Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1113/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, Qax rayon İcra Hakimiyyətinə, Qax Bələdiyyəsinə, Qax rayon Dövlət Notariat Ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ləğv, aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Qax rayon İcra Hakimiyyətinə, Qax Bələdiyyəsinə, Qax rayon Dövlət Notariat Ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-79/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyri-yaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinin Cavabdeh səhvən və təkrarən satılmasına, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair Çıxarışın və Kadastr qeydinin etibarsız hesab edilməsi yolu ilə mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin altındakı mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına qanunsuz tiikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə əlavə iddia ərizəsi təqdim edərək Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.22 ha torpaq sahəsində inşa edilmiş 10 girişli, 701.74 kv.m ümumi, 540.97 kv.m əsas, 160.8 kv.m köməksiz sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindəki qeyriyaşayış sahəsinin ayrılmaz tərkib hissəsi olan 92,3 kv.m torpaq sahəsinin satılmasına dair Qax rayon İcra Hakimiyyətinin 20 avqust 2019 cu il tarixli, 922 saylı rəyinin etibarsız hesab edilməsi, eyni torpaq sahəsi ilə üst-üstə düşən dövlət kadastrının təkrar qeydiyyatının etibarsız hesab edilməsi, daşınmaz əmlakın Qax Bələdiyyəsi ilə Cavabdeh arasında alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsinin müəyyən edilməsi, mülkiyyətindəki 92,3 kvm torpaq sahəsində aparılan özbaşına qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, eyni zamanda həmin ərizədə Cavabdeh ilə yanaşı cavabdehlər kimi, Qax rayon İcra Hakimiyyətini, Qax Bələdiyyəsini, Qax rayon Dövlət Notariat ofisini və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsini göstərmişdir. Məhkəmənin 27 yanvar 2021-ci il tarixli 2(024)-18/2021 saylı qərardadına əsasən İddiaçı iddia tələbinin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Qax rayon İcra Hakimiyyəti, Qax Bələdiyyəsi, Qax rayon Dövlət Notariat ofisi və DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi mülki iş üzrə cavabdehlər qismində işə cəlb edilmişdir. Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-79/2023 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) Qax Bələdiyyəsi ilə Cavabdeh arasında Qax rayon notarat Kontorunda bağlanmış AN-İ N° ******* saylı 29 iyun 2020-ci il tarixli Alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Qax şəhəri, Azərbaycan küçəsində yerləşən 0.009230 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair Reyestr nömrəsi **********83, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi, İddiaçı məxsus 0.009230 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılan qanunsuz tikili Cavabdeh hesabına sökülməsi və Cavabdeh zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması, iş üzrə hər biri 50(əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərcləri Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülməsi (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Flesab- AZ34GCTRE********************) qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-79/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-79/2023 saylı qətnaməsi tamamilə ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. (İddiaçı VÖEN **********, Cavabdeh VÖEN **********). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7.Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-12-ci bəndlərində göstərilir ki, 2019cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin, həm də hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətin müəyyən edilməsində bu meyarların hər birinin qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-79/2023 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 26, 32, 263-264, 384, 387, 399, 402-403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-79/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh, Qax rayon İcra Hakimiyyətinə, Qax Bələdiyyəsinə, Qax rayon Dövlət Notariat Ofisinə və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, sözügedən torpaq sahəsinə verilmiş dövlət qeydiyyatına dair Çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətindəki torpaq sahəsində aparılan özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev
Məhkəmə qərarları › İş №2(107)-1113/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1113/2023
11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver