Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1101/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, mənzildən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X11 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)- 584/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanındakı ev İddiaçı ana xətti ilə babası X7 mülkiyyətində olmuşdur. Sonuncu 19 sentyabr 1943-cü ildə öldükdən sonra vərəsələri olaraq arvadı X44, qızı X38 (2003-cü ildə ölmüşdür), oğlu X34 (1993-cü ildə ölmüşdür), oğlu X20 (2000-ci ildə ölmüşdür) və qızı X35 (13 avqust 2016-cı ildə ölmüşdür) qalmışdır. İddiaçı X16 qızıdır. Cavabdeh X17 qızıdır. Cavabdeh hal-hazırda Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən evdə ailə üzvləri olan oğlanları Əkbər, Əmrah və Məhəmməd ilə birlikdə yaşayır və iddiaçının həmin evə daxil olmasına icazə vermir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köcürülməyi və Cavabdeh həmin evdən ailə üzvləri ilə birlikdə cıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən ev mərhum babasının mülkiyyətindədir. Belə ki, mübahisə predmeti olan həmin evin babasının mülkiyyətində olması 3530/1126 nömrəli, 03 aprel 1938-ci il tarixli torpaq qeydi ilə rəsmiləşdirilmişdir. X52 vəfatından sonra onun birinci növbəli vərəsələrindən sonda ancaq anası, yəni babasının qızı Zərifə Məmmədova qalmış və mirası faktiki qəbul edərək ölənədək həmin evdə yaşamışdır. O da heç vaxt ərə getməmişdir və 4 yaşından anası ilə bərabər həmin evdə yaşamışdır. 1973-cü ildə X64, yəni anasının anası vəfat etdikdən sonra da o, anası ilə gah atası evində, gah da babasına məxsus olan bu evdə yaşamışlar. Çünki, Telli nənənin yaşadığı otaqda anasının və onun əmlakı olub. Evin 1 otağında isə Ayna xala ilə dayısı Gülməmməd yaşayıb. Nənəsinin ölümündən bir müddət sonra dayısı yataq xəstəsi oldu. Ayna xala yataq xəstəsi olan ərinə, yəni dayısına tək baxa bilmədiyi üçün o, və anası yenə də babasının evinə qayıtmışlar. Dayısı vəfat edənədək ona qulluq etmişlər. Dayısı vəfat etdikdən sonra da o, anası və dayısı arvadı Ayna xala anası rəhmətə gedənədək sözü gedən evdə yaşamışlar. Babasının birinci növbəli vərəsələrinin hamısından sonuncu olmaqla anası öldükdən sonra növbəti vərəsə kimi ancaq miras əmlak onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hətta anası xx.xx.2016-cı ildə vəfat etdikdən sonra da dayısı arvadı X29yla da o qalmışdır. Dayısı arvadı Ayna xala bir yandan ağır xərçəng xəstəsi olduğu üçün, sözü gedən evin şəraitsizliyindən, qarşıdan soyuq payız və qış fəsli gəldiyindən və bir tərəfdən də evdə olmayanda Elmiranın gəlib onu döyüb yataq xəstəsi salmağından qorxduğundan anasının vəfatından 2 ay sonra evi və əmlakı ona əmanət edib öz istəyi ilə bacısı oğlu Ramazanın evinə getdi. Çünki gerçəkdən də Elmira dəfələrlə anasının və onun evdə olmadığından istifadə edib evə hücüm çəkib Ayna xalayla dalaşıb ona hədə qorxu gəlib. Pandemiya başlayanda Ayna xala xx.xx.2020-ci il tarixdə yoluxduğu karona xəstəliyindən xəstəxanada vəfat etdiyi üçün elə oradan da qəbristanlığa aparılıb dəfn edildi. Ayna xalanın vafat etməsi Pandemiyanın baş alıb getdiyi vaxta təsadüf etdiyi üçün ona yas mərasimi keçirilməsinə icazə verilmədi. Hazırkı vəziyyətdə qeyd edilən evdə anasının və dayısının arvadı Ayna xalanın vəfatından sonra ancaq o tək qalmış və mirası idarə etmişdir. Lakin 2020-ci ilin avqust ayında digər dayısı X10 Elmira Ağamməd qızı baş sağlığı üçün Bakı şəhərində yaşayan bacısı gilə getdiyi və evdə heç kimin olmadığını bilib heç bir razılıq və hüquqi əsas olmadan əvvəlcə onun yaşadığı evin darvazasının və evin bütün otaqlarının qapılarının qıfıllarını sındıırıb evə yerləşibdir. Onun əmlakı və cehiz əşyaları olan 1 otağın da qapısını sındırıb içəri girsə də, əşyaları çox olduğu üçün öz əşyalarını yerləşdirə bilməyib. Ancaq evin digər bütün otaqlarına da öz əşyalarını yerləşdirib evdə yaşamağa başlayıblar. Guya evdə təmizlik işləri aparırıq adıyla da evdə olan bütün sənədləri, paltarların çoxunu və əşyaları götürüb bəzilərini yandırıblar. Bakı şəhərindən qayıdıb evə girmək istəyəndə Elmira qapını açmadı. Belə olduqda məhəllənin ağsaqqalı, həm də əvvələr də onların məhəlləsinin sahə müvəkkili olan Süleyman müəllimlə yenə həmin evə gəldi. Süleyman müəllimlə gəldiyini görüb Elmira qorxusundan qapını açdı. Elmiraya hansı əsasla evə girmisiniz, bu qapıları niyə sındırmısız dedikdə, Elmira açarları Aynanın bacısı oğlu verib. Süleyman müəllim Elmiraya evə qanunsuz girdiyindən məsuliyyət daşıyacağını izah etdikdə ona cəmi 6 ay vaxt verilməsini banka borcunun olmasını və həm kirayə pulu, həm də bankın borcunu verə bilmədiyindən qarşıdan soyuq payız, qış gəldiyindən fevral ayında borcu qurtardıqdan sonra mart ayında da evdən çıxacağına söz verdi. Belə olan halda o, nə polisə, nə məhkəməyə müraciət etmədi. O, həmin tarixdən Elmira və iki oğlu ilə birgə həmin evdə yaşamışlar. 2021-ci ilin mart ayında novruz bayramından sonra Elmiraya artıq yaz gəlib özünüzə ev tapın və evdən çıxın deyib hər gün onlardan evdən çıxmalarını tələb edirdi. O da evlərə baxırıq, ev tapmırıq deyib bəhanələr gətirirdi. Beləliklə də martda evdən çıxacaqlarına söz verən Elmira avqust ayının axırına kimi evdən çıxmadılar. 28 avqust 2021-ci ildə də Şəki şəhərində yaşayann bacısının əri qəfildən vafat etdi. Yas mərasiminə getdərək onkoloji xəstə olan bacısının da səhhəti pisləşdiyindən 1 ay bacısı ilə qalmalı olmuşdur. Bir aydan sonra evə qayıdanda Elmira ümumiyyətlə qapını açmadı ki, daha səni evə buraxmaram. Çünki biz bu evə girəndə nə martda, nə də heç vaxt bu evdən çıxmaq fikrimiz olmayıb. Ona bil-bilə yalan danışmışdı ki, ondan və oğlanlarından şikayət etməsin. Artıq bir ildir ki, burda otururam, indi səni də bu evə buraxmıram. Mən heç bir məhkəməni tanımıram, heç bir qətnaməni də saymıram. Bu evdə o, yaşayacaqdır vəssəlam. Hara gedirsən get, nə edirsən et. Bu da azmış kimi bir qıraqdan da başlayaraq evin ayrı-ayrı hissələrini sökmüşdür. Cavabdehlə danışıqlar əsasında razılığın əldə edilməsi mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında İddiaçı ifadə verərək iddia ərizəsində yazdıqlarından əlavə olaraq bildirdi ki, Cavabdeh anası Maraqlı şəxs ilə birlikdə Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə onların iddiasını təmin etməmişdir. Odur ki, iddianın təmin olunmasını məhkmədən xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkmədən xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən ev mərhum babası Məmməd Ağammədovun mülkiyyətindədir. X5 olmaqla uşaq vaxtlarında ailə üzvləri ilə birlikdə 1965ci ilə kimi həmin evdə yaşamış, daha sonra atası və digər ailə üzvləri ilə birlikdə həmin evdən köçüb getmişlər. 1989-cu ildə ailə qurub gəlin köçmüşdür. Həmin evdə əmisi X20 yoldaşı Ayna ilə yaşamışdır. 2020-ci ildə Ayna rəhmətə gedəndən sonra qardaşları da atasının vərəsəsi və kiçik övlad olduğundan evin ona düşdüyünü bildirərək onların da razılığı ilə baba evinə köçmüşdür. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X54 ifadə verərək bildirdi ki, 1981-ci ildən Şəki rayonunda yaşayır. Zərifə və Ayna onun qonşusu olub. Şəki şəhəri, F.X.Xoyiski küçəsidəki evdə Zərifə, qızı Bela və Ayna yaşayıblar. Ümumiyyətlə Elmiranı heç vaxt həmin evdə görməyibdir. Zərifə və Ayna rəhmətə getdikdən sonra həmin evdə Bela yaşamaqla evi idarə etmişdir. 2020-ci ildə Elmira həmin evə girib bir müddət Bela ilə birlikdə yaşadıqdan sonra onu evə buraxmamışdır.
8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, Bela onun qohumudur. 2012-ci il tarixdə Elmira anası Maraqlı şəxs ilə birlikdə Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ ilə məhkməyə müraciət etmişdir. Məhkəmə onların iddiasını təmin etməmişdir.
9. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Elmira onun bacısıdır. Mərhum babasının adına olan ünvan 1 ünvanda yaşamışlar. Həmin ünvanda əmisi X20 və onun yoldaşı Ayna yaşamışdır. Bela həmin ünvanda yaşamamışdır.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 1965-ci il tarixdə ünvan 2 mənzildən köçmüş, 1989-cu il tarixdə ailə həyatı quraraq gəlin kimi digər ünvana köçmüş, 2020-ci ildə dayısı arvadı Ayna rəhmətə getdikdən sonra həmin mənzilə gələrək yaşamışlar.
11. Həmçinin, iş materiallarında olan Şəki rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli, 2(075)-76/2013 saylı, qətnaməsindən görünür ki, Cavabdeh da nümayəndəsi olduğu anası Maraqlı şəxs X18 qarşı qayınatası X22 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Eyni zamanda həmin qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir.
12. Göründüyü kimi, Cavabdeh nümayəndəsi olduğu anasının da Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 saylı mənzildən istifadə hüququ yaranmamışdır. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
13. Eyni zamanda, iş materiallarına əlavə edilmiş “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və anası X6 şəhər, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yaşamışlar. Anası rəhmətə getdikdən sonra həmin ünvanda İddiaçı yaşamışdır. Məhkəmə qətnaməsi ilə həmin evdə yaşamaq hüququndan mərhum olmuş Elmira Ələkbərova qanunsuz şəkildə basqı yolu ilə evə daxil olmuş, İddiaçı yaşayış evinə buraxmamışdır. Ona görə də İddiaçı məhəllənin keçmiş sahə müvəkkili Süleyman müəllimə müraciət etmiş və onun rəhbərliyi ilə evə daxil olmuşdur. Elmira Ələkbərova qanunsuz girdiyi üçün yalvarıb onun bank borcu olduğunu, onu ödəyib oradan çıxacagını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə qapının bağlandığını görmüşdür. ƏlCavabdeh İddiaçı evə buraxmamışdır
14. Beləliklə, İddiaçı Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında uzun müddət yaşaması işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirilir.
15. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz.
16. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər
17. Digər tərəfdən qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında izahatında 1965-ci ildə babası X12 məxsus Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanından ailə üzvləri ilə birlikdə köçərək başqa ünvanda yaşadığını bildirsə də, bu halın özü belə cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasdır.
18. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
19. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh 1965-ci ildən sonra mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Bu müddət ərzində o, mübahisəli mənzildə yaşamağa cəhd göstərməmişdir və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etsə də məhkəmə tərəfindən iddiası əsassız hesab olunmaqla təmin edilməmişdir.
21. Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, Cavabdeh Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanından ailə üzvləri ilə birlikdə çıxarılması və İddiaçı həmin evə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 158-ci maddələrinə və 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
23. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X36 1928-ci ildə Şəki şəhərində anadan olmuşdur. X2, anası isə X37r.
24. 07 sentyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 13 avqust 2016-cı il tarixdə vəfat etmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 2 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 25 iyul 2013-cü il tarixli məktubun surətindən görünür ki, Şəki rayon 2 saylı Dövlət notariat kontoru bildirir ki, Şəki şəhəri, Arxaüstü məhəllə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2013-cü il tarixli, 117 nömrəli məktuba əsasən X19 vərəsələri aşağdakılardan ibarətdir. 1. X38-qızı (2003-cü ildə rəhmətə getmişdir) 2. X34- oğlu (1993-cü ildə rəhmətə getmişdir) 3. X20- oğlu (2000-ci ildə rəhmətə getmişdir)
4. X35- qızı
26. “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan X35 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun dəfn xərcini qızı İddiaçı öz üzərinə götürmüşdür.
27. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə anadan olmuşdur. X3, anası isə X25r.
28. Şəki Rayon Məhkəməsinin 2(075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh X18 qarşı qaynatası X22 xüsusi mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
29. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-613/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 01 ferval 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı Maraqlı şəxs apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır.
31. Məhəmməd Nurməhəmməd oğlu tərəfindən bibisi oğlu Ağamməd Məhəmməd oğluna verilmiş iltizamnamədən görünür ki, atasından qalan evlərini 1500 manat sovet puluna satmış, pulu tamam almışdır. Bundan sonra iddia etməyəcəyinə imza etmişdir.
32. X39, X30, İddiaçı, X9 iştirakları ilə tərtib olunmuş 17 iyul 2023- cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yaşayan X29 xx.xx.2013-cü il tarixdə bildirmişdir ki, mərhum həyat yoldaşı X20 2000-ci il tarixdə vəfat etmiş, həmin gündən bu günə kimi Gülməmmədin bacısı X35 bugünə kimi onunla birgə həmin evdə yaşayır.
33. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
34. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırkı iddia tələbi əmlakın mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən irəli sürülən iddia tələblərinə aiddir. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli əmlakın nə mülkiyyətçisi, nə də qanuni sahibi olması faktı müəyyən edilməmişdir. Evin su, işıq, qaz təchizatı müqavilələrinin iddiaçının deyil, cavabdehin adına olmasına, habelə 2020-ci il tarixdən cavabdeh tərəfindən miras faktiki qəbul edilməsinə baxmayaraq sonradan daimi yaşayış ünvanı olan iddiaçı tərəfindən mirasa sahiblənmək üçün cavabdehə qarşı əsassız olaraq iradlar bildirilərək, sonda əsasız iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alındıqdan sonra əldə edildiyindən, mübahisəli mənzil dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından onun hazırkı iddia tələbi təmin edilə bilməz.
35. Ona görə də, Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, mübahisəli ev onun babasından qalmış evdir, vərəsə kimi onun həmin evdən istifadə hüququ vardır. Ona görə də, oğlanları X40, X41 və X26 ilə birlikdə köçərək həmin evdə yaşayırlar.
38. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, Cavabdeh ailə üzvləri olan oğlanları Əkbər, Əmrah və Məhəmməd ilə birlikdə bir hissəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş mübahisəli evdə hal-hazırda yaşayır, cavabdehin ailəli olan qızı isə vaxtaşırı həmin evdə gəlib-gedir.
Tətbiq edilən hüquq
39. 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsi: 487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etməlikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurar. 489-cu maddəsinə əsasən vərəsəlik vəsiyyətlə dəyişdirilmədiyi bütün hallarla, qanun üzrə vərəsəlik öz qüvvəsini saxlayır. 499-ci maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Hazırda olan vərəsələr, sair vərəsələrin gəlməsini gözləməyərək, vərəsəlik əmlakını idarə etməyə başlaya bilərlər. Vaxtında gələn digər vərəsələr vərəsəlik əmlakından öz paylarını tələb edə bilərlər. 500-cü maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlaka mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər.
40. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
41. 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2 -ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Qərarlar: «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun... Göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhinə görə mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullarını ehtiva edir. Birinci halda vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətlərin edilməsində ifadə olunur. Başqa sözlə, təkcə miras qoyanın ölümündən sonra nəinki miras mülkə gedibgəlmək və orada qeydiyyatda olmaq özü-özlüyündə mirasın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan da söhbət gedə bilməz. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 16 mart tarixli Qərarındə göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci mаddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 233.3-ci mаddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.3-cü maddəsinə görə, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur.
Apellyasiya baxışının hədləri
43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. Cavabdeh Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən hal-hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 157 və 158-ci maddələrinə, o cümlədən 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etmişdir ki, bununla da, həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən evin mülkiyyətçisi olmuş ilkin miras qoyan Ağaməmmədov ((Ağammədov, Ağəmmədov, Məmmədov) (Mülki işin 41-ci vərəqində olan Arxüstü məhəlləsinin nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 187 nömrəli Arayışdan görünür ki, Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanda yaşamış X42 həqiqətən X13r)) Məmməd Məmməd oğlunun 19 sentyabr 1943-cü ildə ölməsi ilə miras açıldığından mübahisənin həllinə həmin vaxt qüvvədə olmuş 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsi, daha sonrakı dövrdə açılmış vərəsəliklər üzrə isə ardıcıl olaraq 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi və 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsi tətbiq edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. İddiaçının vəsatəti əsasında məhkəmə kollegiyasının sorğusuna cavab olaraq 12 saylı Şəki Ərazi İdarəsindən göndərilmiş 31 oktyabr 2023-cü il tarixli 3-21-3-39/2- 3800/2023 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh adına Şəki şəhəri, 120-ci kvartalda 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2007-ci il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmış, lakin Şəki rayon 1 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-1/200 saylı alqı-satqı müqaviləsinə əsasən X1. Maraqlı şəxs və X28 adına Şəki şəhəri, X76 küçəsi, dalan 1, ev 4 ünvanında fərdi yaşayış evi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, lakin ünvan 7ariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-1/247 saylı bağışlama müqaviləsinə əsasən Maraqlı şəxs özünə düşən 1/2 hissə fərdi yaşayış evini X31 bağışlamışdır. Maraqlı şəxs adına Şəki şəhəri, X76 küçəsi, ev 22 ünvanında fərdi yaşayış evi xx.xx.1965-ci il tarixdə qeydiyyata alınmış, lakin ünvan 7ariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-2/337 saylı bağışlama müqaviləsinə əsasən X14 bağışlamışdır. Cavabdehin nümayəndəsinin vəsati əsasında məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəki Rayon Qeydiyyat Şöbəsindən göndərilmiş 31 oktyabr 2023-cü il tarixli 3-16-5/8-13-2466/2023 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2020-ci il tarixdə Şəki şəhərində ölmüş X15 vərəsələri barədə məlumat aşkar edilmədi.
47. Hazırki iş üzrə Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən mübahisəli ev İddiaçı babası X4 mülkiyyətində olmuşdur. Sonuncu 19 sentyabr 1943-cü ildə öldükdən sonra vərəsələri olaraq arvadı X44 (1973-cü ildə ölmüşdür), qızı X38 (2003cü ildə ölmüşdür), oğlu X34 (1993-cü ildə ölmüşdür), oğlu X20 (2000-ci ildə ölmüşdür) və qızı X35 (13 avqust 2016-cı ildə ölmüşdür) qalmış və onlar faktiki olaraq mübahisəli evdə yaşamaqla 16 iyun 1923-cü ildə qüvvəyə minmiş və həmin vaxt qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən mirası qəbul etmişlər. Daha sonra X34 və X35 ailə quraraq həmin evdən daimi yaşamaq üçün başqa yerə köçmüşlər. X35 həmin evə müxtəlif vaxtlarda gəlib-getmişdir. Mirasqoyanın arvadı X44 1973-cü ildə öldükdə oğlu X20 və qızı X35 həmin vaxt faktiki olaraq mübahisəli evdə yaşamaqla 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən ondan qalan mirası qəbul etmişdir. X20 2000-ci ildə ölmüş, ondan qalan mirası arvadı X29 qəbul etmişdir. X35 isə 13 avqust 2016-cı ildə ölmüş, ondan qalan mirası qızı hazırki İddiaçı 2000-ci il sentyabrın 1-dən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən faktiki olaraq qəbul etmişdir. İşin hallarından görünür ki, X34 ailəsi ilə birlikdə 1965-ci ildə mübahisəli evdən köçmüşdür. O, 1993-cü ildə öldüyü vaxt mübahisəli evdə yaşamadıqlarından arvadı Maraqlı şəxs və qızı, hazırki iş üzrə Cavabdeh miras əmlakı qəbul etməmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli evdən miras payı olduğu halda, Cavabdeh mübahisəli evə heç bir hüququ mövcud deyildir. Bu hal Şəki Rayon Məhkəməsinin 2(075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə də təsdiq edilmişdir. Belə ki, hal-hazırda qüvvədə olan Şəki Rayon Məhkəməsinin 2(075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh X18 qarşı qaynatası X22 xüsusi mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə hazırki İddiaçı həm in iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16, hazırki Cavabdeh isə anası həmin iş üzrə iddiaçı Maraqlı şəxs nümayəndəsi olaraq işdə iştirak etmişlər. Mülki Prosessual Məcəlləsinin 82.3-ci mаddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-ci mаddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə olan halda, iddiaçı mübahisəli evə köçürülməsini və Cavabdeh ailə üzvləri (oğlanları X40, X41 və X26) ilə birlikdə həmin evdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
48. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol verildiyinə görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və cavabdehin həmin evdən ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehin həmin evdən ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən evə köçürülsün. Cavabdeh ailə üzvləri ilə birlikdə Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən evdən çıxarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev