Məhkəmə qərarları › İş №2(107)-108/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-108/2025

14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-108/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********89 reyestr nömrəli Çıxarış əsasında X1, İddiaçı, X3 və X2 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 2.6065 hektar torpaq sahəsi vardır. 2007-ci ildə tərəfələr arasında olan şifahi razılığa əsasən iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdehin sahibliyinə və istifadəsinə vermişlər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0028 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin (əri X5, qızı X4 və oğlu X6) xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh İddiaçı qarşı «pul» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 40000 manat pul vəsaitinin və məhkəmə məsrəfləri təşkil edən 210 manat dövlət rüsumu və 320 manat vəkilə ödənilmiş haqqın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 mart 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, **********89 reyestr nömrəsi olan ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.6065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki bazar qiyməti ilə dəyərinin, yəni 31581 manat pul vəsatinin, 8000 manat əldən çıxmış faydanın, məhkəmə məsrəfləri təşkil edən 1010 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı ümumilikdə 40591 manat mıbləğində pul tələbinə dair qarşılıqlı iddia ərizəsi bir illik iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir.

6. İddiaçı izah etdi ki, torpaq ona və ailə üzvlərinə məxsusdur. 2007-ci ildə 4000 manat müqabilində torpağı Cavabdeh icarəyə vermişlər. Lakin icarə müddəti bitdikdən sonra dəfələrlə Cavabdeh torpaqdan çıxmasını xahiş etsələr də, torpaqdan çıxmamışdır. Hazırda torpağını tələb edir. Cavabdeh torpaqdan istifadə edərək, gəlir götürmüşdür. Bu səbəbdən də Ənvərə pul verməli deyil.

7. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçının və ailə üzvlərinin Yevlax rayonu, Malbinəsi kəndində 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsini cavabdehə 2007-ci ildə 10 il müddətinə icarəyə vermişlər. İcarə müddəti 2017-ci ildə bitsə də, cavabdeh torpaq sahəsindən çıxmamışdır. Hazırda iddiaçı cavabdehin ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmasını istəyir. Qarşılıqlı iddianı qəbul etmirlər. Çünki tərəflər arasında heç vaxt alqı-satqı münasibəti olmamışdır. Aralarında yalnız icarə münasibəti olmuşdur. Alqı-satqı müqaviləsi olsaydı belə cavabdeh iddia müddətini ötürmüşdür. Cavabdehin hazırki tələbi kəsici müddətə aiddir. Yəni bildiyi vaxtdan bir illik müddət ötmüşdür. Bu səbəblərdən də qarşılıqlı iddia rədd edilməlidir.

8. Cavabdeh məhkəmə iclasında izah etdi ki, 2007-ci ildə Xanlar Mustafayevlə torpağın alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Kəndin digər ərazisində, yəni ona əlverişli olmayan hissəsində özünə məxsus torpaq sahəsini sataraq, iddiaçının torpağını almışdır. 6000 manat pulu qızı ilə birlikdə İddiaçı vermişdir. Aralarında yalnız alqı-satqı olmuşdur. Lakin müqavilə lazımı qaydada rəsmiləşdirilməmişdir. Belə ki, torpaq sənədlərində natamamlıq olduğundan notariat ofisinə gedərək, alqı-satqını rəsmiləşdirməmişlər. Həmin torpaqdan da hazırda istifadə edir. Torpağın hazırki dəyərinin iddiaçıdan tutularaq ona verilməsini istəyir.

9. Cavabdeh vəkili Nümayəndə məhkəmə iclasında izah etdi ki, tərəflər arasında olan razılığa əsasən Cavabdeh İddiaçı 2007-ci ildə 6000 manat ödəməklə ona və ailə üzvlərinə məxsus 2.61 ha torpaq sahəsini almışdır. Lakin müəyyən səbəblərdən alqı-satqı notariat ofisində rəsmiləşdirilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də, tərəflər arasında alqısatqı münasibəti olduğunu bildirmişlər. İddia müddəti ilə bağlı qeyd edir ki, iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Cavabdeh vicdanlı alıcı kimi torpağı alıb, hüququnun pozulduğunu isə iddiaçı məhkəməyə müraicət etdiyi vaxt bilib. Bu səbəbdən də hər hansı bir müddət ötürülməmişdir.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında X1, İddiaçı, X3 və X2 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 2.6065 hektar torpaq sahəsi vardır. 2007-ci ildə tərəfələr arasında olan razılığa əsasən iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdeh almışdır. Lakin alqı-satqı lazimi qaydada rəsmiləşdirilməmişdir. İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 31581 manat pul vəsatinin, 8000 manat əldən çıxmış faydanın, məhkəmə məsrəfləri təşkil edən 1010 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinə əsaslanaraq bildirir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur.

12. Həmçinin məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, iddiaçı özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdehə 4000 manat pul qarşılığında satmışdır, sənədlərdə natamamlıq olduğundan həmin torpaq sahəsini cavabdehin adına rəsmiləşdirmək mümkün olmamışdır. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd (alğı-satqı müqaviləsi) olmadığından, cavabdeh iddiaçıya əsassız olaraq pul vəsaiti vermiş, bunun müqabilində istifadəsinə verilmiş torpaq sahəsində özgə işlərini tapşırıqsız vicdanla aparmışdır.

13. Məhkəmə qarşılıqlı iddia tələbinin torpaq sahəsinin real bazar dəyərinin iddiaçıdan alınmasına dair hissəsinə münasibətdə bildirir ki, "xxxx" MMC-nin 29 iyul 2024cü il tarixli rəyinə əsasən Yevlax rayonu Malbinəsi kəndi ərazisində yerləşən 2.6065 ha torpaq sahəsinin orta bazar qiyməti 25400 manat təşkil edir.

14. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində cavabdehdən 31581 manat məbləğində pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş 4000 manatı, yaxşılaşdırma ilə bağlı xərclənmiş vəsait torpağın hazırki real bazar dəyərini 25400 manatı özündə ehtiva edir

15. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, 2007-ci ildə torpaq sahəsinin dəyərinin 4000 manatdan hazırki 25400 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti hazırki real bazar dəyəri 25400 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib (Cavabdeh) həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçilərdən tələb edə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq vəsaitin ümumi miqdarı müəyyən edilərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməli, yaxşılaşdırmalarla bağlı çəkilmiş xərc nəzərə alınmamalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmişdir.

16. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, cavabdehə qarşı torpaqdan çıxarılma tələbi ilə məhkəməyə ilk dəfə 2024-cü il tarixdə müraciət etdiyindən və cavabdeh torpağı aldığını bildiyindən iddia müddəti tətbiq edilə bilməz. Belə ki, cavabdehin hüququnun pozulmasını 2024-cü ildə bilmiş yəni onun iddiaçıdan pul tələb etmək hüququ MM-nin 377.1-ci maddəsinin tələbinə uyğun olaraq 2024-cü ildə yaranmışdır. İddiaçı məhkəmə iclasında torpağın icarəyə verildiyini və onlara 4000 manat pul verildiyini bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə iddiaçının pulu alarkən torpağı icarəyə vermək yox, torpağı satmaq niyyətləri olması öz əksini tapmışdır.

17. Bundan başqa məhkəmə qeyd edir ki, 2007-ci il üzrə həmin ərazidə, həmin ölçüdə və həmin qiymətə torpaq sahəsinin alması mümkün olduğundan, cavabdehin eyni pulu ödəyərək torpaq sahəsini icarəyə götürməsi ağılabatan deyil.

18. Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) ilk iddia təmin olunmuş, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.61 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 25400 manat pulun, 240 manat ödənilmiş dövlət rüsumunun, 450 manat mütəxəssis rəyinin alınması haqqının və 320 manat vəkil haqqının alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, İddiaçı 150 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 354, 372, 373, 375, 377, 560, 1091, 1092 və 1093-cü maddələrinə istinad etmişdir.

20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış 04 aprel 2024-cü il tarxli qəbz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X14 Mərkəzinin 24 iyun 2024-cü il tarxli məktubu daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 may 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 29 aprel 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış Əmlakın Qiymətləndirilməsi MMC-nin 03 may 2024-cü il tarixli ƏQ-331/2024 saylı rəyi Əmlakın Qiymətləndirilməsi MMC-nin 03 may 2024-cü il tarixli ƏQ-330/2024 saylı rəyi Əmlakın Qiymətləndirilməsi MMC-nin 03 may 2024-cü il tarixli ƏQ-332/2024 saylı rəy Əmlakın Qiymətləndirmə 2021 MMC-nin 29 iyul 2024-cü il tarixli ƏQ-106/2024 saylı rəyi

21. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, guya ki, Cavabdeh ümumilikdə ona 8100 manat pul verərək onlara məxsus olan 3,91 ha torpaq sahəsini satın almışdır. Və hazırda da həmin sahənin dəyəri olan 40.000 manatı ondan tələb edir. Bu tamamilə böhtandır. Onlar həmin torpaq sahəsini 2007-ci ildə 10 il müddətinə Cavabdeh icarəyə vermişlər. Aralarında hər hansısa bir yazılı sənəd olmamışdır. Sadəcə şifahi olaraq razılaşmışlar ki, torpaq sahəsini 10 il müddətinə o, istifadə etsin və əvəzində onlara 4000 manat pul versin. Elə də oldu. Ənvər Rəsuloov bizə cəmi 4000 manat pul vermişdir – o da alqı-satqı üçün deyil, icarə pulu kimi verilmişdir. Əgər alqı-satqı müqaviləsi bağlanmış olsa idi, bu halda onlar notarial qaydada – rəsmi şəkildə alqı-satqı müqaviləsi bağlayar və torpaq sahəsini də cavabdehə satardılar. Cavabdeh bildirir ki, guya ki, torpağın sənədi olmadığı üçün alqı-satqı müqaviləsi bağlamamışlar. Bu tamamilə yalandır. Çünki 2007-ci ildə onlar torpağı icarəyə verən zaman həmin torpaq sahəsinə dair qanuni dövlət aktı var idi. Alqı-satqı fikri olsa idi, həmin dövlət aktı ilə notarial qaydada müqavilə bağlayardı. Bundan başqa həmin torpaq sahəsinə dair 2015-ci ilin mart ayında rəsmi çıxarış da almışlar. Həmin vaxtı da cavabdehlə münasibətləri yaxşı idi. Çünki icarə münasibətləri 2017-ci ilədək mövcud idi. Əgər 2007-ci ildə şifahi şəkildə torpağı satmış olsa idik, 2015-ci ildə çıxarış alan zaman müqaviləni rəsmiləşdirərdilər (ən azından Cavabdeh bu barədə canfəşanlıq edərdi).

23. Hazırki halda cavabdehin ondan tələb etdiyi ümumilikdə 40591 manat məbləğində pul guya ki, cavabdehlə onun aramda bağlanmış 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanır. Qanunun tələbinə görə də daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi yazılı formada bağlanmalı və notarial qaydada təsdiq edilməlidir. Hazırki alqısatqı müqaviləsi isə yazılı qaydada bağlanmamış və notarial qaydada təsdiq edilməmişdir. Yəni ki, müqavilənin qanunla nəzərdə tutulmuş forma tələbinə riayət edilməmişdir. Formasına riayət edilmədiyi üçün də həmin müqavilə - əqd bağlandığı andan etibarsızdır. Cavabdeh da öz qarşılıqlı iddiasında ondan həmin müqavilə əsasında onun əsassız varlandığı məbləği, yəni pulu tələb edir. Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Yəni cavabdehin istinad etdiyi 2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olduğu üçün o, müqavilə üzrə ona verdiklərini 1 il ərzində tələb etməli idi. Yuxarıda göstərdiyi metodik vəsaitin tələbinə görə, hazırki halda onun ilk iddiasına iddia müddəti tətbiq edilə bilmədiyi halda, cavabdedin qarşılıqlı iddiasına 1 illik iddia müddəti tətbiq edilməlidir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.

24. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)- 1076/2024 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsini və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. İddiaçı Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı qismən təmin edərkən təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

33. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən də olsa təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinə əsaslanaraq bildirmişir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Məhkəmə həmin qənaətini bu qətnamənin 11-15-ci bəndlərində göstərilmiş dəlillərlə əsaslandıraraq hesab etmişdir ki, 2007-ci ildə torpaq sahəsinin dəyərinin 4000 manatdan hazırki 25.400 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Qanunun tələbinə görə, əmlaka sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibindən alındığı andan yaranır Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə yarana bilər. Mülki Məcəllənin 1094-cü maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Cavabdeh qarşılıqlı iddia ərizəsində torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun dəyərinin alınmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddianın həcmini artıran cavabdeh torpaq sahəsində yonca əkdiyini və həmin yoncanın iddiaçı tərəfindən biçildiyini iddia etməklə yoncanın dəyəri olan 10.000 manat pulu da iddiaçıdan tələb etmişdir. Sonradan qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə verən cavabdeh yoncanın iddiaçı tərəfindən biçilməsi ilə əlaqədar əldən çıxmış fayda olaraq 8000 manat pul tələb etmişdir. Buna baxmayaraq, cavabdeh torpaq sahəsində hər hansı yaxşılaşdırmalar etdiyi, yonca əkdiyi, həmin yoncanın iddiaçı tərəfindən biçildiyi barədə heç bir sübut təqdim etməmişdir. "xxxx" MMC-nin 29 iyul 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Yevlax rayonu Malbinəsi kəndi ərazisində yerləşən 2.6065 ha torpaq sahəsinin orta bazar qiyməti 25400 manat təşkil edir. Kollegiya qeyd edir ki, həmin rəydə torpaq sahəsinin rəy verilən günə olan bazar dəyəri müəyyən edilmişdir. Rəydə torpaqda hər hansı yaxşılaşmalar olunması öz əksini tapmır. Müəyyən edilən qiymət də heç bir yaxşılaşdırmanı əhatə etmir. Bundan başqa, cavabdeh məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarda torpaq sahəsini istifadə etdiyi müddətdə həmin torpaq sahəsinə görə ödənilən subsidiyaları aldığını, torpaq sahəsində çoxillik yonca əkdiyini və məhsulu biçərək gəlir götürdüyünü bildirmişdir. Həmçinin, birinci instansiya məhkəmsi tərəfindən iddia tələbinin yonca ilə əlaqədar əldən çıxmış faydaya aid hissəsi təmin edilməmişdir. Cavabdeh də qətnaməni həmin hissədə mübahisələndirməməklə qətnamədən apellyasiya şikayəti verməmişdir.

34. Cavabdehin iddiaçıdan torpağın hazırki bazar qiymətinə uyğun dəyərini tələb etməsinə gəldikdə isə, belə bir tələb təmin oluna bilməz. Hazırki halda cavabdeh torpaq sahəsini iddiaçıdan icarəyə götürmüş və aralarında olan icarə münasibətlərinə uyğun istifadə etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı və cavabdeh arasında münasibətlərin alqı-satqı olduğu qənaətinə gəlmiş və bu mövqeyini şahid ifadələri ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı münasibətlər şahid ifadələri ilə sübut edilmiş hesab edilə bilməz. Cavabdeh torpaq sahəsini icarə münasibətləri ilə deyil, alqı-satqı münasibətləri ilə əldə etdiyini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh bildirir ki, guya ki, torpağın sənədi olmadığı üçün alqı-satqı müqaviləsi bağlamamışlar. Bu tamamilə yalandır. Çünki 2007-ci ildə onlar torpağı icarəyə verən zaman həmin torpaq sahəsinə dair qanuni dövlət aktı var idi. Alqı-satqı fikri olsa idi, həmin dövlət aktı ilə notarial qaydada müqavilə bağlayardı. İş materiallarından görünür ki, həqiqətən də JN 0028 KOD ********* nömrəli Dövlət Aktı 29 noyabr 1999-cu ildə verilmişdir. X15 əsasən mübahisəli torpaq sahəsi X1, İddiaçı, X3 və X2 müklkiyyətində olmuşdur. Bundan başqa həmin torpaq sahəsinə sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********89 reyestr nömrəli Çıxarış 26 mart 2015ci il tarixdə verilmişdir. Lakin cavabdeh tərəfindən iddia etdiyi alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi istiqamətində cəhdlər edilməsi görünmür. Cavabdeh sənədlərdə natamamlıq olduğundan rəsmiləşdirmə edə bilmədiklərini göstərsə də, sənədlərdə hansı natamamlıq olduğunu bildirməmiş, bu barədə də məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir.

35. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

36. Cavabdeh qarşılıqlı iddia iddiasında məhkəmə məsrəflərini təşkil edən 1010 manatın, yəni 240 manat ödənilmiş dövlət rüsumunun, 450 manat mütəxəssis rəyinin alınması haqqının və 320 manat vəkil haqqının da iddiaçıdan tutulmasını tələb etmişdir. Kollegiya bu barədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda qarşılıq iddia rədd edildiyindən həmin məsrəflər də cavabdehin özünə aid edilməlidir.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qarşılıqlı iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın 25.400 manat pul, 240 manat ödənilmiş dövlət rüsumu, 450 manat mütəxəssis rəyi və 320 manat vəkil haqqına aid təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası həmin hissələrdə də rədd edilməli, 150 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın 25.400 manat pul, 240 manat ödənilmiş dövlət rüsumu, 450 manat mütəxəssis rəyi və 320 manat vəkil haqqına aid təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası həmin hissələrdə də rədd edilsin. 150 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar