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı əmlakın fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh məxsus cehiz əşyalarının xx.xx.2024-cü il tarixdən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması qeyd edilməsinə baxmayaraq, qətnamənin qət etdi hissəsində qeyd edilən xüsusat göstərilməmişdir.. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Göyçay Rayon Məhkəməsinin 2(046)-127/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə mülki bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(046)-127/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar