Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-110/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş zərərə görə pul tələbinə dair” ilk iddiası və Cavabdeh2, X11, Cavabdeh1 və Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsindən İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər X11, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, JN-258 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, X15, X12 və X7 birgə mülkiyyətlərində olan 1.92 hektar və JN-260 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, X18, X2 və X1 birgə mülkiyyətlərində olan 1.80 hektar torpaq sahələri X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilsin və X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlu həmin torpaq sahələrindən çıxarılmalrı, Cavabdeh2, X11, Cavabdeh1 və Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasına dair qarşılıqlı iddia tələbi rədd edilməsi, X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlundan 20 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-258 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərində olan 1.92 hektar, JN-259 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0.44 hektar və JN-260 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, Nuriyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərində olan 1.80 hektar torpaq sahələrinin Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılması və Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada 540 manat maddi zərər, 30.4 manat dövlət rüsumu, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərcinin alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-246 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Şakir Qədirov, Bəsirə Qədirova, Cəlal Qədirov, Hicrə Qədirova, Çiçək Qədirova və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmiş 2.92 hektar, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2, Sevil Əliyeva, Mina Fərzaliyeva, Aygün Teymurova və Anar Əliyevin birgə mülkiyyətlərinə verilmiş 0.1851 hektar və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh5, Jalə Əsədova, Pərvinə Kərimova və Vəlixan Vəliyevin birgə mülkiyyətlərinə verilmiş 0.1481 hektar çoxillik əkmə təyinatlı torpaq sahələrindən İddiaçı1 və İddiaçı2 çıxarılması, torpaq sahələrinin boşaldılması və mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsindən İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər X11, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)- 268/2021 nömrəli qətnaməsi ilə İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər X11, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)- 268/2021 nömrəli qətnaməsindən Cavabdeh2 və onun vəkili X4 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(102)-4204/2021 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021ci il tarixli, 2(107)-268/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin rədd edilən hissələrində ləğv edilməsi və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, İsmayıllı Rayon Məhkəməsi onlara qarşı iddianı qismən təmin etməklə və onların qarşılıqlı iddialarını rədd etməklə ədalətsizlik etmiş, qanuni hüquqlarını pozmuşdur. Belə ki, 1998-ci ildə Respublikamızda aparılan məlum torpaq islahatları zamanı İsmayıllı rayon Topçu kəndi ərazisindən o, Cavabdeh2 beş nəfərlik ailəsinin birgə mülkiyyətinə JN 249 Kod 40727018 olan Dövlət Aktı üzrə 2,28 ha əkin və çoxillik əkmələr təyinatlı torpaq sahələri verilmiş onun 0,1851 hektarı çoxillik əkmələrə aid olmuşdur. Hazırda həmin 0,1851 hektar çoxillik əkmə təyinatlı torpağa dair mülkiyyət hüququ ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Onlar Cavabdeh1 və X5 altı nəfərlik ailəsinin birgə mülkiyyətinə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş JN 246 Kod 40727018 olan Dövlət Aktı üzrə 2,92 ha əkin və çoxillik əkmələr təyinatlı torpaq sahələri verilmiş, onun 0,2222 hektarı çoxillik əkmələrə aid olmuşdur. O, X8 dörd nəfərlik ailəsinin birgə mülkiyyətinə JN 251 Kod 40727018 olan Dövlət Aktı üzrə 1,88 ha əkin və çoxillik əkmələr təyinatlı torpaq sahələri verilmiş, onun 0,1481 hektarı çoxillik əkmələrə aid olmuşdur. Hazırda həmin 0,1481 hektar çoxillik əkmə təyinatlı torpağa dair birgə mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş, vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək və sərhəd mərzləri qoyularaq 1998-ci ildə onlara təhvil verilmişdir. Həmin vaxtdan ötən 20 ərzində torpaq sahəsini heç bir mübahisə olmadan əkib becərmişlər. İddiaçı ötən 20 il ərzində bir dəfə də olsa həmin ərazinin ona məxsus olmasını bildirməmiş, bununla bağlı mübahisə etməmiş, həmin mübahisələndirilən onlsts məxsus bağ torpaq sahələrindən bir qədər şimalda, bir neçə yüz metr aralıda qəbrstanlıq yerindən şimal tərəfdə iddiaçılara məxsus bağ torpaq sahəsi yerləşmiş və onlar tərəfindən becərilmişdir. Onlar 20 il ərzində sözü gedən torpaq sahəsini mübahisəsiz olaraq istifadə etmişlər. 2019-cu ilin iyun ayında cavabdehlər onlar qarşılıqlı iddia üzrə iddiaçılara məxsus çoxillik əkmə təyinatlı (yəni keçmiş bağ sahələri) torpaq səhələrinin bir hissəsini əhatə edən ərazisini zəbt edərək və Dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək torpağı məftil torla hasara almış, torpağın təyinatını dəyişdirmiş və torpaqdan istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını, onların torpaqdan istifadə hüququna maneçilik törətməməsini tələb etsələr də müsbət nəticəsi olmamışdır. Bu azmış kimi cavabdehlər onlar qarşı əsassız iddia qaldırmışlar. Odur ki, onlar da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Lakin, İsmayıllı Rayon Məhkəməsi qeyd edilənlərin heç birinə əhəmiyyət verməyərək ilkin iddianı zərər tələbi hissəsi istisna olmaqla qalan hissədə təmin etmişdir. Əvvəla, onu qeyd etmək istəyirlər ki, hazırda mövcud olan mülki mübahisə hər iki tərəfin birgə mülkiyyətində olan ümumi pay torpaq sahəsinin yalnız çoxillik bağ sahəsinə dairdir, əkin torpaq sahəsi mübahisə obyekti deyildir və aralarında əkin torpağı ilə bağlı heç bir mübahisə yoxdur. Yəni, iddiaçılar hesab edirlər ki, onların dövlət aktları üzrə mülkiyyətlərinə verilən, əkin torpağından tamamilə fərqli ərazidə yerləşən, yəni Bəşirə Qədirovanın və ailəsinin birgə mülkiyyətində olan 0,2222 ha, Cavabdeh2 və ailəsinin birgə mülkiyyətlərində olan 0,1851 ha və Sərxan Vəliyevin və ailəsinin birgə mülkiyyətlərində olan 0,1481 ha onlar tərəfindən qanunsuz zəbt edilmiş, orada müəyyən tikinti işləri aparılmışdır. Məhkəmə isə məsələni mahiyyəti üzrə tam araşdırmadan iddiaçıların JN-258 nömrəli Dövlət Aktı üzrə 1,92 JN-260 Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 1,80 hektar əkin və çoxillik bağ sahəsinə bütünlüklə müdaxilə etməklə zərər vurmaları və həmin torpaq sahələrinin bütünlüklə əvvəlki vəziyyətinə gətirilməsini təmin edilməklə mübahisənin mahiyyəti üzrə tam, düzgün araşdırmadığı və kortəbii qərar qəbul etdiyini göstərir. İkinci, iddiaçıların mübahisələndirdiyi bağ sahəsi onların tərəflərindən müvafiq mülkiyyət sənədləri əsasında istifadə etdikləri bağ sahəsindən bir neçə yüz metr cənub tərəfdə onlardan aralıda yerləşir və iddiaçılar heç bir qanuni əsasları olmadan onlara məxsus bağ torpaq sahəsini tor məftillə hasara alaraq onların mülkiyyət hüququnu pozmuşlar. Buna baxmayaraq, İsmayıllı Rayon Məhkəməsi onlara qarşı ədalətsizlik etmiş, tələblərinə birtərəfli olaraq səthi mövqedən yanaşılmışdır. Məhkəmə tələbini tam araşdırmamış, onlar tərəfindən əldə edilməsi mümkün olmayan lazımi sübutların əldə edilməsinə cəhd göstərməmiş, işinə laqeyid yanaşılmış, heç bir hüquqi mənbəyi olmayan əsaslara istinadən nəticə çıxarmış və həmin əsassız nəticəyə əsaslanaraq yekun qərar qəbul etmişdir. Həmçinin, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Bununla da, məhkəmə tərəfindən AR MPM-nin 385- 390-cı maddələrinin tələbləri pozulmuşdur. Bütün bu hallar işin birtərəfli aparılmasının, işə laqeyid münasibətin aydın göstəricisidir. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi haqsız, ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuş qətnamədir və birbaşa mülkiyyətə dair konstitision hüquqlarının pozulmasına səbəb olan qanunsuz hüquqi aktdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsinin ləğv edilərək onlara qarşı ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh6 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsini əsassız və qanunsuz hesab edir. Məhkəmənin gəldiyi nəticələr işin faktik hallarına uyğun deyil, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq sübutları düzgün qiymətləndirməyib. O, məhkəmə baxışında vəsatət versə də məhkəmə ona məxsus hesab etdiyi torpaq sahəsinin konturlarının mütəxəsis tərəfindən dəqiq müəyyən edilməsi zamanı onun iştirakını təmin etməyib. İddiaçının hasarına toxunmadığı və mübahisə vaxtı orada olmadığı halda məhkəmə iddiaçıların yalan və həqiqətə uyğun olmayan məlumatlarına əsasən torpağın əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin mənim üzərimə qoyulması barədə iddia təmin edilib. Məhkəmə nəzərə almayıb ki, onun pay torpağı mübahisəli ərazidə yerləşmir, o, həmin işdə cavabdeh ola bilməz. Əslində mübahisəli torpaq ərazisi ona yox Bağıyev Amilə məxsusdur. Məhkəmə Bağıyev Amilin işdə iştiraka cəlb etmədən hüquq və vəzifələri ilə bağlı məsələni həll edib. Məhkəmə nəzərə almayıb ki, o, Bağıyev Amilə aid sahədə söküntü apara və buna görə məsuliyyət daşıya bilməz. Bağıyev Amil 22 il bundan öncə Səftər Əhmədova ölçülüb verilmiş və mərzləri qoyulmuş sahəyə hasar çəkib. İlkin iddiada iddiaçılar da 22 il öncə akta imza edərək öz sahələrini götürmüş və bu günədək bununla bağlı hər hansı şikayətləri olmamışdır. Həmin vaxt torpaqları Bağıyev Amilə və ilkin iddiada iddiaçılara Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ölçüb veriblər. Məhkəmə nəzərə almayıb ki, DƏKRX 2 il bundan qabaq yeni xəritənin işlənməsi ilə bağlı sifariş verib, xəritələr hazırlanarkən vətəndaşların pay torpaqlarını zəbt etdikləri nəzərə alınmayıb. Məhkəmə torpaq sahələrinin əvvəlki və yeni xəritələr əsasında ölçülməsi və sərhədlərin dəqiqləşdirilməsi üçün müstəqil ekspertiza keçirməyib ekspert rəyi olmadan mübahisəli torpaq sahələrinin ilkin iddiada iddiaçılara məxsus olması kimi səhv nəticəyə gəlib. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edərək ilkin iddianın tam təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-25/2020 nömrəli, 15 sentyabr 2020ci il tarixli qətnaməsini “İddiaçı1 və İddiaçı2 X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı “torpaq sahələrindən çıxarılma və vurulmuş zərərə görə pul tələbinə” dair iddiasınının təmin edilməmiş hissədə əsassız və qanunsuz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə iddianı qismən təmin etməkdə, qarşılıqlı iddianı rədd etməkdə haqlı olsa da iddianı tam təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçılar 105 manat etibarnamələrin təsdiqinə, 25 manat sənədlərin surətlərinin təsdiqinə, 800 manat hüquqi yardıma görə haqqın ödənilməsini, 170 manat yol-nəqliyyat xərcini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Etibarnamələr, təsdiq edilmiş sənədlərin surətləri və hüquqi yardıma görə vəkilin orderi iş materiallarındadır. Onlardan mötəbər hansı sübut ola bilər? Məhkəmə bununla bağlı düzgün nəticəyə gəlməmiş, sübutları qiymətləndirə bilməmiş, maddi hüquq normalarını pozmuşdur. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsinin qismən “iddianın rədd edilməsi” hissədə ləğv edilməsini, X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlundan müştərək qaydada 540 manat vurulmuş maddi zərərə görə, 960,4 manat çəkilmiş xərclərə görə olmaqla cəmi 1500,4 mant məbləğində pulun alınaraq İddiaçı1 və İddiaçı2 verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X20 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüququ məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(102)-4204/2021 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(107)-268/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin rədd edilən hissələrində ləğv edilməsi və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(102)-4204/2021 saylı qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən hissədə ilk iddia tələbini qismən təmin edilməsi barədə gəldiyi nəticəni işdə olan mütəxəssis rəyinə istinad edərək əsaslandırmışdır. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş rəyi MPM-in 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, aparılmış ölçmə işləri zamanı İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-258 M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı2 mülkiyyətinə verilmiş 0,15 hektar, JN-259 M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0,04 hektar və JN-260 M nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahələri ilə JN-246M nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Bəsirə Qədirovanın mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsinin üstüstə düşmədiyi müəyyən edilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların plan-ölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, təqdim olunmuş rəydə qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi, həmçinin Cavabdeh2 verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların plan-ölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyənləşdirilməsinin mümkün olmaması göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni əsaslandımamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan 19 sentyabr 1998-ci il tarixli JN-258 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan 19 sentyabr 1998-ci il tarixli JN-259 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Baxça Əliyevanın mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 0.44 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan 19 sentyabr 1998-ci il tarixli JN-260 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İddiaçı1, Nuriyyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.80 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan 19 sentyabr 1998-ci il tarixli JN-246 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Şakir Qədirov, Bəsirə Qədirova, Cəlal Qədirov, Hicrə Qədirova, Çiçək Qədirova və Cavabdeh1 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan 19 sentyabr 1998-ci il tarixli JN-249 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Cavabdeh2, Sevil Əliyeva, Mina Əliyeva, Aygün Əliyeva və Anar Əliyevin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.28 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0.1851 kektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Sevil Əliyeva,Mina Əliyeva, Aygün Əliyeva və Anar Əliyevin ümumi birgə paylı mülkiyyətlərinə verilmişdir. İşdə olan 19 sentyabr 1998-ci il tarixli JN-251 KOD 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Cavabdeh5, Jalə Vəliyeva, Pərvinə Vəliyeva və Vəlixan Vəliyevin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.88 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0.1481 kektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh5, Jalə Əsədova,Pərvinə Kərimova və Vəlixan Vəliyevin ümumi birgə paylı mülkiyyətlərinə verilmişdir. İşdə olan 11 oktyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödənilmişdir. Mülki işin obyektiv həlli ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-1800/2021 nömrəli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və rəy alınanadək işin icraatının dayandırılması qərara alınmışdır. 14 iyul 2022-ci tarixində məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyində göstərilmişdir ki, iddiaçıların və cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşmür. Torpağa mülkiyyət hüququna dair JN 260 Kod 40727018 nömrəli dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 hektar torpaq sahəsinin 260M cizgisində göstərilmiş 0.15 hektar hissəsinin 0.022 hektar hissəsi Cavabdeh6 istifadəsindədir (yerquruluşu planı 8). Torpağa mülkiyyət hüququna dair JN 258 KOD 40727018 nömrəli dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.92 hektar torpaq sahəsinin 258M cizgisində göstərilmiş 0.15 hektar hissəsinin 0.0417 hektar hissəsi Cavabdeh6 tərəfindən istifadə olunur (yerquruluşu planı 9), Torpağa mülkiyyət hüququna dair JN258 KOD 40727018 nömrəli dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.92 hektar torpaq sahəsinin 258 cizgisində göstərilmiş 1.77 hektar hissəsinin 0.425 hektar hissəsi X6 tərəfindən istifadə olunur (yerquruluşu planı 10), Torpağa mülkiyyət hüququna dair JN 259 KOD 40727018 nömrəli dövlət aktı ilə iddiaçı X9 mülkiyyətinə verilmiş 0.44 hektar torpaq sahəsinin 259M cizgisidə göstərilmiş 0.04 hektar hissəsinin 0.012 hektar hissəsi Cavabdeh6 tərəfindən istifadə olunur. Cvabdehlərə verilmiş torpaq sahəsi İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilmir. Bu baxımdan da, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Çünki, təhlil olunan işdən bəlli olur ki, iddiaçıların tələbləri üç hissədən, yəni cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması, vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, nəhayət sonuncu tələb isə cavabdehlərdən müştərək qaydada 540 manat maddi zərər, 30.4 manat dövlət rüsumu, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərcinin alınaraq onlara verilməsindən ibarətdit. Hazırda öyrənilən işdən aydın olur ki, iddiaçılar cavabdehlərin vəsaitləri hesabına iddia etdikləri torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini xahiş etsələrdə, faktiki olaraq sözügedən torpaq sahəsinin əvvəlki vəziyyətinin nədən ibarət olması, eləcədə iddia tələblərində qeyd etdikləri maddi zərərlə bağlı (540 manat maddi zərər, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərci) məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Ancaq, təhlil olunan işdən oxşar qəbilədən olan hallara rast gəlinmir və uyğun olaraq məhkəmə kollegiyası cavabdehlərin mübahisəli torpaq sahəsinin cavabdehlərin öz vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərdən müştərək qaydada 540 manat maddi zərər, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərcinin alınaraq onlara verilməsinin təmin edilməsini mümkün saymır. Lakin, iddianın cavabdehlərdən Cavabdeh6 mübahisəli torpaq sahəsindən çıxarılması hissəsini məhkəmə kollegiyası əsaslı bilir. Çünki, iddiaçıların tələbinin bu hissəsi işdə olan ekspertiza rəyi ilə tam təsdiq olunur. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 157.1-ci maddəsinə görə Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Belə olan halda, məhkəmə kollegiyası bu fikirdədir ki, torpağa mülkiyyət hüququna dair JN 260 Kod 40727018 nömrəli dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 hektar torpaq sahəsinin 260M cizgisində göstərilmiş 0.15 hektar hissəsinin 0.022 hektar hissəsi Cavabdeh6 istifadəsində olduğundan (yerquruluşu planı 8), torpağa mülkiyyət hüququna dair JN 258 KOD 40727018 nömrəli dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.92 hektar torpaq sahəsinin 258M cizgisində göstərilmiş 0.15 hektar hissəsinin 0.0417 hektar hissəsi Cavabdeh6 tərəfindən istifadə olunduğundan (yerquruluşu planı 9), torpağa mülkiyyət hüququna dair JN 259 KOD 40727018 nömrəli dövlət aktı ilə mərhum X9 mülkiyyətinə verilmiş 0.44 hektar torpaq sahəsinin 259M cizgisidə göstərilmiş 0.04 hektar hissəsinin 0.012 hektar hissəsi isə Cavabdeh6 tərəfindən istifadə olunduğundan o qeyd edilən torpaq sahəsindən çıxarılmalıdır. Bununla yanaşı təhlil olunan işdən cavabdehlərdən X11, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 Sadıq oğlunun iddiaçılara məxsus torpaq sahələrindən istifadə etmələri öz təsdiqini tapmadığından, kollegiya bu hissədə iddia tələbinin təmin edilməsini mümkün bilmir. Bundan əlavə öyrənilən işdən aydın olur ki, cavabdehlər Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-246 KOD 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Şakir Qədirov, Bəsirə Qədirova, Cəlal Qədirov, Hicrə Qədirova, Çiçək Qədirova və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmiş 2.92 hektar, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2, Sevil Əliyeva, Mina Fərzaliyeva, Aygün Teymurova və Anar Əliyevin birgə mülkiyyətlərinə verilmiş 0.1851 hektar və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh5, Jalə Əsədova, Pərvinə Kərimova və Vəlixan Vəliyevin birgə mülkiyyətlərinə verilmiş 0.1481 hektar çoxillik əkmə təyinatlı torpaq sahələrindən İddiaçı1 və İddiaçı2 çıxarılması, torpaq sahələrinin boşaldılması və mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası yuxarıda təhlil olunan sübutlara görə cavabdehlərin qarşılıqlı iddiasını əsaslı bilmir. Çünki, yuxarıda istinad edilmiş ekspertiza rəyinə görə iddiaçıların və cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşmür və cavabdehlərə verilmiş torpaq sahəsi İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilmir. Bundan əlavə MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ekspertiza Mərkəzinin rəyindən göründüyü kimi İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.92 hektar torpaq sahəsinin 258 cizgisində göstərilmiş 1.77 hektar hissəsinin 0.425 hektar hissəsi X6 tərəfindən istifadə olunur. Lakin iddiaçıların X3 qarşı hər hansı tələbi olmadığından məhkəmə kollegiyası həmin hissəyə münasibət bildirməyi zəruri hesab etmir. Bu baxımdan da, Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, cavabdehlər X11, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən əsaslı olduğundan bu həddə təmin edilməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 saylı qətnaməsindən iş üzrə cavabdehlər X11, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(037)-25/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş zərərə görə pul tələbinə dair” iddiası Cavabdeh6 “torpaq sahəsindən çıxarılmasına” dair hissədə təmin edilsin. Cavabdeh6 torpağa mülkiyyət hüququna dair JN 260 Kod 40727018 nömrəli dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 hektar torpaq sahəsinin 260M cizgisində göstərilmiş 0.15 hektar hissəsinin 0.022 hektar hissəsindən və torpağa mülkiyyət hüququna dair JN 258 KOD 40727018 nömrəli dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.92 hektar torpaq sahəsinin 258M cizgisində göstərilmiş 0.15 hektar hissəsinin 0.0417 hektar hissəsindən və torpağa mülkiyyət hüququna dair JN 259 KOD 40727018 nömrəli dövlət aktı ilə mərhum X9 mülkiyyətinə verilmiş 0.44 hektar torpaq sahəsinin 259M cizgisində göstərilmiş 0.04 hektar hissəsinin 0.012 hektar hissəsindən çıxarılsın. 30 manat dövlət rüsumu Cavabdeh6 alınaraq İddiaçı2 qaytarılsın. İddia qalan hissdə təmin edilməsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat cavabdehlər X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-110/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-110/2022
09.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver