Məhkəmə qərarları › İş №2(107)-1092/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1092/2020

11.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1092/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X5, Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-313/2020 nömrəli qətnaməsindən Cavabdeh ASC «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-313/2020 saylı qətnаməsi ilə (hakim Ə.Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh” ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 arasında bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin eribarsız sayılması, Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 xx xxxxxx 2019-cu il tarixli 440-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X8 2-ci dərəcə ilə nasos qurğularının maşinisti işinə bərpa edilməsi, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 xx xxxxxx 2019 saylı əmrinin ləğv edilməsi, Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 xx xxxxxx 2019-cu il tarixli 440-K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işə buraxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağı ilə əlaqədar ödədiyi 300 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcmini azaldaraq verdiyi izahatında göstərmişdir ki, o, xx xxxxxx 1992-ci ildə AzDRES-də, sonra isə struktur dəyişikliyi ilə xx xxxxx 2005-ci ildə Mingəçevir şəhər X13 maşınıst vəzifəsində çalışmışdır. xx xxxx 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. 2019-cu ilin yay aylarında X9 rəis təyin edilmişdir. M.Məmmədov təyin edildikdən təxminən bir ay sonra işçilərə bildirmişdir ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yenidən idarə ilə əmək müqaviləsi bağlayacaqdır. xx xxxxxxxx 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlanmışdır. Hətta onlara bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan son haqq-hesab veriləcək və həmin son haqq-hesabı o 2019-cu ilin sentyabr ayında almışdır. xx xxxxxx 2019-cu il tarixdə X2 52 saylı məktub ünvanlanmışdır. Məktubun məzmunu bu şəkildə olmuşdur: Nəzərinizə çatdırırıq ki, sizinlə Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X11 arasında bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam veriləcəkdir.” Məktubu aldığı günün sabahı gün isə İdarənin xx xxxxxx 2019-cu il tarixli 440-K saylı əmri ona poçt vasitəsilə gəlib çatmışdır. xx xxxxxx 2019-cu il tarixdə iş yerindən əmək kitabçasını götürərkən ona məlum olmuşdur ki, müdiriyyət onun xəbəri olmadan xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmək kitabçasında qeyd aparılmışdır. Həmin əmrin surətini o almamışdır. O başqa işə götürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O həmin idarədə daimi işlədiyindən heç bir halda onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməmişdir. Əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə əsasən 2-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinə nasos qurğularının maşinisti vəzifəsinə təyin edilməyi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməyi barədə hər hansı bənd yoxdur. O hesab edir ki, idarədə struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin adının dəyişdirilməsi ilə əlaqədar işəgötürənin onu müvəqqəti işəqəbul etməsi qanunsuzdur. Digər tərəfdən müdiriyyətin başqa işəgötürənlə əmək müqaviləsi bağlanması əsası ilə onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə qəbul etdiyi əmr qanunsuzdur. O, bildirmək istəyir ki, o ailə qurmamışdır və tək yaşayır. Ailənin yeganə qazanc gətirəni odur və başqa yerdən gəliri yoxdur. Ona görə də xx.xx.2019-cu il tarixdə onun Cavabdeh” ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 arasında bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin eribarsız sayılması, Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 xx xxxxxx 2019-cu il tarixli 440-K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işə buraxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağı ilə əlaqədar ödədiyi 300 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsivəkili X12 İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, İddiaçı “işə bərpa” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia ərizəsi qanunsuz və əsassız hesab edir. Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli, 328 saylı Qərarı ilə Cavabdeh ASC-nin tabe idarələrində struktur dəyişikliyi olmuşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri, o cümlədən X6 işçiləri əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul olunmuşdur. İddiaçı ilə xx xxxxxxxx 2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanmış və 405K saylı əmr verilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixində bitdiyinə görə xx.xx.2019-cu il tarixində B.M.Rzayevə “əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıq” verilmişdir. İddiaçı xəbərdarlıq ilə tanış olmasına baxmayaraq xəbərdarlığı qəbul etməkdən imtin etmiş və bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq və aktın surəti poçt vasitəsi ilə iddiaçının ünvanına göndərilmiş, iddiaçı sənədləri rəsmi qaydada almışdır. İdarənin xx xxxxxx 2019-cu il tarixli 440K saylı əmrinə əsasən B.M.Rzayevin əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə xitam verilmişdir. İddiaçı əmrin surətini almaqdan imtina etdiyinə görə xx xxxxxx 2019-cu il tarixində əmrin surəti və xidməti vəsiqə təqdim olunmaqla əmək kitabçasının götürülməsi barədə məktub ünvanına poçt vasitəsilə göndərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinə uyğun əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin 45-ci maddəsinə, əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvız edilə bilməz. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri isə əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Əmək qanunvericiliyini nəzərə alaraq hesab edir ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırki əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəgötürən tərəfindən heç bir qanunsuz addın atılmamışdır. İddiaçının ərizədə göstərdiyi hallar həqiqətə uyğun deyildir və onların heç bir hüquqi əsası yoxdur. Bundan əlavə iddiaçı iddia tələbinin azaldalması barədə ərizə versə də əslində ərizədə iddia tələbinin həcmi artırılmışdır. İddia tələbi tam qanunsuz və əsassızdır. Sözügedən tələb üzrə isə iddia müddəti ötmüşdür. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cаvаbdeh Cavabdeh ASC «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixində bitdiyinə görə xx.xx.2019-cu il tarixində iddiaçıya “əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq verilmişdir. Lakin, İddiaçı xəbərdarlıqla tanış olmasına baxmayaraq onu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Xəbərdarlıq və aktın surəti poçt vasitəsilə iddiaçının ünvanına göndərilmiş, o, sənədləri rəsmi qaydada qəbul etmişdir. X6 xx.xx.2019-cu il, 440k saylı əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. İddiaçı əmrin surətini almaqdan imtina etdiyinə görə xx.xx.2019-cu il tarixində əmrin surəti və xidməti vəsiqə təqdim olunmaqla əmək kitabçasının götürülməsi barədə məktub poçt vasitəsilə onun ünvanına göndərilmişdir. İddiaçı işdən azad olunmasını qanunsuz hesab edərək məhkəməyə müraciət etsə də, işin faktiki hallarından məlum olur ki, işçinin işə qəbul və azad edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, o qanunvericiliyin müvafiq qaydalarına uyğun şəkildə işdən azad edilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-313/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 bildirdi ki, vaxtı ilə İddiaçı Cavabdeh ASC xxxxxxxxxxxxxxxxx MMC-nin X7 maşinist kimi işləmişdir. Sonradan regionlaşma ilə bağlı bütün rayonlarda işçilərin təxirə salınması ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. işdə Cavabdeh ASC-nin müvafiq əmri olmuşdur. İşə götürülən zaman İddiaçı ilə əmək müqaviləsi imzalamışdır. Əmək müqviləsi müddətli olaraq üç ay müddətinə bağlanmışdır. İddiaçı əmək müqaviləsinə şəxsən imza etmişdir. Qarşı tərəf iddia verib ki, əmək müqaviləsinin bütün vərəqləri imzalanmalıdır. Lakin, əmək məcəlləsinə olunmuş son dəyişikliyə əsasən əmək müqaviləsi elektorn portalda yerləşdirildiyi vaxtdan qüvvəyə minir. O, məhkəməyə elektron portaldan çıxarış təqdim etmişdir. Maşinist vəzifəsi fiziki güc tələb edən işdir. Vaxtilə həmin ştatlar mövcud olmuşdur. Daxili əmr qəbul edilmişdir ki, maşinist vəzifəsinə xanımların qəbulu da məqsədə müvafiq hesab edilməsin. Əmək müqaviləsinin müddəti bitdiyi üçün xanıma xəbərdarlıq edilməklə əmək müqaviləsinə xitam verilmiş və bu barədə portala müvafiq məlumatlar daxil edilmişdir. Əmək qanunvericiliyinin pozulmasına cəmiyyət tərəfindən yol verilməmişdir. Apelasyiya şikayətini müdafiə edir. Ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, İddiaçı ilə yanaşı daha üç xanımın işi idarədə oturub vaxtlarını boş keçirməkdən ibarət olmuşdur. Onların yerinə əziyyəti idarənin eyni ştata daxil olan kişi işçiləri çəkmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X12 bildirdi ki, cavabdeh tərəfin çıxışından məlum olur ki, onu müqvilənin bitməsinə görə deyil, işdə vaxtını boş keçirməsinə görə işdən çıxarıblar. Apelyasiya şikayətində irəli sürülən dəlillər isə tamamilə başqadır. Əmək müqaviləsinin bütün səhifələri imzalanmamış, eləcədə bir nüsxəsi İddiaçı təqdim edilməmişdir. Bundan əlavə İddiaçı nə işdən çıxarılma, nə də əmək kitabçasında müddətli əmək müqaviləsi üzrə işləməsi qeyd edilməmişdir. Şəxsin 1992-ci ildən müddətsiz əmək müqaviləsi işlədiyi halda, yenidən müddətli əmək müqaviləsi üzrə işləməsi məntiqli görünmür. İş materiallarından İddiaçı nə qədər haqlı olduğu görünür. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-313/2020 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. MPM-in 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-313/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 440-K saylı, xx xxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmiş və ona xx.xx.2019-cu il tarixdən – xx.xx.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 5 təqvim günü pul əvəzi ödənilməsi qeyd edilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 52 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində xitam veriləcəkdir. İşə əlavə olunmuş Cavabdeh ASC xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxx” MMC-nin idarəetmə aparatının və tabeliyində olan idarələrin təsdiq edilmiş təşkilatı strukturlarını və ştat cədvəllərini rəhbərlik və icra üçün göndərilir. İşə əlavə olunmuş Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 405-K saylı, xx xxxxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən 2-ci dərəcə ilə Cavabdeh ASC-nin “xxxxxxxxxxxxxxxxx” MMC-nin X6 Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. İşə əlavə olunmuş Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin “X11”nin 588 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə işə qəbul edilmişdir. İşə əlavə olunmuş Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin “X11”nin 162-R saylı, xx xxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyəyə görə 31 təqvim günü pul əvəzi ödənilmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundan sonra mətndə ƏM-in) vəzifələri və prinsiplərindən bəhs edən 2-ci mаddəsinə görə ƏM işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir, ƏM fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir, ƏM əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək müqavilələrinə xitam verilməsinin əsaslarından bəhs edən ƏM-in 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Hazırda öyrənilən işdən bəlli olur ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Eyni zamanda İddiaçı qeyd etmişdir ki, o xx xxxxxx 1992-ci ildə AzDRES-də, sonra isə struktur dəyişikliyi ilə əlaqədar xx xxxxx 2005-ci ildə Mingəçevir şəhər X13 maşınıst vəzifəsində çalışmışdır. xx xxxx 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. 2019-cu ilin yay aylarında X9 rəis təyin edilmişdir. M.Məmmədov təyin edildikdən təxminən bir ay sonra işçilərə bildirmişdir ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yenidən idarə ilə əmək müqaviləsi bağlayacaqdır. xx xxxxxxxx 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlanmışdır. Hətta onlara bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan son haqqhesab veriləcək və həmin son haqq-hesabı o 2019-cu ilin sentyabr ayında almışdır. xx xxxxxx 2019-cu il tarixdə X2 52 saylı məktub ünvanlanmışdır. Məktubun məzmunu bu şəkildə olmuşdur: Nəzərinizə çatdırırıq ki, sizinlə Cavabdeh ASC “xxxxxxxxxxxxxxxxx” MMC-nin X11 arasında bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019cu il tarixdə xitam veriləcəkdir.” Məktubu aldığı günün sabahı gün isə İdarənin xx xxxxxx 2019-cu il tarixli 440-K saylı əmri ona poçt vasitəsilə gəlib çatmışdır. xx xxxxxx 2019-cu il tarixdə iş yerindən əmək kitabçasını götürərkən ona məlum olmuşdur ki, müdiriyyət onun xəbəri olmadan xx xxxxxx 2019-cu il tarixdə ƏM-in 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmək kitabçasında qeyd aparılmışdır. Həmin əmrin surətini o almamışdır. O başqa işə götürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O həmin idarədə daimi işlədiyindən heç bir halda onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməmişdir. Əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə əsasən 2-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinə nasos qurğularının maşinisti vəzifəsinə təyin edilməyi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməyi barədə hər hansı bənd yoxdur. Mülki işi cavabdehin apelyasiya şikayəti üzrə yenidən araşdıran məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı saymır, uyğun olaraq bununla bağlı iddiaçının dəlillərini inandırıcı qəbul edir. Çünki, tədqiq olunan işdən aydın olur ki, iddiaçı sözügedən müəssisədə uzun müddətdir işləyir və güzaranını təmin etmək üçün hər hansı bir başqa iş yeri yoxdur. Bu baxımdan da belə bir vəziyyətdə iddiaçının cavabdehlə üç aylıq müddətli (hansıki sonuncunun işəgötürənlə müddətli əmək müqavilə bağlaması üçün hər hansı bir səbəb yoxdur) əmək müqaviləsi bağlamasına razılıq verməsi inandırıcı görsənmir. Digər tərəfdən öyrənilən işdən bəlli olur ki, işçi sözügedən müəsisədə fasiləsiz olaraq 1992-ci ildən faktiki olaraq 2019-cu ilə kimi işləmişdir, eləcədə işçi 1957-ci ildə doğulmaqla, tənha yaşayır və başqa gəlir yeri yoxdur. Belə halda işçinin işəgötürənlə üç aylıq müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verməsinə səbəb də yoxdur. Həmçinin, mülki işin 59-cu vərəqində olan və iddiaçı tərəfindən imzalanmış ərizədən aydın olur ki, sonuncu xx xxxxxxxx 2019-cu il tarixdən su və kanalzasiya sistemlərinin istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti vəzifəsinə təyin edilməsini xahiş etdmişdir. Bundan başqa apelyasiya şikayətində göstərildiyi kimi, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixində bitdiyinə görə xx.xx.2019-cu il tarixində iddiaçıya “əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq verilmişdir. Lakin, İddiaçı xəbərdarlıqla tanış olmasına baxmayaraq onu qəbul etməkdən imtina etməsi ilə bağlı qeydlər də təsdiq edir ki, iddiaçı faktiki olaraq onunla müddətli əmək müqaviləsinin bağlanmasına razılıq verməmişdir. Göründüyü kimi, qeyd edilən ərizədən, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş gerçək vəziyyətindən də işçinin işəgötürənlə müddətli əmək müqaviləsi bağlamasına razılıq verməsi müəyyən deyil, həmçinin, nə iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı verilmiş əmrdə, eləcədə bununla bağlı iddiaçıya məxsus əmək kitabçasında müddətli əmək müqaviləsinin bağlanmasına dair hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə kollegiyası onu xatırlatmağı zəruri bilir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin altı səhifədən ibarət olmasına baxmayaraq, həmin müqavilənin yalnız sonuncu səhifəsi iddiaçı tərəfindən imzalanmış, müqavilənin digər səhifələri isə imzalanmamışdır. Halbuki, belə hallarda iddiaçı müqavilənin bütün səhifələri ilə tanış olaraq imzalamalı idi. Oxşar münasibətləri tənzimləyən Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 3-cü hissəsinin 24 və 25-ci bəndlərinə görə sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Sənədin bütün nüsxələri imzalanır. Həmçinin, qanunvericiliyin tələbinə görə işçi ilə işəgötrən arasında bağlanmış əmək müqaviləsinin bir nüsxəsi iddiaçıya verilməli olduğu halda, tədqiq olunan iş materiallarından iddiaçının sözügedən müqavilənin surətini alması faktiki olaraq təsdiq olunmur (baxmayaraq ki, müqavilənin bir nüsxəsinin işçinin almasına dair imza olsada, məhkəmə kollegiyası işin gerçək vəziyyətinin hallarına görə müqavilənin bir nüsxəsinin ona verilməsini inadırıcı qəbul etmir). Bundan ələvə müddətli əmək müqaviləsinin bağlanması hallarından bəhs edən ƏMin 47-ci maddəsinin tələbinə görə aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, istinad edilmiş maddənin tələbinə görə iddiaçı ilə işəgötürən arasında müddətli əmək müqaviləsinə səbəb olacaq yuxarıda sadalanan qəbilədən olan hallara rast gəlinmir. İşəgötürənin əsas vəzifələri və məsuliyyətindən bəhs edən ƏM-in 12-ci maddəsinin b bəndinə görə bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qanunu düzgün təfsir etmişdir. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən ƏM-in 300-cü maddəsindəgöstərəilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “X14”-nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-313/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh ASC «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-313/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar