Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1086/2025 14.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadından İddiaçı2 оğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birlikdə verilmiş “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, 2(051)-359/2015 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan **********96-05101-093012 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir (hakim Güləndam Quliyeva). Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və eləcə də, “apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, 2(051)-359/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadı ilə Cavabdeh1 “Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, 2(051)-359/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilərək, həmin Qərardadda qərara alınmışdır ki: - “Şikayət təmin edilsin. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-359/2025 saylı qərardadı ləğv edilsin. - Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-359/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddət bərpa edilsin. - Cavabdeh1 verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.” Həmin qərardaddan narazı qalan İddiaçı2 оğlu şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2(051)- 359/2025 nömrəli qərardadından İddiaçı2 оğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadından İddiaçı2 оğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)- 359/2015 nömrəli qərardadından İddiaçı2 оğlu tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 2(051)-359/2015 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(051)-359/2015 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti versə də, həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2 saylı Əlavəsinə uyğun tərtib edilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 359/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Lakin, həmin qərardadda onun apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddəti hakim tərəfindən müəyyən edilməmişdir. Daha sonra isə cavabdeh yenidən apellyasiya şikayəti vermiş və apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-359/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)–359/2025 saylı qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 359/2025 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 xx.xx.2025-ci il tarixdə şikayət (ərizə) ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)–359/2025 nömrəli qərardadının ləğv edilərək xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti üzrə üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və mülki iş materiallarının apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)– 359/2025 saylı qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)– 359/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət (ərizə) geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 xx.xx.2025-ci il tarixdə şikayətlə məhkəməyə yenidən müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)–359/2025 nömrəli qərardadının ləğv edilərək, xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti üzrə üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və mülki iş materiallarının apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)–359/2025 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra cavabdeh Cavadzadə X1 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)–359/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti üzrə üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və mülki iş materiallarının apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)– 359/2025 qərardadı ilə Cavabdeh1 qərardaddan şikayət vermə müddətini ötürdüyündən və buraxılmış müddətin bərpası barədə vəsatət verilmədiyindən şikayət geri qaytarılmışdır. Cavabdeh1 16 avqust 2025-ci il tarixdə yenidən şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli 2(051)–359/2025 nömrəli qərardadının ləğv edilərək xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti üzrə üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və mülki iş materiallarının apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)–359/2025 qərardadı ilə, şikayət müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh1 29 avqust 2025-ci il tarixdə yenidən şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli 2(051)–359/2025 nömrəli qərardadının ləğv edilərək xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayəti üzrə üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və mülki iş materiallarının apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)–359/2025 qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-359/2025 saylı qərardadının ləğv edilməsi, Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-359/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi, Cavabdeh1 verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)–359/2025 qərardadı ilə razı olmayan İddiaçı2 şikayət vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, Mingəçevir Şəhər Məhkəməsi 03 sentyabr 2025-ci il tarixli, 2(051)– 359/2025 nömrəli qərardadı ilə Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-359/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsini əsaslı hesab etmiş və Cavabdeh1 verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı2 isə həmin qərardadın əsassız olduğunu bildirərək, ləğv edilməsi barədə şikayət vermişdir. Birinci instansiya məhkəməsi İddiaçı2 şikayətində göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 oğu ilk dəfə qanunla müəyyən edilmiş müddət çərçivəsində qətnamədən apellyasiya şikayəti vermişdir. Bundan sonra da o, dəfələrlə şikayət vermiş, lakin müxtəlif əsaslarla şikayəti geri qaytarılmış və ya təmin edilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək, cavabdehin qətnamədən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmamamış və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsi - 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadı ilə Cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, 2(051)-359/2015 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsini təmin etməkdə və eləcə də, həmin qərardaddan İddiaçı2 оğlunun verdiyi hazırkı şikayəti 10 oktyabr 2025-ci il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və Mingəçevir Şəhər Məhkəməsi 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, İddiaçı2 оğlu tərəfindən verilmiş şikayət təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı və hazırkı mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, 2(051)-359/2015 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadından İddiaçı2 оğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(051)-359/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il il tarixli, 2(051)-359/2015 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1086/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1086/2025
14.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver