Azərbaycan Respublikası adından Qətnamə İş № 2(107)-1092/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları:
Iddiaçı İddiaçı ## #### 2025-ci ildə cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Dövlət Reyestrinin ##.##.2018 qeydiyyat tarixli, ******* nömrəli Çıxarışı ilə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndinin ərazisində yerləşən 0,2068 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Notariat kontorunda ##.##.2014-cü il tarixdə təsdiq edilmiş Alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsinin reyestr xidmətinin ##.##.2018 qeydiyyat tarixli 1165325 seriyalı Çıxarışı ilə mülkiyyətçisidir. Respublikada aparılan torpaq sahələrin elektron qeydiyyatı üzrə sərhədlərin təyin edilməsi ilə əlaqədar həmin mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə Reyestr Xidməti tərəfindən sərhədlər müəyyən edilərkən mülkiyyətində olan 0,2068 ha torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin ərazisinə, onun istifadəsində olan həmin ölçüdə torpaq sahəsi qonşusu olan şəxsin ərazisi kimi göstərildiyindən məcbur olaraq həmin ərazini qonşusu olan şəxslə notariat kontorunda bağladığı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə keçirtmişdir. Mülkiyyətində olan həmin 0,2068 ha torpaq sahəsi hazırda cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilib, istifadə edilir. Cavabdehlərdən zəbt olunmuş torpağının boşaldılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini yəni torpağının qanunsuz zəbtini davam etdirir. Onun qanuni mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz istifadə edilir, yəni cavabdeh tərəfindən zəbt edilmiş mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, ona sahiblik edə bilmir. Tərəfindən cavabdehin qanunsuz hərəkətlərindən Polis Şöbəsinə etdiyi şikayət əsasında təhqiqatçı tərəfindən araşdırma aparılmış, cinayət işinin qaldırılmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra cavabdeh əmlakına zərər vurmaq məqsədi ilə mülkiyyətində olan torpaq sahəsində əkilmiş bar verən 30 yağın meyvə ağacına od vurmaqla yandırmışdır.
2. Birinci instansiya məhkəməsində icraat:
Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“ Iddia təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinə girişinə qadağan olunsun. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilsin. Cavabdeh Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidmətinin Hüquqların X8 xxxxndən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsi ##.##.2018-ci il tarixdə xxxxndə ** nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Işə əlavə edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2025-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ************ reyestr, ********** saylı qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən X7 mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin A№****** nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara uyğun döngə nöqtələri və ************ reyeştr nömrəli çıxarışın idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan X10 uçotu informasiya sistemi məlumatlarında (Tekuis Azcad) yerləşmə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. Idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan X10 uçotu informasiya sistemi məlumatlarında (TEKUIS- AzCAD) göstərilən, ************ reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan 0,2068 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, ************ reyestr, ********** saylı qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı ##.##.2018ci tarixli A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar sürüşmə vəziyyətində olan kəndin kompleks yerquruluşu islahat layihəsi üzərində tərtib edilmişdir və sözügedən koordinatlar sürüşmə ilə başqa şəxslərə məxsus fərdi yaşayış evləri ilə üst-üstə düşür. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Işin halları ilə müəyyən olunur ki, ekspert rəyinə əsasən iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən istifadə edilir. Odur ki, iddia qaldırmış iddiaçı İddiaçı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli,mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, iddiaçı İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh qanunsuz istifadəsi aradan qaldırılmalı, cavabdeh 0,2068 ha torpaq sahəsindən çıxarılmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 50 manat ekspertiza xərcindən,cəmi 150 manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdeh Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməli, cavabdeh Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə və 71-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Nümayəndə imzalamışdır), Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ toxunulmaz olmaqla bütün növ qəsdlərdən və maneələrdən qorunmalıdır. Həmin hüququn qorunması vətəndaş tərəfindən mümkün olmadıqda dövlət tərəfindən həmin hüququn qorunmasına zəmanət verilir. Iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, hər iki tərəfin adına çıxarış və ya çıxarışın verilməsinə əsas olan sənədlər mövcuddur. Işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidmətinin Hüquqların X8 xxxxndən Çıxarışın surətindən görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,2068 ha torpaq sahəsi ##.##.2018-ci il tarixdə xxxxndə ** nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Iddiaçı həmin qeydə alınmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Birinci instansiya məhkəməsi həmin istiqamətdə mütəxəssis rəyi əldə etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Hesab edir ki, əsas araşdırmalı məsələ cavabdehin torpaq sahəsini qanunsuz istifadə edib-etmədiyi məsələdir. Bu istiqamətdə müvafiq araşdırma aparılması zəruridir. Belə ki, mütəxəssis rəyindən və iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus olan torpaq sahəsi üzrə ilk əvvəl J***Z nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı mövcud olmuşdur. Daha sonra həmin torpaq sahəsi üzrə A№****** nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Bu gün baza məlumatları üzrə baxıldıqda J***Z nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən kordinatlarla A№****** nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlar üst-üstə düşmür (Əsas mütəxəssis və ekspert rəyi). xxxx əmlakı qeydə alarkən hansı kordinatları əsas götürməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Çünki araşdırmaq lazımdır keçmiş X10 uçotu informasiya sistemi məlumatlarında və ondan sonra yaradılmış TEKUIS-AzCAD məlumat sistemində kordinatlar necə olmuşdur. Iş materiallarından göründüyü kimi cavabdeh tərəf ayrı-ayrı vətəndaşlardan qonşu əraziləri satın almışdır. Hal-hazırda ***Z-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən sahələr cavabdehin sahibliyi və istifadəsindədir. Məhkəmə sadəcə torpaqdan istifadə edilməsini qadağan edir. Amma hansı torpaq sahəsindən istifadə edilməsini göstərmir. Həmin sahələr üzrə ayrı-ayrı vətəndaşların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları mövcuddur. Bu gün cavabdeh istifadə edirsə, sabah da adına“Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı olan şəxs istifadə edəcəkdir. Belə olan halda iddiaçının tələbi təmin edilirmi ? Əlbəttə, xeyir. Çünki, bu halda yenidən müraciət etməli, yeni cavabdehə qadağa qoymalıdır. Məhz buna görə də apellyasiya instansiyası tam hüquqlu məhkəmə kimi işi tam və hərtərəfli araşdırmalıdır. Məhkəmə vəzifələrini yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək, qeyri-mötəbər dəlillərə əsaslanmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Yuxarıda qeyd etdiyi kimi, iş üzrə mütəxəssis rəyi və onun əsasında ekspert rəyi əldə edilsə də, qoyulmuş sualların natamamlığı səbəbindən düzgün nəticəyə gəlinməmişdir. Bu da gələcəkdə yeni-yeni məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxaracaqdır. Burada araşdrma tələb edilən məsələərdən biri ************ reyestr, ********** saylı qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli Çıxarışa əsasən X7 mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mövcud vəziyyətinin, kordinatlarının müəyyən edilməsidir. Rəylərdə bildirilir ki, ************ reyestr, ********** saylı qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,2068 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı ##.##.2018-ci il tarixli A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlar sürüşmə vəziyyətində olan kəndin kompleks yerquruluşu islahat layihəsi üzərində tərtib edilmişdir və sözügedən koordinatlar sürüşmə ilə başqa şəxslərə məxsus fərdi yaşayış evləri ilə üst-üstə düşür. Burada mütəxəssiz nəyi nəzərdə tutub, kimin torpağı ilə üst-üstə düşür, sürüşmə necə baş vermişdir və s. buna oxşar suallar yaranır. Məzh buna görə əlavə ekspertiza təyin edilməli və bu suallara aydınlıq gətirilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Ancaq işə birinci instansiya məhkəməsi qismində baxan məhkəmə iş üzrə obyektiv məhkəmə araşdırmasını təmin etməmiş, iddiaçının faktiki olaraq Çıxarışla mülkiyyətində olan torpaq sahəsindən istifadə edib-etməməsini, əgər istifadə etmirsə, bunun səbəblərini belə araşdırmamış, yekunda heç bir hüquqi əsası olmayan natamam şəkildə sənədlərlə verilmiş olan iddia tələbinin təmin edilməsi barədə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə gəlmiş olsalar da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı İddiaçı poçt vasitəsilə məhkəməyə teleqramlar göndərərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahatlar verərək, Göyçay Rayon Məhkəməsinin 09 senrtyabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya icraatı zamanı cavabdeh Cavabdeh apellyasiya şikayətinə baxılması ilə əlaqədar aparılan araşdırma zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsının ## ###### 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsi tərəfindən tərtib edilərək, ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəydə göstərilmişdir ki: - “1). ************ reyestr, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin A№****** nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi" üzrə koordinatları X10 Uçotu informasiya Sisteminin (TEKUIS) məlumatları və Torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu xəritəsi (DVJ) məlumatları əsasında müəyyən edilmişdir. ************ reyestr, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” üzrə koordinatları 2000-ci ildə tərtib edilmiş, sürüşmə vəziyyətində olan “Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”nə (DVJ) uyğun tərtib edilmişdir. Sürüşmə vəziyyətində olan islahat layihəsi üzərində tərtib edilmiş A№****** nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində əks olunan koordinatlar başqa şəxslərə, o cümlədən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin üzərinə düşür. ************ reyestr, ********** saylı qeydiyyat nömrəli Çıxarışın tərtib edilməsinə əsas olan JN-***Z nömrəli Dövlət Aktı və çevrədə yerləşən digər pay torpaq sahələri DVJ məlumatlarında üfüqi (şərqdən - qərbə) istiqamətdə, TEKUIS məlumatlarında şaquli istiqamətdə (şimaldan - cənuba) təsbit edilərək göstərilmişdir. Baxış zamanı sözügedən çevrədə torpaq sahələrinin faktiki istifadə vəziyyətinin şaquli istiqamətdə olduğu müəyyən edilmişdir. 2). Göyçay rayonu Qarabaqqal kəndi ərazisindəki iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin yaxınlığında cavabdeh Cavabdeh mülkiyyətinə verilmiş 0,85 ha torpaq sahəsinə tərtib edilmiş JN-***F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və qonşu çevrədə JN-****Z nömrəli Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,5173 ha torpaq sahəsi mövcuddur. TEKUIS məlumatlarına uyğun olaraq Cavabdeh 0,5173 ha torpaq sahəsinə xxxxndən ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli və ************ reyestr JN-***F nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0,85 ha torpaq sahəsinin cənubunda yerləşən pay torpaq sahələrini Cavabdeh istifadə etdiyi mütəxəssis tərəfindən müşahidə edilsə də, Cavabdeh mütəxəssisə 0,5462 ha torpaq sahəsini göstərmiş və 0,5462 torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Cavabdeh naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 0,5462 ha torpaq sahəsinin 0,0398 ha hissəsi TEKUIS məlumatlarında göstərilən JN-***Z nömrəli Dövlət Aktı (İddiaçı - ************ reyestr nömrəli Çıxarış) ilə üst-üstə düşür. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının cavalandırılması üçün keçirilən baxış zamanı Cavabdeh mütəxəssisə yerli baxışda fərqli ərazini göstərmişdir. 3). Sürüşmə vəziyyətində olan kəndin islahat layihəsi üzərində tərtib edilmiş A№****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin (İddiaçı - ************) koordinatları 0,0408 ha (408 kv.metr) hissədə JN-***F nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,85 ha torpaq sahəsi ilə üst-üstə düşür. TEKUIS məlumatlarında göstərilən JN-995Z (İddiaçı - ************) nömrəli Dövlət Aktı ilə JN-***F nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,85 ha torpaq sahəsi ilə və Cavabdeh 0,5173 ha torpaq sahəsinə xxxxndən verilmiş ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış üst-üstə düşmür. 4). TEKUIS məlumatlarında göstərilən JN-995Z (İddiaçı - ************) nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,21 ha torpaq sahəsini 0,0398 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilsə də, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadının cavablandırılması üçün keçirilən baxış zamanı Cavabdeh TEKUIS məlumatlarında göstərilən JN-995Z (************) nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,21 ha torpaq sahəsindən tam olaraq istifadə etdiyi müəyyən edilmişdir.” Eyni zamanda, hazırkı apellyasiya icraatı zamanı yaranmış zərurətlə əlaqədar məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsinin “Yerquluşunun təşkili” Şöbəsinin müdiri X3 qeyd olunanları təsdiq edərək, Rəydə qeyd olunanları Rəyə əlavə edilmiş “yerquruluşu planı”nda əyani olaraq göstərməklə izah etmiş və əlavə olaraq bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar onun və Idarənin digər səlahiyyətli nümayəndəsinin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilərək müvafiq mütəxəssis rəyi tərtib edilmiş və həmin Rəy Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. X1 Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadında verilmiş suallar əsasında aparılan tədqiqat üzrə tərtib edilmiş və müvafiq “yerquruluşu planı” da Rəyə əlavə edilmişdir. Tədqiqat yerli baxış, X10 Uçotu informasiya Sisteminin (TEKUIS) məlumatları və Torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu xəritəsi (DVJ) məlumatları əsasında aparılaraq müəyyən edilmişdir ki, iddiaçı İddiaçı məxsus ********** qeydiyyat nömrəli Çıxarışın tərtib edilməsinə əsas olan JN-***Z nömrəli Dövlət Aktı və çevrədə yerləşən digər pay torpaq sahələri DVJ məlumatlarında üfüqi, yəni şərqdən - qərbə istiqamətdə, TEKUIS məlumatlarında şaquli istiqamətdə, yəni şimaldan - cənuba təsbit edilərək göstərilmişdir. Həmçinin, baxış zamanı sözügedən çevrədə torpaq sahələrinin faktiki istifadə vəziyyətinin də sudan istifadənin mümkünlüyü ilə əlaqədar bütün sahiblər tərəfindən şaquli istiqamətdə, yəni şimaldan cənuba olduğu müəyyən edilmişdir. ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin sürüşmə vəziyyətində olan islahat layihəsi əsasında tərtib edilmiş A№****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində əks olunan koordinatlar başqa şəxslərin, o cümlədən də bir hissəsi isə Cavabdeh mülkiyyətində olan 0,85 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin üzərinə düşür. Yəni, DVJ və Çıxarışla iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsi şərqdən - qərbə olmaqla, yəni üfüqi istiqamətdə yerləşdiyi məlum olsa da, həmin torpaq sahəsi TEKUIS məlumatlarında başqa bir ərazidə şaquli istiqamətdə, yəni şimaldan - cənuba təsbit edilərək göstərilmişdir. Lakin, hal-hazırda iddiaçının həmin Çıxarışı TEKUIS məlumatlarına uyğunlaşdırılmamışdır. Çünki, TEKUIS məlumatlarına görə iddiaçı İddiaçı aid olan torpaq sahəsi başqa-başqa şəxslərin faktiki istifadəsindədir. Əgər Raqif müraciət etsə də, mübahisə olduğuna görə bu sənədlərin uyğunlaşdırılması mümkün deyildir. Ona görə də, iddiaçıya mübahisəli torpaq sahəsi ilə əlaqədar yeni “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsi mümkün olmamışdır. Eyni zamanda, aparılmış baxış zamanı müəyyən edilmişdir ki, ərazidə ümumilikdə 54 hektar torpaq sahəsi mövcuddur. TEKUIS məlumatlarına əsasən iddiaçı İddiaçı aid edilən torpaq sahəsinin sağ və sol hissələrində yerləşən boş sahələrdən isə Cavabdeh tərəfindən istifadə edilir. Lakin elektron bazada mövcud olan məlumatlara əsasən, İddiaçı adına verilmiş Çıxarış və plan-ölçü sənədində göstərilən koordinatlar iddia olunan torpaq sahəsi ilə üst-üstə düşmür.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan xxxxndə həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin xxxxndə qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri xxxxnin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 6 8 . Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin konkret halları və yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyasında aparılan araşdırma zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsının ## ###### 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsi tərəfindən tərtib edilərək, ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəydə göstərilmişdir ki, ************ reyestr, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin A№****** nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi" üzrə koordinatları X10 Uçotu informasiya Sisteminin (TEKUIS) məlumatları və Torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu xəritəsi (DVJ) məlumatları əsasında müəyyən edilmişdir. ************ reyestr, ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin A№****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” üzrə koordinatları 2000-ci ildə tərtib edilmiş, sürüşmə vəziyyətində olan “Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”nə (DVJ) uyğun tərtib edilmişdir. Sürüşmə vəziyyətində olan islahat layihəsi əsasında tərtib edilmiş A№****** nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində əks olunan koordinatlar başqa şəxslərə, o cümlədən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin üzərinə düşür. ************ reyestr, ********** saylı qeydiyyat nömrəli Çıxarışın tərtib edilməsinə əsas olan JN-***Z nömrəli Dövlət Aktı və çevrədə yerləşən digər pay torpaq sahələri DVJ məlumatlarında üfüqi (şərqdən qərbə) istiqamətdə, TEKUIS məlumatlarında şaquli istiqamətdə (şimaldan - cənuba) təsbit edilərək göstərilmişdir. Baxış zamanı sözügedən çevrədə torpaq sahələrinin faktiki istifadə vəziyyətinin şaquli istiqamətdə olduğu müəyyən edilmişdir. Göyçay rayonu Qarabaqqal kəndi ərazisindəki iddiaçı İddiaçı mülkiyyətində olan 0,2068 hektar torpaq sahəsinin yaxınlığında cavabdeh Cavabdeh mülkiyyətinə verilmiş 0,85 ha torpaq sahəsinə tərtib edilmiş JN-***F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və qonşu çevrədə JN-****Z nömrəli Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,5173 ha torpaq sahəsi mövcuddur. TEKUIS məlumatlarına uyğun olaraq Cavabdeh 0,5173 ha torpaq sahəsinə xxxxndən ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli və ************ reyestr JN-***F nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0,85 ha torpaq sahəsinin cənubunda yerləşən pay torpaq sahələrini Cavabdeh istifadə etdiyi mütəxəssis tərəfindən müşahidə edilsə də, Cavabdeh mütəxəssisə 0,5462 ha torpaq sahəsini göstərmiş və 0,5462 torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. Cavabdeh naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 0,5462 ha torpaq sahəsinin 0,0398 ha hissəsi TEKUIS məlumatlarında göstərilən JN-***Z nömrəli Dövlət Aktı (İddiaçı - ************ reyestr nömrəli Çıxarış) ilə üst-üstə düşür. Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının cavalandırılması üçün keçirilən baxış zamanı Cavabdeh mütəxəssisə yerli baxışda fərqli ərazini göstərmişdir. Sürüşmə vəziyyətində olan kəndin islahat layihəsi üzərində tərtib edilmiş A№****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin (İddiaçı - ************) koordinatları 0,0408 ha (408 kv.metr) hissədə JN-***F nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,85 ha torpaq sahəsi ilə üst-üstə düşür. TEKUIS məlumatlarında göstərilən JN-995Z (İddiaçı - ************) nömrəli Dövlət Aktı ilə JN-***F nömrəli şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,85 ha torpaq sahəsi ilə və Cavabdeh 0,5173 ha torpaq sahəsinə xxxxndən verilmiş ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış üst-üstə düşmür. TEKUIS məlumatlarında göstərilən JN-995Z (İddiaçı - ************) nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,21 ha torpaq sahəsini 0,0398 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilsə də, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadının cavablandırılması üçün keçirilən baxış zamanı Cavabdeh TEKUIS məlumatlarında göstərilən JN-995Z (************) nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,21 ha torpaq sahəsindən tam olaraq istifadə etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı hazırkı iddia tələbini əsaslandırdığı ************ reyestr, ********** saylı qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli RX № ******* saylı Çıxarışda nəzərdə tutulan 0,2068 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları “X10 X11 (TEKUIS) məlumatları və Torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu xəritəsi (DVJ) məlumatları üzrə yoxlanıldıqda, həmin torpaq sahəsinin faktiki olaraq fərqli ərazilərə təsadüf etməklə, fərqli istiqamətlərdə (üfüqi və şaqulu) yerləşdiyi və həmin ərazidə digər hüquq müəyyənedici sənədlərə əsasən başqa şəxslərə məxsus olan və yaxud, başqa şəxslər tərəfindən faktiki istifadə edilən torpaq sahələri ilə müəyyən hissələrdə kəsişdiyi və ya üst-üstə düşdüyü müəyyən olunur. Ona görə də, iddia tələbinin əsaslandırıldığı iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə aid həmin hüquq müəyyənedici sənədlə həmin ərazidə yerləşən digər şəxslərə aid torpaq sahələri ilə əlaqədar mövcud olan mübahisəli vəziyyətin ədalətli və obyektiv həlli mümkün deyildir. Çünki, iddiaçı İddiaçı “Dövlət Reyestrinin ##.##.2018 qeydiyyat tarixli, ******* nömrəli Çıxarışı ilə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndinin ərazisində yerləşən 0,2068 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bu halda isə həmin mübahisə - iddiaçıya aid torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud torpaq sahələrinin hüquq müəyyənedici sənədlərində olan ziddiyyətli vəziyyət müvafiq səlahiyyətli orqan və təşkilatlar tərəfindən aradan qaldırıldıqdan sonra həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” barədə iddia tələbi əsaslılığı sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Həmçinin, işin halları nəzərə alınmaqla, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və eyni zamanda, iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə girişinə qadağa qoyulması” barədə iddia tələbi təmin edilməsin. Iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.