Məhkəmə qərarları › İş №2(107)-11/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-11/2021

07.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-11/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin naturada bölünməklə payların müəyyən edilməsi, gediş-gəliş yolunun ayrılması və maneələrin aradan qaldırılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi, maneçiliyin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-124/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-124/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) ilkin iddia tələbi qismən təmin edilmiş, JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı və Cavabdeh məxsus olması faktı müəyyən edilməsi, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə iki hissəyə bölünməsi, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin giriş qapısının və qarşısında olan 80 kv.m torpaq sahəsinin tərəflərin ümumi istifadəsində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin şərq hissəsində uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m və qərb hissədə yerləşən üçbucaq formalı 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi və qarşısında olan 260 kv.m torpaq sahəsinin Cavabdeh mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin tərəflərin ümumi istifadələrində saxlanılmış 80 kv.m hissəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən, JN 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Cavabdeh paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsi və Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək JN- 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və Cavabdeh məxsus olması faktının müəyyən edilməsini, İsmayıllı şəhəri S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Cavabdeh paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsini, mülki işin materiallarına əlavə edilmiş mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadələrində saxlanılmasını, şərq hissədə ona məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin onun mülkiyyətində saxlanılmasını, Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını, ümumi istifadələrində qalmış giriş qapısı və qarşısındakı torpaq sahəsindən istifadə edilməsinə maneçilik törədilməsi və əxlaq normalarına zidd sözlərin ifadələrin deyilməsi Cavabdeh qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1,ev 3 ünvanında yerləşən qanuni istifadəsində olan 0.06 hektar həyətyanı torpaq sahəsindən çıxarılması, mülkiyyət hüququnun bərpa edilməsi, ona məxsus torpağın üzərində icazəsiz inşa edilmiş tikilinin İddiaçı hesabına sökülərək çıxarılması, torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinəəsasən işə İddiaçı iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. O və Novruz valideyinləri ilə birlikdə İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yaşamışlar. O, qeyd edilən ünvanda özünə fərdi yaşayış evi inşa etdirmiş və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ona mülkiyyət hüquqlarını təsdiq edən xx xxxxx 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Anası sağlığında onun adına vəsiyyətnamə vermiş və vəsiyyətnamədə bütün əmlaklarını, o cümlədən İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında 700 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini ona vəsiyyət etmişdir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 25 noyabr tarixli, 111 nömrəli qərarı ilə 0.06 hektar torpaq sahəsi JN 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Novruzun paylı mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsi onun və Novruzun paylı mülkiyyətində olmasına baxmayaraq, sonuncu 2016-cı ildən başlayaraq onu və ailə üzvlərini mübahisəli torpaq sahəsinin payına düşən hissəsindən istifadə etməsinə maneçilik törətmişdir. O, Novruzla şərti olaraq mübahisəli torpaq sahəsinin paylarının sərhəddini müəyyən etməsinə baxmayaraq, sonuncu hər vaxt onu və ailə üzvlərini narahat etmişdir. JN 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı Tahirov əvəzinə səhvən Tahirova kimi, Əsəd oğlu sözü əvəzinə isə Əsəd qızı kimi qeyd edilmişdir. Ona görə də JN- 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və Cavabdeh məxsus olması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. JN- 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və Novruza məxsus olması faktının müəyyən edilməsini, paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsini, mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadələrində saxlanılmasını, şərq hissədə ona məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin onun mülkiyyətində saxlanılmasını, Novruz tərəfindən edilən maneələrin aradan qaldırılmasını,ümumi istifadələrində qalmış giriş qapısı və qarşısındakı torpaq sahəsindən istifadə edilməsinə maneçilik törədilməsi və əxlaq normalarına zidd sözlərin, ifadələrin deyilməsi Novruza qadağan edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə prosessində iştirak etmədiyindən Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. İddiaçı vəkili Vəkil məhkəmə prosessini iddiaçının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmiş və birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh özünün qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini isə qəbul etmədiyini bildirmiş və qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Tərlanla qardaşdır. Mübahisəli həyətdə o və Tərlan valideyinləri ilə birlikdə yaşamışdır. İsmayıllı şəhər X8 İcraiyyə Komitəsinin 1988-ci il tarixli qərarı ilə İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında yerləşən, atası Əsəd Tahirovun istifadəsində olan torpaq sahəsinin 0.06 hektar hissəsi bölünərək ona verilmişdir. Lakin Tərlan qanuni istifadəsində olan 0.06 hektar torpaq sahəsini qanunsuz zəbt edərək orada qeyri yaşayış obyekti inşa etdirmiş, ona həmin torpaq sahəsindən sərbəst istifadə etməsinə və sahiblik hüququnun həyata keçirməsinə maneçilik törətmişdir. Mübahisəli həyətin ümumilikdə 0.18 hektardır, həmin həyətdə inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi Tərlana məxsusdur, valideyinlərindən miras qalan bir mərtəbəli fərdi yaşayış evinin qarşısında yerləşən 0.06 hektar torpaq sahəsinin isə onun istifadəsindədir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli, 111 nömrəli qərarı ilə atasının istifadəsində olan həyətyanı torpaq sahəsinin 0.06 hektar hissəsi JN 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Tərlanın paylı mülkiyyətinə verilmişdir. O, istifadəsində olan 0.06 hektar torpaq sahəsində Tərlan tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinin sökülməsini sonuncudan tələb etdikdən sonra böyük qardaşı ona yaxınlaşmış və istifadəsində olan 0.06 hektar torpaq sahəsində inşa edilmiş qeyri yaşayış evinin sökülməməsini, əvəzində isə onun istifadəsində olan həyəti qarşılıqlı razılıq əsasında alqısatqı edilməsini ondan xahiş etmişdir. O, böyük qardaşının sözü ilə istifadəsində olan fərdi yaşayış evini 0.06 hektar torpaq sahəsi ilə birlikdə 25.000 manata alqı-satqı etməyə razılaşaraq istifadəsində olan həyətdən çıxmış və öz vəsaiti hesabına Göyçay şəhərində torpaq sahəsi alaraq fərdi yaşayış evi inşa etdirmişdir. O, istifadəsində olan fərdi yaşayış evindən və 0.06 hektar torpaq sahəsindən köçərək Göyçay şəhərinə getsə də, qeyd edilən 25.000 manat məbləği hal-hazıradək ona ödənilməmişdir. O, Tərlandan istifadəsində olan 0.06 hektar torpaq sahəsində inşa etdiyi qeyri yaşayış obyektinin sökülməsini tələb etsə də, sonuncu həmin tikilinin paylı mülkiyyətdə olan torpaq sahəsinin payına düşən hissəsində inşa edilməsini əsas göstərərək sökməkdən imtina etmişdir. Tərlanın İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsindən çıxarılmasını, mülkiyyət hüququnun bərpa edilməsini, ona məxsus torpağın üzərində icazəsiz inşa edilmiş tikilinin Tərlanın hesabına sökülərək sonuncunun həmin ərazidən çıxarılmasını, torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılmasını və mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin Tərlana qadağan edilməsi xahiş edir. O, İddiaçı iddia tələbini qəbul etmir və bildirir ki, əgər gələcəkdə məhkəmə tərəfindən JN 2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Tərlanın paylı mülkiyyətinə verilmiş 0.06 hektar torpaq sahəsi paylarına uyğun bərabər bölünərsə, həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyekti söküldükdən sonra bölünməsini tələb edir və öz qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini isə qəbul etmədiyini bildirmiş və qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı rayon məhkəməsinin qətnaməsi “İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin giriş qapısı və qarşısında olan 80 kv.m torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin şərq hissəsində uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m və qərb hissədə yerləşən üçbucaq formalı 112 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin tərəflərin ümumi istifadələrində saxlamimış 80 kv.m hissəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması şəraitində çıxarılmışdır, məhkəmənin qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, tətbiq edilməli olan hüquq norması tətbiq edilməmişdir, tətbiq edilməli olmayan maddi norma tətbiq edilmişdir, ona görə də həmin hissədə ləğv edilməli, ilkin iddia tələbinin həmin hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Cavabdehlər ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir və mülkiyyət hüququmun həyata keçirilməsinə maneçilik törədir. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada o, mülkiyyət (sahiblik və istifadə) hüquqlarından istifadə edə bilmir, həmçinin bu hüquqdan istifadə imkanı cavabdehin həmin torpaq sahəsi ilə bağlı özbaşınalığı ilə məhdudlaşdırılmış və onlar, mülkiyyət hüququmdan məhrum edilməsə də, hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Bu halda, yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi tətbiq olunur. Məhkəmə tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmişdir. Yerində müayinə zamanı paylı mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsinin tərəflər arasında mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadədə saxlanılmaqla, şərq hissədə İddiaçı məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılmaqla bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. Məhkəmədə ekspretiza keçirilməsi barədə vəsatət verildi və aşağıdakı sualların ekspert qarşısında qoyulmasını xahiş etdik:

1. İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında, tərəflərin ümumi istifadəsində olan torpaq sahəsinin ümumi sahəsi nə qədər təşkil edir?

2. İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında yerləşən torpaq sahəsinin tərəflərin istifadəsində olan vəziyyətdə sərhədləri müəyyən edilsin.

3. İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında hansı tikililər mövcuddur? Lakin, məhkəmə vəsatəti təmin etmədən, sadəcə mübahisəli sahəyə baxış keçirməklə öz fərziyyələrinə əsasən qətnamə qəbul etmişdir. Ümumi torpaq sahəsinin 18 sot olmasını etiraf etməyən, lakin dolayısı ilə qətnamədə əks etdirən məhkəmə, gələcəkdə sərəncamla onun istifadəsində olan torpaq sahəsinin qardaşının adına keçirmək üçün baza yaradır. Məhkəmə həmin 0,06 ha torpaq sahəsi ilə bağlı qeyri-müəyyənlik yaradıb, özbaşına tikiliyə mülkiyyət hüququ tanıyıb, ekspert rəyi olmadan, gözəyarı ölçülərlə torpaq bölüşdürüb, naturada bölgünün işlərini öz fərziyyəsi ilə quraşdırıb. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)- 124/2019 nömrəli qətnaməsini – İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin giriş qapısı və qarşısında olan 80 kv.m torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin şərq hissəsində uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m və qərb hissədə yerləşən üçbucaq formalı 112 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin tərəflərin ümumi istifadələrində saxlanılmış 80 kv.m hissəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması, qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edib, ilkin iddia tələbinin həmin hissələrdə rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tərəflərin İzahatları

Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-124/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Hüquqi məsələlər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)- 124/2019 nömrəli qətnaməsi qismən-İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə iki hissəyə bölünməsi, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin giriş qapısının və qarşısında olan 80 kv.m torpaq sahəsinin tərəflərin ümumi istifadəsində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin şərq hissəsində uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m və qərb hissədə yerləşən üçbucaq formalı 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi və qarşısında olan 260 kv.m torpaq sahəsinin Cavabdeh mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin tərəflərin ümumi istifadələrində saxlanılmış 80 kv.m hissəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinin “İsmayıllı şəhəri S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Cavabdeh paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsi, mülki işin materiallarına əlavə edilmiş mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadələrində saxlanılması, şərq hissədə ona məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin onun mülkiyyətində saxlanılması, Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsi rədd edilməli, qətnamənin mübahisələdirilən qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissəsi dəyişdirimədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmişdir. Yerində müayinə zamanı paylı mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsinin tərəflər arasında mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadədə saxlanılmaqla, şərq hissədə İddiaçı məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılmaqla bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. İşdə olan xx xxxxxxxx 1993-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1993-cü il tarixdə İsmayıllı rayonu, S.Vurğun küçəsi ev 3-də yaşayan X9 vəfat etdiyi günə qədər ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan İsmayıllı rayonu, S.Vurğun küçəsi ev 3 ünvanında yerləşən yaşayış evini və bütünlüklə əmlakını oğlu X4 vəsiyyət etdiyi qeyd edilmişdir. İşdə olan xx xxx 2002-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, xx xxx 2002ci il tarixdə İsmayıllı şəhəri, S.Vurğun küçəsi dalan 1, ev 3-də yaşayan X1 şəhəri, dalan 1, ev 3 ünvanında 700 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini və vəfat etdiyi günədək ona məxsus bütün ev əşyalarını, zərgərlik–bəzək əşyalarını oğlu İddiaçı vəsiyyət etdiyi, həmçinin vəfat etdikdə bütün dəfn xərclərini çəkməyi İddiaçı öhdəsinə qoyduğu qeyd edilmişdir. İşdə olan xx xxxxx 2013-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin surətindən müəyyən edilir ki, İsmayıllı şəhəri, Səməd Vurğun küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxx 2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx xxxx 2006-cı il tarixli JN – 2741F KOD 40701004 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı şəhəri ərazisində yerləşən, 0.06 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə X10 və X5 birgə mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamədə İddiaçı soyadı və adı səhvən X2 yazılmışdır. İşdə olan xx xxxx 2015-ci il tarixli AZE seriyalı ******** nömrəli İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx xxxxx 2017-ci il tarixli Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən edilir ki, Cavabdeh xx.xx.1967-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş və hazırda İsmayıllı şəhəri, S.Vurğun küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxx 2006-cı il tarixli JN – 2741F KOD 40701004 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə İsmayıllı şəhəri ərazisində yerləşən, 0.06 hektar həyətyanı torpaq sahəsi X10 və İddiaçı birgə mülkiyyətlərinə verilmişdir. Həmin şəhadətnamədə İddiaçı soyadı və adı səhvən X2 yazılmışdır. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, JN2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı və Cavabdeh məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı həm də müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin bölünməsi ilə bağlı tərəflər arasında mübahisə var. Yerində müayinə zamanı müəyyən edildi ki, İsmayıllı şəhəri S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə tərəflərin paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadədə, şərq hissədə İddiaçı məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılmaqla iki hissəyə bölünməsi mümkündür. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi qismən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı və Cavabdeh məxsus olması faktının müəyyən edilməsi, İsmayıllı şəhəri S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və Cavabdeh paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsi, tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadədə, şərq hissədə İddiaçı məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılması, Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissədə də təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair hissədə təmin edildiyindən, ümumi istifadədə qalmış giriş qapısı və qarşısındakı torpaq sahəsindən istifadə edilməsinə maneçilik törədilməsinə dair hissədə təmin edilməsinə zərurət yoxdur. İddiaçı əxlaq normalarına zidd sözlərin, ifadələrin deyilməsinin Cavabdeh qadağan edilməsini tələb etsə də, Cavabdeh tərəfindən əxlaq normalarına zidd sözlərin, ifadələrin harada və hansı formada işlədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsini qət edərkən maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etdiyindən gəldiyi qənaəti düzgün deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(107)-2224/2019 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin eksperti Teymur Məmmədovun Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq mütəxəssis rəyinin təqdim olunmaması səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 21560 nömrəli məlumatı Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)-66/2020 nömrəli qərаrdаdı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(107)-2224/2019 nömrəli qərаrdаdı icra olunması üçün Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə göndərilmiş, ekspertizanın aparılması başqa ekspertə həvalə edilmiş, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin naturada bölünməklə payların müəyyən edilməsi, gediş-gəliş yolunun ayrılması və maneələrin aradan qaldırılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi, maneçiliyin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-124/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraatın ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dayandırılması qərara alınmışdır. xx xxx 2020-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 10/435 nömrəli “əlavə materialların və tədqiat obyektinin təqdim olunması” barədə vəsatəti Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin vəsatətlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyinin, mübahisəli ərazinin koordinatlarının və baza məlumatlarının mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Mütəxəssis rəyinin verilməsi üçün iş materiallarında olan sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim olunması zərurəti olsa da, 2(107)-66/2020 nömrəli mülki iş Məhkəmə Ekspertiza Mərkəzind olduğundan xx xxx 2020-ci ildə zəruri sənədlərin iş materiallarından çıxarılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim olunması üçün 2(107)-66/2020 nömrəli mülki işin Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin eksperti Teymur Məmmədovun məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 10/435 nömrəli məlumatı Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)- 66/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Həmin qərardadda “İsmayıllı şəhəri, Səməd Vurğun küçəsindəki 1 dalanın, 3 nömrəli ünvanında İddiaçı adına xx xxxxx 2013-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,06 ha torpaq sahəsi, X10 və X5 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə verilmiş, JN-2742741F, KOD40701004 olan şəhadətnamə üzrə 0,06 ha torpaq sahəsi və Cavabdeh İsmayıllı şəhəri XDS İK-nın xx xxxxxx 1988-ci il tarixli, 12 nömrəli protokol qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsi ayrı-ayrı torpaq sahələrindən, yoxsa eyni torpaq sahələrindən ibarətdir?, Torpaq sahələrinin ayrı-ayrılıqda ölçüləri nə qədərdir?, Torpaq sahələrinin hansı ölçüdə olmasından asılı olmayaraq mübahisəli tikililər hansı torpaq sahəsində və hansı ölçülərdə yerləşir?, Çıxarışda göstərilən tikililərlə mübahisəli tikililər eyni və ya ayrı-ayrı tikililərdir?” sualları qoyulmuşdur. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 231 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərə və ərazinin ümumi xəritəsinə əsasən İsmayıllı şəhəri, S.Vurğun küçəsindəki 1 dalanın 3 nömrəli ünvanında İddiaçı adına xx xxxxx 2013-cü il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarılmış 0,06 ha torpaq sahəsi ilə Cavabdeh və X5 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 saytı qərarı ilə verilmiş JN-2741F nömrəli KOD-40701004 olan şəhadətnamə üzrə 0,06 ha torpaq sahəsi ümumi bir hasar daxilində olan ayrı-ayrı torpaq sahələridir. İddiaçı və Cavabdeh faktiki istifadəsində olan torpaq sahələrinin ümumi sahəsi 1940 m2 təşkil edir. RX seriyalı ******* nömrəli çıxarışda göstərilən tikililərlə mübahisə edilən tikililər ayrı-ayrı tikililərdir. Aparılmış tədqiqatın dəyəri 300 manatdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının x xxxxxxxx 2020-ci il tаrixli, 2(107)- 66/2020 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 70 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, mülki işə əlavə edilmiş suallar üzrə İsmayıllı rayonu, S.Vurğun küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin koordinatları naturada GPS aləti vasitəsilə qeydə alınmışdır. Mübahisəli ərazinin koordinatlarının hüquqmüəyyənedici sənədləri əsasında kameral şəraitdə ərazinin ümumi xəritəsi və X6 materialında yoxlanılması və dəqiqləşdirilməsi İşləri aparılmışdır. Ərazinin ümumi xəritəsinə və hüquqmüəyyənedici sənədlərə əsasən Cavabdeh İsmayıllı şəhəri XDS İK-nin xx xxxxxx 1988-ci il tarixli, 12 nömrəli protokol qərarı ilə verilmiş 0.06 ha torpaq sahəsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı və Cavabdeh verilən JN-2741F saylı (0.06 ha) “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə sənədi ilə ayrı-ayrı sənəd olsa da torpaq sahəsinin mart-1993-cü il tarixli sxeminə və JN-2741F saylı şəhadətnamənin planşetinə əsasən eyni torpaq sahələridir. Sözügedən torpaq sahələri əvvəlki ekspertiza rəyi ilə müəyyən edilmiş ümumi sahəsi faktiki olaraq 0.194 ha təşkil edən torpaq sahəsinə daxildir. Mübahisəli torpaq sahələrinin coğrafi yerləşməsi və ölçüləri Autocad proqramı vasitəsilə tərtib edilmiş plan-sxemdə izahlı şəkildə göstərilmişdir. Mübahisə predmeti olan tikililər JN-2741F saylı şəhadətnamə ilə mülkiyyətə verilən 0.06 ha torpaq sahəsi daxilindədir. RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən tikililərlə mübahisə predmeti olan tikililər ayrı-ayrı tikililərdir. İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F, kod-40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və Cavabdeh mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə naturada, eləcə də digər hallarda bölgünün aparılması mümkün deyildir. Bölgünün mümkün olmamasına səbəb sözügedən torpaq sahəsinin bölündüyü halda həmin torpaq sahələrinin təyinatı üzrə istifadəsinin yararsız olmasıdır. Azərbaycan Respublikası “xxxx” MMC-nin 231 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əlavə adilmiş plan-sxemdə göstərilən 5744BB- 0.0165 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, hazırda İddiaçı istifadəsindədir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F, kod-40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və Cavabdeh mülkiyyətlərində olan 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə naturada, eləcə də digər hallarda bölgünün aparılması sözügedən torpaq sahəsinin bölündüyü halda həmin torpaq sahələrinin təyinatı üzrə istifadəsinin yararsız olması səbəbindən mümkün deyildir. Həmçinin cavabdehin qarşılıqlı iddiası üzrə tələbinin hazırki vəziyyətdə qanuni əsası mövcud deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü ilk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə isə cavabdehin üzərinə düşdüyündən, cavabdeh ilk iddianın yuxarıda göstərilən, təmin edilməməli olan hissəsində qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək sübutları məhkəmə kollegiyasına təqdim edə bildiyi halda, qarşılıqlı iddianın təmin edilməli olmasını əsaslandıracaq sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianı təmin etdiyi hissədə maddi və prosessual hüquq normalarını pozaraq qismən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı hazırki həcmdə təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin qismən ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-124/2019 nömrəli qətnaməsi qismən-İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə iki hissəyə bölünməsi, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin giriş qapısının və qarşısında olan 80 kv.m torpaq sahəsinin tərəflərin ümumi istifadəsində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin şərq hissəsində uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m və qərb hissədə yerləşən üçbucaq formalı 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi və qarşısında olan 260 kv.m torpaq sahəsinin Cavabdeh mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin tərəflərin ümumi istifadələrində saxlanılmış 80 kv.m hissəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinin “İsmayıllı şəhəri S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Cavabdeh paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsi, mülki işin materiallarına əlavə edilmiş mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadələrində saxlanılması, şərq hissədə ona məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin onun mülkiyyətində saxlanılması, Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsi rədd edilməli, qətnamənin mübahisələdirilən qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərləri tərəflər arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-124/2019 nömrəli qətnaməsi qismən ilk iddianın təmin edilmiş-İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN-2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə iki hissəyə bölünməsi, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin giriş qapısının və qarşısında olan 80 kv.m torpaq sahəsinin tərəflərin ümumi istifadəsində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin şərq hissəsində uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m və qərb hissədə yerləşən üçbucaq formalı 112 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi və qarşısında olan 260 kv.m torpaq sahəsinin Cavabdeh mülkiyyətində saxlanılması, İsmayıllı şəhəri, S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin tərəflərin ümumi istifadələrində saxlanılmış 80 kv.m hissəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinin “İsmayıllı şəhəri S.Vurğun küçəsi 1/3 ünvanında yerləşən JN2741F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun və Cavabdeh paylı mülkiyyətlərində olan 0.06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməklə iki hissəyə bölünməsi, mülki işin materiallarına əlavə edilmiş mütəxəssis tərəfindən cizgisi tərtib edilmiş sxemə uyğun olaraq torpaq sahəsinin giriş qapısı (darvaza) və qarşısında olan 80 kv.m torpaq sahəsinin ümumi istifadələrində saxlanılması, şərq hissədə ona məxsus, uzunluğu 24.7 m, eni 6 m olan qeyri yaşayış obyektinin yerləşdiyi 148.2 kv.m torpaq sahəsi və qərb hissədə düzbucaqlı üçbucaq formalı, 112 kv.m torpaq sahəsinin onun mülkiyyətində saxlanılması, Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, ümumi istifadələrində qalmış giriş qapısı və qarşısındakı torpaq sahəsindən istifadə edilməsinə maneçilik törədilməsi hissəsi rədd edilsin. Qətnamənin mübahisələdirilən-qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissəsi dəyişdirilmədən saxlanılsın. Ekspert rəylərinin verilməsinə dair çəkilən cəmi 600 (altı yüz) manat xərcin 300 manatı İddiaçı, 300 manatı Cavabdeh alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64AİİB400900C**********208) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar