Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1097/2023 01.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sıracəddin qızına qarşı yaranmış maneənin aradan qaldırılması, maddi ziyanın və dövlət rüsumu tələbinə dair ilk, Cavabdeh Sıracəddin qızının İddiaçı qarşı maddi ziyanın ödənilməsi, sökülmüş çəpərin bərpası, şəxsin məsuliyyətə cəlb edilməsi, işə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, dövlət rüsumu az ödənildikdə) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Sıracəddin qızına qarşı yaranmış maneənin aradan qaldırılması, maddi ziyanın və dövlət rüsumu tələbinə dair ilk, Cavabdeh Sıracəddin qızının İddiaçı qarşı maddi ziyanın ödənilməsi, sökülmüş çəpərin bərpası, şəxsin məsuliyyətə cəlb edilməsi, işə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(035)-306/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh Sıracəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İlkin İddiaçı Cavabdeh Sıracəddin qızma qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən verilmiş, ********* saylı qeydiyyatda göstərilən 0,22 ha həyətyanı torpaq sahəsinin hasara alınmasına Cavabdeh Sıracəddin qızı tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, cavabdehin təqsiri səbəbindən çəkdiyi məhkəmə xərclərinin-məhkəmə iclaslarında iştirakı ilə əlaqədar yol, vəkil xərcləri, ekspertiza xərclərinə görə çəkdiyi 10000 manat ziyanın və 120 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Sıracəddin qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hər üç tələbi üzrə iddiasının təmin edilməməsini, maneənin aradan qaldırılması tələbi ilə qaldırdığı iddiaya xitam verilməsi, 2(035)-04/2018 saylı məhkəmə işinin icrası zamanı İcra Məmurlarının iştirakı ilə çəkilmiş və sonradan cavabdeh tərəfindən özbaşına sökülmüş sərhəd çəpərinin bərpası üçün cavabdehə öhdəlik qoyulması, sərhəd çəpəri çəkilənə qədər cavabdehin, ailə üzvlərinin, qohumlarının, qonaqlarının, mal-qarasının, həyət quşlarının həyətinə girməsinə qadağan tətbiq edilməsi, Azərbaycan Respublikasının Məhkəmələrinə və onların Qərar və Qətnamələrinə hörmətsizlik edərək, onların təyin etdiyi sərhədi pozduğu üçün məsuliyyətə cəlb olunması, çəpərin dağıdılması nəticəsində ona dəymiş 680 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(035)-306/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ilkin İddiaçı xüsusi mülkiyyətində olan Zərdab rayon Çallı kəndində yerləşən həyətyanı torpaq sahəsinə Cavabdeh Sıracəddin qızı tərəfindən törənən maneə aradan qaldırılması, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh Sıracəddin qızından tutularaq ilkin İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı və Cavabdeh Sıracəddin qızı apellyasiya şikаyəti vermiş, apellyasiya şikayətləri baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən оlunmuşdur ki, Cavabdeh Sıracəddin qızı tərəfindən apellyasiya şikayəti verilərkən dövlət rüsumu olaraq 15 manat ödənilmişdir. Dövlət rüsumu haqqında Qanunun 8.6-cı bəndinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Həmin Qanunun 8.1.1-ci maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Sıracəddin qızının verdiyi qarşılıqlı iddia bir neçə tələbdən ibarət olmaqla 680 manat məbləğində maddi ziyanın tələb edilməsi ilə bərabər, özbaşına sökülmüş sərhəd çəpərinin bərpası üçün cavabdehə öhdəlik qoyulması, o cümlədən sərhəd çəpəri çəkilənə qədər cavabdehin, ailə üzvlərinin, qohumlarının, qonaqlarının, mal-qarasının, həyət quşlarının həyətinə girməsinə qadağan tətbiq edilməsi də tələb edilmişdir. 680 manat maddi ziyanla bağlı tələb qiymətləndirilən iddia olmaqla birinci instansiya məhkəməsinə 30 manat, apellyasiya şikayəti üçün isə 15 manat dövlət rüsumu ödənilməsini tələb etsə də, iddiada göstərilən digər tələblər qiymətləndirilməyən iddia kateqoriyasına aid olmaqla birinci instansiya məhkəməsinə 100 manat, apellyasiya şikayəti üçün isə 50 manat dövlət rüsumu ödənilməsi tələb olunur. Hazırki halda isə, cavabdeh tərəfindən 15 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllədinin 363.1.2-ci mаddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(035)-306/2023 saylı qətnaməsindən Cavabdeh Sıracəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətini geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Buna görə də, mülki iş materialları, qanunun tələbinə uyğun olaraq, Cavabdeh Sıracəddin qızının apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh Sıracəddin qızının apellyasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi İddiaçı apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(035)-306/2023 saylı qətnaməsindən Cavabdeh Sıracəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1097/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1097/2023
01.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver