Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1119/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi, müddətli müqavilə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsindən Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 15 sentyabr 2006-cı ildə Sukanal İdarəsində abonent xidməti şöbəsinə su müfəttişi vəzifəsinə qəbul edilmişdir. 01 aprel 2007-ci ilin may ayında həmin idarədə su təchizatı və nasos stansiyaları istismarı və təmiri idarəsinə usta qəbul olunmuşdur. 01 yanvar 2013-cü ildə X4 İdarəsi Cavabdeh ASC-nin tərkibinə verildiyinə görə iddiaçı da digər işçilər kimi, Cavabdeh ASC-nin X4 İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildən isə Cavabdeh ASC-nin X4 İdarəsi Cəmiyyətin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. 2019cu ilin yay aylarında idarəyə Maarif Məmmədov rəis təyin edilmişdi. M.Məmmədov rəis təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişdir ki, idarədə struktur dəyişikliyi olur, ona görə də hər kəs işdən azad olunmalı, yeni idarə ilə əmək müqaviləsi bağlanmalıdır. 30 avqust 2019-cu ildə 209-k saylı əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla əmək müqaviləsi ləğv edilmişdir ki, guya o başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. 02 sentyabr 2019-cu ildə onunla işəgötürən arasında yenidən əmək müqaviləsi bağlanmış, o, əvvəlki kimi su və kanalizasiya sisteminin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. Halbuki hər iki halda işəgötürən "xxxx" MMC olmuşdur. 02 mart 2022-ci il tarixli əmrlə də iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, işəgötürən tərəfindən aldadılaraq onunla, digər işçilər kimi müddətli əmək müqaviləsi bağlanmışdır. O müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda müddətli əmək müqaviləsinə razı ola bilməzdi və işəgötürənin təkidi ilə yazmış olduğu ərizədə də müddətli əmək müqaviləsi bağlanmasını göstərməmişdir. Müdiriyyətin təkidi ilə o yazmış olduğu 29 avqust 2019-cu il tarixli ərizədə qeyd etmişdir ki, “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC-nin tərkibinə verilməsi ilə əlaqədar 30 avqust 2019-cu il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunmasını xahiş edir. X1 İdarəsi "xxxx" MMC-nin tərkibinə 01 noyabr 2016-cı ildə verilmişdir. İşəgötürən kütləvi şəkildə işçiləri aldadaraq onlarla bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi kimi bağlanmışdır. Bu səbəbdən də onunla işəgötürən ilə bağlanmış müddətli əmək müqaviləsi, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi barədə əmr qanunsuzdur. Belə ki, o 15 ildən artıq müddətdir ki, fasiləsiz olaraq həmin idarədə işləmişdir. Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab olunur. Bundan əlavə müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 47- ci maddəsi ilə müəyyən edilmiş, hallarda bağlanılır. Odur ki, iddianın təmin olunmasını, Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsinin 02 mart 2022-ci il tarixli 01-k saylı əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla iddiaçının işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı (M. Kərimova) qətnaməsi ilə iddianın təmin olunması, Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2006-cı ildə “Sukanal” idarəsinə abonent xidməti şöbəsinə su müfəttişi işinə qəbul edilmişdir. 01 may 2007-ci ildə “Sukanal” idarəsinə su təchizatı və nasos stansiyalarının istismarı və təmiri sahəsinə usta işinə təyin edilmişdir. xx.xx.2013-cü ildə Mingəçevir Sukanal idarəsi Cavabdeh ASC-nin tabeliyinə verilmiş, iddiaçı da Cavabdeh ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildə isə Mingəçevir Sukanal idarəsi Cavabdeh ASC-nin strukturundan çıxarılaraq "xxxx" MMC-nin təkibinə daxil edilmişdir. 3.08.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilişdir. Lakin iş materialları ilə iddiaçının həmin vaxt başqa işəgötürənlə əmək müqaviləsi bağlaması müəyyən edilmir. Ancaq müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı həmin idarəyə 8-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə qəbul edilmişdir. Əsas İddiaçı ərizəsi və əmək müqaviləsi, İddiaçı ərzəsində 02 sentyabr 2019-cu il tarixdən su və kanalizasiya sisteminin istismarı sahəsinə 8-ci dərəcə ilə usta təyin olunmasını xahiş etmişdir. 02 sentyabr 2019cu il tarixdə də Mingəçevr Sukanal idarəsinin rəisi ilə İddiaçı arasında 3 ay müddət olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki iddiaçı ərizəsində müddətli əmək müqaviləsi bağlanmasını xahiş etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehin 01-K №-li xx.xx.2022-ci il tarixli əmri ilə də müqavilənin müddəti qurtardığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin - işəgötürənin təkidi ilə 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması barədə ərizə yazmışdır. 30 avqust 2019-cu il tarixli ərizəsində isə işə qəbul olunmasını xahiş etmiş, lakin iddiaçı ərizədə əmək müqaviləsinin müddətli bağlanmasını göstərməsə də, onunla xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh etirazında İddiaçı öz razılığı ilə işəgötürənlə əmək müqaviləsi bağladığını, müqavilənin müddətli bağlanmasından məlumatı olmasını bildirir. Lakin məhkəmə hesab etmişdir ki, müddətsiz əmək müqaviləsi ilə 13 ildən çox eyni müəssisədə işləyən işçinin müddətli əmək müqaviləsi bağlamaq istəməsi, razılaşması inandırıcı deyil. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaq üçün də Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən digər hər hansı hallardan biri mövcud deyil. Məhkəmə, həmçinin, hesab etmişdir ki, uzun müddət, 13 ildən çox eyni idarədə işləyən işçi ilə müddətli əmək müqaviləsi bağlanması onun hüquqlarının pozulmasıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 14, 45, 47, 294.1, 297-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Qətnamə heç bir qanuna əsaslanmamış, qanunun tələbləri yanıltmaqla və səhv formada tövsif edilməklə əsaslandırılmağa çalışılmışdır. Qətnamənin əsaslandırma hissəsində yalnız qanunvericiliyin iddiaçıya sərf edən müddəalarına toxunulmuşdur. Cavabdeh Su Kanal İdarəsinin hüquqları isə kobud surətdə pozulmuşdur. Belə ki, işə bərpanın əsası kimi iddiaçının uzun müddət sözügedən müəssisədə işləməsi göstərilmişdir. Lakin konkret olaraq tərəflərin iradə ifadəsi olan müqavilələrin müddətli olması ilə bağlı iddiaçının məlumatı olması qeyd edilməmiş və buna qiymət verilməmişdir. Bundan əlavə ən əsası onu qeyd etmək lazımdır ki, bundan əvvəl yəni müqavilələrin müddətli olması ilə bağlı işə bərpa olunan şəxslər olmuşdur. Müəssisənin bütün işçiləri kimi iddiaçı da ən azından bir ildən çoxdur ki, onlarla bağlanan müqavilənin müddətli olmasından məlumatlıdır. Tərəflərin öz iradə ifadəsi olan müqavilələrə imza etməsi və bu müqaviləni mübahisələndirməməsi müqavilənin qüvvədə olmasına əsas verir. Belə olan halda müddət keçmiş və bu müqavilə mübahisələnməmişdir. Müddətli müqavilə qüvvədə olduğu təqdirdə iddianın bu səbəbdən yəni müddətli müqavilə olması səbəbindən rədd olunması tam əsassızdır. Müəssisədə struktur dəyişikliyi olması, dövlətdə gənc və perspektivli kadrların yetişdirilməsi, onların önə çəkilməsi və daha peşəkar gənc ixtisaslı kadrların təyin olunması mütləqdir. Bunu hər dəfəsində cənab prezident İlham Əliyev də bildirir. Lakin məhkəmələrin bu mövqeyi yəni artıq 65 yaşı tamam olmuş və pensiyada olan şəxslərin işdə zorla saxlanması mövqeyi qanuna zidd olmaqla bərabər dövlət gənclər siyasətinə də ziddir. Buna əlavə sözügedən müddəanı ikinci formada baxsaq belə nəticəyə gəlmək olar ki, Azərsu ASC-nin səhmlərinin hamısı dövlətə məxsusdur. Onda belə nəticəyə gəlmək olar ki, cavabdehin də pensiya yaşına çatmış şəxsləri işdən çıxarmaq hüququ var. Məhkəmə iclasında cavabdeh kimi Mingəçevir Sukanal idarəsinin nümayəndəsinin izahatı təhrif olunmuşdur. İdarənin nümayəndəsinin məhkəmə iclasında dediyi faktlarla qətnamədə yazılan izahat arasında əsaslı fərq var. İddiaçı sözügedən müddətli əmək müqaviləsini 1 və ya 3 ay ərzində mübahisələndirə bilərdi. Bu gün iddiaçı müddətli əmək müqaviləsinin olmasını heç vaxt mübahisələndirməmişdir. Hesab edir ki, məhkəmə iclasında heç bir sübut təqdim edilməmiş, iddiaçı yalnız söz toplusundan ibarət ərizə və iddiaçı tərəfindən təqdim olunmayan sübutlara əsaslanmışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1360/2022 saylı qətnaməsini ləğv edilməsinin, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri X2 etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh öz apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh kimi Mingəçevir sukanal idarəsinin nümayəndəsinin izahatı məhkəmə iclasında guya təhrif olunmuşdur. AR MPM-nın 273-cü maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzaladığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər edə bilərlər. Lakin cavabdeh protokola belə qeyd aparmamışdır.Cavabdeh qeyd etmişdir ki, guya hakim əsaslandırma hissəsində yanlız qanunvericiliyin ona sərf edən müddəalarını tətbiq etmişdir və işə bərpanın əsası kimi onun uzun müddət sözügedən müəssisədə işləməməyini göstərdiyini bildirmişdir. Halbuki o xx.xx.2006-cı ildə "Sukanal" idarəsinə abonent şöbəsinə su müfəttişi işinə qəbul edilmişdir. xx.xx.2007-ci ildə"Sukanal" idarəsinə su təchizatı və nasos stansiyalarının istismarı və təmiri sahəsinə usta qəbul edilmişdir. Müddətsiz əmək müqaviləsi ilə "xxxx" ASC -nm xx.xx.2016-cı il tarixli 467 nömrəli əmrinə əsasən "xxxx" ASC-nin Mingəçevir Sukanal idarəsi cəmiyyətinin sturukturundan çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. Onunla yenidən müddətsiz müqavilə bağlanmışdır. Yenidən xx.xx.2019-cu ildə onunla sınaq müddəti üçün 3 aylıq müqavilə bağlamışlar və eyni vaxtda müddətli müqavilə bağlanmasına ona imzalatdırmışlar. Lakin o bundan əvvəl müddətsiz işlədiyindən və onun tutduğu vəzifə xarakter daşımadığından onunla müddətli müqavilə bağlanmasını bilməmişdir. Sturuktur dəyişiklər bu idarədə o qədər tez-tez olur ki, müqavilələr işçilərə kütləvi şəkildə tanış olmadan imzalatdırırlar. Əks təqdirdə bir bəhanə tapıb işdən azad edirlər. İdarə yenidən təşkil olunanda işçilərin iş yerinin dəyişdirilməsi, köçürmə yolu ilə həyata keçirməli olduğu halda bizə kütləvi halda ərizə yazdırdılarki, işdən azad olunaq və yenidən işə qəbul haqda ərizə yazaq. Bu səbəbdən də müddətli müqavilədən xəbərləri olmadığı üçün mübahisələndirilməmişdir. Müqavilənin bir nüsxəsi onlara təqdim olunmamışdır. Qeyd edirki ki, işlədiyi müəssisə dövlət müəssisəsi deyil və bu müddəa bizə tətbiq edilə bilməz. Odur ki, etirazın qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011ci il tarixli qərarında qeyd edilir; İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsi Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı ildə “Sukanal” idarəsinə abonent xidməti şöbəsinə su müfəttişi işinə qəbul edilmişdir. 01 may 2007-ci ildə “Sukanal” idarəsinə su təchizatı və nasos stansiyalarının istismarı və təmiri sahəsinə usta işinə təyin edilmişdir. xx.xx.2013-cü ildə Mingəçevir Sukanal idarəsi Cavabdeh ASCnin tabeliyinə verilmiş, iddiaçı da Cavabdeh ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildə isə Mingəçevir Sukanal idarəsi Cavabdeh ASC-nin strukturundan çıxarılaraq "xxxx" MMC-nin təkibinə daxil edilmişdir. 3.08.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı həmin idarəyə 8-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə qəbul edilmişdir. Əsas İddiaçı ərizəsi və əmək müqaviləsi, İddiaçı ərzəsində 02 sentyabr 2019-cu il tarixdən su və kanalizasiya sisteminin istismarı sahəsinə 8-ci dərəcə ilə usta təyin olunmasını xahiş etmişdir. 02 sentyabr 2019-cu il tarixdə də Mingəçevr Sukanal idarəsinin rəisi ilə İddiaçı arasında 3 ay müddət olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 01-k №-li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Şikayətin dəlillərini əsassız sayan kollegiya hesab edir ki, cavabdeh tərəf xx.xx.2019-cu il tarixdə iddiaçının könüllü olaraq ərizə yazaraq əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdən ləğv olunmasını xahiş etməsini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının uzun müddət bir müəssisədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazması inandırıcı görünmür. Çünki iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Buradan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusiyon hüququnu pozmuşdur. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui-istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfin iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlayarkən, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar olmamışdır. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Daha sonra cavabdeh etirazının əsası kimi ilk növbədə iddiaçının könüllü razılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanmasına istinad edərək, həmin müqaviləyə bərabər tərəflər arasında bağlanmış müqavilə kimi yanaşmış və iddiaçının hərəkətini sərbəst iradə ifadəsi kimi qiymətləndirmişdir. Halbuki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Hazırki mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2019-cu ildə müəssisə rəhbərliyinin təklifi ilə öz ərizəsi əsasında tutduğu işdən azad edilib onun yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh təşkilat hazırki etirazında bu halı etiraf etmiş, bu halı struktur dəyişikliyi ilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin dolanacağı qarşıladığı üçün onun müəssisə ilə yeni müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz. Kollegiya şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, daha gənc işçilərin işə cəlb edilməsi digər işçilərin hüquqularının pozulması ilə həyata keçirilə bilməz. Çünki qanun qarşısında hamı bərabərdir. İddiaçının da tutduğu vəzifə yaş məhdudiyyəti ilə məhdudlaşdırılmadığından gənclərə yer verilməlidir əsası ilə işdən çıxarıla bilməzdi. Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsinə əsasən Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinə əsasən Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Apellyastor verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh kimi Mingəçevir Sukanal idarəsinin nümayəndəsinin izahatı təhrif olunmuşdur. İdarənin nümayəndəsinin məhkəmə iclasında dediyi faktlarla qətnamədə yazılan izahat arasında əsaslı fərq var. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin mülki iş materiallarından da göründüyü kimi cavabdeh təşkilat tərəfindən izahatın təhrif olunması ilə bağlı hər hansı bir yazılı qeyd məhkəməyə təqdim edilməmişdir. Ona görə də şikayət bu hissədə də əsassızıdr. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsi Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1360/2022 saylı qətnaməsi Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1119/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1119/2022
13.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver