Məhkəmə qərarları › İş №2(107)-1104/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1104/2020

02.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1104/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-171/2020 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-171/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 C mənzil 6 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m. yaşayış sahəsi 41,1 kv.m. olan 3 otaqlı mənzilə uşaqları ilə birlikdə köçürülməsi və köçürüldüyü otağa başqa şəxslərin daxil olmasına qadağa qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı Göyçay şəhəri H.Əliyev prospekti, 207 C nömrəli binanın 6 saylı mənzilinə himayəsində olan iki övladı ilə birlikdə köçürülməsi və köçürüldüyü otağa başqa şəxslərin daxil olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx xxxx 2009-cu il tarixdə Zəhra və xx xxx 2015-ci il tarixdə İbrahim adlı iki övladları anadan olmuşdur. Toy mərasimi olduqdan sonra, cavabdehlərin yaşadığı ünvan 1C mənzil 6-da yerləşən mənzilə cehiz əmlaklarında birlikdə gəlin köçmüş, faktiki ayrılana kimi cavabdehlər ilə bir evdə yaşamaqla birgə təsərrüfatı idarə etmişdir. Cavabdeh1lə münasibətləri normal olmuş, sonradan münasiblərində dəyişiklər baş vermişdir. Bu səbəbdən Cavabdeh1lə faktiki olaraq ayrılmış, xx xxxx 2009-cu il təvəllüdlü X10 və xx xxx 2015-ci il təvəllüdlü X9 onun himayəsinə qalır. Ər-arvad münasibətləri kəsildikdən sonra, cavabdehlər onu və azyaşlı uşaqları yaşadığı və cehiz əmlakları yerləşdiyi mənzilə buraxmamışlar. Mənzildən çıxdıqdan sonra, azyaşlı uşaqları ilə birlikdə atasına məxsus mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Atasının mülkiyyətində olan mənzildə isə, atası, anası eləcə də qardaşının ailəsi yaşadığından çox darısqal şərait yaranmışdır. Cavabdeh1 uşaqların zəruri ehtiyacı ilə, eləcə də mənzil şəraiti ilə maraqlanmır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi (anası) Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2008-ci ildə nikah bağlamış və birgə nikahdan iki uşaqları anadan olmuşdur. İddiaçının köçmək istədiyi ünvan 2 C mənzil 6 ünvanda yerləşən mənzil mərhum həyat yoldaşı X6 mülkiyyətində olmuş, həyat yoldaşı X11 xx xxxxxx 1998-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşından miras qalan ünvan 1 C mənzil 6 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m. yaşayış sahəsi 41,1 kv.m. olan 3 otaqlı mənzildə yaşamaqla mirası idarə etmiş və qəbul etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak onun və qızı X3 xüsusi mülkiyyətinə keçmiş, həmin mənzilə dair xx.xx.2020-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Hesab edir ki, İddiaçı onun mülkiyyətindən olan ünvan 2 C mənzil 6 ünvanda yerləşən mənzilə köçürülməsi barədə tələbi əsassızdır. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiаçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsi iddianı rədd edərkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, məhkəmə gəldiyi nəticəni iddiaçının mülkiyyətçinin qanunda nəzərdə tutulmuş ailə üzvləri dairəsinə daxil olmaması, iddiaçı ilə mülkiyyətçi arasında mübahisəli mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın mövcud olmaması ilə əsaslandırmışdır. İşin faktiki hallarından görünür ki, o, xx xxxx 2008-ci il tarixdə Cavabdeh1 ilə nikah qeyd etdirməklə ailə qurmuş və əmlakı ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. Mübahisəli mənzilə köçərkən evin sahibi olan qayınX4 sağ deyildi və sonuncunun xx xxxxxx 1998-ci tarixdə vəfatından sonra həmin mənzildə cavabdehlər, baldızı X7 və qaynı Əliyev Elvin ibrahim oğlu yaşamışlar. Yəni mərhum qayınatasından qalmış miras əmlak hər iki cavabdeh tərəfindən faktiki qəbul edilmişdir. Lakin məhkəmə baxışı zamanı Cavabdeh2 məhkəməyə təqdim etdiyi X16 X2 görünür ki, vərəsələr Cavabdeh2 və X7 xx xxxxxxxx 2019-cu il tarixdə miras əmlakı qəbul etmişlər. Halbuki əri- Cavabdeh1 xx xxxxxx 1981-ci ildə doğulmaqla mərhum atası vəfat edərkən 17 yaşında olmuş və atasından qalmış mirası faktiki qəbul edərək idarə etmişdir. Lakin buna baxmayaraq mərhumun ölümündən 20 il sonra X16 hüququ haqqında şəhadətnamə alan Cavabdeh2 qəsdən ərini mirası qəbul etmiş vərəsələr sırasından çıxarmışdır. Cavabdehlərlə aralarında olan mənzil münasibətləri 2008-ci ildə yarandığı və o, mənzilə köçərkən həmim mənzil xüsusi mülkiyyətdə olmadığı üçün mübahisə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Bundan başqa hakim onun mülkiyyətçinin qanunda nəzərdə tutulmuş ailə üzvləri dairəsinə daxil olmadığını göstərir. Halbuki həmin müddəa xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmaqla xx xxxxxxx 2009-cu il tarixdən sonra yaranan mənzil münasibətlərini tənzimləyir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-171/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-171/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı teleqram ünvanlayaraq azyaşlı uşağının xəstəliyi ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1981-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. X4, anası isə Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş X5 təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş X1 təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X9 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ölüm Haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli X16 X2 görünür ki, mərhum X6 mülkiyyətində olmuş ünvan 1 C mənzil 6 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m. yaşayış sahəsi 41,1 kv.m. olan 3 otaqlı mənzil mərhum X6 vərəsələri Cavabdeh2 və X7 tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 C mənzil 6 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m. olan mənzil Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X8 ilə xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx xxxx 2009-cu il tarixdə Zəhra və xx xxx 2015-ci il tarixdə İbrahim adlı iki övladları anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən faktiki olaraq ayrılmışlar. Cavabdeh hazırda mübahisəli mənzildə yaşamır. Müəyyən edilmişdir ki, mübahisəli mənzil X6 mülkiyyətində olmuş, sonuncu xx xxxxxx 1998-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşından miras qalan ünvan 1 C mənzil 6 ünvanda yerləşən ümumi sahəsi 58,2 kv.m yaşayış sahəsi 41,1 kv.m olan 3 otaqlı mənzildə yaşamaqla mirası Cavabdeh2 idarə etmiş və qəbul etmişdir. xx xxxxxxxx 2019cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak Cavabdeh2 və qızı X3 xüsusi mülkiyyətinə keçmiş, həmin mənzilə dair xx.xx.2020-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilmiş və hazırda sonuncunun mülkiyyətində olan mənzilə uşaqları ilə birlikdə köçürülməsini və köçürüləcəyi otağa başqa şəxslərin daxil olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin miras əmlak kimi iddiaçının əri, iş üzrə cavabdehlərdən Cavabdeh1 faktiki qəbul edərək idarə etməsi barədə bəyanı əsassızdır. Çünki, vərəsəlik X2 görünür ki, həmin əmlakı Cavabdeh1 qəbul etməmişdir və həmin şəhadətnamə qüvvədədir, heç kim tərəfindən mübahisələndirilməmişdir. Mübahisəli mənzil əri öləndən sonra Cavabdeh2 sahibliyində və istifadəsində olmuş, sonra da vərəsə kimi öz adına rəsmiləşdirmişdir. Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin (bundаn sonrа - Mənzil Məcəlləsinin) 30.1-ci mаddəsinə əsаsən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı mülkiyyətçi Cavabdeh2 qanunda nəzərdə tutulmuş ailə üzvləri dairəsinə daxil deyildir. Yuxаrıdа qeyd olunаn mаddi hüquq normаlаrının tələbinə görə mülkiyyətçi ilə birgə yаşаyаn аilə üzvlərinin yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etməsi yаlnız onunlа etibаrlı аilə əlаqələri mövcud olduğu hаldа mümkündür. Hаzırkı mübаhisənin fаktiki hаllаrı ilə iddiаçının аrtıq mülkiyyətçinin аilə üzvü olmаyıb istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi mənzildə 2017-cu ilin ortаlаrındаn etibаrən yаşаmаmаsı müəyyən olunduğundаn iddia tələbləri təmin oluna bilməz. Məhkəmə kollegiyası işin hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyikimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı 2 iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli deyildir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar