Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1100/2025 04.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbi, qüvvə) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X13 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, İddiaçı2 nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)-535/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan ərazisində yerləşən kateqoriyasına (təyinatına) görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsinin zəbt etdiyi 13,0 ha hissəsindən çıxarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan ərazisində yerləşən kateqoriyasına (təyinatına) görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsinin zəbt etdiyi 13,0 ha hissəsindən çıxarılmasına və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Zərdab rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarına əsasən 25 il müddətinə Zərdab rayon Təzəkənd kənd ərazisində “Aşağı bağ” adlanan ərazisi kateqoriyasına (təyinatına) görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 13 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İcarə müqaviləsi bağlanan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Bu fakt Ədliyyə Nazirliyi Göyçay Regional İdarəsinin xx.xx.2021-ci il tarixdə kənd sakinlərinə ünvanladığı məktubdada öz təsdiqini tapmışdır. Eyni zamanda sözü gedən məktub Zərdab Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 02 saylı iclasında müzakirə olunmuş və xx.xx.2024-cü il tarixli qərar ilə Cavabdeh 13,0 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı qərar ləğv olunmuşdur. Hazırda cavabdeh sözü gedən torpaq sahəsində öz məqsədləri üçün istifadə edir və kənd sakinlərinin istifadəsinə müneələr yaradır. Sözü gedən torpaq sahəsi örüş təyinatlıdır və kənd sakinlərinin ümumu istifadəsindədir. Dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsələrdə, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət emişlər. İddianın təmin edilməsini xahiş etmişdir.
4. Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)-535/2025 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizələrinin təmin edilməməsi və iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 241.1 və 706.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 51.1, 51.2, 51.4, 68, 84.1 və 84.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan X12 Hüququna dair JN-4798 KOD 90501018 olan Şəhadətnamədən görünür ki, Zərdab rayon Təzəkənd bələdiyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə bələdiyyənin mülkiyyətində olan 13.0 hektar torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə Cavabdeh Alahverdi oğluna icarəyə verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-391/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh qarşı xx.xx.2005-ci il tarixdə tərtib edilmiş JN-4798 KOD 90501018 saylı X12yə dair Şahadətnamənin ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Etibarnamədən müəyyən olunur ki,İddiaçı1 onu Zərdab Rayon Məhkəməsində təmsil etmək üçün Nümayəndə bir il müddətinə etibarnamə vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Etibarnamədən müəyyən olunur ki, İddiaçı2 X9 onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir
7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zərdab rayon məhkəməsinin 26.08. 2025-ci il tarixli,2(035)-535/2025 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, hakim işin nəticəsində öncədən maraqlı olmuş, iddia ərizəsində göstərilən hallar və onlarla bağlı iddiaçıların izahatları təhrif olunmuş, iddianın predmeti olan torpaq sahəsinin örüş təyinatı gizlədilmiş, iddiaçıların təqdim etdikləri sübutlar məhkəmə baxış iclasında araşdırma predmeti olmamış,onlara hüquqi qiymət verilməmiş,sübutların əldə edilməsi ilə bağlı yazılı vəsatətlərimiz təmin edilməmişdir. Qətnamənin “işin faktiki halları”şərhində əslində işin faktiki halları təhrif olunur, iddianın obyektiv,tam və hərtərəfli araşdırılmasına səhlənkar yanaşma aşkar görünür. Hakim işin faktiki hallarını qarışıq salıb göstərir ki,guya onlar iddianı onunla əsalandırmışlar ki, “Zərdab rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarına əsasən 25 il müddətinə Zərdab rayon Təzəkənd ərazisində “Aşağı bağ” adlanan ərazisi təyinatına görə örüş torpağı kimi müəyyən edilərək kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 60,0 ha torpaq sahəsindən kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 13,0 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir.” Lakin onlar iddianı bu sayaq anlaşılmaz və öz əleyhlərinə yönələ biləcək şəkildə əsaslandırmamışlar. Onlar yazmışlar ki, Zərdab rayonunun Təzəkənd kəndi ərazisində torpaq islahatı aparılarkən kəndin “Aşağı bağ” adlanan 60 ha ərazisi təyinatına görə örüş torpağı kimi müəyyən edilmiş və müddətsiz olaraq kənd sakinlərinin ümumi istifadəsinə verilmişdir. Bu fakt Zərdab bələdiyyəsinin sabiq sədri Bəhruz Qurbanovun kənd sakini X14 yazdığı xx.xx.2021-ci il tarixli,69 saylı sorğuya cavab məktubundada təsdiq olunur: “Sizin xx.xx.2021ci il tarixli,Təzəkənd kənd ərazisində “Aşağı bağ” adlanan sahənin hansı kateqoriyaya aid olması barədə ərizənizə cavab olaraq bildiririk ki, bələdiyyənin ərazisinə dair xəritələrdə həmin ərazi örüş kateqoriyasına aid torpaq sahəsi kimi göstərilmişdir”. (məktub iddia ərizəsinə əlavə olunmuşdur). Belə ki, Zərdab RİHB-nın 03. 12. 1999-cu il tarixli,122 saylı sərəncamı ilə kəndin “Aşağı bağ” örüş torpaq sahəsinin 20 ha hissəsi təyinatına zidd olaraq kənd sakini Cavabdeh icarəyə verilmişdir.Xaləddin qardaşı Elmanla örüş torpağının əlavə 19 ha hissəsinidə zəbt edərək kəndin mal-qarasını ora buraxmamış,o əraziyə girən mal-qara sahiblərini,məhkəmə yolu ilə xeyli miqdarda cərimə etdirmişdir. Zərdab bələdiyyəsinin 30.04. 2002-ci il tarixli,02 saylı qərarı ilə zəbt olunmuş bu 19 ha örüş torpaq sahəsinin 6 ha hissəsi Elmanın arvadı X6,13 ha hissəsi isə xx.xx.2004-cü il tarixli qərarı ilə Cavabdeh təyinatına zidd olaraq icarəyə verilmişdir. 20 ha torpaq sahəsi isə zəbtlərində qalmışdır.Kəndin bir neçə sakinləri ilədə icarə müqaviləsi bağlanaraq bu örüş torpaq sahəsindən müəyyən qədər onlara da icarəyə verilmişdir. Bununla da kənd sakinlərinin bu torpaqlardan örüş sahəsi kimi müddətsiz istifadə hüquqları pozulmuş,torpağın təyinatı özbaşına dəyişdirilmişdir. Bəhruz Qurbanovun yol verdiyi bu qanunsuzluqdan kənd sakinləri aidiyyəti qurumlara şikayətlər yazmışlar.Yoxlamalar sonucunda fakt öz təsdiqini tapmış,Bəhruz Qurbanov araşdırıcı qurumlara verdiyi cavab sənədlərlində kəndin “Aşağı bağ” adlanan örüş torpaq sahəsi ilə bağlı qanunsuzluqlara yol verdiyini etiraf etmiş,buraxdığı səhvləri aradan qaldıracağını bildirsə də,ancaq vədinə əməl etməmiş,qanunsuz hərəkətlərini ört-basdır etməyə çalışmışdır. Bu hal Ədliyyə Nazirliyi Göyçay Regional İdarəsi xx.xx.2021-ci il tarixdə Təzəkənd sakini X11 göndərdiyi M 757 /2 saylı məktubunda da təsdiqini tapır (məktub iddia ərizəsinə əlavə olunmuşdur). Həmin məktub Zərdab rayon Zərdab Bələdiyyəsinin xx.xx.2021ci il tarixli, 02 saylı iclasında müzakirə edilmiş,protokolda aşağıdakılar Qərara alınmışdır. “1. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M-757/2 saylı,Zərdab bələdiyyəsi icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubu nəzərə alınmışdır. 2. Qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı ilə X2 13,0 ha,X10 3,5 ha xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X22 1,0 ha, 30 .04.2002-ci il tarixli 02 saylı qərarı ilə X15 0,7 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X4 1,0 ha, xx.xx.2002-ci il tarixli,02 saylı qərarı ilə X6 6,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bəbələdiyyənin yuxarıda adları çəkilən qərarları ləğv edilsin və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilsin 4. Qərarın icrasına nəzarət Zərdab bələdiyyəsinin sədrinə həvalə edilsin”. Göründüyü kimi, Cavabdeh Təzəkənd kəndinin “Aşağı bağ” örüş sahəsindən qanunsuz olaraq 13 ha ərazinin icarəyə verilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli qərar qanuna zidd olduğundan digərləri ilə birlikdə ləğv edilmişdir. Bu fakt Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların X8 Üzrə Dövlət X1 xx.xx.2021-ci il tarixli, **********89 saylı məktubundada əksini tapmışdır. (məktub iddia ərizəsinə əlavə edilmişdir). Həmçinin Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin Zərdab rayonu Təzəkənd kənd sakinləri Zaur İsrafilova və digərlərinə xx.xx.2021-ci il tarixli, Kol-90/5 saylı məktubunda yazılır:“Müraciətlə bağlı Zərdab bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən torpaq icarə müqavilələri bağlanarkən və torpaq sahələri icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozularaq qanunla müəyyən edilmiş müddətdən ar=q vətəyina=na zidd olaraq icarəyəverilərək torpaq icarə müqaviləsi bağlandığı, icarəçilər tərəfindən torpaqdan is9fadənin davam etdiyi aşkar edilmişdir.Bununla bağlı idarə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş icarə müqavilələrinin ləğv edilməsi üçün Zərdab bələdiyyəsinə xx.xx.2021ci il tarixli 02 saylı iclas protokolu ilə icarə müqaviləsinin bağlanmasına əsas olmuş bələdiyyənin müvafiq qərarları ləğv edilmişdir”. (məktub iddia ərizəsinə əlavə edilmişdir) Gerçəkdən də qərardan sonra həmin 13,0 ha örüş təyinatlı torpaq sahəsi Xaləddindən geri alınmış, 2024-cü ilin sentyabr ayına qədər kəndin mal qarası həmin ərazilərdə otarılmışdır. Kənd sakinlərinin aidiyyəti qurumlara şikayətlərindən sonra, Cavabdeh qanunsuz istifadə etdiyi 20 ha örüş torpaq sahəsidə xx.xx.2024-cü il tarixdə ondan alınaraq kənd camaatının örüş torpaq sahəsi kimi istifadələrinə qaytarılmışdır.Ancaq bir neçə gün sonra Cavabdeh Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli,M-757/2 saylı qərarı ilə ləğv edilmiş 13,0 ha torpaq sahəsini zəbt edərək şumlamış və orada səpin işləri aparmışdır. Məhkəmə cavabdehdən təyinatına zidd olaraq istifadə etdiyi həmin 13 ha örüş torpaq sahəsini kənd camaatının qanuni istifadəsinə qaytardıqdan 4 il sonra niyə yenidən zəbt edərək,kənd camaatının həmin örüş torpaq sahəsindən istifadə hüquqlarını pozduğunu sual etmədi? Xaləddinə bu 13 ha torpaq sahəsi verildikdən düz bir il sonra 25 fevral 2005-ci il tarixdə X12 Hüququna dair JN 4798 saylı 90501018 kodlu Şəhadətnamədə verilmişdir. Maraqlldr ki,qərarda həmin torpaqdan is%fadə müddəti 15 il göstərilir,ancaq Şəhadətnamədə 25 il yazılır Oda maraqlıdır ki,Cavabdeh icarə müqaviləsini məhkəməyə təqdim etmədi.Yalnız məhkəmədən israrlı tələbimizdən sonra məhkəmə yekun qərarı qəbul etmək üçün müşavirə otağına gedəndə verdi və məhkəmədə araşdırılmadı. Daha maraqlısı Bəhruz Qurbanov həmin icarə müqaviləsinin ləğvi iddiası ilə müraciət etdiyi məhkəmədə verdiyi izahatında həmin müqavilənin 15 illiyə bağlanmasını göstərməsi,onun surətini məhkəməyə təqdim etməməsidir. Məhkəmə də bu səbəbdən iddianı təmin etməmişdir. Həmçinin müqavilə 25 illiyə bağlanıbsa,onda digər kənd sakinləri ilə icarə müqaviləsi niyə 15 ilə bağlanır? Həmçinin həmin dövrdə digər kənd sakinləri ilə bağlanmış müqavilələri Bəruz Qurbanov bağladığı halda həmin müqavilələrin forması ilə cavabdehlə bağlanmış müqavilənin formasına uyğun deyildir.Həmçinin əllə yazılan xətlər də fərqlidir.Bütün bunlar cavabdehin məhkəməyə təqdim etdiyi müqavilənin saxtalığına əsaslı şübhələr yaradır. Torpaqla bağlı qanunvericiliyə görə torpaq sahəsi fiziki şəxslərə 10-15 il müddətində icarəyə verilə bilər. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə görə “bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki çəxslərin icarəsinə,bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər”. Məlumdur ki, Zərdab Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02 saylı iclasında Cavabdeh kəndin örüş torpaq sahəsindən 13,0 ha hissəsinin verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2004cü il tarixli qərarı qanunvericiliyin tələblərinə zidd olduğu səbəbindən ləğv edilmişdir. Bəhruz Qurbanov ləğv etdiyi qərarını ”yenidən ləğv edilməsi” üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş,həmdə mühüm sənəd və sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə aşkar Cavabdeh maraqlarını müdafiə edən izahat vermişdir.Sonrada qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)- 391/2021 saylı,12 iyul 2021-ci il tarixli qətnaməsindən aydın olur ki,Zərdab bələdiyyəsi Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi tələbi” ilə məhkəməyə müraciət etmiş, Təzəkənd kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli,03 saylı qərarı ilə verilmiş 13,0 ha torpaq sahəsinə görə cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hansı ki,Zərdab Bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli, 02 saylı iclasının protokolundan Çıxarışdan aydın olur ki,Cavabdehna Təzəkənd kəndinin “Aşağı bağ” örüş sahəsindən 13 ha ərazinin icarəyə verilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli qərarı digərləri ilə birlikdə ləğv edilmişdir. Məlumdur ki,X2 Təzəkənd kəndinin 13,0 haörüş torpaq sahəsinin verilməsi ilə bağlı icarə müqaviləsi Zərdab Bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli iclasının çxardığı 02 saylı qərarı ilə ləğv edilmişdir.İclasın protokolundan Çıxarışdan da göründüyü kimi həmin qərarın icrası elə bələdiyyənin sədri Bəhruz Qurbanova həvalə edilmişdir.Oda həmin tarixdə 13,0 ha örüş torpağını Cavabdeh qanunsuz istifadəsindən geri alıb Təzəkənd kəndinin sakinlərinin istifadəsinə vermişdir.Bəs 4 ildən sonra cavabdehin həmin örüş torpaq sahəsini zəbt etməsinə B.Qurbanov nədən göz yumur. Yuxarıdakılardan göründüyü kimi Zərdab rayon Zərdab bələdiyyəsinin sabiq sədri bu hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə,xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə Təzəkənd kəndinin “Aşağı bağ” adlanan örüş torpaq sahəsini təyinatına zidd olaraq ayrı-ayrı şəxslərə,o cümlədən Cavabdeh icarəyə verməklə Təzəkənd kənd sakinlərinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Cavabdehə dəfələrlə şifahi şəkildə müraciət edib,kəndin örüş torpağını zəbt etməsinə son verməsini bildirsələr də,o,hamıya hədə-qorxu gələrək, kənd sakinlərini şikayət etməmələri üçün dilə tutmağa çalışmışdır. Sözügedən örüş torpağı Zərdab Bələdiyyələrin mülkiyyətində olsada,təyinatına görə həmin torpaqlardan Təzəkənd kəndinin əhalisinin mal-qarası üçün örüş sahəsi kimi ümumi istifadəyə ayrılmışdır. Odur ki, bu “Aşağı bağ” adlanan örüş sahəsi ayrı-ayrı şəxslərə,o cümlədən cavabdehə icarəyə verilə bilməzdi. 60 hektar ərazini əhatə edən “Aşağı bağ” örüş torpaq sahəsi kənd sakinlərinə müddətsiz verilmişdir.Zərdab Bələdiyyəsi o örüş təyinatlı torpaqları çoxsaylı şəxslərə iczrəyə verməklə qanunun bu tələbinidə pozmuşdur. Hakim işin nəticəsində öncədən maraqlı olduğu üçün iş üzrə həqiqətin müəyyən edilməsini təmin etməmişdir.İşin nəticəsində maraqlı olduğu üçün torpağın örüş təyinatlı olmasını görməməzliyə vurmuş,ona hüquqi münasibət bildirməmiş və guya iddiaçıların həmin iddianı verməkdə subyektiv hüquqlarının olmadığı kimi yanlış nəticəyə gəlmişdir. Təzəkənd kəndinin çöl torpaq sahəsndə yerləşən və “Aşağı bağ”adlanan 60 ha torpaq sahəsi ,torpaq islahatı aparılarkən təyinatına görə örüş torpaq sahəsi kimi müəyyən edilib kənd camaatının müddətsiz istifadələrinə verildiyi üçün torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olsada, eyni zamanda ondan istifadə etdikləri üçün həm də kənd sakinlərinədə mülkiyyət kimi mənsubdur. Bu maddədən aydın olur ki,Cavabdeh kəndin “Aşağı bağ” adlanan 60 ha örüş torpaq sahəsinin 13 hektarını zəbt etməsi kənd sakinlərinin həmin 13 ha torpadan istifadə hüquqlarını pozmuşdur. Bu torpaq Zərdab bələdiyyəsinin mülkiyyətində olsa belə bələdiyyə sədri Bəhruz Qurbanovun həmin örüş torpaq sahəsini icarəyə, o cümlədən cavabdehə icarəyə verə bilməzdi. Odur ki,iddiaçılar haklı olaraq öz pozulmuş əmlak hüquqlarını məhkəmədə müdafiə edirlər. Bu maddədən göründüyü kimi torpaqların təyinatı məqsədlidir və bəlli məqsədlər üçün istifadəsi Torpaq məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmişdir. Təzəkənd kəndinin ərazisindəki “Aşağı bağ” adlanan 60 hektar ərazisidə örüş torpaq sahəsidir və kənd sakinlərinin mal-qarasının otlaq sahəsi kimi şərtləndirilmişdir. Bələdiyyə sədəri Bəhruz Qurbanov bu qaydanı pozmaqda səahiyyətli deyildir,baxmayaraq ki,torpaq sahəsi Zərdab bələdiyyəsinin mülkiyyətindədir. Həmin maddənin 3-cü bəndindən göründüyü kimi Təzəkənd kəndinin “Aşağı bağ” örüş sahəsi kateqoriyasına görə daha ciddi olduğu,kənd sakinlərinin istifadəsinə müddətsiz verildiyi üçün daha ciddi hüquqi rejimlidir,nəinki torpağın şəxslərə icarəyə verilməsi. Məhkəmə baxışına hazırlıq və baxış iclaslarında hakim iddiaçıların iddianın predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmadıqları üçün həmin iddianı verə “bilməzliklərini” əsas tutub iş üzrə heç bir araşdırma aparmadı. İlkin hazırlıq iclasında cavabdehlə icarə müqaviləsini bağlamış sabiq bələdiyyə sədri Bəhruz Qurbanovun iclasa dəvət edilməli olmasını bildirib heç bir araşdırma aparmadan iclası qapatdı. 2-ci iclasa BəhruzQurbanov dəvət olunsada gəlmədiyi üçün yenə iş üzrə heç bir araşdırma aparmadan iclası təxirə saldı. Üçüncü iclasa Bəhruz Qurbanov gəlsədə,ancaq onun izahatın almaqla kifayətlənib iclası qapatdı. Növbəti iclasdada iş üzrə mütəxəssis dəvət edilməli olduğunu bildirib,yenə işin araşdırılmasını aparmadı.Məhkəmə baxış iclasındada tam,hərtərəfli,obyektiv bir araşdırma aparmadan,başdansovdu bir iclas aparıb dəfələrlə Bəhruz Qurbanovun qarasınca danışaraq dedi ki,mübahisəli torpağı Təzəkənd camaatına qaytarıb, cavabdehə bələdiyyənin mülkiyyətində olan başqa torpaqdan icarəyə versin.Hətta məhkəmənin işçilərinə göstəriş verdi ki.Bəhruz Qurbanovu onun yanına dəvət etsinlər o,bu haqda Bəhruz Qurbanova tapşırıq verəcək. Bundan sonra müşavirə otağına gedib iddianı təmin etməyən qətnamə çıxardı. Məhkəməyə yazılı və şifahi vəsatətlər verərək iş üzrə Cavabdeh adına çıxarılmış Zərdab rayon Təzəkənd bələdiyyəsinin (hazırda Zərdab bələdiyyəsinin) xx.xx.2004- cü il tarixli,3 saylı qərarının surətini Cavabdeh ilə Zərdab rayon Təzəkənd bələdiyyəsi (hazırda Zərdab bələdiyyəsi) arasında bağlanmış xx.xx.2004-cü il tarixli İcarə müqaviləsinin surətini, Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli,02 saylı iclasının protokolunun surətini Zərdab rayon Təzəkənd kəndinin çöl ərazisində yerləşən “Aşağı bağ” adlanan torpaq sahəsinin “Bələdiyyənin ərazilərinə dair xəritələrdə” hansı konkret məqsədlər üçün ayrıldığını kateqoriyasını təsdiq edən arayışı,eləcədə Cavabdehlə bağlanmış icarə müqaviləsinin Daşınmaz Əmlakın Dövlət reyesterində qeydə alınıb alınmaması haqda arayışın alınması və digər vəsatətlərimizi nəinki təmin etmədi,heç tərəflərin iştirakı ilə müzakirəyə belə çıxarmadı.Sanki bu vəsatətlər verilməmişdir.Məhkəmə iclasında da bu vəsatətlər təkrarlandıqda əhəmiyyət belə verilmədi Məhkəmə iddia ərizəsinə əlavə etdikləri çoxsaylı sübutları məhkəmə iclaslarında araşdırma predmeti kimi tərəflərin müzakirəsinə təqdim etmədi, araşdırmadı. Məhkəmə qətnaməsindədə bu sübutlara söykənməmişdir. Zərdab bələdiyyəsinin sabiq sədri Bəhruz Qurbanovun kənd sakini X14 yazdığı xx.xx.2021-ci il tarixli,69 saylı məktubundada təsdiq olunur: “Sizin xx.xx.2021-ci il tarixli,Təzəkənd kənd ərazisində “Aşağı bağ” adlanan sahənin hansı kateqoriyaya aid olması barədə ərizənizə cavab olaraq bildiririk ki, bələdiyyənin ərazisinə dair xəritələrdə həmin ərazi örüş kateqoriyasına aid torpaq sahəsi kimi göst ərilmişdir”. Hakim məhkəmədə Bəhruz Qurbanovun izahatını alarkən onun yazdığı bu məktubla bağlı ona heç bir sual vermədi və bu faktı araşdırmadı.Çünki bu fakt məhkəmə araşdırmasının predmeti olsaydı bizim iddiamızın təmin olunmasına yetərli idi. Bəhruz Qurbanov da izahatında Təzəkəndin sözügedən 60 hektar “Aşağı bağ” örüş sahəsinin bələdiyyə mülkiyyətində olmasını söylədi,ancaq onun örüş sahəsi kimi kənd sakinlərinin ümumi istifadəsinə müddətsiz verildiyini gizlətdi. Məhkəmə iddia ərizəmizə əlavə etdiyimiz və məhkəmə hazırlıq iclaslarında təqdim etdiyimiz iddiamızın düzgün və əsaslı olmasını təsdiqləyən çoxsaylımötəbər sübutlarımızada qətnamədə qiymətləndirməmişdir. Bir neçə sübutumuzu təhrif edərək cavabdehin xeyrinə yozmuşdur. Sübutların tədqiq edilməsi aparılmadı.Sübutlar tədqiq edilsəydi sözügedən torpaq sahəsinin Təzəkəndə kənd sakinlərinin örüş torpağı olduğu tam təsdiqini tapacaqdı.Odur ki,hakim sübutları tərəflərin iştirakə ilə tədqiq etmədi. İddia ərizəsinə əlavə etdikləari və sonradan məhkəməyə təqdim etdikləri sübutlar,eləcədə iş üzrə toplanmış materiallar aşkar təsdiqləyir ki,Cavabdeh kəndin “Aşağı bağ”adlanan örüş torpaq sahəsinin 19 hektarını zəbt etmiş,sonra da 13 hektarını qanunsuz olaraq icarəyə götürmüşdür. Bələdiyyədə 2021-ci il tarixli qərarı ilə cavabdehlə bağlanmış icarə müqaviləsini və bu hakda olan qərarını ləğv etmişdir. Bundan 4 il ötdükdən sonra cavabdeh özbaşına həmin 13,0 ha örüş torpaq sahəsini zəbt edərək orada şum aparmış,bu gün də qanunsuz olaraq istifadə etməkdədir.Belə olan halda onları iddiaçılarda həmin torpaq sahəsindən təyinatına uyğun örüş torpağı kimi istifadə edə bilmədiklərindən haklı olaraq cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt etdiyini bilsə də,ancaq onunla bu icarə müqaviləsini bağlamış sabiq bələdiyyə sədri Bəhruz Qurbanovun hakimin dəstəyi ilə öz qanunazidd məqsədinə nail olub özxeyrinə qətnamə çıxarılmasına nail olmuşdur. Hesab edir ki, bu qanunsuz və əsassız,qurama,əsaslandırılmamış qətnamə ləğv olunmalı və həqiqəti əks etdirən iddia tələbləri apellyasiya məhkəməsi tərəfindən təmin edilməlidir.
9. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)- 535/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə və İddiaçı2 nümayəndəsi X16 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)- 535/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)-535/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 241.1 Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 706.1 Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 51.1 Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.2 İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 51.4 İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2 Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı2 Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)-535/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zərdab rayon Təzəkənd Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarına əsasən kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 13,0 hektar torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Sözü gedən müqavilənin şərtlərindən müəyyən olunur ki, müqavilə torpaqdan istifadə hüququna dair şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. İş materiallarına əlavə olunmuş JN-4798 saylı şəhadətnamədən isə müəyyən olunur ki, şəhadətnamə xx.xx.2005-ci ildə tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, müqavilənin başlanğıc tarixi xx.xx.2005-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazır ki, işdə iddiaçılar cavabdehin 13,0 hektar torpaq sahəsindən çıxarılmasını tələb etsələrdə lakin iddia verən zaman iki şərti nəzərə almamışdılar. Birinci şərt tərəflər arasında müqavilə öhdəliklərinin mövcud olması ikinci şərt isə iddiaçıların subyektiv hüququnun olub olmamasıdır. Birinci şərtə münasibətdə məhkəmə bildirir ki, tərəflər arasında müqavilə olması,müqavilənin hətda qanunvericiliyə zidd şəkildə bağlanılması onun bir tərəfli şəkildə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunda xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin ləğv olunması qeyd olunmuşdur. Lakin məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğvi bir tərəflidir və müqavilə öhdəliklərinə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, müqavilənin bağlanması,dəyişdirilməsi və ləğvi tərəflərin iradə ifadəsini əks etdirdiyindən qeyd olunan hallar tərəflərin razılığı və ya məhkəmə qaydasında mümkün ola bilər. İkinci şərt olan subyektiv hüquq məsələsinə münasibətdə isə məhkəmə bildirir ki, iddiaçılar hazır ki, iş üzrə müraciət edən zaman subyektiv hüquqlarının olub olmamasını nəzərə almamışdılar. Belə ki, tərəflərin verdiyi izahatdan və iş materiallarından müəyyən olunur ki, iddiaçıların cavabdehin çıxarılmasını xahiş etdiyi 13,0 hektar torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Qanunvericilik imperativ normadan çıxış edərək mülkiyyət hüququnun müdafiəsinin yalnız mülkiyyətçiyə məxsus olduğunu bildirir. Bundan əlavə, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd olunmalıdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
26. Belə ki, işdə olan X12 Hüququna dair JN-4798 KOD 90501018 olan Şəhadətnamədən görünür ki, Zərdab rayon Təzəkənd bələdiyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə bələdiyyənin mülkiyyətində olan 13.0 hektar torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə Cavabdeh Alahverdi oğluna icarəyə verilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-391/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2584/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Zərdab Bələdiyyəsinin Cavabdeh qarşı xx.xx.2005-ci il tarixdə tərtib edilmiş JN-4798 KOD 90501018 saylı X12yə dair Şahadətnamənin ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)-535/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(035)-535/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.