Məhkəmə qərarları › İş №2(107)-110/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-110/2020

23.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-110/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(033)-534/20N9 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx N-ci il tarixdən xx xxxx N-ci il tarixədək hərbi xidmət keçməsi və hərbi xidmətdən ehtiyata (tərxis olunma) buraxılma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(033)-534/20N9 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, xx xxxxx N968-ci il tarixdə Zaqatala rayonu Qımır kəndində doğulmuşdur. xx xxxx N986-cı ildən xx xxxx N988-ci il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx xxx N-ci tarixdən xx xxxx Nci il tarixədək Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı müharibədə vuruşan N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, faktiki olaraq müharibə veteranıdır. Bu fakt iddiaya əlavə etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx xxx 20N8-ci il tarixli N23 saylı arayışı, Müdafiə Nazirliyinin İşlər XN xx xxxxxxxx 20N8-ci il tarixli g/2-N4N saylı arayışı və müharibə veteranlarının şahidliyi ilə təsdiq olunur. O, bütün sənədlərini topladıqdan sonra Müdafiə Nazirliyinə ona müharibə veteranı vəsiqəsi verilməsi üçün müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi ona müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina etmişdir. Səbəb isə N-ci ilin iyun ayında hərbi xidməti təsdiq olunmaması və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumatların olmamasıdır. Müdafiə Nazirliyinin qeyd etdikləri səbəblər isə onun müharibədə iştirakını rədd edə bilməz. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında qeyd olunur ki, N saylı hərbi hissə komandirinin xx xxx N-ci il tarixli N9 saylı əmri ilə o, həmin hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Cavabdeh isə yalnız N-ci ilin iyun ayını bəhanə edir. İyun ayında hərbi hissə komandiri onun vuruşmağı və ya tərxis olunmağı barədə əmr yazmamışdırsa burda onun təqsiri yoxdur və müharibədə döyüşlərdə iştirak etməsini şübhə altına alan sübut yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən o müharibə veteranı hesab edilir. Cavabdeh Müdafiə Nazirliyinin ona müharibə veteranı verməməsinə imtinasının əsası iyun N-ci il tarixdə hərbi xidmətimin təsdiqlənməməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumatın olmamasıdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. O da hal-hazırda iyun N-ci ildə hərbi xidmətdə olmasını başqa cür təsdiq edə bilmir və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat əldə edə bilmir. N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun N-ci il tarixli nizami hissə əmrlərində onun xidməti barədə məlumatın aşkar olunmaması onun hərbi xidmətdə olmaması və ya qanuni əsaslarla tərxis olunmamasına əsas ola bilməz. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(033)-534/20N9 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlərin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(033)-534/20N9 saylı dəyişdirimədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin xx xxx 20N8-ci il tarixli N23 nömrəli arayışından görünür ki, N968-ci il təvəllüdlü İddiaçı xx xxxx N986-cı ildən xx xxxx N988-ci il tarixədək Sovet ordusu sıralarında, xx xxx N-ci il tarixdən xx xxxx N-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx xxxxxx 20N8-ci il tarixli N0354 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-N4N nömrəli arayışına əsasən İddiaçı iyun N-ci il tarixdə hərbi xidməti təsdiqlənmədiyindən və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Mülki işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər XN xx xxxxxxxx 20N8-ci il tarixli N4N nömrəli arxiv arayışından görünür ki, Zaqatala RHK-dan çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissənin komandirinin xx xxx N-ci il tarixli N9 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və komandirin iyun N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli 2(033)230/20N9 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə qarşı Azərbaycan Respublikası Süverenliyi və Bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli 2(033)-534/20N9 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə qarşı iddia tələbinin xx xxx N-ci il tarixdən xx xxxx N-ci il tarixədək hərbi xidmət keçməsi faktının müəyyən edilməsi tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Belə ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N4-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» xx xxxxxx N-ci il tarixli, 3N3 nömrəli Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki xx xxxxxx N999-cu il tarixədək davam etmişdir. «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N996-cı il tarixli 433 nömrəli Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N86cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» xx xxxxxx N-ci il tarixli, 3N3 nömrəli Fərmanı ilə elan olunmuş qismən səfərbərlikdən sonra ehtiyata buraxıla bilməzdi. Bundan başqa, iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxıldığına dair heç bir sübutu yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(033)-534/20N9 saylı dəyişdirimədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(033)-534/20N9 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar