Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1094/2021 30.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməklə iş buraxılma günləri üçün məcburi əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tаrixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Ələkbər Hsüseynov) 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-nin 231/Ş saylı, 15 oktyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-yə çilingər işinə bərpa edilməsi, İddiaçı 15 oktyabr 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin onun işdən azad edilməsi barədə 15.10.2020-ci il tarixli, 231/Ş saylı əmrinin ləğv edilib, işə bərpa edilməklə iş buraxılma günləri üçün məcburi əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, 1997-ci ildən "xxxx" MMC-də çilingər kimi işləyirdi. İşlədiyi müddətdə 6 dərəcəli çilingər ixtisas dərəcəsi əldə etmiş, işlədiyi müddətdə əmək nizam-intizamına məsuliyyətlə yanaşmış, heç vaxt əmək intizamını pozmamış və işlədiyi müddətdə ona əmək funksiyasının icrası ilə bağlı dəfələrlə mükafatlar yazılmışdır. İşlədiyi təşkilatda intizam qaydalarına əməl etmişdir. 12.10.2020-ci il tarixdə ölkədəki diplomatik korpusların rəhbərləri, səfirlər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin rəhbərləri, o cümlədən Azərişıq ASC-nin rəhbərliyi Mingəçevir şəhərinə səfər etmişlər. Bu Ermənistanın günahsız mülki insanla və enerji infrasturkutuna qarşı həyata keçirdiyi qəddar raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə yerində tanış olmaq çox əhəmiyyətli idi. Həmin səfərə hazırlıq zamanı iş yoldaşı olan usta Fəaliyyət Zülfüqarovyorğun olduğu üçün həmin qonaqlar üçün hazırlanmış stolda oturmasına görə Təhmasib Hüseynov ona şifahi irad bildirmişdir. Onun isə bu hərəkətə heç bir aidyyəti omadığından Təhmasib Hüseynov ona heç nə deməmişdir. 14.10.2020-ci il tarixdə onu sahə rəisi Müslüm Nəsibov otağına çağırmış, işdən çıxmaq üçün gedib kadrlar şöbəsində ərizə yazmağını bildirmişdir. Ərizəsini yazmadıqda Müslüm Nəsibov ona “onsuzda çıxarılacaqsınız” demiş, ərizəsini yazdıqda isə iki aydan sonra özlərinin onu işə bərpa edəcəklərini bildirmişdir. Bununla bağlı öz etirazını bildirib MMC-nin direktorunun qəbuluna girmək istəsə də oraya buraxılmamışdır. Bundan sonra o və onunla birgə çıxarılan digər əməkdaşlar həmkarların rəhbərinin yanına getmişlər, sonuncu isə onları öz otağında qəbul edərək onların haqsız işdən çıxarıldığını və əlindən gələn köməyi edəcəyinə dair söz vermişdir. Həmkarların keçirdiyi iclasda iştirak etməmiş, hətta həmin iclasın keçirildiyini məhkəmə zalında "xxxx" MMC-nin nümayəndəsiizahatında göstərən zaman öyrənmişdir. 15.10.2020-ci il tarixdə müəsissəyə çağırılaraq onlara əmək müqavilələrinə xitam verilməsi barədə məlumat verilmiş, elə həmin gün də əmək kitabçaları onlara təqdim edilməsinə baxmayaraq əmri onlara verməkdən imtina etmişlər. Yalniz 29.10.2020-ci il tarixdə poçt vasitəsi ilə əmrləri əldə etmək mümkün olmuşdur. Ona görə də "xxxx" MMC-nin onun işdən azad edilməsi barədə 15.10.2020-ci il tarixli əmrinin ləğv edilib, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbinni əsaslandırdığı hallar əsassız və qanunsuzdur. Belə ki, 15.10.2020-ci il tarixdə İddiaçı kadrlar şöbəsinə dəvət edilmiş, əmrlə tanış edilmişdir. Lakin o, əmri oxuyub imza etməkdən imtina etmişdir. Eyni zamanda ona əmək kitabçasının təqdim olunması barədə “Əmək kitabçalarının qeydiyyatı kitabı”nın 53-cü səhifəsində 293 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən müəyyən olunur ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir təqvim ayı müddətində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən isə hüququn pozulduğunun aşkar edildiyi gün dedikdə işçiyə əmək kitabçasının, haqq-hesab sənədlərinin, əmrin, sərəncamın verildiyi gün başa düşülür. Bundan əlavə, Mərkəzi Təmir sexinin rəisi Müslüm Nəsibovun 14.10.2020-ci il tarixli təqdimatına əsasən müəyyən olunur ki, sexin işçiləri F.A.Zülfüqarov, İddiaçı və N.E.Novruzov verilmiş tapşırıqları 12.10.2020-ci il tarixdə yerinə yetirməmişdirlər. Ona görə də Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin baş mühəndisinin təmir üzrə müavini Namiq Lətifovun, Mərkəzi Təmir sexinin rəisi Müslüm Nəsibovun və Mərkəzi Təmir sexinin ustası ZamanMəmmədovun 13.10.2020-ci il tarixdə tərtib etdikləri akta əsasən müəyyən olunur ki, Mərkəzi təmir sexinin Qazan və Köməkçi Avadanlıqların Təmir sahəsinin Qazan hissəsinin Təmir briqadasının ustası Fəaliyyət Zülfüqarov, RHQ paketlərinin təmiri və Qaz hava yollarının Təmiri briqadasının, qazan sexi avadanlıqlarının təmiri üzrə çilingəri İddiaçı və Qaynaq sahəsinin əl ilə elektrik qaynaqçısı Nicat Novruzova 5-ci enerji blokunun qazan avadanlığının ocaq hissəsində zədələnmiş boruların təmiri və boruların dəyişdirilməsi, yüksəklikdə aparılan təmir işləri üçün taxtabəndlərin quraşdırılması işləri tapşırılmışdır. Lakin onlar işlərinə etinasız yanaşaraq, verilən tapşırıqları yerinə yetirməmişlər. Nəticədə təmir sexində, enerji blokunun qazan hissəsində təmirin gecikdirilməsi səbəbindən təmirin ümumi icra intizamı pozulmuş və 30.07.2019-cu il tarixdə müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş təmir qrafikində nəzərdə tutulmuş təmir müddətinin 3 gün uzanmasına səbəb olmaqla, digər təmir işlərinin gedişini pozmuşdur. 14.10.2020-ci il tarixdə tərtib olunmuş akta əsasən müəyyən olunur ki, İddiaçı və digərlərinin verilmiş tapşırıqlara etinasız münasibət göstərərək, vəzifələrini yerinə yetirməməsi səbəbindən təmir qrafiki 3 gün müddətində gecikdirilmiş, yəni 10.10.2020-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuş təmir işləri ancaq 13.10.2020-ci il tarixdə təhvil verilmişdir. Beləliklə, İddiaçı işə bərpasına dair cavabdeh "xxxx" MMC-yə qarşı qaldırdığı iddia tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim ayı iddia müddətinin buraxılması ilə irəli sürüldüyündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə daiq qətnamə qəbul edilməsini xahiş edir. Mülki işə əlavə olunmuş əmək kitabçasının əmək müqaviləsinə xitam verilməsi haqqında olan hissəsindən görünür ki, İddiaçı və "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə 15.10.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İşə əlavə olunmuş əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə 15 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh "xxxx" MMC аpellyаsiyа şikаyətinin təmin edilməsini Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)- 340/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsinə əsasən 24 il həmin müəssisədə öz əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə dəfələrlə mükafatlandırılmasına baxmayaraq, onunla MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə kollegiyası hüesab edir ki, işə götürən İddiaçı barəsində tənbeh tədbiq edərkən onun şəxsiyyətini yəni, ailəli olmaqla himayəsində 3 nəfər uşağı olmasını ailədə yeganə gəlir gətirən şəxs olmasını, peşakarlıq səviyyəsinin yəni 24 illik əmək stağını və həmin müddət ərzində dəfələrlə mükafatlarndırılmasını, onun törətdiyi xətanın xaraktrtini yəni, əmək vəzifəsini kobud surətdə pozub pozmamasını, onun hərəkəti nəticəsində mülkiyyətciyə hansı ziyanın vurlumasını və həmin ziyanın dərəcəsini araşdırmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutlan daha yüngül inzibati məsuliyyətin (töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, cərimə etmək) tətbiq edilməsinin mümkünlüyünün həmkarlar ittifaqı ilə müzakirə etmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə əmək müqvilsini ləğv etmişdir. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin70ci maddəsinin ç) bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Sözügedən məcəllənin 80cı maddəsinin 2-ci hissəsinə görə işçinin əmək müqaviləsi Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilən zaman işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli,həmkarlar ittifaqı təşkilatı da öz növbəsində bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.İş materiallarından görünür ki, 14.10.2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru Təhmasib Hüseynov tərəfindən verilmiş təqdimat natamam əsaslandırılmış, İddiaçı tərəfindən məhz hansı əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi göstərilməmişdir. Bundan başqa qanunvericilikləhəmkarlar ittifaqı təşkilatı tərəfindən işçinin əmək müqaviləsi Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilən zaman qərarın verilməsi üçün 10 gün müddətmüəyyən edilməsinə baxmayaraq "xxxx" MMChəmkarlar ittifaqı təşkilatıtərəfindən qərar elə təqdimatın daxil olduğu günişəgötürənə verilmiş, qərarın qəbul edilməsi zamanı keçirilmiş iclasa barəsində qərar verilən işçi İddiaçı dəvət edilməmiş, onun münasibəti öyrənilməmişdir. Bu da İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsaslı olub-olmamasının həmkarlar ittifaqı təşkilatı tərəfindən ətraflı araşdırılmadığını, yalnız formal şəkildə keçirilmiş iclas nəticəsində qərar verilmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, işə götürən qərar qəbul edərkən Azərbaycan Respublikasında baş verən COVİD-19 pandemiyasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda baş verən müharibə şəratini nəzərə almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində əsasən Əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci madəsinə əsasən Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən: 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə "xxxx" MMC tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən "xxxx" MMC-nin tərəfindən sübut olunmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinə tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, "xxxx" MMC-nin 231/Ş saylı, 15.10.2020-ci il tarixli əmri ləğv edilməli, İddiaçı çilingər vəzifəsinə bərpa edilməli və İddiaçı 15 oktyabr 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiq edilməsinə hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti cavabdehin əsaslandırdığı kimi əmək kitabçasını aldığı vaxtdan deyil işə götürən tərəfdən çıxarılmış əmrin əmrin, əmək kitabçasının, haqq hesab sənədlərin hər birinin birlikdə işciyə rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, işçi hüququnun pozulduğu gün əmrin, əmək kitabçasının, haqq hesab sənədlərin hər birinin birlikdə ona təqdim edildiyi gündür. Belə ki işçinin əmək kitabçasında deyil, məhz əmrin mətində hansı pozuntuya yol verilməsi müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi ardıcıllığna görə də pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin ona verldiyi gün hesab edilir. İş materiallarındanda görünür ki, işciyə bütün bu sənədlərin hər birinin birlikdə vaxtında verilməsi işə götürən tərəfindən təmin edilməmişdir. Əmək Məcəlləsinin 296.-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Azərbaycan İstilik Elektrik Stansiyası” MMC Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi: Cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyası” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.