Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1111/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X1 ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin boşaldılması tələbinə dаir mülki iş üzrə icraatın dayandırılması barədə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərаrdаdındаn İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin hazırlıq iclasına gəlməmişdir. Cavabdeh da birinci instansiya məhkəməsinin hazırlıq iclasına gəlməmiş, məhkəməyə göndərdiyi vəsatətində qeyd etmişdir ki, o, Şəki rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən “X3” MMC tərəfindən keçirilmiş xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında İddiaçı ASC-nin adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin mülki iş hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. Ona görə də Şəki Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş bildiriş məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-nə, Şəki rayon İcra və Probasiya Şöbəsinə və “X3” MMC-nə qarşı xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında İddiaçı ASC-nin adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi tələbi barədə iddia ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir və həmin iddia tələbi üzrə mülki iş hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymano) xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatının Cavabdeh İddiaçı ASC-nə, Şəki rayon İcra və Probasiya Şöbəsinə və “X3” MMC-nə qarşı xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında İddiaçı ASC-nin adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi tələbi barədə mülki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dаyаndırılmışdır. İddiаçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə оğlu məhkəmənin həmin qərardadından şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, hazırki qərardad əsassızdır, maddi və prosessual hüquq normalarının tələblərinə zidd olaraq qəbul edilmişdir. Birinci instansiyası məhkəməsi qəbul etdiyi qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad edərək, belə qənaətə gəlmişdir ki, Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı Cavabdeh İddiaçı ASC-yə, Şəki rayon İcra və Probasiya Şöbəsinə və “X3” MMC-yə qarşı xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında İddiaçı ASC-nin adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi tələbinə dair iddiaları üzrə mülki iş həll edilməyincə, hazırki mülki işin mahiyyəti üzrə baxılması mümkün deyildir. Bununla əlaqədar hesab edir ki, Oğuz Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 saylı qərardadı qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsini səhv təfsir etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, iş üzrə icraat o zaman dayandırıla bilər ki, digər məhkəmədə baxılan iş həll edilməyincə bu işə baxmaq mümkün olmasın. Yəni qanunun mənasına görə məhkəmədə baxılan əsas olan işin, digər işə hüquqi təsiri olması deyil, icraatın dayandırılmasına səbəb olan digər işin nəticəsi olmadan bu işə baxılmasının mümkün olmamasıdır. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddiaçılar Cavabdeh, X2 və X4 cavabdehlər İddiaçı ASC, “xxxx” MMC, üçüncü şəxslər Şəki rayon İcra şöbəsi, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-9445/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.S.Səmədov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-1224/2019 saylı qərarı ilə (sədrlik edən hakim Ə.Ə.Şadiyev) iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə mübahisənin predmeti xx xxxxxx 2015-ci il tarixli 05/01 saylı hərracın yekun protokolunun etibarsız hesab edilməsi olmuşdur. Hazırda Şəki Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrəiddiaçı Cavabdeh eyni protokolun etibarsız hesab edilməsinə dair təkrarən məhkəmədə iddia qaldırmışdır. Hazırki işin materiallarından görünür ki, hərrac təşkilatçısı “xxxx” MMC olduğu halda, Şəki Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçı Cavabdeh qismində işə heç bir aidiyyəti olmayan “X3” MMC-ni əsassız cəlb etməklə tərəflərin tərkibini süni şəkildə və qanunsuz olaraq dəyişmişdir. Göründüyü kimi, həmin iddia Cavabdeh tərəfindən formal və əsassız olaraq verilmişdir ki, hazırki mübahisənin qarşısını alsın və ədalət mühakiməsinin həyata keçirilməsini qanunsuz olaraq dayandırsın. Bundan başqa, Şəki Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçı Cavabdeh təkrarən mübahisələndirdiyi xx xxxxxx 2015-ci il tarixli 05/01 saylı hərracın yekun protokolunun tarixindən 5 ildən artıq müddətin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərini nəzərə alsaq, bu halda, həmin iş üzrə iddia tələbinin iddia müddətinin ötürülməsi ilə verildiyini görərik. Bu isə həmin iddia tələbinin formal olaraq verildiyini və hazırki işin icraatının dayandırılmasına “xidmət” etdiyini bir daha göstərir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisəyə məhkəmələr tərəfindən artıq baxılmış və hüquqi qiymət verilmiş, həmin işlər üzrə məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəf hüquqlarından sui-istifadə edərək, qanuni qüvvəsini almış məhkəmə qərarlarının icrasına və hazırki mübahisənin baxılmasına lüzumsuz olaraq və süni şəkildə maneələr yaradır və bununla da, Bankın hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Bu səbəbdən, Şəki Rayon Məhkəməsinin icraatında olan mülki işə məhkəmələr tərəfindən artıq baxıldığı, iddia tələbinin iddia müddətinin ötürülməsi ilə verildiyi, ümumiyyətlə, həmin iddianın formal olaraq, hazırki işin icraatının dayandırılması məqsədi ilə verildiyi halda, məhkəmənin həmin işin həll edilməyincə, hazırki mülki işin mahiyyəti üzrə baxılması qeyri-mümkün olduğu kimi qənaətə gəlməsi anlaşılan deyil. Mübahisələndirilən qərardad ilə həm qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının qarşısı alınır, həm Bankın mülkiyyət hüququ pozulur. Belə ki, hazırki qərardad ilə mülkiyyətçi olan Bank həmin əmlakından istifadə edə bilmir və bununla da, Bankın mülkiyyət hüquqları pozulmuş olur. Həmçinin, hazırki qərardad ilə məhkəmə qanuni qüvvəsini almış məhkəmə qərarının icrasını dolayı yolla dayandırmış olur. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərardadının ləğv edilməsini və hazırki mülki iş üzrə icraatin təzələnərək işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə, şikayətə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərardadı ilə iddiаçı İddiaçı ASC-nin Cavabdeh qarşı əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki iş üzrə icraatın dayandırılmasına dair Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərdadından iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)- 106/2020 nömrəli qərardadı ləğv edilməli və mülki iş üzrə icraat davam etdirilməsi üçün mülki iş Oğuz Rаyоn Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Məhkəmə kollegiyasının iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə istinad etməklə Oğuz rayonu Calut kəndində 0,451247 hektar torpaq sahəsində yerləşən 246,9 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılmasını tələb edir və hazırda həmin Çıxarış sənədi cavabdeh tərəfindən mübahisələndirilir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə icraat Cavabdeh İddiaçı ASCnə, Şəki rayon İcra və Probasiya Şöbəsinə və “X3” MMC-nə qarşı xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında İddiaçı ASC-nin adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi tələbi barədə mülki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X2 və X4 cavabdehlər İddiaçı ASC, “xxxx” MMC, üçüncü şəxslər Şəki rayon İcra şöbəsi, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-9445/2018 saylı qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-1224/2019 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında göstərmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Mülki işin materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı “xxxx” MMC-nin keçirdiyi hərrac nəticəsində əldə etdiyi əmlakın boşaldılmasını xahiş etdiyi halda bu iş üzrə icraatın dayandırılması üçün əsas götürülmüş Şəki Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə “X3” MMC-nin keçirdiyi hərracla bağlı xx.xx.2015-ci il tarixli hərracın yekunları barədə olan protokolunun etibarlılığı mübahisələndirilir. Şəki Rayon Məhkəməsinin icraatında olan həmin iş üzrə cavabdeh olaraq qoyulmuş “X3” MMC” istisna olmaqla iddia tələbinin tərəfləri və iddia tələbi eyni olduğu iş üzrə qanuni qüvvəsini almış yuxarıda barəsində qeyd olunmuş məhkəmə qətnaməsi vardır. Bu da o, deməkdir ki, ya bu işlərin bir-biri ilə heç bir əlaqəsi və asılılığı yoxdur, ya da Şəki Rayon Məhkəməsinin icraatında olan yuxarıda göstərilən iş Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 233.3-cü mаddəsinin və Konstitusiya Məhkəməsinin Plenumunun “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2018-ci il tarixli Qərarının tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. İkinci hal ilə bağlı birinci instansiya məhkəməsinin qərar qəbul etməli olduğunu nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə qeyd olunan mülki işlərin bir-birindən asılılığı yoxdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin yuxarıda göstərilən maddələrinin və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarlarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2015-ci il tarixli hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbi ilə bağlı iddianın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hal-hazırda qüvvədə olan xx xxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmədiyindən, həmin mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir, şikayətin dəlilləri əsaslıdır. Ona görə də İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərardadı ləğv edilməli və mülki iş üzrə icraat davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(054)-106/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı əmlak kompleksi kimi müəssisənin və torpaq sahəsinin boşaldılması tələbinə dаir mülki iş üzrə icraat davam etdirilməsi üçün mülki iş Oğuz Rаyоn Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1111/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1111/2020
06.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver