Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1088/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)- 178/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş Apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-178/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia tələbi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə barədə tələbi rədd edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Zaqatala rayonu Faldar kəndində yerləşən ümumi sahəsi 177 kv.m., yaşayış sahəsi 137 kv.m. olan iki mərtəbəli, kürsülü, dörd otaqlı yaşayış evindən onun və 22 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 və 20 iyul 2018-ci il tarixdə anadan olmuş X3 istifadə hüquqlarının tanınmasına və qeyd edilən evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 24 noyabr 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir və onların birgə nikahından 22 dekabr 2011-ci il tarixdə X4 və 20 iyul 2018- ci il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Buna səbəb xasiyyətlərinin uyğun gəlməməsi, bir birilərini başa düşməmələri olmuşdur. Cavabdehlə avqust ayından ayrı yaşayır. Hazırda uşaqları onun himayəsindədir. O, uşaqları ilə birgə valideynlərinin yanında yaşayır. O, nikahının ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Zaqatala rayon məhkəməsinin 11.11.2020-ci il tarixli 2(033)-901/2020 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah aktı qeydinin ləğv edilməsi qət edilmişdir. O, cavabdehə 24 noyabr 2010cu il tarixdə rəsmi nikahla gəlin kimi qaynatasının evinə ərə köçmüşdür. Ərə köçdükdən sonra keçmiş yoldaşının valideynləri vəfat etmişdir. Bundan sonra 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı həmin ev zəlzələdən sonra dağılmış və yerinə Fövqaladə Hallar Nazirliyi tərəfindən keçmiş yoldaşı Cavabdeh adına Zaqatala rayonu Faldar kəndində yerləşən ümumi sahəsi 177 kv.m, yaşayış sahəsi 137 kv.m olan iki mərtəbəli kürsülü, dörd otaqlı ev tikilmişdir. Ev tikilib hazır olduqdan sonra o, keçmiş yoldaşı və uşaqları ilə birgə bu ilin avqust ayına kimi bir yerdə yaşamışlar. Bu fakt ərizəyə əlavə etdiyi Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Faldar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 17.11.2020-ci il tarixli 247 saylı arayışı ilə təsdiq olunur. Onun cehiz olaraq apardığı və nikahdan sonra ev üçün aldığı əşyalar da həmin evdə yerləşir. Lakin cavabdeh onu və uşaqlarını bir yerdə yaşadıqları evdə yaşamağa qoymur, evdən çıxarmışdır. Birgə nikahda əldə olunmuş əmlak üzərində onun mülkiyyət hüququ vardır. Sadəcə olaraq cavabdeh evin hüquqi sənədlərini hazırlamadığına görə mülkiyyət hüququ əldə edə bilməmişdir. Bundan əlavə onun hazırda yaşadığı valideynlərimə məxsus fərdi yaşayış evində valideynlərindən başqa qardaşı və onun ailə üzvləri də yaşamaqdadır. Onun iki uşağı ilə bir yerdə valideynlərinə məxsus evdə uzun müddət yaşaması həm onun, həm də valideynlərinin, qardaşının və onun ailə üzvlərinin normal həyat tərzinə müəyyən çətinliklər yaradır. O, heç bir yerdə işləmir və heç bir qazanc yeri yoxdur. Buna görə də, onun və iki uşağının normal şəraitdə yaşaması üçün keçmiş ərinə məxsus fərdi yaşayış evindən istifadə hüququnun verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən də o, 24.11.2010-cu il tarixdə iddiaçı ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Məhkəmənin qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. İddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edilən 17 noyabr 2020-ci il tarixdə Zaqatala RİHB-nın Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda onun da yaşadığı evin guya ona məxsus olması göstərilmişdir. Buna etiraz edir. İddia ərizəsində göstərilənlər tam yalandır. Belə ki, İddiaçı göstərmişdir ki, özü ərə köçdükdən sonra onun valideynləri vəfat etmişdir. Bundan sonra 2012-ci il tarixdə zəlzələ olmuş və dağılmış evin əvəzinə tikilmiş ev guya onun adına olmuşdur. Halbuki, o, ailə qurduqdan yəni, 24 noyabr 2010-cu il tarixdən sonra atasına məxsus evdə ailəsi və ata-anası ilə birlikdə yaşamışdır. 2012-ci ilin may ayında zəlzələdən sonra atasına məxsus ev dağılmış və əvəzində atasına dövlət tərəfindən ev tikilmişdir. Bu 30 noyabr 2020-ci il tarixli Zaqatala RİHB-nın Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş arayışla da tam təsdiqini tapmışdır. Həmin arayışda da evin atasına tikilməsi və ev tikildikdən sonra 06.10.2017-ci ildə atasının vəfat etməsi qeyd olunmuşdur. Bundan əlavə ev tikilən müddət ərzində anası da sağ olmuşdur. Lakin ev tikilib qurtarmadan anası 31.10.2012-ci vəfat etmişdir. Anasının vəfatından sonra ev tikilib qurtarmış və anasının yas mərasimi atası tərəfindən özünə məxsus olan bu evdə keçirilmişdir. Atası vəfat etdiyi günə kimi, yəni 06.10.2017-ci il tarixinə kimi öz evində yaşamışdır. İddiaçı iddia tələbində qeyd etdiyi fərdi yaşayış evi mərhum atasına məxsusdur və ona məxsus torpaq sahəsindədir, onun adına isə nə torpaq sahəsi, nə də fərdi yaşayış evi, mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 24 noyabr 2010-cu il tarixdə mərhum atasına məxsus evə onunla nikaha girməsi ilə əlaqədar köçürülmüş, lakin nikahlarının məhkəmə qaydasında pozulması ilə əlaqədar evdən getmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, Cavabdeh ilə 24 noyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların 22 dekabr 2011-ci il tarixdə X4 və 20 iyul 2018-ci il tarixdə isə X5 adlı iki övladları doğulmuşdur. Hər iki uşaq onun himayəsindədirlər. Zaqatala Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli 2(033)-901/2020 nömrəli qətnaməsi ilə aralarında olan nikah aktı qeydi ləğv edilmişdir. O, uşaqları ilə birlikdə 2020-ci ilin avqust ayınadək cavabdehin atası Talhət Məmmədova məxsus olmuş, AR FHNtərəfindən zəlzələdən sonra tikilmiş evdə yaşamışlar. Hazırda iki azyaşlı uşaqla birlikdə atasına məxsus evdə yaşayır. Həmin evdə həm də, qardaşı öz ailə üzvləri ilə birlikdə yaşayır. Bir evdə üç ailənin birlikdə yaşaması qeyri-mümkündür. O heç bir yerdə işləmir və özünə ayrıca yaşayış sahəsi almağa heç cür imkanı yoxdur. İki azyaşlı uşağın maddi ehtiyaclarını ödəməyə çətinlik çəkir. O və uşaqları mülkiyyətçinin ailə üzvləri hesab olunurlar. Mülkiyyətçi tərəfindən həmin evə köçürülmüş, sonradan isə iki övladı həmin evdə dünyaya gəlmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)- 178/2021 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-178/2021 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,işə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Zaqatala rayonu İcra Hakimiyyəti Faldarlı kənd inzibati ərazi dairəsi tərəfindən 17 noyabr 2020-ci il tarixdə verilmiş 246 nömrəli arayışdan görünür ki, İddiaçı 2011-ci il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri vardır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-901/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2010-cu il tarixli nikah qeydi pozulmuş, onların birgə nikahından 22 dekabr 2011-ci il tarixdə anadan olmuş X4 və 20 iyul 2018-ci il tarixdə anadan olmuş X5 anaları İddiaçı himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 26 avqust 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Zaqatala rayonu İcra Hakimiyyəti Faldarlı kənd inzibati ərazi dairəsi tərəfindən 17 noyabr 2020-ci il tarixdə verilmiş 247 nömrəli arayışdan görünür ki, 5 nömrəli təsərrüfatbaşına kitabın 20-ci səhifəsinə əsasən ümumi sahəsi 177 kv.m., yaşayış sahəsi 137 kv.m. olan iki mərtəbəli kürsülü, dörd otaqlı evi vardır. Evdə Cavabdeh, arvadı-İddiaçı, qızı- X4 və qızı- X5 yaşamışdır. Hal-hazırda İddiaçı iki azyaşlı uşaqları ilə birlikdə ailə münaqişəsi olduğu üçün atası X6 evində yaşayır. Zaqatala rayonu İcra Hakimiyyəti Faldarlı kənd inzibati ərazi dairəsi tərəfindən 30 noyabr 2020-ci il tarixdə verilmiş 256 nömrəli arayışdan görünür ki, Cavabdeh 5 nömrəli təsərrüfatbaşına kitabın 20-ci səhifəsinə əsasən ümumi sahəsi 177 kv.m., yaşayış sahəsi 137 kv.m. olan iki mərtəbəli kürsülü, dörd otaqlı evində yaşayır. 2012-ci ildə baş vermiş zəlzələ zamanı Cavabdeh atası X7 adına olan qəzalı vəziyyətə düşmüş evin əvəzinə FHN-i tərəfindən X7 adına yeni ev tikilmişdir. 03 oktyabr 2017- ci ildə X11 vəfat edənə kimi oğlu-Cavabdeh və onun ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazıra qədər həmin evdə Cavabdeh, arvadı-İddiaçı, qızı- X4 və qızı- X5 yaşamışdır. Hal-hazırda İddiaçı iki azyaşlı uşaqları ilə birlikdə ailə münaqişəsi olduğu üçün atası X6 evində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 12.02.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində yerləşən 123,10 kv.m. fərdi yaşayış evi X8 adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində fərdi yaşayış evinin texniki pasportu (inventar nömrəsi 2069) işlənilməklə qeydiyyata alınmışdır. Beləliklə iş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki, İddiaçı Cavabdeh ilə 24 noyabr 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişdir və onların birgə nikahından 22 dekabr 2011-ci il tarixdə X4 və 20 iyul 2018-ci il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra onlar Zaqatala rayonu Faldarlı kəndində yerləşən cavabdehin atası X8 mülkiyyətində olan evdə yaşamışlar. 2012-ci ilin may ayında zəlzələdən sonra cavabdehin atasına məxsus ev dağılmış və əvəzində atasına FHN tərəfindən ev tikilmişdir. 2020-ci ilin avqust ayında iddiaçı uşaqları ilə birlikdə evi tərk etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Zaqatala rayonu, Faldarlı kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində yerləşən 123,10 kv.m. fərdi yaşayış evi cavabdehin atası-X8 adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İşin faktiki hallarında görünür ki, 2012-ci ildə baş vermiş zəlzələ zamanı Cavabdeh atası X8 adına olan qəzalı vəziyyətə düşmüş evin əvəzinə FHN-i tərəfindən sonuncunun adına yeni ev tikilmişdir. Həmin fərdi yaşayış evi qeydiyyata alınmışdır. İddiaçı rəsmi olaraq 24 noyabr 2010-cu il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş və cavabdehin atası X7 mülkiyyətində olan fərdi yaşayış evində birlikdə yaşamışlar. İddiaçı həmin evdə 2020-ci ilin avqust ayınadək yaşamışdır. İddiaçı, 2020-ci il avqust ayında 2 azyaşlı uşağı ilə birlikdə X8 mülkiyyətində olan fərdi yaşayış evini tərk edərək yaşamaq üçün atası evinə köçmüşdür. Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin arasında olan nikah qeydi ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında yaşayış sahələrindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmələrdə baxılması halları tənzimlənmişdir. İddiaçı cavabdehlə 24 noyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun atasının mülkiyyətində olan Zaqatala rayonu Faldarlı kəndində yerləşən fərdi yaşayış evinə köçdüyü işin mübahisə olunmayan halıdır. İddiaçı iddia edir ki, birgə nikahda əldə olunmuş əmlak üzərində onun mülkiyyət hüququ vardır. O və cavabdeh həmin evi birgə nikahda olduqları müddətdə FHN tərəfindən inşa edilmişdir. İşdən də görünür ki, hazırda mübahisələndirilən ev cavabdehin atası-X8 adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində fərdi yaşayış evinin texniki pasportu (inventar nömrəsi 2069) işlənilməklə qeydiyyata alınmışdır. Bununla bağlı məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının əsaslandırdığı hallar iddiaçının hazırki iddia tələbinin, yəni birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülməsinin təmin edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Məhkəmə kollegiyası eyni zamanda, iddianın “azyaşlı uşağın mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, məhkəmə haqlı olaraq iddia tələbi qeyd edilən hissədə də əsassız hesab etmiş, iddia tələbinin həmin hissədə də rədd edilməli olduğu qənaətinə gəlmişdir. İddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, və birgə nikahdan anadan olmuş iki azyaşlı nikah ləğv edildikdən sonra iddiaçının himayəsində saxlanıldığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi fərdi yaşayış evinin mülkiyyətçisi X7 ailə üzvü deyildir. Həmçinin iddiaçı ilə mülkiyyətçi arasında fərdi yaşayış evindən istifadə hüququna dair heç bir razılaşma olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-178/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Zaqatala Rayon Məhkəməsi iddianı təmin etməməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(033)-178/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1088/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1088/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver