Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1086/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilməsiqət edilmişdir. İşin hаllаrı : İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikah dövründə gəlin köçdüyü və yaşadıqları Qəbələ rayonu Soltannuxa kəndində yerləşən evə övladı ilə birlikdə məcburi köçürülmələri barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə həyatı qurub evlənmişdir. Həmin nikahdan xx xxxx 2018-ci il tarixdə Kənan adlı övladı olmuşdur. Evləndiklərinin ilk aylarında mehriban yaşasalar da, sonradan cavabdehin ailəsi ilə aralarında mütəmadi olaraq söz-söhbətlər olmuşdur. Ailəsi gəlin olaraq onu saymamış, hər zaman təhqir etmişdir. Yaşadıqları həmin evdə qaynana, qaynata, baldızı, baldızın ailəsi və onlar yaşamışlar. Ancaq qaynanası və baldızları onu yola verməmişlər. Hazırda cavabdehlə ayrı yaşayırlar. xx xxxxxx 2019-cu il tarixli 2(025)-1107/2019 saylı qətnamə ilə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdehlə ailə quranda Qəbələ rayonu Soltannuxa kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin həyətdə başqa bir ev də vardır. Yəni məhəllədə iki ev mövcuddur. Gəlin köçdükdən sonra cavabdehlə birgə həmin evi təmir etdirmişlər, həmin həyətdə dörd otaqlı ev vardır. Cavabdehin ailəsinin yaşadıqları ev köhnə olsa da, 4 otaqlı ev təmirli və şəraitlidir. Həmin evdə bir il yaşamasına baxmayaraq əziyyəti çox olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh onu evə qoymur, evdən çıxarmış və aralarındakı nikah pozulduqdan sonra ev buraxmayacağını ona bildirmişdir. Onu və övladını evdən qovduğu üçün hazırda atasının evində qalır. Bu vəziyyət də heç də ürəkaçan deyildir. Nəticə etibarı ilə özünə və doğmalarına bir sıra maddi çətinliklər yaradır. Belə ki, övladı ilə ata və ananın yanında daha uzun müddət yaşaya bilmir, çünki onların yaşayışı da acınacaqlıdır. Övladını sağlam mühitdə böyüdə bilmir. Bu həm də onun gələcəkdə təhsili üçün maneələr yaradacaqdır. Cavabdeh isə ata olaraq heç uşaqla maraqlanmır. Ana kimi istəyir ki, uşağının qayğısına qalsın, rahat şəraitdə yaşasın. Çarəsiz ana olaraq indidən bilmir hara getsin və harada yaşasın. İşsizdir, əgər kirayəşin olaraq yaşamalı olsa vəziyyəti dahada ağırlaşar və övladı da təhsildən tamamilə uzaqlaşar. Evə gəlin köçən zaman kredit alıb evi təmir etdirmişlər. Hesab edir ki, istəyi qanunidir. Buna görədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçının evə köçürülməsinə qəti etiraz edir. Belə ki, sözügedən ev 2012-ci ildə atası tərəfindən inşa edilmişdir. 2017-ci ildə isə atası həmin evi təmir etdirmişdir. Mübahisəli evdə hazırda o, valideynləri ilə yaşayır. İddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra evlənməmişdir. İddiaçı onunla ailə olduğu zaman evdə daim söz-söhbət yaratmış və bu səbəbdən aralarında mütəmadi olaraq dava-dalaş olmuşdur. Bir-birini qətiyyən başa düşməmişlər. Buna görə də iddiaçının anasına zəng edərək onu ya başa salmasını və ya da özləri ilə aparmasını bildirmişdir. Könülün anası gələrək iddiaçını evinə aparmışdır. Bundan sonra aralarındakı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Bu müddətdə də dəfələrlə iddiaçı ilə barışması üçün şərait yaratmışdır. Lakin aralarında barışıq olmadığı üçün nikahları məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qərarı ilə birgə nikahdan doğulmuş uşağın saxlanması üçün 120 manat aliment və əlavə müalicə xərcləri üçün 100 manat ondan tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Həm alimenti və həm də əlavə müalicə xərclərini mütəmadi olaraq iddiaçıya ödəyir. Evin təmir olunmasında iddiaçının heç bir köməyi də olmamışdır. İddiaçının evdən çıxıb getməsində isə onun və ya ailəsinin yəni, ata və anasının heç bir günahı olmamışdır. İddiaçı evdən özü çıxıb getmişdir. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında X3 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, iddiaçının atasıdır. Qızı ailə qurandan sonra baldızı və onun ailəsi onlarla birgə qalıblar. Buna görə də evdə daim söz-söhbətləri olmuşdur. Belə münasibətlərə görə iyun 2018-ci ildə cavabdeh onun arvadına zəng edərək «gəlin qızınızı aparın ya da bayıra atacağam» demişdir. Belə olanda o, arvadı və qardaşının arvadı Könülü cavabdehin evindən gətirmək üçün cavabdehin yaşadığı evə getmişdir. Lakin o, cavabdehin yaşadığı həyətə daxil olmamışdır. Bundan sonra da cavabdeh ailəsinin bərpası üçün cəhd etməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında X9 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh atasıdır. Sözügedən evi o, 2012-ci ildə tikmiş və 2017-ci ildə təmir etdirmişdir. Asim isə iddiaçı ilə 2017-ci ildə ailə qurmuşdur. İddiaçı onun oğlu ilə ailəli olan zaman hər gün onu işə aparıb gətirmişdir. Bir gün Könülü işdən evə gətirəndə böyük səhvlər etdiyini ona bildirmiş və bu hərəkətlərinə son qoymağı tələb etmişdir. Çünki, onların arasında daim söz-söhbət olmuş və bir-birini başa düşməmişlər. Bu səbəbdən də bir gün oğlu iddiaçının anasına zəng edərək ya qızın başa salınmasını və ya da özləri ilə aparmasını bildirmişdir. İddiaçının anası bu söhbətdən sonra gəlib onları barışdırmağa cəhd etmədən Könülü özləri ilə aparmışdır. İddiaçı evdən gedəndə arvadı ondan getməməyi tələb etsə də, sonuncu buna baxmayaraq evdən çıxıb getmişdir. Hazırda həmin evdə arvadı və oğlu ilə birlikdə yaşayır. İddiaçının evə köçürülməsinə qəti etiraz edir, çünki sözügedən ev onun əmlakıdır və buna görə də hesab edir ki, Könül onun əmlakı olan evə köçürülə bilməz. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində bildirmişdir ki, o, cavabdehin atasının qohumudur və usta işləyir. Həmin evi 2012-ci ildə Rasim kişi tikdirmiş və o da orada usta işləmişdir. Sonradan həmin evdə toyqabağı təmir işləri görmüşdür. Birinci instansiya məhkəməsi iş üzrə iddiaçının, cavabdehin və şahidlərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)1107/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qətnamə ilə tərəflər arasında Qəbələ Regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə qeydə alınmış 309 nömrəli nikahın pozulması və tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2018-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Soltanxuna kəndində Cavabdeh adına 339.3 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.37 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq Cavabdeh (torpaq ümumi birgə) X9 (fərdi ev tam, torpaq ümumi birgə) X2, X6 və X7 (torpaq ümumi birgə) qeyd olunmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə tərtib etdiyi inventar nömrəsi 406-88/427 olan «Fərdi yaşayış evinin texniki pasportu»ndan görünür ki, həmin pasport fərdi yaşayış evi X4 adına olduğu üçün texniki pasport da onun adına tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ünvanladığı **********96 nömrəli məktubda Cavabdeh adına Qəbələ rayonu Soltannuxa kəndində 5 nəfər ailə üzvü (valideynləri) ilə birlikdə 0,37 ha həyətyanı torpaq sahəsi (JN-219 H olan şəhadətnamə) və 0.77 həyətyanı torpaq sahəsi (JN-219G olan şəhadətnamə) olduğu, lakin xx.xx.2018-ci il tarixli 4Ə-540 saylı alqı-satqı müqaviləsinə əsasən 0,77 ha həyətyanı torpaq sahəsindən 0,30 ha hissəsinin özgəninkiləşdirildiyi qeyd olunmuşdur. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. İddiaçıQəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : İddiaçı аpelyаsiyа şikаyətində qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin məlum qətnaməsi ilə mənim və azyaşlı uşağımızın qanunla qorunan bütün hüquq və mənafelərimizin kəskin pozulduğundan, həmçinin, sözügedən qətnamə maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməli və iddia tələbimin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən; Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin Həmin Məcəllənin 217.1 maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Yuxarıda sadalanan bütün imperativ prosessual normalar işə baxan birinci instansiya məhkəməsi tərəfindən birmənalı və qərəzli olaraq pozulmuş və nəticə etibarı ilə bu cür qeyri obyektiv və tam olaraq qanunsuz məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, Cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşam və ailə qurduğum ilk gündən də, özümə məxsus olan cehiz əşyalarımla birlikdə, cavabdehin valideyinlərinin yaşadığı, Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, ayrıca və yeni inşa edilmiş 4 otaqlı və bir zalı olan fərdi yaşayış evinə gəlin köçüb həmin evdə, ailə üzvü kimi Cavabdehlə yaşamağa və birgə təsərrüfat aparmağa başlamışam. Cavabdehlə birgə nikahımızdan bizim xx xxxx 2018-ci il təvəllüdlü, X11 adlı bir oğul övladımız doğulmuşdur. Ailə həyatımızın ilk vaxtlarında Cavabdehlə mehriban yaşasaq da, sonradan, cavabdehin anasının və bacılarının tez-tez bizim ayrıca yaşadığımız evə get-gəl edib, bizim ailə işlərimizə mütamadi müdaxilələri səbəbindən, cavabdehlə aramızdakı münasibətlərimiz pisləşmiş və nəticədə cavabdeh öz ana və bacıları ilə birlikdə məni azyaşlı uşağımızla birgə həmin evdən çıxarıb, ata evimə yola salmışlar. İddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşadığımız evdən çıxaran Cavabdeh az sonra nikahımızın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.1019-cu il tarixli, İş №-2(025)-1107/2019 saylı qətnaməsi ilə aramızda bağlanmış nikahın pozulması və birgə nikahımızdan doğulmuş xx xxxx 2018-ci təvəllüdlü X5 mənim yanımda saxlanılması müəyyən olunmuşdur. Cavabdeh mənə azyaşlı uşağımızla birgə mübahisəli evə qayıdıb, orada yaşamağımıza icazə vermədiyindən və həmçinin bizim yaşamağa başqa yaşayış yerimizin olmadığından hazırda mən azyaşlı uşağımızla birlikdə öz valideynlərimin yaşadığı evdə müvəqqəti məskunlaşaraq, onların himayəsində yaşayırıq ki, həmin mənzildə də uşağımızın normal böyüməsi üçün lazımi şərait də yoxdur. Bu isə özlüyündə uşağımızın sağlam böyüməsinə və inkişafına kəskin mənfi təsirini göstərməkdədir. Uşaqların azyaşlı olduğu səbəbindən mən işləyə bilmədiyimdən, digər bir yerdə də, kirayəşin yaşamağa mənim heç bir maddi imkanım yoxdur. Qeyd etmək istərdim ki, Cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olub, özümə məxsus cehiz əşyalarımla birlikdə, cavabdehin valideyinlərinin yaşadığı Qəbələ rayonu, Soltannuxa kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ayrıca və yeni inşa edilmiş 4 otaqlı və bir zalı olan fərdi yaşayış evinə gəlin köçüb, cavabdehlə birgə yaşamağa başladığım zamanda, həmin mübahisəli evin hələ özbaşına tikili olmasına, mənə məxsus cehiz və s. əşyalarımın mübahisəli evdə olmasına, azyaşlı uşağımızın küçələrdə yaşamaq məcburiyyəti ilə üzləşməsi kimi işin olduqca vacib və önəmli hallarına işə baxan İ instansiya məhkəməsi nədənsə qəti olaraq heç bir qiymət belə verməmiş, yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, hazırki iş məhkəmədə araşdırılan zaman ərzində cavabdehin atasının adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarış üzrə, cavabdehin atasının mülkiyyət hüquqlarını əsas gətirərək, tam qanunsuz olaraq mənim iddia tələbimi təmin etməmişdir. Halbuki, həmin çıxarışın mənim gəlin köçüb yaşadığım evə heç bir aidiyyəti da belə yoxdur. İşin yuxarıda şərh olunan, diqqətəlaiq hallarından da göründüyü kimi, işə baxan Qəbələ Rayon Məhkəməsi maddi və prosesual hüquq normalarının tədbiqində kobud qanun pozuntularına, səhvlərə yol verməklə ədalətsiz və heç bir məntiqə uyğun olmayan qətnamə qəbul etmiş və həmin səbəblərdən də hesab edirəm ki, Qəbələ Rayon Məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilərək, mənim iddia tələbimin təmin edilməsinə dair yeni qətnamə qəbu edilməlidir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin iş №-2(025)-237/2020 saylı iş üzrə, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbini təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, tərəflər arasında nikah Qəbələ Regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 309 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından xx xxxx 2018-ci il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə İddiaçı 2018-ci ilin iyun ayının 20-də gəlin köçdüyü evdən çıxaraq valideynləri ilə getmiş və onların yaşadıqları evdə yaşamağa başlamışdır. Bundan sonra Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1107/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Qeyd edilən məhkəmə qətnaməsində də qeyd olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət edən zaman “cavabdehlə qısa müddət ərzində mehriban yaşasalar da sonradan xasiyyətlərinin uyğunsuzluğu səbəbindən mübahisələr yarandığını və bu səbəbdən də xx.xx.2018-ci il tarixdən faktiki olaraq ayrıldıqlarını” bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********62-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» Cavabdeh adına verilmiş olsa da çıxarışla tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinin tam hüquq hüquq sahibi olaraq cavabdehin atası X8r. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə tərtib etdiyi inventar nömrəsi 406-88/427 olan «fərdi yaşayış evinin texniki pasportu» ilə də təsdiq olunur. Çıxarışın xx.xx.2020ci il olaraq göstərilən qeydiyyat tarixin tərəflər arasında nikah bağlanaraq iddiaçının gəlin köçdüyü (xx xxxxxx 2017-ci il) tarixlə müqayisəli təhlili isə mübahisəli evə mülkiyyət hüququnun sonradan dövlət qeydiyyatına alındığına dəlalət edir. Göstərilən xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mənzildən istifadə üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 01-dən sonra yarandığından İddiaçı mənzilin mülkiyyətçisi X1 ailə üzvləri kateqoriyasına aid edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, İddiaçı evin gəlini kimi onun ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hər bir halda mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi tələbi təmin edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evəköçürülmə» tələbinə dair iddiası əsassızdır və buna görədə birinci instansiya məhkəməsi həmin tələbi təmin etməməkdə haqlı olmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı sözügedən torpaq sahəsi üzərində 2-ci bir evin cavabdehlə birgə tikdirdiyi və orada yaşadığı dəlili ilə çıxış etsə də o, məhkəməyə bununla bağlı heç bir subut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası onun bu dəlilləri ilə razılaşmır. Övladı ilə birlikdə məcburi köçürülməyini iddia edən İddiaçı iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evinin təmirində iştirak etdiyini qeyd etsə də, iddiaçının fikirlərinə tənqidi yanaşan məhkəmə qeyd edir ki, o, tələbinin əsaslandığı hallara dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə iddiaçıya münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-237/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1086/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1086/2020
14.05.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver