Məhkəmə qərarları › İş №2(107)-1083/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1083/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1083/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49348,36 ABŞ dolları əsas, 62594,48 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 112832,88 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X7 məhkəməyə elektron qaydada iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 27 iyun 2024-cü il tarixli, 2(025)- 22/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138788,45 (bir yüz otuz səkkiz min yeddi yüz səksən səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 (dörd yüz səksən bir manat səksən iki qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi satılsın və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 376 (üç yüz yetmiş altı) manat məbləğində pulun Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh tərəfindən аpellyаsiyа şikаyətləri verilmişdir. Apellyasiya şikayətləri mümkün hesab edilmiş və məhkəmə baxışı 17 sentyabr 2024-cü il tarixdə, saat 12:00-a Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin sədri X10 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən 13 sentyabr 2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla bağlı 2(025)-22/2024 (Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1083/2024 nömrəli) nömrəli mülki işin Qəbələ Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər, cavabdehin və üçüncü şəxsin vəkili məhkəmə kollegeiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1083/2024 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1083/2024 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar