Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1077/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı maneənin aradan qaldırılması, benzin çənlərinin götürülməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülk iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, benzin çənlərinin götürülməsi, tikinti qaydaları) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı maneənin aradan qaldırılması, benzin çənlərinin götürülməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülk iş üzrə Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışla Şəki rayonu, Cəfərabad kəndində 0.15 hektar torpaq sahəsində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. 9 yanvar 2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışla Şəki rayonu, Cəfərabad kəndində 0.10 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikilən evin sökülməsini, cavabdeh isə iddiaçının mülkiyyətində olan yanacaq doldurma məntəqəsində quraşdırılmış çənlərinin götürülməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Cəfərabad kəndində çıxarışa əsasən ona məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında qanunsuz aparılan tikinti işlərinin dayandırılması, Cavabdeh1 məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikintinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manat vəsaitin və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Cəfərabad kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsi 13 fevral 2019-cu il tarixli çıxarışa əsasən ona məxsusdur. Cavabdeh1 və onun qardaşı Cavabdeh2 həmin yanacaq doldurma məntəqəsinin ehtiyat yanacaq çənlərinin yerləşdiyi ərazinin bir neçə metrliyində heç bir icazə olmadan sürətlə tikinti işləri aparır. Dəfələrlə həmin ərazidə aparılan tikinti işlərinin dayandırılmasını xahiş etsə də, heç bir əhəmmiyyət verməmişdir. Məsələyə hüquqi qiymət verilməsi üçün Fövqəladə Hallar Nazirliyinə və X13 Xidmətinə 06 aprel 2022-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Müraciətinə 25 aprel 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X6 Yanğın idarəsi rəsmi qaydada cavab verərək Cavabdeh1 tərəfindən aparılan fərdi yaşayış evinin tikinti işlərinin dayadırılması ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinə və Şəki şəhər (rayon) Polis Şöbəsinə 25 aprel 2022-ci il tarixli məktublar ünvanlandığı bildirilmişdir. Lakin Cavabdeh1 və onun qardaşı Cavabdeh2 edilən xəbərdarlıqlara məhəl qoymamış və tikinti işlərini davam etdirirlər. Qeyd olunanlardan aşkar görünür ki, cavabdehlər qanunvericliyin tələblərini kobud surətdə pozaraq, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Belə ki, o, mövcud problemlərə görə öz sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirə bilmir. Bu isə ona dövlət büdcəsinə vergilərin ödənilməsinə maneə yaradır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruridir.
4. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Cəfərabad kəndinin ərazisində ona məxsus 0.10 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini o, 2013-cü alqı-satqı müqaviləsi əsasında alımışdır. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona çıxarış və torpaq sahəsinin koordinatlarını əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə o, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamazdan əvvəl onun layihəsini təsdiq etdirərək Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır. Lakin tikinti işlərinə başladıqdan sonra yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi İddiaçı heç bir əsası olmadan tikintinin aparılmasına maneçilik törətməyə çalışır. Bununla bağlı aralarında bir neçə dəfə mübahisə olmuşdur. Ancaq o, özünə məxsus olan torpaq sahəsində ev inşa edir və İddiaçı onun tikinti işlərinə müdaxilə etməsi üçün subyektiv huququ yoxdur. Onun özünə məxsus obyektin torpaq sahəsinə gəldikdə isə ilkin sənədlərdə yanacaq doldurma məntəqəsi üçün 0.06 hektar torpaq sahəsi ayrılsa da sonradan necə olubdursa 0.15 hektar torpaq sahəsi heç bir əsas olmadan onun İddiaçı adına özəlləşmişdir. Ümumiyyətlə hesab edir ki, yaşayış məntəqəsinin lap yaxınlığında yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizlik baxımından yolverilməzdir. Bütün bunlar azmış kimi isə hazırda İddiaçı məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində apardığı tikinti işlərinin dayandırılaraq sökülməsini tələb edir. Lakin qeyd etdiyi kimi qanunun tələbinə uyğun olaraq onun bütün sənədlərini qaydasındadır və o, özünün mülkiyyətində olan həyətyanı torpaq sahəsində ev inşa edir. İddiaçının özünə gəldikdə isə onun sənədlərinin heç biri qaydasında deyildir. Belə ki, yanacaq doldurma məntəqəsinin tikintisi üçün müvafiq orqanların rəyi, icazəsi yoxdur. Bu azmış kimi İddiaçı, ona məxsus torpaq sahəsinin lap yaxınlığında yerə benzin çənləri də basdırmışdır ki, bunun da nə qədər təhlükəli olduğu hamıya bəllidir. Bundan başqa cavabdeh İddiaçı məxsus torpaq sahəsinin ilkin sənədlərinə əsasən cəmi 0.06 hektar torpaq sahəsi ayrılsa da, sonradan müəmmalı şəkildə 0,15 hektar sahəsi heç bir əsas olmadan onun adına özəlləşmişdir. İlkin olaraq Şəki rayon XDC İK-nin 39 avqust 1991-ci il tarixli 203 nömrəli qərarına asasan Cəfərahad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi burada söhbət yanacaq doldurma məntəqəsindən deyil, yalnız neft məhsulları satan mağazadan gedir. Eyni zamanda İddiaçı verilmiş çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli yanacaq doldurma məntəqəsi 1985-ci ildə inşa edilmişdir. Hətta mübahisəli çənlər də 1985-ci ildə basdırılmışdır. Həmin çənlər podratçı şirkət tərfindən yerindən çıxarılaraq izolyasiya edilmiş və yenidən basdırılmışdır. Çənlərin təhlükəsizliyinə dair sertifikat da almışdır. Əvvəllər yanacaq-sürtkü materialları mağazası kimi fəaliyyət göstərmiş, sonradan yanacaq doldurma məntəqəsi olmuşdur. 2002-ci ilə kimi fəaliyyət göstərmişdir. 2016-2017-cı illərdə isə həmin obyekti, o, almış və 2019-cu ildə təmir-bərpa etmişdir. Cavabdeh tərəfindən həmin yanacaq doldurma məntəqəsinin yaxınlığında 2022-ci ildə ev tikilməyə başlanıldıqda ona, tikintini dayandırmağı, bunun qeyri-qanuni olduğunu bildirmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Hazırda cavabdeh tərəfindən tikinti işləri aparılmır. Belə ki, tikinti artıq başa çatdırılmışdır. Ona görə də, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümyəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli qeyri-yaşayış binası yanacaq doldurma məntəqəsi kimi deyil, neft məhsullarının satışı mağazası kimi fəaliyyət göstərmişdir. Lakin sonradan heç bir əsas olmadan yanacaq doldurma məntəqəsi olaraq fəaliyyətə başlamışdır. Həmin obyektin yanacaq doldurma məntəqəsi kimi heç bir rəsmi sənədi mövcud deyil, çıxarışı isə 2019-cu ildə almışdırş. Cavabdeh1 isə torpağa dair 2013-cü ildən çıxarışı mövcuddur. İddiaçı tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ yoxdu. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamışdır və bu səbəbdən də, onlara münasibətdə həmin məcəllənin 80.2-ci maddəsi tətbiq olunmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi isə qeyriyaşayış obyekti olduğuna və zəruri sənədləri olmadığına görə qarşı tərəfə tətbiq olunmalıdır. Ümumiyyətlə göründüyü kimi, ərazisi 6 sot olan mağaza 15 sot ərazisi olan YDM kimi özəlləşdirilmişdir. Ona görə də, alqı-satqı müqaviləsi də, etibarsız hesab edilməlidir. Ətraf da, isə yaşayış evləri tiklib. YDM kimi fəaliyyət göstərməsi təhlükə mənbəyidir. Cavabdeh1 torpağı bələdiyədən alıb, 2022-ci ildə tikintiyə başlayıb və 1 ilə yekunlaşdırıb. Həmin torpaqda evdən başqa tikili yoxdur. Qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Cəfərabad kəndində 0.15 hektar torpaq sahəsində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən qeyri-yaşayış binası yanacaq doldurma məntəqəsi kimi satılmışdır. Həmin yanacaq doldurma məntəqsinin ehtiyat yanacaq çənlərinin yerləşdiyi ərazinin bir neçə metrliyində icazə olmadan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti işləri aparılaraq fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək sözügedən tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsini xahiş etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, yerə basdırılmış benzin çənlərinin iddiaçının öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir.
11. İş materiallarından görünür ki, 09 yanvar 2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş eskiz layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin tələbləri pozulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi də 04 iyul 2022-ci il tarixli 0488 nömrəli qərarı ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulduğu üçün Cavabdeh1 tikintinin aparılmasını qadağan etmişdir.
12. Məhkəmə qeyd edir ki, Cavabdeh1 məxsus torpaq sahəsində olan tikili hər hansı bir icazə alınmadan, əksinə Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumları, İcra Hakimiyyəti tərəfindən tikintinin dayandırılması, yasaqlandırılmasına baxmayaraq inşa etdirildiyindən özbaşına tikili kimi qəbul olunmalıdır. Həmçinin fərdi yaşayış evi təhlükə potensiallı obyektin cəmi 5m-liyində inşa olunmuşdur ki, həm Fövqaladə Hallar Nazirliyinin arayışından, həm də ekspert rəyi ilə müəyyən olunur ki, qeyd olunan məsafə qanunvericinin tələblərinə ziddir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan tikiliyə görə İddiaçı mülkiyətçisi olduğu əmlakından istifadə edə bilmir, ona görə də, həmin tikilinin sökülməsini tələb etməkdə haqlıdır.
13. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi Cavabdeh1 məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlər tərəfindən tikinti işləri artıq başa çatıdırıldığından və hazırda mübahisəli ərazidə tikinti işləti aparılmadığından ilk iddia tələbi iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında qanunsuz aparılan tikinti işlərinin dayandırılması hissəsində təmin edilməməlidir.
14. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şəki rayon X7 İcraiyyə Komitəsinin 29 avqust 1991-ci il tarixli, 203 nömrəli qərarına əsasən Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sonradan 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Cəfərabad kəndində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası, yəni 13 saylı yanacaq doldurma məntəqəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinə əsasən mübahisələndirilən qeyri-yaşayış sahəsinin 1991-ci ildən neft məhsulları satan mağaza kimi fəaliyyətinə icazə verilmiş və həmin obyektdə yanacaq doldurma məntəqəsi fəaliyyət göstərərək, neft məhsullarının satışı həyata keçirilmişdir. Göründüyü kimi, mübahisəli yanacaq çənləri elə həmin dövrdən nəzərdə tutulan yerdə basdırılmışdır.
15. Eyni zamanda İddiaçı məxsus mübahisəli qeyri-yaşayış sahəsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmış və həmin obyektdə, yəni yanacaq doldurma məntəqəsində istifadə olunan 1 və 2 nömrəli yanacaq çənlərinin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X10 Agentliyi tərəfindən təsdiq edilmişdir.
16. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi hissəsində təmin edilməməlidir.
17. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 həmin tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.
18. Belə ki, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqı-satqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun.
19. Göründüyü kimi İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas müəyyən olunmur. Obyektin 1991-ci ildə torpaq sahəsi 6 sot olduğu halda alqı-satqı müqaviləsində 15 sot göstərilməsi tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən oluna bilər və bu halın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
20. Məhkəmə, qarşılıqlı iddia ərizəsinin İddiaçı tərəfindən Cavabdeh1 məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması hissəsinə münasibətdə isə qeyd edir ki, Cavabdeh1 ona məxsus 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılması qanunsuz hesab edildiyindən, həmçinin artıq həmin tikinti işlərinin aparılması başa çataraq dayandırıldığından həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
21. Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ilk iddia qismən təmin olunmuş, Şəki rayonu Cəfərabad kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 fevral 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Cavabdeh1 məxsus torpaq sahəsində inşa edilən tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına sökülərək götürülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat və ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi, məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170 və 180-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
23. İş materiallarına əlavə edilmiş Şəki rayon X7 İcraiyyə Komitəsinin 29 avqust 1991-ci il tarixli, 203 nömrəli qərarının surətindən görünür ki, Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır.
24. İş materiallarına əlavə edilmiş, 3278 nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəki rayon Cəfərabad kəndində yerləşən 13 saylı yanacaqdoldurma məntəqəsi (ümumi sahəsi 24.4 kv.m) və 1500.0 kv.m torpaq sahəsi hərracdan satış qiymətilə 9000 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı satılmışdır.
25. İş materiallarına əlavə edilmiş 13 fevral 2019-cu il tarixli, **********60-06301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən 13 saylı yanacaq doldurma məntəqəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.
26. İş materiallarına əlavə edilmiş 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində 0.15 hektar torpaq sahəsində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.
27. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X10 Agentliyinin 10 oktyabr 2022-ci il tarixli, 4283 nömrəli nömrəli texniki təhlükəsizlik sertifikatının surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində İddiaçı məxsus təhlükə potensiallı obyektdə istifadə olunan 1 nömrəli yanacaq çəninin texniki təhlükəsizlik standartlarına, normalarına,qaydalarına və texniki sənədlərə uyğun olması təsdiq edilmişdir.
28. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X10 Agentliyinin 10 oktyabr 2022-ci il tarixli, 4284 nömrəli texniki təhlükəsizlik sertifikatının surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində İddiaçı məxsus təhlükə potensiallı obyektdə istifadə olunan 2 nömrəli yanacaq çəninin texniki təhlükəsizlik standartlarına, normalarına,qaydalarına və texniki sənədlərə uyğun olması təsdiq edilmişdir.
29. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X10 Agentliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli A- 13795 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus obyekt “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.
30. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 və X8 Agentliyi tərəfindən verilmiş 12 aprel 2023-ci il tarixli 3-18-3/2- 3544/23 nömrəli arayışdan görünür ki, sözügeden yanacaqdoldurma məntəqəsində istifadə olunan 2 ədəd yanacaq çəni xx.xx.2022-ci il tarixində təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır (çıxarışın surəti əlavə olunur). Obyektin 2022-ci ildə reyestr qeydiyyatına alındığını nəzərə alaraq yoxlamanın gələn ilin iş planına daxil edilməsi nəzərdə tutulub. “Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN 2.6-1-in 8.46-cı bəndinə əsasən yeraltı yanacaq çənləri olan yanacaqdoldurma məntəqəsindən yaşayış və digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır (sutkada 500-ə qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş məntəqələr üçün məsafəni 25 km-dən az olmamaq şərtilə qısaltmaq olar). “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanununda yanacaqdoldurma (mayə qaz istisna olmaqla) fəaliyəti ilə məşğul olmaq üçün icazə (lisenziya) tələbi nəzərdə tutulmamışdır.
31. İş materiallarına əlavə edilmiş 07 yanvar 2014-cü il tarixli, **********58 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir.
32. İş materiallarına əlavə edilmiş 09 yanvar 2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində 0.10 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir.
33. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X6 yanğın Nəzarəti İdarəsinin 25 aprel 2022-ci il tarixli, 37/B00942 nömrəli məktubundan görünür ki, X5 tərəfindən aparılan fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması ilə bağlı Şəki Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli xx/xx-00901 saylı və Şəki Rayon Polis Şöbəsinə xx.xx.2022-ci il tarixli xx/xx-00900 saylı məktublar ünvanlanmışdır.
34. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin tikinti işlərinin dayandırılması barədə 04 iyul 2022-ci il tarixli 0488 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulduğu üçün Cavabdeh1 tikintinin aparılması qadağan edilmişdir
35. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/6260 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan iş üzrə cavabdeh şəxsə məxsus fərdi yaşayış evinə dair layihəçi X9 tərəfindən tərtib edilmiş eskiz layihənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyini nəzərə alaraq qeyd olunan fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin 75-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunur. Tədqiq olunan fərdi yaşayış evi ilə yanacaq çənləri arasındakı məsafənin 5.20m təşkil etdiyini nəzərə alaraq həmin yanacaq çənlərinin quraşdırılması zamanı AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydaları"nın 8.46-cı bəndinin tələbinin pozulduğu müəyyən olunur.
36. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
37. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə o Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamazdan əvvəl onun layihəsini təsdiq etdirərək Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır. Hazırda isə tikinti işlərini tam başa çatdırmış və fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişir. Lakin tikinti işlərinə başladıqdan sonra yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi İddiaçı heç bir əsası olmadan tikntinin aparılmasına maneçilik törətməyə başlamışdır. Ancaq o özünə məxsus olan torpaq sahəsində ev inşa etmiş və onun tikinti işlərinə müdaxilə etməsi üçün hər hansı bir subyektiv huququ yoxdur. Mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti üçün hər hansı bir icazənin alınması deyil, yalnız məlumatlandırma icraatının həyata keçirilməsi tələb olunur və yuxarıda qeyd etdiyi kimi, tikintiyə başlamazdan öncə tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə uyğun olaraq tikiləcək evin layihəsini təsdiq etdirərək Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır.
38. Onun özünə məxsus obyektin torpaq sahəsinə gəldikdə isə ilkin sənədlərdə neft məhsularının satışı mağazası üçün 0.06 ha torpaq sahəsi ayrılsa da, sonradan necə olubdursa 0.15 torpaq sahəsi heç bir əsas olmadan yanacaq doldurma məntəqəsi kimi onun adına özəlləşmişdir. Ümumiyyətlə isə hesab edir ki, yaşayış məntəqəsinin lap yaxınlığında hər hansı bir yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizlik baxımından yolverilməzdir. İddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin tikintisi və fəaliyyət göstərməsi üçün müvafiq orqanların icazəsi tələb olunur ki, iddiaçıda da bununla bağlı hər hansı bir icazə sənədi yoxdur. Buna baxmayaraq, məhkəmə bütün bunlara hər hansı bir əhəmiyyət verməyərək, qanunsuz və hər hansı bir icazə olmadan tikilmiş yanacaq doldurma məntəqəsinin (iddiaçı özü də məhkəmədə sözügedən yanacaq doldurma məntəqəsinin əvvəllər neft məhsullarının satışı ilə məşğul olan mağaza kimi fəaliyyət göstərməsini, yanacaq doldurma məntəqəsinə çevrilməsi üçün hər hansı bir icazə sənədinin olmamasını bildirmişdi) və evə bitişik basdırılmış benzin çənlərinin sökülməsi barədə qətnamə çıxarmaq əvəzinə, onun tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinin sökülməsi barədə qanunsuz qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən qeyd edilən benzin çənlərinin quraşdırlıması zamanı Dövlət Şəhərsalma Norma və Qaydalarının (AzDTN 2.6-1) da tələblərinin pozulmasına baxmayaraq, qətnamədə bir tərəfli olaraq həmin qaydaların onlar tərəfindən pozulduğu qənaətinə gəlmişdir.
39. Ona görə də, Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam olaraq təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 birincinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
42. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 180.1-ci maddəsinı əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
44. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4-ci maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
45. Dövlət Şəhərsalma Norma və Qaydaları (AzDTN 2.6-1): 8.46-cı bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər və ümumi təhsil, habelə, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
47. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Cavabdeh Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, ilk iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilk iddianın təmin edilmiş hissəsində və rədd edilmiş qarşılıqlı iddiaya aid hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən ilk iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
50. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu qətnamənin 37-ci bnədində göstərilmiş dəlilləri ilə qətnamənin ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 80-ci maddələrinin (bax 44-cü bənd) əlaqəli təhlilindən görünür ki, apellyator mübahisəli fərdi yaşayış evini inşa edərkən müvafiq icra hakimiyyəti orqanından icazə almalı deyil, məlumat verməli idi. Məlumatlandırma icraatı müvafiq layihənin göndərilməsi və 10 iş günü gözlənilməsi ilə həyata keçirilir ki, həmin prosesə apellyator tərəfindən riayət edilmişdir. O cümlədən, əgər tikintidə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması aşkar edildiyi təqdirdə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanından əsaslandırılmış iradlar verilməli idi. Hazırki halda isə, heç bir irad verilməsi aşkar edilmir. Hətta mübahisəli fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********58-10301 reyestr nömrəli Çıxarış da verilmişdir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi üçün heç bir əsas yoxdur.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 38-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qarşılıqlı iddianın çənlərin sökülməsi ilə bağlı hissəsində qeyd edir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi (bax 14-cü bənd), iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası 1991-ci ildən yanacaq doldurma məntəqəsi kimi fəaliyyət göstərməklə, mübahisəli çənlər də həmin dövrdən nəzərdə tutulan yerdə quraşdırılmışdır. Dövlət Şəhərsalma Norma və Qaydalarının 8.46-cı bəndi maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən yaşayış bina və qurğuların divarlarına qədər məsafələrin 50 m-dən az olmamalı olduğunu müəyyən edir. Hazırki işdə mübahisəli çənlərin quraşdırılması mübahisəli fərdi yaşayış evi mövcud olmazdan öncə nəzərdə tutulduğundan çənlərin göstərilən qaydaların pozulması ilə inşa edilməsi hesab edilə bilməz.
52. Məhkəmə kollegiyası qarşılıqlı iddianın digər rədd edilmiş hissələrinə münasibətdə birinci instansiya məhkəməsinin bu qətnamənin 17-20-ci bəndlərində göstərilmiş dəlilləri ilə razılaşır və həmin bəndlərdə göstərilənlərin təkrarına zərurət duymur.
53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən ilk iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)- 42/2023 nömrəli qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair ilk iddiası həmin hissədə də rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair ilk iddiası həmin hissədə də rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev