Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1107/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh3 qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)-27/2024 saylı qətnaməsindən Cavabdeh3 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Yevlax rayonu Salahlı Bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 40 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 26 hektar örüş, 4 hektar qamışlıq olmaqla 30 hektar torpaq sahəsi heyvandarlıqla məşğul olmaq məqsədilə X4 icarəyə verilmişdir. Həmin qərar əsasında 5 oktyabr 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə bağlanmışdır. Yevlax rayonu Salahlı Bələdiyyəsinin 6 noyabr 2019-cu il tarixli protokol qərarı ilə Bərdə Regional Ədliyyə İdarəsinin 28 oktyabr 2019-cu il tarixli məktubu əsasında 24 sentyabr 2004-cü il tarixli 40 nömrəli qərar və 5 oktyabr 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə ləğv edilmişdir. 20 sentyabr 2021-ci il tarixli icarə müqavilələri ilə Yevlax rayonu Salahlı Bələdiyyəsi tərəfindən 3.2445 ha və 2.866 ha torpaq sahələri İddiaçı icarəyə verilmişdir. Sonuncunun adına icarə hüququ ilə bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 27 aprel 2022-ci il tarixli və ********** qeydiyyat nömrəli 29 aprel 2022-ci il tarixli Çıxarışlar verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və digərlərinin çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, 27 aprel 2022-ci il tarixli « hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və digərlərinin çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər törədilən maneələrin aradan qaldırılması, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızından mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 380 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun və vəkilə xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun, cəmi 880 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsudur. Cavabdehlər həmin torpağı zəbt etmişlər və qanunsuz olaraq istifadə edirlər. Bununla bağlı mütəxəssis və ekspert rəyi vardır. Həmçinin iddiaçı ödənilmiş məhkəmə xərcələrinin də cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********6 reyestr nömrəli və **********55 reyestr nömrəli çıxarışlarla icarəyə verilmiş 6.1 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini cavabdehlər faktiki olaraq qanuni əsas olmadan istifadə edirlər və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur.
6. Ona görə də məhkəmə hesab edir ki, **********6 reyestr nömrəli çıxarışla və **********55 reyestr nömrəli çıxarışla icarəyə verilmiş cəmi 6.1 ha torpaq sahəsindən cavabdeh çıxarılmalıdılar. İddiaçıya torpaqdan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Cavabdehlərdən 100 manat dövlət rüsumu, 380 manat mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş pul və 400 manat vəkil xidməti haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddianın torpaq sahəsindən digər şəxslərin çıxarılması və digər şəxslərə torpaqdan istifadəyə törədilən maneələrin aradan qaldırılması hissəsi həmin şəxslərin kimliyi məlum olmadığından rədd edilməlidir. Cavabdeh3 qızıdan 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE ******************** hesaba ödənilməlidir.
7. Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)-27/2024 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, 27 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının çıxarılmaları, 27 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadə etməyinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından məhkəmə xərci olan cəmi 880 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh3 qızından 100 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 27 aprel 2022-ci il tarixli çıxarış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 29 aprel 2022-ci il tarixli çıxarış 12 iyun 2023-cü il tarixli 3-21-3-35/2-2189/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssis rəy Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6088 saylı ekspert rəyi 02 fevral 2023-cü il tarixli 26 saylı müqavilə Şəki İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-1(116)-1054/2024 saylı qərardadı
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 qızı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh3 qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Salahlı Bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli, 40 nömrəli qərarı ilə Salahlı Bələdiyyəsinin mülkiyyətində olan 26 hektar örüş və 4 hektar qamışlıq olmaqla, 30 hektar torpaq sahəsi mərhum əri X3 icarəsinə verilmişdir. Elə həmin vaxtdan hazırki vaxtadək onlar qeyd olunan torpaq sahəsindən istifadə edir. X7 19 iyul 2017-ci tarixdə rəhmətə getmişdir. Mərhum əri rəhmətə gedəndən sonra da o və ailə üzvləri qeyd olunan torpaq sahəsindən istifadə edir. Lakin, buna baxmayaraq hazırki vaxtda cavabdehlərdən İddiaçı həmin torpaq sahəsinə dair 27 aprel 2022-ci il tarixli çıxarışa əsasən 3.2445 ha torpaq sahəsinin və 29 aprel 2022-ci il tarixli çıxarışa əsasən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona icarəyə verildiyini bildirirək, qeyd olunan torpaq sahəsindən çıxarılmalarına dair Yevlax Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı qeyd olunan çıxarışları hansı qaydada aldığı ona məlum deyil. Yevlax Rayon Salahlı Bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli, 40 nömrəli qərarı ilə Salahlı Bələdiyyəsinin mülkiyyətində olan 26 hektar örüş və 4 hektar qamışlıq olmaqla, 30 hektar torpaq sahəsi mərhum əri X3 icarəsinə verilmişdir. İddiaçı verilmiş çıxarışlar etibarsızdır. Çünki, mərhum ərinin icarəsinə verilmiş 30 hektar torpaq sahəsindən hazırki vaxtadək onlar istifadə edir və qeyd olunan torpaq sahəsindən imtina etməmişlər. Eyni zamanda da, qeyd olunan torpaq sahəsi əgər İddiaçı icarəsinə verilibsə birinci növbədə onların imtina ərizələri olmalıydı. Lakin, o və ailə üzvləri belə bir ərizə yazmamışlar. Göründüyü kimi İddiaçı əldə etdiyi 27 aprel 2022-ci il tarixli və 29 aprel 2022-ci il tarixli çıxarışlar etibarsızdır. Buna görə də o, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı verilmiş çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdi. Şəki İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(116)-1054/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Eyni zamanda Şəki İnzibati Məhkəməsi 29 aprel 2024-cü il tarixli qərardadında sözügedən çıxarışların ləğvinə nail olmaq üçün daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənəd – mülki hüquqi əqdin (icarə müqaviləsi) mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində mübahisələndirilməli olduğunu qeyd və izah etmişdir. Bundan sonra o, Yevlax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Yevlax rayon Salahlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 3M-856 reyestr nömrəli və 3M-857 reyestr nömrəli müqavilələrin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması və İddiaçı adına verilmiş 27 aprel 2022-ci il tarixli, **********55 reyestr nömrəli və 29 aprel 2022-ci il tarixli, **********56 reyestr nömrəli çıxarışların ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda da onun Yevlax Rayon Məhkəməsində olan iddia tələbinə baxılıb yekun qərar qanuni qüvvəsini alanadək hazırki İddiaçı Cavabdeh3 qızı və qeyrilərinə qarşı “maneələrin aradan qaldırılması və torpaq sahələrindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işin icraatının dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Lakin, işə baxan Yevlax Rayon Məhkəməsi vəsatətimi təmin etmədi və işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etdi.
12. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)- 27/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. İddiaçı, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163-cü maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. 708.3-cü maddəsinə əsasən icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)-27/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
22. Hazırki işin mübahisə olunmayan halları aşağıdakı kimidir. Hazırki iş üzrə Yevlax rayonu Salahlı Bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli 40 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 26 hektar örüş, 4 hektar qamışlıq olmaqla 30 hektar torpaq sahəsi heyvandarlıqla məşğul olmaq məqsədilə X4 icarəyə verilmişdir. Həmin qərar əsasında 5 oktyabr 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə bağlanmışdır. Yevlax rayonu Salahlı Bələdiyyəsinin 6 noyabr 2019-cu il tarixli protokol qərarı ilə Bərdə Regional Ədliyyə İdarəsinin 28 oktyabr 2019-cu il tarixli məktubu əsasında 24 sentyabr 2004-cü il tarixli 40 nömrəli qərar və 5 oktyabr 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə ləğv edilmişdir. 20 sentyabr 2021-ci il tarixli icarə müqavilələri ilə Yevlax rayonu Salahlı Bələdiyyəsi tərəfindən 3.2445 ha və 2.866 ha torpaq sahələri İddiaçı icarəyə verilmişdir. Sonuncunun adına icarə hüququ ilə bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 27 aprel 2022-ci il tarixli və ********** qeydiyyat nömrəli 29 aprel 2022-ci il tarixli Çıxarışlar verilmişdir. Birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 152, 157 və 158-ci maddələrinə istinad etmişdir. Kollegiya əvvəlcə MM-in 157 və 158-ci maddələri ilə bağlı qeyd edir ki, həmin normalar mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsini və mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnun da əmlak hüququ sayılmasını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Başqa sözlə, əşyaya sahibliyi əldə etməmiş şəxs sahibliyinin pozulmasına istinad edə bilməz. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmə iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olmasını, yəni həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişdir.
23. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi MM-in 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddialarını nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.
24. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. Kollegiya onu da vurğulayır ki, torpaq sahəsinin icarəsi müqaviləsindən irəli gələn, müddətli icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin hüququn məhdud əşya hüququ sayılmasına əsas verə bilməz. Belə ki, qanunda nəzərdə tutulanlardan (girov, servitut, uzufrukt və s.) başqa məhdud əşya hüquqları təsis edilə bilməz (“numerus clausus” - məhdud say prinsipi). Nəzərə alınmalıdır ki, torpaq sahəsinə icarə hüququ dövlət reyestrində qeydiyyat anından deyil, icarə müqaviləsinin bağlandığı vaxtdan yaranır, reyestrdəki qeydiyyat isə vicdanlı üçüncü şəxsləri qorumaq üçün aparılmaqla açıqlayıcı funksiyanı yerinə yetirir.
25. Beləliklə, işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Yevlax rayonu Salahlı Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Yəni, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. İcarəyə verən tərəfindən müqavilə öhdəliyinin icra edilməklə torpaq sahəsi iddiaçının sahibliyinə verilməsi isə işdən görünmür. Belə ki, hazırda mübahisələndirilən torpaq sahələri Yevlax rayonu Salahlı Bələdiyyəsi ilə X5 arasında bağlanmış 5 oktyabr 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilənin bağlanması ilə faktiki olaraq sonuncunun sahibliyinə verilmişdir. Həmin vaxtdan etibarən həmin torpaq sahələri əvvəl X2, o öldükdən sonra isə hazırki cavabdehlərin sahibliyində olmuşdur. Yevlax rayonu Salahlı Bələdiyyəsinin 13 mart 2023-cü il tarixli 049 nömrəli arayışında X2 icarəyə götürdüyü bələdiyyə torpağının onun hüquqi varisi kimi Cavabdeh3 qızı və onun ailə üzvləri tərəfindən istifadə olunduğu və vergi borclarının onlar tərəfindən ödənildiyi göstərilmişdir. Yevlax rayonu Salahlı Bələdiyyəsinin 6 noyabr 2019-cu il tarixli protokol qərarı ilə sözügedən müqavilə ləğv edilməsinə baxmayaraq, cavabdehlərin həmin torpaq sahələrinə sahibliklərinə son qoyulmamışdır. 20 sentyabr 2021-ci il tarixli icarə müqavilələri ilə Yevlax rayonu Salahlı Bələdiyyəsi faktiki olaraq üçüncü şəxslərin sahibliyində olan torpaq sahələrinin İddiaçı icarəyə vermişdir. Hətta, həmin vaxt da torpaq sahələri cavabdehlərin sahibliyində qalmış, faktiki olaraq iddiaçının sahibliyinə verilməmişdir. Halbuki, Mülki Məcəllənin 708 və 676-cı maddələrinin tələbinə görə üçüncü şəxslərin icarəyə verilən torpağa hər hansı hüquqları və ya iddiaları həmin torpağın icarəçi tərəfindən istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməli idi. Göründüyü kimi, Yevlax rayon X1 Süsən Əbülfət qızı ilə bağladığı icarə müqaviləsi üzrə öhdəliklərini qanuna uyğun şəkildə icra etməmişdir ki, bununla bağlı yaranan tələb hüququ da Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı yaranmışdır.
26. Hazırkı işdə isə iddia cavabdeh olaraq müqavilənin tərəfi (icarəyə verən) Yevlax rayonu Salahlı Bələdiyyəsinə qarşı deyil, üçüncü şəxs olan cavabdehlərə qarşı qaldırılmışdır. Yevlax rayonu Salahlı Bələdiyyəsi işdə tərəf olsa da, cavabdeh olmadığından ona qarşı hər hansı tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə prosessual hüquq normalarının pozuntusuna yol vermiş, hazırki iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırılmış iddianı (qismən) təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırki halda, iddia tələbi bir neçə cavabdehə qarşı qaldırılmış, lakin onların biri apellyasiya şikayəti verməklə qətnaməni mübahisələndirmiş olsa da, iş üzrə cavabdehlər heç biri hazırki iddiaya cavab verməli şəxslər olmadığından və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul edildiyindən, qətnamənin tamamilə ləğv edilməsi üçün əsaslar mövcuddur.
27. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instnasiya məhkəməsi qətnaməsində iddianın torpaq sahəsindən digər şəxslərin çıxarılması və digər şəxslərə torpaqdan istifadəyə törədilən maneələrin aradan qaldırılması hissəsinin həmin şəxslərin kimliyi məlum olmadığından rədd edilməli olmasını göstərmişdir. Halbuki, MPM-in 149 və 259-cu maddələrinin tələblərinə görə iddianın həmin hissəsi tələb aydın olmadığından baxılmamış saxlanılmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Buna baxmayaraq, kollegiya hesab edir ki, hazırki halda iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığından, iddianın həmin hissəsinin baxılmamış saxlanılmasına zərurət qalmır. Ona görə də, hazırki iddia tələbi təmin edilə bilməz.
26. Yuxarıda göstərilən əsaslarla iddia tələbi rədd edilməli olduğundan cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi icraatın dayandırılmasına da zərurət qalmamışdır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh3 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)-27/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(039)-27/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.