Məhkəmə qərarları › İş №2(107)-1103/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1103/2020

12.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1103/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi iştirakı ilə, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 Üçüncü şəxs - İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi X2 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-12/2020 saylı qərardadından İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 tərəfindən verilmiş şikayətlərə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-05xx xxx 40727018 nömrəli xx xxx 2006-cı il tarixli dövlət aktına əsasən mərhum əri X5 mülkiyyətində verilmiş 1.26 hektar torpaq sahəsində yerləşən “Topçu” istirahət mərkəzindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, Cavabdeh həmin ərazidən çıxarılması, Cavabdeh ümumilikdə 770.030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən cavabdeh İddiaçı çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi Nümayəndə3 birinci instansiya məhkəməsinə vəsatət verərək Şəki İnzibati Məhkəməsinin icraatında olan mülki işə baxılıb nəticə verilənə və qəbul olunmuş qərar qanuni qüvvəsini alana kimi İsmayıllı Rayon Məhkəməsinin icraatında olan mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-12/2020 saylı qərardadı ilə (hakim Rəfayel Şirinov) İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə icraatın Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-641/2020 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı nümayəndələri Nümayəndə2 və Osmanov X4 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-12/2020 saylı qərardadından şikayət vermişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-12/2020 saylı qərardadına əsasən İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə4 şikayətin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(037)-12/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinin nümayəndəsi X3 şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-12/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və onun nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-12/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Belə ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 641/2020 nömrəli sərəncamından görünür ki, iddiaçı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin cavabdehlər İsmayıllı rayon Topçu bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin xx xxx 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X1 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi Faiz Əliyevə satılması haqqında Topçu bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli 09 nömrəli qərarı və həmin ərazi üzərində Faiz Əliyevin mülkiyyət hüququnun qeydə alınması haqqında JN-0531 KOD ********* nömrəli dövlət aktının ləğv edilməsi öhdəliyinin İsmayıllı rayon Topçu bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında inzibati iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Qeyd olunan prosessual hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin və İsmayıllı Rayon Məhkəməsinin icraatlarında olan mülki işlərdə İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi tərəfdir və hər iki işdə mübahisə predmeti İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin xx xxx 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqına verilmiş, İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansında olan 0.60 hektar torpaq sahəsi və Topçu bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli 09 nömrəli qərarı ilə Faiz Əliyevə ayrılmış 1.26 hektar torpaq sahəsidir. Məhkəmə kоllegiyаsının qənаətincə, İsmayıllı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qeyrisinə qarşı torpaq sahəsindən və obyektdən məcburi çıxarma, özbaşına istifadəyə son qoyulması, bütün istifadə müddətinə görə haqqın və əsassız varlanma məbləğinin məcburi alınması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması tələbinə dair qarşılıqlı iddiası barədə 2(037)-12/2020 saylı mülki işin, Şəki İnzibati Məhkəməsinin icraatına qəbul edilmiş iddiaçı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin cavabdehlər İsmayıllı rayon Topçu bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin xx xxx 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X1 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi Faiz Əliyevə satılması haqqında Topçu bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli 09 nömrəli qərarı və həmin ərazi üzərində Faiz Əliyevin mülkiyyət hüququnun qeydə alınması haqqında JN-0531 KOD ********* nömrəli dövlət aktının ləğv edilməsi öhdəliyinin İsmayıllı rayon Topçu bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati işdən аsılığı vardır. Həmin asılılıq hazırkı işə baxılmasını qeyri-mümkün etdiyindən və qeyd olunan inzibati işə Şəki İnzibati Məhkəməsində baxılıb qərar çıxarılana və həmin qərar qanuni qüvvəsini alanadək hazırkı məhkəmə baxışının predmeti olan İddiaçı Cavabdeh və qeyrisinə qarşı JN-05xx xxx 40727018 nömrəli xx xxx 2006-cı il tarixli dövlət aktına əsasən mərhum əri X5 mülkiyyətində verilmiş 1.26 hektar torpaq sahəsində yerləşən “Topçu” istirahət mərkəzindən qanunsuz istifadəsinə son qoyulması, Cavabdeh həmin ərazidən çıxarılması, sonuncudan ümumilikdə 770.030 manat pulun alınaraq ona verilməsi tələbinə dair ilk və Cavabdehlunun icarəsində olan “Topçu” istirahət mərkəzi adlanan obyektdən İddiaçı çıxarılması tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə baxılması mümkün deyildir və bu səbəbdən də hazırkı iş üzrə icraat dayandırılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci mаddəsinə əsаsən məhkəmə qаnundа nəzərdə tutulаn digər hаllаrdа dа iş üzrə icrааtı dаyаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 tərəfindən verilmiş şikayətlər təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-12/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-12/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar